axtarı sözü azərbaycan dilində

axtarı

Yazılış

  • axtarı • 52.3810%
  • Axtarı • 47.6190%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Döyüş axtarış-xilasetmə
Döyüş axtarış-xilasetmə müharibə və ya münaqişə zamanı təhlükəli ərazidə müttəfiq heyəti xilas etmək üçün qısa mübarizə aparılmasıdır. Bu əməliyyatlarda əsasən Sikorski UH-60, Eurocopter Cougar kimi helikopterlərdən; C-130, CN-235 kimi hərbi nəqliyyat təyyarələridən istifadə edilərək, həmçinin hava qüvvələrinin dəstəyi ilə düşmən hücumunu dəf etməklə şəxsi heyətin xilas edilməsi əsas məqsəddir. Əvvəlcə əməliyyatda təhlükə altındakı heyətin yeri müəyyən edilir və sonrakı mərhələdə havadan və qurudan bölgəyə sızaraq heyətə kömək edilir. İlk yardım və tibbi yardım yanına çatılmış heyətin həyati funksiyalarını qiymətləndirdikdən sonra tətbiq olunur. Təhlükəsizlik təmin edildikdən sonra qrup və xilas edilmiş heyət ərazidən təxliyə edilir.
Dədə Qorqud axtarışında (film, 2000)
Dərinə axtarış alqoritmi
Dərinə axtarış alqoritmi — qraf və ya ağacda axtarış etmək üçündür. Başlanğıc (kök) nöqtəsindən başladıqdan sonra bir qol üzrə sona kimi axtarış edir, ondan sonra isə geri qayıdaraq digər qol üzrə axtarış etməyə başlayır.
Elektrometriya vasitəsilə axtarış (film, 1936)
Elm tanrı axtarışında (kitab)
Elm Tanrı Axtarışında (ing. God's Undertaker) — Con Lennoksun "Elmi bestseller" silsiləsindən olan kitabı. 📌 Kitabda elmi debatların əsas mövzuları – kainatın mənşə və quruluşu, həyatın, onun əsas növlərinin necə yaranması və genetik kodun məlumatla zəngin məzmunu araşdırılır. Elm tarixinin bizə necə yanlış öyrədildiyi, elmin onların tərəfində olduğunu söyləyənlərin, əslində, necə əsassız danışdıqları, hər şeyi yaradan və hər an idarə edən bir Tanrının varlığının nə üçün elmi cəhətdən də ən tutarlı izah olduğu qeyd edilir. == Məzmun == "Bir sıra müasir şərhçilərə inanası olsaq, elm Tanrını bir küncə sıxışdırıb, öldürüb, sonra da hərtərəfli izahatları ilə dəfn edib. Onlar deyirlər ki, ateizm intellektual olaraq əsaslandırılmış yeganə mövqedir və Tanrını yenidən təqdim etmək üçün istənilən cəhd elmin tərəqqisinə mane ola bilər. Bu təşviqedici və düşündürücü kitabda Con Lennoks bizi bu cür iddiaları çox diqqətlə nəzərdən keçirməyə dəvət edir. O soruşur: "Doğrudanmı, elmdə hər şey məhz ateizmə işarə edir? Bəs mümkündürmü ki, teizm elmlə ateizmə nisbətən daha rahat uzlaşsın? Elm Tanrını dəfn edib, ya yox?" Kitabda elmi debatların əsas mövzuları – kainatın mənşə və quruluşu, həyatın, onun əsas növlərinin necə yaranması və genetik kodun məlumatla zəngin məzmunu araşdırılır.
Eninə axtarış alqoritmi
Eninə axtarış alqoritmi (Breadth-first search) — Qraflar nəzəriyyəsində qrafda axtarış etmək üçün istifadə olunan strategiyadır. Eninə axtarış alqoritmi kök (başlanğıc) nöqtədən başlayır və bütün qonşu nöqtələri yoxlayır. Bütün qonşu nöqtələri yoxladıqdan sonra bu qonşuların bütün qonşularını yoxlayır və alqoritm bu şəkildə davam edir.
FTB tərəfindən ən çox axtarılan on şəxs
FTB tərəfindən ən çox axtarılan on şəxs (ing. FBI Ten Most Wanted Fugitives) - Federal Təhqiqat Bürosunun ən çox axtarılan on şəxs siyahısı hər il yenilənir. Bu siyahıya Amerika Birləşmiş Ştatları ərazisində və onun xaricində, ölkə ilə bağlığı olan amansız cinayətlər törətmiş şəxslər daxildir. Siyahı ilk dəfə 1950-cı ildə hazırlanmışdır və həmin dövrdən etibarən hər il müntəzəm şəkildə yenilənir. FTB tərəfindən ən çox axtarılan on şəxsdən birinin yerini deyən və ya tapanlara $200,000 və $1,000,000 aralığında müfakat təyin edilmişdir.
Həmişə Axtarışda (1974)
Həmişə axtarışda (film, 1974)
Köməkçi axtarılır (Süngər Bob Kvadrat Şalvar)
"Köməkçi axtarılır" (ing. Help Wanted) — "Süngər Bob Kvadrat Şalvar" ABŞ istehsalı cizgi serialının pilot bölümü. İlk dəfə 1999-cu il mayın 1-də ABŞ-də "Nickelodeon" kanalında yayımlanmışdır, həmin epizoddan əvvəl kanalda 1999 Uşaqların Seçimi mükafatı mərasimi yayımlanırdı. Bölümdə serialın eyniadlı baş qəhrəmanı, antropomorfik gənc dəniz süngərinin “Krasti Krab” adlı yerli "fast food" restoranında işə düzəlməyə cəhd etməsindən bəhs olunur. Serialın yaradıcısı Stiven Hillenburq şou haqqında ilk ideyaları 1994-cü ildə yaranmışdır və 1996-cı ildə "Rokkonun müasir həyatı" serialı ləğv edildikdən qısa müddət sonra onun üzərində işləməyə başlamışdır. Süngər Bob personajını səsləndirmək üçün Hillenburq onunla birlikdə "Rokkonun müasir həyatı" serialında işləmiş Tom Kenniyə müraciət etmişdir. 1989-cu il tarixli "Pau-Vau yolu" serialından ilhamlanan Hillenburq serialın pitçinqini əvvəlcə Süngər Bob və Skvidvartın yol əhvalatı kimi təqdim etmək istəyirdi. Hillenburq bu ideyadan əl çəkdi və Derek Draymonla birlikdə "Köməkçi axtarılır" bölümü üçün hazırladığı hekayə ilə yenidən başladı, epizodun ssenarisi qismən Hillenburqun gənc yaşlarında skautlar birliyində gördüyü təcrübəyə əsaslanır. Ssenarinin ilkin ideyası "Pizza çatdırılması" adlı sonrakı seriya üçün istifadə olundu. Bölüm Hillenburq, rəssam Derek Draymon və Tim Hill tərəfindən hazırlanmışdır.
M - Şəhər qatili axtarır (film, 1931)
M — Şəhər qatili axtarır — 1931-ci il istehsalı olan alman psixoloji trilleridir. Orijinal adı M olan film, ingilis dilli ölkələrdə Fritz Lang's M, yaxud da Murderers Among Us adı ilə nümayiş etdirilmişdir. Filmin rejissoru Fritz Lang ssenarini həyat yoldaşı Thea von Harbou ilə müştərək yazmışdır. Filmin baş rol ifaçısı Peter Lorredir. Bu, Fritz Lanqın ilk səsli filmidir və özünün dediyi kimi, filmoqrafiyasında ən yaxşı filmdir. Filmdə Almaniyanın bir şəhərində polisin silsilə qətllər törədən uşaq qatilini tuta bilməməsi ilə narahat olan şəhərdəki digər cinayətkarların da axtarışa qoşulmasından və bundan sonra baş verən hadisələrdən bəhs edilir. == Süjet xətti == 1931-ci ildə Almaniyanın Berlin şəhəri ardıcıl qətllər törədən pedofil uşaq qatilinin (Peter Lorre) hərəkətləri ilə sarsılır. Polisin qatili tuta bilməməsi ictimaiyyəti, eləcə də dilənçiləri, quldur dəstələrini və digər "normal" cinayətkarları narahat edirdi; çünki qeyri-adi dərəcədə artan polis təzyiqi onların da işinə mane olurdu. Mütəşəkkil cinayətkar təşkilatlar dilənçilərin köməyi ilə qatili təqib etməyə başlayırlar. Qatili tutmaq üçün polis və cinayət təşkilatları arasında yarış başlayır.
Macəra axtarışında (film, 1996)
Macəra axtraışında (ing. The Quest) — 1996-cı ildə Jan-Klod Van Damm tərəfindən çəkilən macəra filmidir, o həm də filmin ssenaristlərindən biri və baş rolun ifaçısıdır. == Məzmunu == Kafelərin birində yaşlı bir ziyarətçi xuliqanların dəstəsi ilə təkbətəkdir. Sarsıdılmış ustanın kim olduğu soruşulur. Xatirələr yaşlı insanı uzaq keçmişə aparır. Tibetin İtirilmiş Şəhərinin başçısı müxtəlif ölkələrin ən güclü döyüşçülərinə "Qanq-qenq" turnirində iştirak etmək üçün dəvətnamə göndərir. Qalibin mükafatı nəgəng Qızıl Əjdahadır. Kristofor Dyubua (Jan-Klod Van Damm) — yoxsul gənclərin dəstəsinin rəhbəridir. Quldurlar onun pullarını oğurlamağa çalışır, onların bazasına vururlar, sonra polis Dyubuanı təqib etməyə başlayır. Limanda gizlənir və gözlənilmədən oradan üzüb qaçır.
Madaqaskar 3: Avropanın ən çox axtarılanları
Madaqaskar 3: Avropanın ən çox axtarılanları (ing. Madagascar 3: Europe's Most Wanted) — 6 iyun 2012-ci ildə istehsal edilmiş qısametrajlı animasiya filmidir. Filmin rejissorları Erik Darnell, Konrad Vernon və Tom MakQratdır. "DreamWorks" kompaniyasının başçısı Ceffi Katsenberqin sözlərinə görə ikinci filmin prokata satışının uğurundan sonra üçüncü filmin üzərində işləməyə başlamışdır. Filmin rejissoru Tom Makqrat deyir ki, mütləq cizgi filminin baş qəhrəmanlarını Mərkəzi Nyu-York parkına geri qaytaracaqdır. Cizgi filmi 3D formatında çəkilmişdir. "Madaqaskar 3: Avropanın ən çox axtarılanları" animasiyasının mövzusu əvvəlki frenşizalara yaxındır. Baş qəhrəmanlar Aleks, Marti, Melman və Qloriya doğma Mərkəzi Nyu York Zooparkına geri qayıtmaq niyyətindədirlər. Lakin onların bu planlarına Kapitan Şantell Dübua mane olur. Bu səbəbdən baş qəhrəmanlar bütün Avropa yollarını keçəcək sirk heyətinə qoşulurlar.
Madaqaskar 3: Avropanın ən çox axtarılanları (animasiya, 2012)
Madaqaskar 3: Avropanın ən çox axtarılanları (ing. Madagascar 3: Europe's Most Wanted) — 6 iyun 2012-ci ildə istehsal edilmiş qısametrajlı animasiya filmidir. Filmin rejissorları Erik Darnell, Konrad Vernon və Tom MakQratdır. "DreamWorks" kompaniyasının başçısı Ceffi Katsenberqin sözlərinə görə ikinci filmin prokata satışının uğurundan sonra üçüncü filmin üzərində işləməyə başlamışdır. Filmin rejissoru Tom Makqrat deyir ki, mütləq cizgi filminin baş qəhrəmanlarını Mərkəzi Nyu-York parkına geri qaytaracaqdır. Cizgi filmi 3D formatında çəkilmişdir. "Madaqaskar 3: Avropanın ən çox axtarılanları" animasiyasının mövzusu əvvəlki frenşizalara yaxındır. Baş qəhrəmanlar Aleks, Marti, Melman və Qloriya doğma Mərkəzi Nyu York Zooparkına geri qayıtmaq niyyətindədirlər. Lakin onların bu planlarına Kapitan Şantell Dübua mane olur. Bu səbəbdən baş qəhrəmanlar bütün Avropa yollarını keçəcək sirk heyətinə qoşulurlar.
Mister Rossi xoşbəxtlik axtarır (film, 1976)
Mr.Rossi xoşbəxtlik axtarır (it. Il signor Rossi cerca la felicità) — 1976-cı il istehsalı italyan bədii filmi. Rejissoru Bruno Bozzettodur. Film Mr.Rossi haqqında ilk bədii filmdir. Karlo Romano — Mr. Rossi QianfranKo Mauri — Herold Grazia Pivetti — Pəri Sikuri Karlo Bonomi — bütün obrazlar Film çıxdıqdan sonra bütün Avropada yayılmışdır. Onun ən böyük uğuru isə filmin 1976-cı ildə Qərbi Almaniya və 1983-cü ildə İspaniyada yayımlanması olmuşdur.
Nemonun Axtarışında
Nemonun axtarışında (film, 2003)
Nemonun axtarışında (ing. Finding Nemo) — "Pixar" animasiya studiyası tərəfindən hazırlanan və rejissoru Endryu Stenton olan 2003-cü ildə çəkilmiş ABŞ filmidir. Animasiya filminin kompüter qrafikası Andrey Staton və Li Ankriçə məxsusdur. Animasiya filmi elə ekrana çıxdığı ilk günlərdən çoxlu tamaşaçı topladı və ümumilikdə $936 milyon qazanaraq həmin vaxtın ən çox satılan DVD-si oldu. Bu animasiya filmi 2003-cü ilin "Ən yaxşı animasiya filmi" üçün oskar aldı. Merlin klon balığı idi və oğlu Nemo il birlikdə Böyük Sədd Rifində yaşayırdı. Nemonun anasını 400 yumurtaya görə Akula yemişdi. Bu vaxt Nemonun yumurtasıda zədələndiyinə görə onun bir üzgəci normadan kiçik idi. Nemonun məktəbə getdiyi birinci gündə Nemo və bir neçə balıq müəllimdən uzaqlaşdılar və bu vaxt bir qayıq gördülər. Heç bir balıq qayığa toxunmağa cürət etmədi.
Odinin axtarışında
Odinin axtarışında (norv. Jakten på Odin) — Norveç səyyahı Tur Heyerdalın Rusiyanın Azov qəsəbəsində həyata keçirilən arxeoloji qazıntı işləri barədə 2001-ci ildə yazdığı kitab. Tur Heyerdalın bu səyahətindəki əsas məqsədi İslandiya tarixçisi Snorri Sturlusonun XIII əsrdə Skandinaviyanın qədim hakim sülalələri və xristianlıqdan əvvəl yerlilərin pərəstiş etdiyi tanrıların mənşəyi barədə yazdığı İnqlinqa saqasının həqiqət olduğunu isbat etmək idi. Snorri kitabında evheremist məlumat verir. O, burada Odin və digər Asar tanrılarının romalı işğalçılardan qaçmaq üçün Don çayı ərazisindən Skandinaviyaya köçdüyünü iddia edir. Snorrinin irəli sürdüyü fikrə görə, onlar yerli əhalini elə valeh etmişdilər ki, artıq ilahiləşdirilmişdilər. Heyerdal Qara dənizdən Don çayına üzərək Asar tanrılarının mənşəyini axtarmağa çalışırdı. Heyerdahl 2002-ci ildə həlak olan zaman qazıntı işlərinin ikinci mövsümü hələ yeni sona çatmışdı. Tur Heyerdalın Odinin axtarışında layihəsi Norveç akademiklərdən sərt tənqidlər almışdır. Odin layihəsi barədə olan birinci kitab – Sərhədsiz (1999) və ikinci kitab – Odinin axtarışında (2001) nəşr olunduğu gündən tanınmış akademiklərin sərt və ətraflı tənqidlərinə məruz qalmışdır.
Qanlı yumruq 7: Axtarış (film, 1995)
"Qanlı yumruq 7: İnsan ovu" (ing. Bloodfist VII: Manhunt) — Don Vilsonun filmlərindən biri. Cim Turdell etmədiyi qətl üzündən qaçmağa məcburdur. Onu qaçmağa vadar edən isə qatillərə işləyən polislərdir. Cim çoxlu dəlil toplamaq məcburiyyətindədir… Qanlı yumruq 7: Axtarış — Internet Movie Database saytında.
Qardaşın axtarışında (film, 2000, Hindistan)
Qardaşın axtarışında (hind: फ़िज़ा, Urdu: ﻓﻀﺎ‎, Rom: Fiza) — rejissor Xalid Məhəmmədin 2000-ci ildə çəkdiyi Hindistan kriminal dramıdır. Film Filmfare Mükafatlarında 8 nominasiyada təqdim olunmuş və 2 nominasiyada qalib gəlmiş, həmçinin də yaradıcılarına bir neçə IIFA və BFJA mükafatlarını qazandırmışdır. Qardaşın axtarışında filmi dindən istifadə edən siyasətçilərin idarə etdiyi ölkədə yaşayan bir ailənin hekayəsindən bəhs edir... Fiza gənc qızdır (Karisma Kapoor), Aman gənc oğlandır (Hritnik Roshan) Fiza və Aman iki bacı-qardaşdır. Bir gecə evdə anaları ilə otururlar. Yatmağa gedəndə dostları Amanı çağırıb deyirlər ki, bir dükanı yandırıblar, siyasi müharibə gedir... Aman getmək istəməsə də, getmək məcburiyyətində qalır... Bir müddət sonra dostları gözünün qabağında öldürülür və o da sonuncu dəfə aşağıdan balkonda dayanan anası və bacısına baxır və oradan qaçır. Böyük bacısı Fizə onu axtarmağa başlayır. Amma onu axtarmağa başlayanda hər şeyin dəyişəcəyindən xəbərsizdir.
Axtarış sistemləri
Axtarış sistemi (ing. Search engine) – Veb-də informasiyanı açar sözlərə, mövzulara və s. görə axtarmağa imkan verən proqram (məsələn, AltaVista, Excite, Google, HotBot, Infoseek, Lycos, Magellan, Rambler, Yahoo!). Axtarış sistemləri avtomatlaşdırılmış indekslərdir və hər axtarış sisteminin öz verilənlər bazası var. Buna görə də eyni açar sözlərə görə müxtəlif axtarış sistemlərində axtarış etdikdə fərqli nəticələr alınır. Bəzən axtarış nəticələrində mətləbə dəxli olmayan informasiyalar çıxır, çünki elə bir veb-alət yoxdur ki, bütün Veb’i indeksləsin (nizamlasın). Axtarış sistemləri üç əsas hissədən ibarət olur: Axtarış sistemi proqramının özü əsas komponentdir. Bu proqram öz verilənlər bazasında saxlanılan milyonlarla yazının içərisində axtarış aparır. İkinci hissə hörümçək (SPİDER), yaxud soxulcandır (CRAWLER). Axtarış sistemi robotu olan hörümçək İnternetdə açar sözlərə görə axtarış aparır.
Axtarış sistemi optimizasiyası metrikləri
Axtarış mühərriki
Axtarış sistemi (ing. Search engine) – Veb-də informasiyanı açar sözlərə, mövzulara və s. görə axtarmağa imkan verən proqram (məsələn, AltaVista, Excite, Google, HotBot, Infoseek, Lycos, Magellan, Rambler, Yahoo!). Axtarış sistemləri avtomatlaşdırılmış indekslərdir və hər axtarış sisteminin öz verilənlər bazası var. Buna görə də eyni açar sözlərə görə müxtəlif axtarış sistemlərində axtarış etdikdə fərqli nəticələr alınır. Bəzən axtarış nəticələrində mətləbə dəxli olmayan informasiyalar çıxır, çünki elə bir veb-alət yoxdur ki, bütün Veb’i indeksləsin (nizamlasın). Axtarış sistemləri üç əsas hissədən ibarət olur: Axtarış sistemi proqramının özü əsas komponentdir. Bu proqram öz verilənlər bazasında saxlanılan milyonlarla yazının içərisində axtarış aparır. İkinci hissə hörümçək (SPİDER), yaxud soxulcandır (CRAWLER). Axtarış sistemi robotu olan hörümçək İnternetdə açar sözlərə görə axtarış aparır.
Axtarış botu
Axtarış botu — Ümumdünya hörümçək torunu sistematik şəkildə analiz edən və adətən veb indeksləşdirmə məqsədilə axtarış motorları tərəfindən idarə olunan internet botu. Veb axtarış mühərrikləri və bəzi digər veb-saytlar öz veb məzmununu və ya digər saytların veb məzmununun indekslərini yeniləmək üçün axtarış botundan istifadə edirlər. Axtarış botu axtarış mühərriki tərəfindən emal edilməsi üçün səhifələri kopyalayır. Bu da istifadəçilərə daha səmərəli axtarış edə bilmə imkanı verir. Axtarış botları ziyarət edilən sistemlərdə resursları istehlak edir və tez-tez saytları xəbərsiz ziyarət edirlər. Böyük səhifə kolleksiyasına rast gəldikdə planlama, yüklənmə və "nəzakət" problemləri gündəmə gəlir. Bunu axtarış botuna bildirmək üçün indekslənmək istəməyən ictimai saytlar üçün mexanizmlər mövcuddur. Məsələn, robots.txt faylı botlardan veb-saytın yalnız müxtəlif hissələrini indeksləşdirməyi və ya ümumiyyətlə indeksləşdirməməyi tələb edə bilər. İnternet səhifələrinin sayı olduqca çoxdur; hətta ən böyük botlar belə tam indeks yaratmaqda çətinlik çəkirlər. Bu səbəbdən, axtarış sistemləri Ümumdünya hörümçək torunun ilk illərində, 2000-ci ildən əvvəl müvafiq axtarış nəticələrini vermək üçün mübarizə aparırdılar.
Axtarış motorunun məxfiliyi
Axtarış sistemi məxfiliyi — axtarış sistemləri tərəfindən toplanan istifadəçi məlumatları ilə məşğul olan internet məxfiliyinin alt hissəsi. Hər iki məxfilik növü də informasiya məxfiliyi anlayışının "çətiri altında"dır. Axtarış sistemlərində məxfiliklə bağlı narahatlıqlar axtarış motorlarının fərdi axtarış sorğularını, baxış tarixçəsini, IP ünvanlarını və istifadəçilərin kukilərini tarixçəyə qeyd etmək imkanı və ümumilikdə istifadəçi profilinin idarə edilməsi kimi bir çox formada ola bilər. Bu, mübahisəli bir mövzudur, çünki axtarış sistemləri, nəticələri konkret bir istifadəçiyə daha yaxşı uyğunlaşdırmaq və istifadəçiyə daha yaxşı axtarış təcrübəsi təqdim etmək üçün tez-tez istifadəçi məlumatlarını topladığını iddia edir. Bununla belə, axtarış sistemləri verilənlərini mənfəət üçün reklamçılara sataraq istifadəçilərinin məxfiliyindən sui-istifadə edə bilər və məxfiliyi təhlükəyə ata bilər. Qaydalar olmadığı halda istifadəçilər axtarış sistemi təcrübəsi üçün nəyin daha vacib olduğuna qərar verməlidirlər: nəticələrin uyğunluğu və sürəti, yoxsa onların məxfiliyi? Və buna uyğun olaraq axtarış sistemini seçməlidirlər. == Məxfilik siyasəti == Axtarış sistemləri, ümumiyyətlə istifadəçilərə onların hansı məlumatlarının toplana biləcəyi və hansı məqsədlər üçün istifadə oluna biləcəyi barədə məlumat vermək üçün məxfilik siyasətlərini təqdim edir. Bu siyasətlər axtarış motorları tərəfindən şəffaflıq cəhdi olsa da, bir çox insan onları heç vaxt oxumur. Buna görə də parollar və saxlanmış fayllar kimi onların şəxsi məlumatlarının nə qədərinin kukilərdən toplandığından və axtarış motoru tərəfindən daxil olunaraq saxlanıla biləcəyindən xəbərsizdirlər.

"axtarı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#axtarı nədir? #axtarı sözünün mənası #axtarı nə deməkdir? #axtarı sözünün izahı #axtarı sözünün yazılışı #axtarı necə yazılır? #axtarı sözünün düzgün yazılışı #axtarı leksik mənası #axtarı sözünün sinonimi #axtarı sözünün yaxın mənalı sözlər #axtarı sözünün əks mənası #axtarı sözünün etimologiyası #axtarı sözünün orfoqrafiyası #axtarı rusca #axtarı inglisça #axtarı fransızca #axtarı sözünün istifadəsi #sözlük