Azərbaycanlıları sözü azərbaycan dilində

Azərbaycanlıları

Yazılış

  • Azərbaycanlıları • 66.7567%
  • azərbaycanlıları • 33.1735%
  • AZƏRBAYCANLILARI • 0.0697%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gürcüstan azərbaycanlıları
Gürcüstan Azərbaycanlıları — Gürcüstan Respublikası ərazisində yaşayan türkəsilli etnik azərbaycanlılar. Hazırda azərbaycanlılar əsasən Gürcüstanın Borçalı (Kvemo Kartli), Kaxeti və Msxeta-Mtianeti bölgələrində, Acarıstan MR-da, həmçinin Tbilisi və Rustavi şəhərlərində tarixən kompakt şəkildə yaşayırlar. 2014-cü ilədə keçirilmiş əhali siyahıyaalmasının nəticələrinə əsasən 233 000 nəfərdir . == Tarix == Hələ eramızdan əvvəl Gürcüstanın cənub və cənub-şərq ərzisində türkdilli tayfaların yaşaması haqqında çoxsaylı mənbələr, o cümlədən gürcü mənşəli tarixçilərin və etnoqrafların da etirafları mövcuddur. XV–XVI əsrlərdə Qafqazda türk faktorunun güclənməsi ilə əlaqədar olaraq Gürcüstana da etnik Azərbaycanlıların kütləvi köç etməsi müşahidə olunmuşdur. Borçalının dağətəyi və dağlıq bölgələrində hazırda mövcud olan kəndlərin bir çoxu məhz bu dövrdə meydana gəlmiş və ya böyümüşdür. XVII əsrin ilk yarısında İran şahları, xüsusilə I Şah Abbas tərəfindən Kartli və Kaxeti çarlığı ərazisinə Azərbaycanlıların, İranın Fereydan əyalətinə isə gürcülərin köçürülməsi və ya köçünün stimullaşdırılması bəzi tarixçilər tərəfindən dini-etnik ayrı-seçkilik kimi xarakterizə edilsə də, şahlığın ərazisində yaşayan xalqların coğrafi diversifikasiya edilməsi yolu ilə idarə edilməsinin asanlaşdırılması kimi tarixi mühakimələr daha inandırıcı görünür. == Siyasi tarixi == Gürcüstanda yaşayan azərbaycanlılar Qamsaxurdiya zamanında ciddi təzyiqlərə məruz qalmış, dövlət qurumlarında, yerli idarələrdəki azərbaycanlıların əksəriyyəti vəzifələrdən kənarlaşdırılmış, yaşayış məntəqələrinin adları sürətlə gürcüləşdirilmişdir. == Mövcud olmuş milli dövlətlər və dövlət qurumları == Borçalı xanlığı Borçalı Qarapapaq Türk Cümhuriyyəti == Gürcüstanın azərbaycanlılar yaşayan əraziləri == Bu gün Gürcüstanın bir çox bölgəsində və iri yaşayış məntəqələrində azərbaycanlılar kompakt şəkildə məskunlaşıblar. Azərbaycanlılar əsasən Borçalı (Kvemo-Kartli) və Kaxeti regionlarında cəmləşiblər.
Kanada azərbaycanlıları
Kanada azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan Azərbaycan diasporunun Kanadada yaşayan etnik azərbaycanlıların təşkil etdiyi hissəsinin adı. Azərbaycandan, İrandan, Şərqi Avropadan və Türkiyədən gələrək Kanadada məskunlaşmışdırlar. Azərbaycan diasporasının məlumatına görə Kanadada 275 min azərbaycanlı yaşamaqdadır, onlardan 100 mini İran azərbaycanlıları, 50 mini Kanadada anadan olmuş azərbaycanlılar, təqribən 125 mini isə başqa ölkələrdən gəlmiş azərbaycanlılardır. == Tarixi == Kanadada məskunlaşmış ilk azərbaycanlılar 1930-cu illərdən ərazidə məskunlaşmış İran azərbaycanlılarıdır. Azərbaycan mühacirlərinin ikinci dalğası isə 1950-ci illərə təsadüf edir. İmmiqrasiyanın üçüncü dalğası soyuq müharibə dövrünə, Kanadaya çox sayda SSRİ-dən immiqrantın, o cümlədən azərbaycanlıların gəldiyi dövrə təsadüf edir. Dördüncü dalğa1979-cu ildən sonraya, İran inqilabı baş verdiyi dövrə təsadüf edir. Bu zaman çox sayda etnik iranlılar, o cümlədən azərbaycanlılar Kanadaya mühacir etdilər. Beşinci dalğa isə SSRİ-nin dağıldıqdan sonrakı dövrə təsdüf edir. == Statistika == (Mənbə: Kanada 2006 rəsmi əhali sayıları) Azərbaycan diasporasının məlumatına görə azərbaycanlılar əsasən Ontario vilayətində yaşayırlar.
Latviya azərbaycanlıları
Latviya azərbaycanlıları — tarixi Azərbaycan ərazisindən kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Latviya Respublikasında yaşayan hissəsinin adı. == Sayı == Latviyada təxminən 1200 nəfərdən 2000 nəfərə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkəyə əsasən SSRİ dövründə köçmüşlər. Xüsusilə də İkinci dünya müharibəsindən sonra elm, təhsil, sosial-iqtisadi səbəblərlə Latviyaya yüzlərlə azərbaycanlı miqrasiya etmişdir. == Təşkilatları == === "Azəri" Cəmiyyəti === "Azəri" Cəmiyyəti Latviyadakı azərbaycanlıların birləşdiyi ilk ən böyük təşkilat idi. Cəmiyyətin yarandığı gündən məqsədi bu ölkədə yaşayan azərbaycanlıları vahid qüvvə kimi birləşdirmək, Azərbaycan barədə həqiqətlərin, əldə olunmuş nailiyyətlərin, erməni təcavüzünün acınacaqlı nəticələrinin Latviya siyasi və ictimai dairələrinin diqqətinə çatdırmaq və iki ölkə arasındakı əlaqələrdə körpü rolunda iştirak etmək olmuşdur. === "Ocaq" Mədəniyyət Mərkəzi === Latviya azərbaycanlılarının "Ocaq" Mədəniyyət Mərkəzi Azərbaycanın Latviya səfirliyinin təşəbbüsü və dəstəyi ilə 2007-ci ilin əvvəllərindən etibarən fəaliyyətə başlamışdır. 30 may 2007-ci ildə Latviya azərbaycanlılarının "Ocaq" Mədəniyyət Mərkəzinin nəzdində Bazar Günü Məktəbi açılmışdır. "Ocaq" Mədəniyyət Mərkəzinin rəhbəri və Riqa Klassik Gimnaziyasının direktoru olan Roman Əliyev 2007-ci ilin yanvar ayında səs çoxluğu ilə Latviya Respublikasının Təhsil Naziri yanındakı Məşvərət Şurasının sədri seçilmişdir. O, eyni zamanda, Latviya Respublikasının Prezidenti yanında Milli Azlıqlar üzrə Dövlət Komissiyasının Sədridir.
Macarıstan azərbaycanlıları
Macarıstan azərbaycanlıları (ing. Azerbaijani Hungarians) — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Macarıstanda yaşayan hissəsinin adı. Əsasən Budapeşt, Debreçen, Peç, Györ, Dunauyvaroş, Mişkolç, Seqed şəhərlərində yaşayırlar. == Tarixi == Azərbaycanlıların Macarıstana miqrasiyası əsas etibarilə təhsil məqsədilə olmuşdur, lakin ailə birləşməsi, iş məqsədilə də miqrasiya da aparıcı faktorlardan biri olmuşdur. === Azərbaycanlıların Macarıstanda təhsili === Azərbaycanlılar Macarıstanda təhsil üçün daha çox 1990-cı illərdə maraqlanmağa başlayıblar və artıq 90-cı illərin ortalarından hər il bir neçə tələbə Mərkəzi Avropa Universitetində təhsil alıb. Daha sonralar azərbaycanlılar digər ali məktəblərdə də təhsil almağa başlayıblar və hazırda Macarıstanda 10-dan çox ali məktəbdə azərbaycanlı tələbələr təhsil almaqdadırlar. Macarıstan-Azərbaycan Gənclər Birliyi Macarıstanda təhsili Azərbaycanda təbliğ etməkdədir və bu layihə "Study in Hungary" adlanır. == Budapeştdə Azərbaycan Evi == 28 dekabr 2019-cu ildə Macarıstanın paytaxtı Budapeştdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Evinin açılışı olub. == Macarıstanda Azərbaycan Kitab Guşəsi == 3 May 2019-cu il tarixində Macarıstanın Dunauyvaroş Universitetinin kitabxanasında Azərbaycan universitet və institutlarından ianə edilən kitabların nəticəsində "Azərbaycan Kitab Guşəsi" açılmışdır. === Təşkilatlar === Macarıstandakı azərbaycanlılar 4 müxtəlif təşkilatlarda aktiv iştirak edirlər: Macarıstan-Azərbaycan Gənclər Birliyi (qısaca MAGB).
Qars azərbaycanlıları
Qars azərbaycanlıları — Türkiyənin Qars ilində yaşayan azərbaycanlıların icması. Azərbaycanlıların böyük sayı Qarsın mərkəzində və mərkəzə bağlı kəndlərdə yaşayır. Qars şəhərində azərbaycanlılar əsasən "Yeni" və "İstasyon" məhəllələrində yaşayırlar. Burada azərbaycanlıları aşağıdakı qruplara ayrılar: Molla Musalılar, Karakilseliler, Kulubeqliler və Çobankerelilerdilər. Bu adlar onların əslinin gəldiyi vilayətlərin və kəndlərin adlarına görə verilib. Qars ilçəsində azərbaycanlıların yaşadığı kəndlər: Başqedikler, Bayraktar, Bekler, Büyük Aküzüm, Karakaş, Küçük Pirveli, Külveren, Soylu, Tazekent, Yağıkesen, Layçınlar, Yılanlı. Arpaçay ilçəsində — Bacıoğlu, İbişköy, Kayadöven, Mescidli, Meydancık, Taşdere; Ağyaxa ilçəsində — Akbulak, Aslanxane, Büyükkımlı, Büyükpirveli, Esenyayla, Küçük Aküzüm, Küçük Kımlı, Şahnalar. Azərbaycanlılar Akyaka mərkəzində yaşayan əhalinin böyük hissəsini təşkil edir. Arpaçay ilçəsində azərbaycanlıların digər etnik qruplarla yanaşı yaşadığı kəndlər: Büyükçatma, Gediksatılmış, Küçükçatma, Çetindurak, Demirkent, Çetinköy, Hacıpiri, Kalkanale, Hamzagerek, Kürekdere, Oğuzlu. Azərbaycanlılar həmçinin Qarsın Hacıveli, Yolaçan və s.
Qazaxıstan azərbaycanlıları
Qazaxıstan azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Qazaxıstanda yaşayan hissəsinin adı, Qazaxıstanın bütün ərazisində məskunlaşmışdırlar. Qazaxıstanda yaşayan soydaşlarımızın əksəriyyəti XX əsrin 30-cu illərinin siyasi repressiya dövründə oraya məcburi köçürülənlər və onların övladlarıdır. Onların içərisində dövlət və hökumət strukturlarında, icra və seçkili orqanlarda təmsil olunanlar, özəl sektora rəhbərlik edənlər də az deyildir. Qazaxıstanın 16 vilayətindən 14-də azərbaycanlılar özlərinin icma və birliklərini yaratmışlar. 2007-ci ilə olan qeyri-rəsmi mənbələrə əsasən Qazaxıstanda 110,000-300,000 arasında etnik azərbaycanlı yaşayır. Rəsmi məlumata əsasən 1 yanvar 2012-ci il tarixinə Qazaxstanda 93,490 nəfər etnik azərbaycanlı yaşamaqdadır.
Qırğızıstan azərbaycanlıları
Qırğızıstanda azərbaycanlılar — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Qırğızıstanda yaşayan hissəsinin adı. == Say == Dünya Azərbaycanlıları Konqresinin (DAK-ın) bütün dünyada yaşayan azərbaycanlıların sayına dair 2006-cı ildə yayınladığı məlumatlara əsasən Qırğızıstanda 16,000 nəfər etnik azərbaycanlı yaşamaqda idi. Siyahıyaalmalara və rəsmi təxminlərə əsasən Qırğızıstan əhalisi və bu ölkədəki etnik azərbaycanlıların sayı: 1999-cu il siyahıyaalmasına əsasən Qırğızıstan əhalisi: 4,822,938 nəfər, azərbaycanlıların sayı: 14,014 nəfər 2009-cu il siyahıyaalmasına əsasən Qırğızıstan əhalisi: 5,362,793 nəfər, azərbaycanlıların sayı: 17,267 nəfər 2010-cu ilə olan rəsmi təxminə əsasən Qırğızıstan əhalisi: 5,418,299 nəfər, azərbaycanlıların sayı: 17,498 nəfər 2011-ci ilə olan rəsmi təxminə əsasən Qırğızıstan əhalisi: 5,477,620 nəfər, azərbaycanlıların sayı: 17,823 nəfər 2012-ci ilə olan rəsmi təxminə əsasən Qırğızıstan əhalisi: 5,551,888 nəfər, azərbaycanlıların sayı: 18,046 nəfər === Məskunlaşma === == Qırğızıstanda diaspora təşkilatları == Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatlarına əsasən Qırğızıstanda azərbaycanlılara aid diaspora təşkilatları aşağıdakılardır: “Azəri” İctimai Birliyi: Bişkek şəhərində yerləşir. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu: Bişkek şəhərində yerləşir. “Azərbaycan” Gənclər Təşkilatı: Bişkek şəhərində yerləşir.
Rusiya azərbaycanlıları
Rusiya azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Rusiyada yaşayan hissəsinin adı. Rusiya FR-nın subyekti olan Dağıstan Respublikasında yaşayan etnik azərbaycanlılar istisna olmaqla bu ölkənin digər bölgələrində yaşayan etnik azərbaycanlılar Rusiyada Azərbaycan diasporunu təşkil edirlər. == Rəsmi statistika == === Ümumi === 1926–2010-cu illərdə aparılmış rəsmi əhali siyahıya alınmalarının yekunlarına əsasən Rusiya FR-da etnik azərbaycanlıların sayı: 1926-cı il sa. əsasən 27,991 nəfər/ onlardan Dağıstan Respublikasında yaşayanların sayı 23.428 nəfər. 1939-cu il sa. əsasən 43,123 nəfər/ onlardan Dağıstan Respublikasında yaşayanların sayı 31.141 nəfər. 1959-cu il sa. əsasən 70,947 nəfər/ onlardan Dağıstan Respublikasında yaşayanların sayı 38.224 nəfər. 1970-ci il sa. əsasən 95,689 nəfər/ onlardan Dağıstan Respublikasında yaşayanların sayı 54.403 nəfər.
Türkiyə azərbaycanlıları
Türkiyə azərbaycanlıları — Türkiyə ərazisində yaşayan azərbaycanlılar. 800 min-3 milyon nəfər olmaqla, əsasən İğdır və Qars illərində yaşayırlar. Hal-hazırda Türkiyədə neçə etnik Azərbaycanlının olduğunu müəyyən etmək elə də asan deyil, çünki etnik tərkiblilik bu ölkədə olduqca axıcı bir anlayışdır. Bəzi mənbələrə görə, Türkiyədə təxminən 800.000 On iki imam şiəsi, ancaq bu rəqəm real rəqəmdən əhəmiyyətli dərəcədə fərqli ola bilər. Türkiyədə yaşayan 300.000-ə yaxını Azərbaycan vətəndaşıdır. Şərqi Anadolu regionundaki azərbaycanlılara bəzən Əcəm də deyilir. Iğdırın ən böyük etnik qrupu, Qarsda ən böyük ikinci böyük etnik qrup olan Türkiyə azərbaycanlıları ən çox hazırda Qars ilinin Ağyaxa ilçəsində çoxluq təşkil edir. Britannika Ensiklopediyasına görə 2000-ci ildə aparılan təxmini hesablamalara görə Türkiyə əhalisinin 1%–ni etnik azərbaycanlılar təşkil edir. Ancaq başqa bir məlumatda Türkiyədə təkcə cəfəri məzhəbindən olan azərbaycanlıların sayının 1998-ci ildə təxminən 3 milyon olduğu qeyd edilir. == Tarixçə == Azərbaycanlılar, Qars və qonşu bölgələr üzərindəki Səfəvi idarəetməsi dövründə ilk olaraq Türkiyəyə köçmüşlər.
Türkmənistan azərbaycanlıları
Türkmənistan azərbaycanlıları (türkməncə:Türkmenistanyň azerbaýjanlylary) — tarixi Azərbaycandan kənarda, Türkmənistanda yaşayan etnik azərbaycanlılar. Türkmənistan əhalisi, onun etnik tərkibi barədə rəsmi məlumat olmadığına, habelə ölkənin xarici dünyadan özünü təcrid etdiyinə görə Türkmənistandakı azərbaycanlıların dəqiq sayını bilmək mümkün deyil. Lakin bəzi hesablamalra görə Türkmənistanda 54 min azərbaycanlı yaşamaqdadır. == Tarix == İlk öncə Rusiya imperiyası, daha sonra isə Sovet İttifaqında birgə yaşayış nəticəsində Türkmənistanda azərbaycanlıların müəyyən diasporu meydana çıxmaqda idi. 1979-cu ilə gəlindiyində Mərkəzi Asiya ölkələrində artıq əhəmiyyətli sayıla biləcək azərbaycanlı diasporu formalaşmışdı. Türkmənistandakı azərbaycanlı əhali əsasən neft sənayesinin üstün olduğu və şəhər mühiti mövcud olan yerlərdə məskunlaşmışdılar. Türkmənistan azərbaycanlılarının yaşamaq üçün əsas üstünlük verdiyi Xəzər sahili Aşqabad şəhərində hələ də tamamilə onlar tərəfindən məskunlaşdırılmış məhəllələr qalmaqdadır. Ölkədəki azərbaycanlı diasporu çok birləşmş və aktiv vəziyyətdə olmaqla birlikdə, etnik qrupun nümayəndələrinin başına gələn hər şeyə operativ reaksiya verir. == Məskunlaşma == == Say == Türkmənistandakı azərbaycanlılar əsasən sahil vilayətləri olan Türkmənbaşıda, paytaxt Aşqabadda və Balkanabadda yaşamaqdadırlar. 1926-c il sıyahıyaalmalarına görə, həmin dövrdə orada 4.2 min nəfər azərbaycanlı yaşamaqda idi.
Ukrayna azərbaycanlıları
Ukrayna azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Ukraynada yaşayan hissəsinin adı. == Rəsmi statistika == == Qeyri-rəsmi məlumatlar == 2001-ci ilin siyahıya alınmasına və Ukraynadakı Azərbaycan diasporunun məlumatlarının qarşılaşdırılması hesabına siyahıya alınma zamanı bu ölkədə 203,4 min azərbaycanlının yaşadığı məlum olmuşdur.
Yunanıstan azərbaycanlıları
Yunanıstan azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Yunanıstanda yaşayan hissəsinin adı. == Say == DAK-ın 2006-cı ildə yaımladığı məlumata əsasən Yunanıstandakı Azərbaycan diasporunun sayı 13 min nəfərdir. 10–24 may 2011-ci il siyahıyaalınmasına əsasən bu ölkədə rəsmən qeydiyyatda olan (de-yuri) Azərbaycan vətəndaşlarının sayı 126 nəfərdir.
Çin azərbaycanlıları
Çin azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Çində yaşayan hissəsinin adı. 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərində Azərbaycanın Pekindəki səfirliyində yaradılmış məntəqə üzrə adları seçici siyahısında olan 280 seçicidən 267-si (95 faiz) səsvermədə iştirak etmişdir. == Çin azərbaycanlılarının fəaliyyəti == 2009-cu ildə Çində yaşayan azərbaycanlılar İsrailin apardığı hərbi əməliyyatlar nəticəsində dünyadan təcrid olunmuş fələstinlilər üçün 9 min dollar ianə toplayıb. 2012-ci ildə Çində yaşayan azərbaycanlılar Ramil Səfərovun əfv edilməsini qeyd etmək üçün işlədikləri restoranda heç kəsdən hesab almayıb. == Həmçinin bax == Azərbaycan-Çin münasibətləri == İstinadlar == == Xarixi keçidlər == "Diasporanın üzərinə düşən gözəl missiya-səpələnənləri bir yerə yığmaq". İstifadə tarixi: 2015-06-22.
Özbəkistan azərbaycanlıları
Özbəkistan azərbaycanlıları — tarixi Azərbaycan ərazisindən kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Özbəkistanda yaşayan hissəsinin adı.
İraq azərbaycanlıları
Türkmanlar və ya İraq türkmanları — İraqın şimalında yaşayan türk etnosu. Ad oxşarlığına baxmayaraq türkmanlar Orta Asiya türklərinə, Türkmənistanda yaşayan türkmənlərə deyil, Azərbaycan türklərinə, Anadolu türklərinə yaxın olub, oğuz türklərinin qərbi qolundandırlar. Yaşadıqları ərazilərdə isə ilk dəfə Səlcuqların ilk axınları zamanından xeyli əvvəllər məskunlaşmışdılar. Daha sonralar isə Səfəvi hökmdarları ən qədim Azərbaycan tayfalarından biri olan türkmanların yaşayışlarının daha da möhkəmləndirilməsini təmin etmişlər. == Tarix == Ərəb İraqı tarix boyunca bir çox mədəniyyətə beşiklik etmişdir. İraqda türk ünsürünün tarixi eramızdan əvvələki dövrlərə dayansa da tam olaraq indi İraqda etnik qruplar içərisində üçüncü ən çoxsaylı toplum olan türklərin əcdadlarının bu torpaqlara gəlişi 673-cü ilə təsadüf etməkdədir. Qeyd edilən tarixdə Əməvi sülaləsinin (661–750) əmirlərindən biri olan İraqi Ərəb vilayətinin hakimi Übeydullah bin Ziyad 4,000 türk əsilli süvarini bölgənin təhlükəsizliyi məqsədiylə Bəsrə şəhərinə yerləşdirmişdir. Əməvi sülaləsinin xəlifəliyinin bütün dövrlərində və Abbasilər sülaləsinin (750–1258) xəlifəliyinin ilk dövrlərində (750–945) türk əsilli əhali İraqın əsasən mərkəz və cənub hissələrinə yerləşir və bölgənin silahlı qüvvəsinin önəmli hissəsini təşkil edirdilər. 932-ci ildə indiki İranın qərbində Cəbəl bölgəsində əsas hökümdarı şahənşah titulu daşıyan şiə dövləti olan Büveyhilər yarandı. Büveyhilər sülaləsinin nümayəndlərinin müxtəlif bölgələrdə hakimiyyəti 932-ci ildən 1062-ci ilədək davam etmişdir.
ABŞ azərbaycanlıları
ABŞ azərbaycanlıları və ya Amerika azərbaycanlıları (ing. Azerbaijani Americans) — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun ABŞ-də yaşayan hissəsinin adı. Əsasən ABŞ-nin Nyu-York, Vermont, Arizona, Florida, Ohayo, Konnektikut, Nevada, Texas, İllinoys kimi ştatlarında yaşayırlar. ABŞ-də azərbaycanlıların 30-a yaxın ictimai birliyi, bir jurnalı və bir televiziya kanalı fəaliyyət göstərir. ABŞ dövlət departamentinin verdiyi məlumata görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra 5 553 azərbaycanlı ABŞ vətəndaşlığına keçmişdir. == Tarixi == ABŞ-yə gələn ilk azərbaycanlı Mirzə Əli Əkbər olmuşdur. O, 1912-ci ilin 7 iyun tarixində Böyük Britaniyanın Liverpul dəniz limanından Mauretania gəmisi ilə Ellis adasına gəlmişdir. Azərbaycan Demokratik Respublikasının tənəzzülündən sonra 20-yə yaxın azərbaycanlı ABŞ-yə getmişlər. Onlar əsasən bolşevik təziqindən qaçanlar olmuşlar. Daha sonra İkinci dünya müharibəsi illərində Almaniyada xidmət edən və ya faşistlərə əsir düşən azərbaycanlıların bir qismi ABŞ-yə mühacirət etmişlər.
Almaniya azərbaycanlıları
Almaniya azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Almaniyada yaşayan hissəsinin adı. Bu ölkədə yaşayan azərbaycanlılar əsasən Türkiyə və İrandan, qismən Azərbaycan və digər dövlətlərdən buraya miqrasiya etmişdirlər. 2008-ci ilə olan qeyri-rəsmi təxminlərə əsasən Almaniyada 200,000 nəfər etnik azərbaycanlı yaşayır və onlardan 14,000-17,000 nəfəri bu ölkənin paytaxtı Berlin şəhərində məskunlaşmışdır.
Amerika Azərbaycanlıları
ABŞ azərbaycanlıları və ya Amerika azərbaycanlıları (ing. Azerbaijani Americans) — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun ABŞ-də yaşayan hissəsinin adı. Əsasən ABŞ-nin Nyu-York, Vermont, Arizona, Florida, Ohayo, Konnektikut, Nevada, Texas, İllinoys kimi ştatlarında yaşayırlar. ABŞ-də azərbaycanlıların 30-a yaxın ictimai birliyi, bir jurnalı və bir televiziya kanalı fəaliyyət göstərir. ABŞ dövlət departamentinin verdiyi məlumata görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra 5 553 azərbaycanlı ABŞ vətəndaşlığına keçmişdir. == Tarixi == ABŞ-yə gələn ilk azərbaycanlı Mirzə Əli Əkbər olmuşdur. O, 1912-ci ilin 7 iyun tarixində Böyük Britaniyanın Liverpul dəniz limanından Mauretania gəmisi ilə Ellis adasına gəlmişdir. Azərbaycan Demokratik Respublikasının tənəzzülündən sonra 20-yə yaxın azərbaycanlı ABŞ-yə getmişlər. Onlar əsasən bolşevik təziqindən qaçanlar olmuşlar. Daha sonra İkinci dünya müharibəsi illərində Almaniyada xidmət edən və ya faşistlərə əsir düşən azərbaycanlıların bir qismi ABŞ-yə mühacirət etmişlər.
Argentina azərbaycanlıları
Argentina azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Argentinada yaşayan hissəsinin adı. Bu gün Argentinada nə qədər etnik Azərbaycanlının yaşadığı dəqiq məlum deyildir. Argentinaya gəlmiş ilk Azərbaycanlının Vəli bəy Yadigarov olduğu ehtimal edilir. Vəli bəy Yadigarov 1918–1920-ci illərdə Azərbaycan Milli Ordusunda xidmət etmişdir. XI Ordu Bakıya basqın edərkən Gəncə üsyanında iştirak edib. 1921-ci ildə əvvəlcə Türkiyəyə, sonra Polşaya mühacirət edib. Polşada polkovnik rütbəsinə qədər yüksələrək, dövlət tərəfdən SSRİ-yə qarşı aparılan mübarizədə iştirak etmişdir. Polşada sovet hakimiyyətinin yaradılmasının ardından Vəli bəy Yadigarov Argentinaya müharicət edib. O, 30 ilə yaxın Argentinada yaşadıqdan sonra 1971-ci ilin 13 dekabr tarixində Buenos Ayres şəhərində vəfat etmişdir. Azərbaycanlıların Argentinaya mühacirətinə təkan verən olaylardan biri İran İslam İnqilabı olmuşdur.
Bolqarıstan azərbaycanlıları
Bolqarıstan azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Bolqarıstanda yaşayan hissəsinin adı. Rəsmi siyahıyaalınma zamanı sadəcə türk olaraq qeydə alınır və Türkiyə türklərinin tərkibində hesablanırlar. Ev dilləri Azərbaycan dilinin Qars ləhçəsi olsa da təhsillərini bolqar və Türkiyə türkcəsində alırlar. Bu ölkədəki azərbaycanlıların tamama yaxını şiə qızılbaşdır. Dünya Azərbaycanlıları Konqresinin (DAK-ın) bütün dünyada yaşayan azərbaycanlıların sayına dair 2006-cı ildə yayınladığı məlumatlara əsasən Bolqarıstanda 65,000 nəfər etnik azərbaycanlı yaşamaqdadır. 2001-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınmasına əsasən Bolqarıstan Respublikasının ümumi əhalisi 7,928,901 nəfər olmuşdur. Onlardan: Dini inancına əsasən müsəlmanların ümumi sayı 966,978 nəfər. Onlardan: 913,957 nəfəri sünni 53,021 nəfəri isə qızılbaş-şiə Öz milliyyətini türk olaraq qeyd edənlərin sayı 746,664 nəfər. Onlardan: Ana dilini türkcə olaraq qeyd edənlərin ümumi sayı 720,136 nəfər, bolqarca olaraq qeyd edənlərin ümumi sayı 26,147 nəfər. Dini inancına əsasən müsəlmanların ümumi sayı 713,024 nəfər.
Bolqarıstanda azərbaycanlıları
Bolqarıstan azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Bolqarıstanda yaşayan hissəsinin adı. Rəsmi siyahıyaalınma zamanı sadəcə türk olaraq qeydə alınır və Türkiyə türklərinin tərkibində hesablanırlar. Ev dilləri Azərbaycan dilinin Qars ləhçəsi olsa da təhsillərini bolqar və Türkiyə türkcəsində alırlar. Bu ölkədəki azərbaycanlıların tamama yaxını şiə qızılbaşdır. Dünya Azərbaycanlıları Konqresinin (DAK-ın) bütün dünyada yaşayan azərbaycanlıların sayına dair 2006-cı ildə yayınladığı məlumatlara əsasən Bolqarıstanda 65,000 nəfər etnik azərbaycanlı yaşamaqdadır. 2001-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınmasına əsasən Bolqarıstan Respublikasının ümumi əhalisi 7,928,901 nəfər olmuşdur. Onlardan: Dini inancına əsasən müsəlmanların ümumi sayı 966,978 nəfər. Onlardan: 913,957 nəfəri sünni 53,021 nəfəri isə qızılbaş-şiə Öz milliyyətini türk olaraq qeyd edənlərin sayı 746,664 nəfər. Onlardan: Ana dilini türkcə olaraq qeyd edənlərin ümumi sayı 720,136 nəfər, bolqarca olaraq qeyd edənlərin ümumi sayı 26,147 nəfər. Dini inancına əsasən müsəlmanların ümumi sayı 713,024 nəfər.
İran azərbaycanlıları
İran azərbaycanlıları, cənubi azərbaycanlılar, İran türkləri və ya İran azəriləri (Farsca: ایرانیان آذربایجان; Azərbaycanca: ایران آذربایجانلیلاری [iˈɾɑːn ɑːzæɾbɑjˈdʒɑnlɯlɑɾɯ]) — İranda yaşayan və Azərbaycan türkcəsini özlərinin ana dili kimi danışan etnik qrup. Onlar Şimali Azərbaycanda yaşayanlarla eyni etnik qrup hesab edilirlər və İrandakı Türk xalqlarından birini təşkil edirlər. İran azərbaycanlıları özlərinin doğma bölgəsi olan İran Azərbaycanında və ya Cənubi Azərbaycanda yaşamaqdadırlar. Buraya Şərqi Azərbaycan, Ərdəbil, Zəncan və Qərbi Azərbaycan ostanları daxildir. Bu ostanlarda onlar əhalinin mütləq əksəriyyətini təşkil etsələr də, habelə Kürdüstan, Qəzvin, Həmədan, Gilan, Mərkəzi və Kermanşah ostanlarında da kütləvi şəkildə yaşamaqdadırlar. Həmçinin onlardan xeyli sayda insan Tehranda, Kərəcdə və digər yerlərdə də yaşamaqdadır. İran Azərbaycanında yaşayan və ya əslən İran Azərbaycanından olan azərbaycanlılar. İran azərbaycanlılarının sayı müxtəlif mənbələrə görə 35–40 milyondur. Bu isə İran əhalisinin 42% — 46%-ni təşkil edir. == Demoqrafik göstəricilər == İran Orta Şərqdəki bir çox digər dövlət kimi çoxmillətli bir dövlətdir.
İspaniya azərbaycanlıları
İspaniya azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun İspaniyada yaşayan hissəsinin adı. Dünya Azərbaycanlıları Konqresinin (DAK-ın) bütün dünyada yaşayan azərbaycanlıların sayına dair 2006-cı ildə yayınladığı məlumatlara əsasən İspaniyada 14,000 nəfər etnik azərbaycanlı yaşayır. == Xarici keçidlər == Azərbaycan Respublikası, Diasporla İş üzrə Dövlət Komitəsi: Xaricdəki təşkilatlar :İspaniyadakı təşkilatlar Azadlıq Radiosu :İspaniyada azərbaycanlılar əsasən Barselona, Madrid və Ali-Kante şəhərlərində yaşayırlar---yayınlanma tarixi: 05.01.2007.
Yaponiya azərbaycanlıları
Yaponiya azərbaycanlıları (在日アゼルバイジャン人, Zainiçi azerubaycancin) – Yaponiya dövlətinin ərazisində yaşayan azərbaycanlılar. Yaponiyada Azərbaycan diasporu 2000-ci illərdə fəaliyyət göstərməyə başlayıb. == Tarixi == 1920-ci illərdə Rusiyadan Yaponiyaya İdil-Ural türklərinin miqrasiyası baş vermişdir. Onlar özlərini "tatarlar" və ya "türk-tatarlar" adlandırmış olsalar da, aralarında azərbaycanəsilli şəxslər də olmuşdur. == Statistika == 2022-ci ilin məlumatına əsasən Yaponiyada 157 Azərbaycan vətəndaşı yaşayır. Yaponiya azərbaycanlıları əsasən tələbələr, səfirlik işçiləri, yerli şirkətlərdə çalışanlar və onların ailə üzvlərindən ibarətdir. Azərbaycan azərbaycanlıları ilə yanaşı Yaponiyada az sayda İran azərbaycanlıları da yaşayır. Onların arasında yaponiyalı xanımlarla evli olanlar daha çoxdur. Tokioda böyümüş İran azərbaycanlılarından biri olan Parsi Parsinejad Mirzə Fətəli Axundovun kötücəsidir. == Tanınmış şəxslər == Xəlil Kələntər – 1981-ci ildən Naqoya və Tokio şəhərlərində yaşayan elektrik mühəndisi.
Amerika azərbaycanlıları
ABŞ azərbaycanlıları və ya Amerika azərbaycanlıları (ing. Azerbaijani Americans) — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun ABŞ-də yaşayan hissəsinin adı. Əsasən ABŞ-nin Nyu-York, Vermont, Arizona, Florida, Ohayo, Konnektikut, Nevada, Texas, İllinoys kimi ştatlarında yaşayırlar. ABŞ-də azərbaycanlıların 30-a yaxın ictimai birliyi, bir jurnalı və bir televiziya kanalı fəaliyyət göstərir. ABŞ dövlət departamentinin verdiyi məlumata görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra 5 553 azərbaycanlı ABŞ vətəndaşlığına keçmişdir. == Tarixi == ABŞ-yə gələn ilk azərbaycanlı Mirzə Əli Əkbər olmuşdur. O, 1912-ci ilin 7 iyun tarixində Böyük Britaniyanın Liverpul dəniz limanından Mauretania gəmisi ilə Ellis adasına gəlmişdir. Azərbaycan Demokratik Respublikasının tənəzzülündən sonra 20-yə yaxın azərbaycanlı ABŞ-yə getmişlər. Onlar əsasən bolşevik təziqindən qaçanlar olmuşlar. Daha sonra İkinci dünya müharibəsi illərində Almaniyada xidmət edən və ya faşistlərə əsir düşən azərbaycanlıların bir qismi ABŞ-yə mühacirət etmişlər.
Gürcüstan azərbaycanlılarının siyahısı
Gürcüstan azərbaycanlıları siyahısı — Gürcüstan hüdudlarında tarixən yaşayan və ya sadəcə doğulan azərbaycanlılar. Gürcüstanda yaşayan azərbaycanlıların etnik tərkibini qarapapaqlar, qıpçaqlar, saklar, gögərlər və digər türkdilli tayfalar təşkil edir. Hazırda azərbaycanlılar əsasən Gürcüstanın Borçalı (Aşağı Kartli diyarı), Kaxeti və Msxeta-Mtianeti bölgələrində, Acarıstan Muxtar Respublikasında, həmçinin Tbilisi, Rustavi şəhərlərində tarixən kompakt şəkildə yaşayırlar. 2007-ci ilə olan təxminə əsasən sayları 360,000 nəfərdir. Hələ eramızdan əvvəl Gürcüstanın cənub və cənub-şərq ərazisində türkdilli tayfaların yaşaması haqqında çoxsaylı mənbələr, o cümlədən gürcü mənşəli tarixçilərin və etnoqrafların da etirafları mövcuddur. XV–XVI əsrlərdə Qafqazda türk faktorunun güclənməsi ilə əlaqədar olaraq Gürcüstana da etnik azərbaycanlıların kütləvi köç etməsi müşahidə olunmuşdur. Borçalının dağətəyi və dağlıq bölgələrində hazırda mövcud olan kəndlərin bir çoxu məhz bu dövrdə meydana gəlmiş və ya böyümüşdür. XVII əsrin ilk yarısında İran şahları, xüsusilə I Şah Abbas tərəfindən Kartli və Kaxeti çarlığı ərazisinə azərbaycanlıların, İranın Fereydan əyalətinə isə gürcülərin köçürülməsi və ya köçünün stimullaşdırılması bəzi tarixçilər tərəfindən dini-etnik ayrı-seçkilik kimi xarakterizə edilsə də, şahlığın ərazisində yaşayan xalqların coğrafi diversifikasiyası yolu ilə idarə edilməsinin asanlaşdırılması kimi tarixi mühakimələr daha inandırıcı görünür.
Lenin Ordeni ilə təltif olunan azərbaycanlıların siyahısı
== 1950-ci illər ==
Mart 1918-ci il. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə (kitab)
Mart 1918-ci il. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə – kitab 2009-cu ildə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi tərəfindən, "INDIGO" nəşriyyatında çap edilmişdir. Kitabın müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi, elmi redaktoru isə tarixi elmlər namizədi Məmməd Cəfərlidir. Kitabda 1918-ci il mart hadisələrinin, xalqımıza qarşı aparılan deportasiya siyasətinin, Bakıda törədilən qırğınların, soyqırımların geniş şərhi verilmişdir. Rus dilində işıq üzü görmüş kitaba Azərbaycan prezidenti Heydər Əliyevin imzaladığı "31 Mart Azərbaycanlıların Soyqırım Günü" fərmanının mətni də əlavə olunmuşdur. Kitabda 1918-ci ilin mart ayında Bakıda baş vermiş hadisələr haqqında sənədlər toplanmışdır. Böyük əhəmiyyət daşıyan bu kitab erməni millətçiləri tərəfindən yürüdülən siyasətin dünya ictimaiyyətinə çatdırılması üçün qiymətli bir mənbədir. Kitabdakı faktlar hadisəni görən insanların, digər millətlərə mənsub vətəndaşların dilindən söylənilən faktlara əsasən sənədləşdirilmişdir. == Kitabın təqdimatı haqqında == Kitabın təqdimatı 2009-cu il aprelin 22-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında keçirilmişdir.
Rusiya azərbaycanlılarının siyahısı
Bu siyahı ensiklopedik əhəmiyyətə malik Rusiya azərbaycanlılarının siyahısını ehtiva edir.
Sankt-Peterburq azərbaycanlıları
Sankt-Peterburq azərbaycanlıları — Sankt-Peterburqdakı etnik icma, 2010-cu il siyahıyaalmasına görə 17.717 nəfərdirlər. == Tarixi == Sankt-Peterburqdakı azərbaycanlılar şəhərin ən böyük etnik icmalarından biridir. 1999-cu ilə qədər Sankt-Peterburqda Vaqif Məmişovun rəhbərliyi ilə vahid Azərbaycan milli-mədəni muxtariyyəti, 2002-ci ildə isə "Azərbaycan Gəncləri Birliyi" yaradılmışdır. Əksər azərbaycanlılar Sankt-Peterburqa daimi yaşamaq üçün gəlir və rus dilində sərbəst danışırlar, bəzən bu dildən ana dili kimi istifadə edirlər. Azərbaycanlıların əksəriyyəti ticarət sektorunda çalışır və ya sahibkarlıqla məşğuldur, diaspor arasında elm adamları və dövlət məmurları da var. Şəhərdə azərbaycanlıların kompakt yaşayış yerləri yoxdur, hamısı əhalinin qalan hissəsi ilə qonşuluqda yaşayır. Lakin əvvəllər azərbaycanlıların məskunlaşmış köhnə binalarda yaşadıqları hallar var idi. Şəhərdə Azərbaycan milli mətbəxi olan bir çox restoran var. Sankt-Peterburqda 2 nəşr buraxılmışdır: Azeri (bütün Rusiyada mövcuddur) və İrs (həmçinin digər böyük şəhərlərdə buraxılır). Azərbaycan Respublikasının Baş Konsulluğu Sankt-Peterburqda yerləşir.
Türkiyə azərbaycanlılarının siyahısı
Bu Türkiyə əsilli Azərbaycanlıların siyahısıdır.
Uydurma azərbaycanlıların siyahısı
Aşağıda uydurma və ya bədii ədəbiyyatda olan azərbaycanlıların siyahısıdır. == Uydurulmuş azərbaycanlı şəxslər == Cazibə Abbasova — "Yaxşı Cazibə" televiziya serialında obraz. Dronqo — Gizli agent, yazıçı Çingiz Abdullayevin romanlarının əsas qəhrəmanı. Əli xan Şirvanşir — Yazıçı Qurban Səidin "Əli və Nino" romanında rus məktəbində təhsil alan əsilzadə müsəlman gəncidir. Əliş Kərəmli — Yazıçı Sergey Borodinin "Dmitriy Donskoy" tarixi romanında (1941) əsas personajlarından biri; XIV əsrin sonunda Moskva kremilinin ilk daş divarlarının tikilməsinə rəhbərlik edən şamaxılı memar-inşaatçı kimi təsvir edilir. Ferdinand Kərimov və ya Mr. K — Televiziya ustası, "Grand Theft Auto V" video oyununda personaj. Koroğlu — Koroğlu dastanının mistik xalq qəhrəmanı. Qara Qasım — Yazıçı Boris Akuninin "Erast Fandorin" romanında Fandorinin yol yoldaşı. Qurd Cəbrayıl — "Arxadan vurulan zərbə" bədii filminin əsas personajlarından biri.
XX əsrdə Azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi
Azərbaycanlıların Ermənistandan deportasiyası — azərbaycanlıların Ermənistandan məcburi köçürülməsi və etnik təmizləmə. == Arxa plan == Tarixçilərin və tədqiqatçıların fikrinə görə azərbaycanlıların indiki Ermənistandan etnik təmizlənməsi və deportasiyalarının əsas səbəbi regionun və ölkənin milli tərkibinin dəyişdirilməsi idi. == Gedişat == Azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə müsəlmanların deportasiyası üç mərhələdə aparılıb: Birinci mərhələ 1905–1920-ci illər; İkinci mərhələ 1948–1953-ci illər Üçüncü mərhələ 1988–1992-ci illər. Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daxil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiyada 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tarixi mədəni abidələri, dini müəssisələri, məktəb, xəstəxana və digər binaları darmadağın edib. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məxsus 2000-dən artıq qəbristanlıq dağıdıb. Ermənilər tarixən azərbaycanlılara, türklərə qənim kəsildikləri halda bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə diqqətsizlik göstərib. Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası əsasən 1948–1953-cü illərdə Stalinin göstərişi ilə həyata keçirilmişdir.
İranda azərbaycanlıların etiraz aksiyaları (2015)
İranda azərbaycanlıların etiraz aksiyaları və ya "Fitilieh" verilişi qalmaqalı (fars. جنجال برنامه فیتیله‎) — İranın dövlət telekanalında yayımlanan "Fitilieh" verilişində azərbaycanlıları təhqir edən proqramdan sonra 9 noyabr 2015-ci il tarixindən İranda başlayan etiraz aksiyaları. == Arxa plan == İrandakı azərbaycanlıların sayı ilə bağlı fikirlər müxtəlifdir. Beləki Britannika ensiklopediyasına əsasən 21-ci əsr ərzində İranda 15 milyondan artıq azərbaycanlı qeydə alınıb. Avraham Selanın 2002-ci ildə çap olunmuş "The Continuum Political Encyclopedia of the Middle East" kitabında isə İranda 20 milyon azərbaycanlının yaşadığı qeyd olunur. "Encyclopedia of the Stateless Nations" kitabında isə qeyd olunur ki İrandakı azərbaycanlıların sayını müəyyən etmək çətindir çünki İrandakı statistik məlumatlar İranın etnik strukturu haqqında heç bir məlumat vermir. Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatına görə İrandakı azərbaycanlıların sayı 30 milyondur. İrandakı azərbaycanlıların haqqları uğrunda mübarizə aparan təşkilatlar da bu sayın 30–40 milyon arasında olduğunu qeyd edirlər. Azərbaycanlılar əsasən İranın şimal qərbində yəni Cənubi Azərbaycanda cəmləşiblər. Əsas yerləşdikləri bölgələr Şərqi və Qərbi Azərbaycan ostanları, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan və Gilandır.
İranda azərbaycanlıların təhqir olunmasına qarşı etiraz aksiyaları (2015)
İranda azərbaycanlıların etiraz aksiyaları və ya "Fitilieh" verilişi qalmaqalı (fars. جنجال برنامه فیتیله‎) — İranın dövlət telekanalında yayımlanan "Fitilieh" verilişində azərbaycanlıları təhqir edən proqramdan sonra 9 noyabr 2015-ci il tarixindən İranda başlayan etiraz aksiyaları. == Arxa plan == İrandakı azərbaycanlıların sayı ilə bağlı fikirlər müxtəlifdir. Beləki Britannika ensiklopediyasına əsasən 21-ci əsr ərzində İranda 15 milyondan artıq azərbaycanlı qeydə alınıb. Avraham Selanın 2002-ci ildə çap olunmuş "The Continuum Political Encyclopedia of the Middle East" kitabında isə İranda 20 milyon azərbaycanlının yaşadığı qeyd olunur. "Encyclopedia of the Stateless Nations" kitabında isə qeyd olunur ki İrandakı azərbaycanlıların sayını müəyyən etmək çətindir çünki İrandakı statistik məlumatlar İranın etnik strukturu haqqında heç bir məlumat vermir. Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatına görə İrandakı azərbaycanlıların sayı 30 milyondur. İrandakı azərbaycanlıların haqqları uğrunda mübarizə aparan təşkilatlar da bu sayın 30–40 milyon arasında olduğunu qeyd edirlər. Azərbaycanlılar əsasən İranın şimal qərbində yəni Cənubi Azərbaycanda cəmləşiblər. Əsas yerləşdikləri bölgələr Şərqi və Qərbi Azərbaycan ostanları, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan və Gilandır.

"azərbaycanlıları" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#azərbaycanlıları nədir? #azərbaycanlıları sözünün mənası #azərbaycanlıları nə deməkdir? #azərbaycanlıları sözünün izahı #azərbaycanlıları sözünün yazılışı #azərbaycanlıları necə yazılır? #azərbaycanlıları sözünün düzgün yazılışı #azərbaycanlıları leksik mənası #azərbaycanlıları sözünün sinonimi #azərbaycanlıları sözünün yaxın mənalı sözlər #azərbaycanlıları sözünün əks mənası #azərbaycanlıları sözünün etimologiyası #azərbaycanlıları sözünün orfoqrafiyası #azərbaycanlıları rusca #azərbaycanlıları inglisça #azərbaycanlıları fransızca #azərbaycanlıları sözünün istifadəsi #sözlük