Ağabəyli sözü azərbaycan dilində

Ağabəyli

Yazılış

  • Ağabəyli • 99.0741%
  • ağabəyli • 0.4630%
  • AĞABƏYLİ • 0.4630%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağabəyli
Ağabəyli — Azərbaycanda daha çox işlədilən soyad və təxəllüs. Bu soyadı olan tanınmış insanlar Mirzə Ağabəyli — aktyor, rejissor assistenti, verilişlərdə və arxiv kadrlarda iştirak edən Ağaxan Ağabəyli — Kənd təssərrüfatı elmləri doktoru, professor, Şahin Ağabəyli — "Milli Yol" qəzetinin (2006) və "Poliqon" informasiya agentliyinin təsisçisiKəndlər Ağabəyli (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Ağabəyli (Ağcabədi) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd.
Ağabəyli (Ağcabədi)
Ağabəyli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Ağabəyli kənd inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Ağabəyli kəndi Hacıbədəlli kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ağabəyli kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin adı Azərbaycanın qədim kəbirli tayfasına məxsus eyniadlı nəslin adı ilə əlaqədardır. Bu kəndin adı oykonim şəxs adı ilə bağlı olub, Ağabəyli nəslinin adını əks etdirir. Tarixi həqiqətə görə XIX əsrdə kənddə Ağabəy adlı bir bəy yaşamış və kəndə ağalıq etmişdir. Ağabəyli kəbirli tayfasının bir qoludur. == Coğrafiyası və iqlimi == Kənd Qarqarçayın sahilində yerləşir. Ağabəyli kəndinin ərazisi 5.3 km²-dir. == Əhalisi == Əhalisi 563 nəfərdir. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağabəyli (Ağsu)
Ağabəyli — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ağsu rayonunun Çaparlı inzibati ərazi vahidində kənd. Ağsu çayının sahilində, Şirvan düzündədir. Tam adı Hacı Ağabəylidir. Oykonim ağabəyli nəslinin adını əks etdirir. Bu etnonimlə bağlı Şamaxı rayonunda Ağabəyli (1933), Ağdam və Ağsu rayonlarında Ağalarbəyli (1917–1961), Ağsu rayonunun Bozavand kəndində Ağaboy qobusu, Qax rayonunun Zərnə kəndində Ağabəylilər obası və s. qeydə alınmışdır. Ağabəylilər kəbirlilərin ağabəyalı qoluna məxsus bir nəslin adıdır. == Din == Kənddə Ağabəyli kənd məscidi dini icması fəaliyyət göstərir.
Ağabəyli (Meşkinşəhr)
Ağabəyli (fars. اقابيگلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 66 nəfər yaşayır (12 ailə).
Ağabəyli (Sulduz)
Ağabəyli (fars. اقابيگلو‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 384 nəfər yaşayır (97 ailə).
Ağabəyli bələdiyyəsi
Ağabəyli bələdiyyəsi (Ağsu)
Ağaxan Ağabəyli
Ağaxan Ələsgər oğlu Ağabəyli (22 dekabr 1904, Salyan, Cavad qəzası – 20 avqust 1980, Bakı) — kənd təssərrüfatı elmləri doktoru, professor, Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının (hal-hazırda Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyası) müxbir üzvü (1956). AMEA-nın müxbir üzvü, Azərbaycanın Əməkdar elm hadimi (1964). Camışçılıq elminin banisi. == Həyatı == Ağaxan Ağabəylinin atası Ələsgər Soltan oğlu Ağabəyli varlı, ziyalı, tacir və mülkədar olmuşdur. 1923-cü ildə Salyanda orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun kənd təsərrüfat fakültəsinə daxil olur və oranı bitirdikdən sonra göndərişlə Xalq Torpaq Komitəsinin Kolxoz mərkəzi sistemindəki salyan peşə məktəbinin direktoru (1927-1929) təyin olunur, daha sonra bakı və Şəkidə aqronom – zootexnik (1929-1930) işləyir. Orta və ali məktəblərdə oxuduğu 1920-1927-ci illərdə təhsil almaqla paralel olaraq xalq məhkəməsinin istintaq şöbəsində kargüzar və Salyan şəhərinin sosial – təminat şöbəsində işaparıcı, Bakı və Salyan şəhərlərində müəllim vəzifələrində çalışmışdır. 1925-1926-cı illərdə o, tələbə elmi xətti ilə ətlik ingilis qoyun cinslərinin yetişdirilməsi tarixini öyrənmək məqsədilə Ukraniyadaki Ümumittifaq Hibridləşdirmə və İqlimləşdirmə İnstitutuna , onların yunluq və ətlik məhsuldarlığını öyrənmək məqsədi ilə Askaniya-Nova Hibridləşdirmə İnstitutuna, habelə professor N.D.Potyomkinin rəhbərliyi altında elmi tədqiqatlarla məşğul olmaq üçün Moskva və Leninqrad şəhərlərinə göndərilmişdir. A.Ə. Ağabəyli 1930-cu ildə "İri buynuzlu qaramalın genetika və seleksiyası" ixtisası üzrə Moskva ümumittifaq Elmi-Tədqiqat Heyvandarlıq İnistitutunun aspiranturasına daxil olmuş və "Ləzgi cinsli qoyunlar və onların meronoslarla çarpazlaşdırılmasının nəticələri" mövzusunda tədqiqatlar aparmışdır. A.Ə. Ağabəylinin bir alim kimi formalaşmasında N.D.Potyomkin, E.N.Liskin,A.S.Serebrovski, M.A.Dyakov, N.İ.Kalugin, İ.V.Fiqurovski, V.T.Smirnov-Loginov və b. Görkəmli alimlərin böyük rolu olmuşdur.
Mirzə Ağabəyli
Mirzə Qasım oğlu Ağabəyli (29 avqust 1950, Buzovna) — azərbaycanlı aktyor, Azərbaycan Respublikasının Əməkdar Artisti. == Həyatı == Mirzə Ağabəyli 1950-ci il avqust ayının 29-da Bakının Buzovna qəsəbəsində anadan olub. 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstituna daxil olub. 1975-ci ildə SSRİ xalq artisti, professor Mehdi Məmmədovun rəhbərlik etdiyi Dram və kino aktyorluğu fakültəsini bitirib. 1975-ci ildə S.Rəhman adına Şəki Dövlət Dram Teatrında təyinatla işləyib. 1976-cı ildə hərbi xidmətə çağırılıb. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun nəzdindəki, "Tədris" teatrında aktyor vəzifəsində işləyib. 1982-ci ildə Azərbaycan Dövlət Milli Akademik Dram Teatrına dəvət olunub. 1994-cü ildən C.Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının nəzdində olan "Bəri - Bax" kinostudiyasında bədii rəhbər vəzifəsində işləyib. 2008-ci ildə "Sınaq film" prodüsser mərkəzində koordinator vəzifəsində çalışıb.
Rəna Ağabəyli
Rəna Ağabəyli (3 yanvar 1942, Kirovabad) — Genetik, Biologiya elmləri doktoru, professor. == Haqqında == Rəna Ağaxan qızı Ağabəyli 1942-ci il yanvar ayının 3-də Gəncə şəhərində tanınmış ziyalı, Ümumittifaq Kənd Təsərrüfatı Elmlər Akademiyasının müxbir üzvü, professor Ağaxan Ağabəylinin ailəsində dünyaya gəlmişdir. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. 1966-1969-cu illərdə Azərbaycan ЕА Botanika İnstitutunun aspiranturasında təhsil alarkən Moskva şəhərinə SSRİ Elmlər Akademiyasının Ümumi Genetika İnstitutuna ezam olunmuşdur. Müasir metodlara yiyələnərək böyük elmi təcrübə toplamış R.A.Ağabəyli 1972-cü ildə “Genetika” ixtisası üzrə “Yeni kompleksli kimyəvi mutagenlərin sitoloji və sitogenetik aktivliyinin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. 1992-ci ildə “Antioksidantlar və antioksidant fermentlər mutasiya prosesinin tənzimlənməsində” mövzusunda doktorluq dissertasiya işini böyük müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri doktoru alimlik dərəcəsini almışdır. R.A.Ağabəyli 1972-cı ildən Azərbaycan EA Fizika İnstitutunun Fiziki-kimyəvi biologiya sektorunda böyük elmi işçi, 1983-1987-ci illərdə həmin sektorun elmi katibi vəzifələrində çalışmışdır. 1980-ci ildə SSRİ EA AAK-nın qərarı ilə o, baş elmi işçi (indiki dosent) adına layiq görülmüşdür. 1987-ci ildən etibarən onun elmi taleyi Botanika İnstitutuna bağlanmış və artıq 35 ildir ki, fasiləsiz olaraq bu elm ocağında aparıcı elmi işçi, eksperimental mutagenez qrupunun rəhbəri kimi müxtəlif vəzifələrdə çalışmış və hazırda o, İnstitutun “Geobotanika” şöbəsinin baş elmi işçisidir. 2005-ci ildə o, professor elmi adına layiq görülmüşdür.
Şahin Ağabəyli
Şahin Ağabəyli - “Milli Yol” qəzetinin (2006) və “Poliqon” informasiya agentliyinin təsisçisi == Həyatı == Şahin Ağahüseyn oğlu Ağabəyli 1976-cı ildə Neftçala rayonunda anadan olub. 1997-ci ildə Türkiyədə Quru Qoşunları Hərbi Məktəbini bitirib. Jurnalist fəaliyyətinin ilk illərində “Bakı həftəliyi”, “Bizim yol” qəzetlərində çalışıb. 2003-cü ildə “Milli Yol” qəzetini, 2006-cı ildə “Poliqon” informasiya agentliyini təsis edib. Şahin Ağabəyli 2010-cu il oktyabrın 27-də Ələt-Astara magistralında, Qaradağ rayonu ərazisində yol qəzasına düşərək həlak olub.
Ağabəyli bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağabəyli bələdiyyəsi (Ağsu)
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağabəylilər
Ağabəyovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Əmir Teymurun (1370-1405) cığatay tayfasına mənsub olmuş Ağabəylilər Muğanın qədim nəsillərindən biridir. XVI əsrin sonunda, XVII əsrin əvvəllərində bu nəslin nümayəndələri Şah I Abbas Səfəvinin əmirlərindən olmuş və Səfəvi imperiyasının Hindistan sərhədlərində zabit rütbəsində xidmət etmişlər. 1603-1612-ci illərdə onlar Osmanlı-Səfəvi müharibələrində iştirak etmiş və Muğanın azad olunması uğrunda vuruşmuşlar. Bu xidmətlərinə görə şahın fərmanı ilə nəslin nümayəndəsi Arslan bəyə Muğanda torpaq mülkü bəxş edilmişdir. Onun ulu nəvəsi Cığatay bəy Qacarlar dövründə (XVIII əsrin ikinci yarısı) Salyanda mülkədar olmuşdur. == Soyun tanınmış nümayəndələri == Sadıq bəy Ağabəyzadə — general-mayor, şərqşünas alim, Azərbaycan Demokratik Respublikasının Daxili işlər nazirinin müavini. Ağaxan Ağabəyli — Kənd təssərrüfatı elmləri doktoru, professor. Mayis Ağabəyov — Azərbaycan kino rəssamı, inzibatçı, rəssam assistenti, geyim rəssamı və dekor rəssamı, Azərbaycan Respublikasının xalq rəssamı (2000). Hüseyn bəy Ağabəyov — Azərbaycan tibb alimi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.54 dəfə / 1 mln.
2003 •••••• 0.79
2004 ••••••••••••• 1.68
2006 •••••••••• 1.35
2007 ••••• 0.63
2008 •••• 0.49
2009 •••••••••••• 1.60
2010 ••••••••• 1.18
2011 ••••••••••••••••• 2.32
2012 ••••••••••••••• 1.98
2013 ••••••••••• 1.46
2014 •••• 0.51
2015 ••••• 0.68
2016 •••••••••••• 1.56
2017 •••••••••••••••••••• 2.76
2018 ••••••••••••••••• 2.25
2019 ••••••••••••• 1.67
2020 ••••••••••••• 1.72

Oxşar sözlər

#ağabəyli nədir? #ağabəyli sözünün mənası #ağabəyli nə deməkdir? #ağabəyli sözünün izahı #ağabəyli sözünün yazılışı #ağabəyli necə yazılır? #ağabəyli sözünün düzgün yazılışı #ağabəyli leksik mənası #ağabəyli sözünün sinonimi #ağabəyli sözünün yaxın mənalı sözlər #ağabəyli sözünün əks mənası #ağabəyli sözünün etimologiyası #ağabəyli sözünün orfoqrafiyası #ağabəyli rusca #ağabəyli inglisça #ağabəyli fransızca #ağabəyli sözünün istifadəsi #sözlük