azərbaycanlılarda sözü azərbaycan dilində

azərbaycanlılarda

Yazılış

  • azərbaycanlılarda • 80.1587%
  • Azərbaycanlılarda • 19.8413%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycanlılarda xalq dini
Azərbaycan xalq dini — azərbaycanlıların İslamdan kənar, müxtəlif dini xalq inanclarını əhatə edən anlayış. Bu inanclar İslamdan kənar olmalarına baxmayaraq, dinin bir hissəsi olaraq icra edilir. Bu anlayışı ifadə etmək üçün istifadə edilən digər adlandırmalar xalq İslamı, yerli İslam və xürafatdır. == Tarixi == XIII əsr monqol işğalı və ondan sonrakı dövrlərdə Elxanilərin həm İran Azərbaycanı, həm müasir Azərbaycanın üzərində hakimiyyət qurması burada yayılmış şamançılıq adətlərinin güclənməsinə gətirib çıxarmışdır. Şamanizm adətləri İslamın təsiri ilə dəyişikliklərə məruz qalmış, zərərsiz və vacib olmayan yerlərdə özünü qorumuşdur. Qədim adət-ənənə qaydaları Azərbaycan mədəni sahəsində uşaq folklor və oyunlarında, geniş xalq təbəqələrinin mərasim və inanclarında yaşamağa davam etmişdir. Məsələn, azərbaycanlıların cümə axşamı (Adına günü) ölülərin ruhuna hörmətən yediyi aşın qədim şamanizm qalıntısı olduğuna şübhə yoxdur. Çar Rusiyası və sovet hakimiyyəti dövründə Azərbaycanda İslam bir din olaraq zəifləmişdir. Bu dövrdə İslam gücünü sadəcə yaşayış şəkli olaraq, adətlərdə və yerli İslamda saxlamışdır. Yerli İslamın güclənməsində əsas səbəb azərbaycanlıların Rusiya işğalı dövründə İslam dünyasından təcrid olunmasındadır.
Azərbaycanlılarda Xızır Nəbi bayramı
Azərbaycanlılarda Xızır Nəbi bayramı – Azərbaycan mühitində Xızır Nəbi bayramının qeyd edilməsi və bununla bağlı adət-ənənələr. == Tarixi-mədəni arxa plan == === Azərbaycanlılarda Xızır və İlyas kultu === Xızır Nəbi mifik qəhrəmanı baharla əlaqəli olan, yaşıllıq və su kultudur. O, boz at sürən qoruyucu şəklində təsvir edilir. Azərbaycan əfsanələrində nadir də olsa, Xızır və bozqurdun bir-birinin yerinə keçdiyini görmək mümkündür. "Kitabi-Dədə Qorqud"da isə Xızır Buğacın yarasını 3 dəfə oxşayıb, ona lazım olan məlhəmi (dağ çiçəyi və ana südü) deyir. Azərbaycan mifologiyasında Xızır Nəbi bayramının Xızır və İlyasın şərəfinə keçirilməsi ilə bağlı rəvayətlər var. Bir fikrə görə, Tanrı İlyasa suyun, Xızıra isə yaşıllığın hamisi vəzifəsini vermişdir və bu vəzifəyə görə onlar bir-birindən ayrı-ayrı qalırlar. Azərbaycanlıların inanclarına görə, Novruzdan 40 gün əvvəl iki qardaş bərəkət vermək, xəstələri sağaltmaq, insanların arzularını yerinə yetirmək üçün yer üzündə görüşürlər. == Müddəti və adlandırılması == Yalquzaq zamanı və ya "Xızır Nəbi günləri" Kiçik Çillənin ilk 10 günlüyüdür. Bu sərt soyuq vaxtlar Xızır Nəbi ilə əlaqələndirilir və "Xıdır girdi, qış girdi, Xıdır çıxdı, qış çıxdı" deyilir.

"azərbaycanlılarda" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#azərbaycanlılarda nədir? #azərbaycanlılarda sözünün mənası #azərbaycanlılarda nə deməkdir? #azərbaycanlılarda sözünün izahı #azərbaycanlılarda sözünün yazılışı #azərbaycanlılarda necə yazılır? #azərbaycanlılarda sözünün düzgün yazılışı #azərbaycanlılarda leksik mənası #azərbaycanlılarda sözünün sinonimi #azərbaycanlılarda sözünün yaxın mənalı sözlər #azərbaycanlılarda sözünün əks mənası #azərbaycanlılarda sözünün etimologiyası #azərbaycanlılarda sözünün orfoqrafiyası #azərbaycanlılarda rusca #azərbaycanlılarda inglisça #azərbaycanlılarda fransızca #azərbaycanlılarda sözünün istifadəsi #sözlük