Ağalarov sözü azərbaycan dilində

Ağalarov

Yazılış

  • Ağalarov • 99.7872%
  • AĞALAROV • 0.2128%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağalarov
Ağalarov — Azərbaycanda daha çox işlədilən soyad. Araz Ağalarov — iqtisad elmləri doktoru. Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti. Abbas Ağalarov — Azərbaycan və Sovet boksyoru Həsən bəy Ağalarov — Rusiya hərbçisi, çar ordusunun generalı İdris Ağalarov — Azərbaycan SSR xalq artisti, opera müğənnisi Emin Ağalarov — biznesmen, bəstəkar, müğənni. İlyas bəy Ağalarov — çar ordusunun polkovniki. Əlövsət Ağalarov — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı. Yusif bəy Ağalarov — General-mayor Əbdülhüseyn bəy Ağalarov — ADR dönəmində maliyyə şöbəsinin rəisi Rifət Ağalarov — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. Fərhad bəy Ağalarov — ADR ordusunun polkovniki Əliqulu Ağalarov — Azərbaycanın əməkdar elm xadimi (1971), tibb elmləri doktoru (1967), professor Mirabdulla Ağalarov — SSRİ İdman Ustası, Neftçala UGİM-də məşqçi müəllim. Cəfər Ağalarov — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Dalğa dinamikası şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor.
Abbas Ağalarov
Abbas Fərhad oğlu Ağalarov (1911, Azərbaycan – 1967) — Azərbaycan boksunun banilərindən biri, SSRİ-nin əməkdar məşqçisi, əməkdar idman ustası, beynəlxalq dərəcəli hakim. 1936-cı ildə Abbas Ağalarov ilk dəfə boks üzrə azərbaycanlı idman ustası dərəcəsini almışdır. 1937-ci ildə SSRİ Çempionatlığında final pilləyə yüksəlmişdir, "Dİnamo" Bakı cəmiyyətinin üzvü idi. Etdiyi mükəmməl çıxışdan sonra "Buravestnik" (Буревестник) və "Dinamo"-nun baş məşqçisi təyin olunur.Onun yetirmələrindən Azərbaycan boksuna öz töhvələrini vermiş, dünya ve avropa çempionları yetişdirmiş Rauf Cabbarov uzun müddət Boks üzrə Azərbaycan yığma komandasının baş məşqçisi olmuşdur.Abbas Ağalarov Rus ordusunun qeneral-leytenantı Həsən bəy Ağalarovun nəslindən idi. O, həm də Azərbaycan Bədən Tərbiyəsi İnstitutunda boks kafedrasına rəhbərlik edirdi. Məşhur idmançı, məşqçi və pedaqoq Abbas Ağalarov 1967-ci ildə 56 yaşında dünyasını dəyişdi.
Araz Ağalarov
Ağalarov Araz İsgəndər oğlu (8 noyabr 1955, Bakı) — iqtisad elmləri doktoru. Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti. == Həyatı == Araz Ağalarov 1955-ci il noyabrın 8-də Bakıda anadan olmuşdur. 1977-ci ildə Bakı Politexnik Universitetinə qəbul olmuş, 1982-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Elə həmin il Moskvaya gedərək aspiranturaya daxil olub. 1977–1983-cü illər isə Elmi-Tədqiqat İnstitutunu bitirib. 1983–1987-ci illərdə SSRİ Həmkarlar İttifaqlarının Ümumittifaq Mərkəzi Şurası yanında Ali Məktəbin dinləyicisi olub. Ümum ittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasında işləməyə başlayıb. 1988-ci ildə kooperativ hərəkatı başlayanda kiçik müəssisə yaradaraq sərgi fəaliyyəti ilə məşğul olub. == Fəaliyyəti == 1990-cı ildə ilk dəfə Rusiyada ABŞ-dən olan tərəfdaşları ilə Comtech adlanan kompüter texnologiyaları sərgisi təşkil edib.
Cəfər Ağalarov
Ağalarov Cəfər Həsən Ağa oğlu — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Dalğa dinamikası şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Cəfər Ağalarov 15 avqust 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1944-1954-cü illərdə Bakı şəhərinin 8 saylı orta məktəbində oxumuşdur. 1954-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun "Neftmexanika" fakültəsinə daxil olmuş və 1959-cu ildə həmin institutu bitirmişdir. 1959-cu ildən 1960-cı ilədək 55 saylı poçt qutusu müəssəsində mühəndus işləmişdir. 1960-cı ildən 1999-cu ilədək EA-nın Riyaziyyat və Mexanika İnstitutunda (indiki AMEA RMİ) böyük mühəndis, kiçik elmi işçi, böyük elmi işçi və şöbə rəhbəri vəzifəsində işləmişdir. 1966-1967-ci illərdə "Dinamik möhkəmlik" laboratoriyasında kiçik elmi işçi, 1967-1974-cü illərdə "Dalğa dinamikası" şöbəsində böyük elmi işçi, 1974-cü ildən "Dalğa dinamikası" şöbəsində şöbə müdiri olmuşdur. 1961-1964-cü illərdə EA-nın Riyaziyyat və Mexanika İnstitutununun aspiranturasında oxumuşdur. 1965-ci ildə "Qeyri-xətti, özlü elastiki mühitlərdə dalğaların yayılması" mövzusunda namizədlik dissertasiyası, 1981-ci ildə "Çevik rabitələrin zərbə təsirində özünü aparmasının nəzəri-eksperimental araşdırılması" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1983-cü ildən bu günədək EA-nın Riyaziyyat və Mexanika İnstitutunda, 1999-cu ildən bu günədək Milli Aviasiya Akademiyasında professor vəzifəsində işləyir.
Emin Ağalarov
Emin Araz oğlu Ağalarov, səhnə adı: Emin (12 dekabr 1979, Bakı) — bəstəkar, müğənni, biznesmen. Azərbaycanın xalq artisti (2018). == Həyatı == Emin Ağalarov 12 dekabr 1979-cu ildə Bakıda anadan olub, 4 yaşından Moskvada yaşayır. Təhsilini İsveçrədə və ABŞ-də alıb. Marymount Manhattan College (Nyu-York) bitirib və "Maliyyə sahəsində biznes-menecment" diplomu var.. Rusiyada bizneslə məşğul olur və GQ jurnalının 2011-ci ildə "İlin İş Adamları" namizədləri arasından birinci yerə çıxmışdır. === Sahibkarlıq fəaliyyəti === Crocus Group adlı Rusiyanın ən iri developer şirkətlərindən birinin vitse-prezidentidir.. Bu kommersiya layihələrinə başçılıq edir: Krokus Siti ticarət-sərgi mərkəzinin strukturasına daxil olan, Krokus Siti Moll ticarət kompleksi və Krokus Siti Holl konsert zalı Vegas Arxivləşdirilib 2015-05-08 at the Wayback Machine ticarət-əyləncə komplekslərinin şəbəkəsi Nobu, Zafferano, Shore House, Edoko, Rose Bar restoranları Sea Breeze Resort developer layihəsi (Nardaran) === Musiqi karyerası === Emin ABŞ-də olarkən musiqiyə marağı başlayıb. Xüsüsən Frenk Sinatra, Elvis Presli və özünün müəllimi kimi tanıtdığı Müslüm Maqomayev onun kumirləri arasındadır. 2006-cı ildə onun ilk Still adlı ingiliscə albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib.
Mirabdulla Ağalarov
Mirabdulla Ağalarov — SSRİ İdman Ustası, Neftçala UGİM-də məşqçi müəllim. == Həyatı == Ağalarov Mirabdulla Mazan oğlu 28 fevral 1954-cü ildə Neftçala rayonunun Qoltuq kəndində anadan olmuşdur. Keçmiş SSRİ İdman Ustası Ağalarov,hal-hazırda Neftçala UGİM`də sərbəst güləş üzrə məşqçi müəllim olaraq işləyir. Rus və Türk dillərini bilir. Ailəlidir 3 övladı,5 nəvəsi var.
Murad Ağalarov
Murad Ağalarov (Tam adı:Murad Sultan oğlu Ağalarov ; d.1918; Rusiya, Volqoqrad vilayəti, Savinka k. - ö.1985) — geologiya-mineralogiya elmləri doktoru, professor. == Həyatı == Murad Ağalarov Rusiyanın Volqoqrad vilayətinin Savinka kəndində anadan olub. 1941-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirərək kimya ixtisasına yiyələnib. 1954-cü ildə namizədlik, 1962-ci ildə doktorluq dissertasiyaları müdafiə edib. Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat Layihə institutunda neft-mədən kimyası laboratoriyasının müdiri işləmişdir. == Elmi fəaliyyəti == Elmi tədqiqatlarının sahəsi: geokimya, hidrokimya, hidrogeologiya. Onun elmi işlərinin nəticələri neft yataqlarının lay sularının brom, yod, bor və başqa qiymətli komponentləri çıxarılmasında, lay sularının stratiqrafik aidiyyatını təyin etməkdə və həmçinin neft yataqlarına vurulan mədən sularının hazırlanmasında və onların sututumlarına ötürülməsi zamanı təmizlənməsində tətbiqini tapmışdır. M.Ağalarov 120-dən çox elmi əsərin, bir neçə monoqrafiyanın, o cümlədən "Azərbaycanın əsas neft yataqlarının hidrogeokimyası", "Neft yataqlarının lay sularının fiziki-kimyəvi sınanması"nın müəllifidir. 15 elmlər namizədi hazırlamışdır.
Nahid Ağalarov
Nahid Musa oğlu Ağalarov (19 dekabr 1983; Goranboy rayonu, Azərbaycan SSR — 23 noyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nahid Ağalarov 1983-cü il dekabrın 19-da Goranboy rayonunda Xan Qərvənd kəndində anadan olub. Ailəli idi. Bir övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş çavuşu olan Nahid Ağalarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nahid Ağalarov noyabrın 23-də Şuşa istiqamətində minaya düşməsi nəticəsində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid Ağalarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid Ağalarov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nahid Ağalarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rifət Ağalarov
Rifət Ağalarov (19 aprel 1952, Salyan, Salyan rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == 1952-ci il aprelin 19-da Salyan şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun əmtəəşünaslıq fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. Rus dilini bilir. Azərbaycan Milli İstiqlal Partiyasının üzvüdür. 2000-ci il noyabrın 5-də 84 saylı Salyan seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvüdür.
Vüsal Ağalarov
Vüsal Zahid oğlu Ağalarov (20 oktyabr 1991, Gəncə) — Azərbaycanlı Pauerlifter, Respublika dərəcəli İdman ustası, Azərbaycan Pauerliftinq Federasiyasının (APF) yığma komandasının üzvü. == Rəsmi Yarış nəticələri == |Squat (wraps): 320 KG |Bench press: 205 KG |Deadlift: 322.5 KG |Total: 847.5 KG RAW == Həyatı == Ağalarov Vüsal 1991-ci il oktyabrın 10-da Gəncə şəhərində anadan olmuşdur. 1998-ci ildə Gəncədə 34 saylı orta məktəbə getmiş və 2009-cu ildə həmin məktəbin məzunu olmuşdur. Məktəbi bitirdikdən sonra 2011-ci ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşdur. == İdman Fəaliyyəti == Hələ erkən yaşlarında idmana yaranan həvəs sayəsində 6 yaşından 14 yaşına kimi boksla məşğul olub. 14 yaşından 16 yaşına qədər isə ağır atletika idman növündə də özünü sınayıb və bu idman ona daha da motivasiya verib. Aradan bir neçə il keçməsinə baxmayaraq 22 yaşından pauerliftinq idman növünə atılmağa qərar verir və getdikcə özündə olan potensial sayəsində yüksək nailiyyət əldə etmişdir. Dəfələrlə respublika yarışlarında özünü doğruldaraq növbəti hədəfində avropa və dünya yarışlarında uğur qazanmaq üçün daha çox çalışır. Avropa və dünya çempionatlarında da yüksək nailiyyət əldə edib.
İdris Ağalarov
İdris Fərhad oğlu Ağalarov (20 oktyabr 1917, Tiflis, Tiflis quberniyası – 4 may 1975, Bakı) — Azərbaycan opera müğənnisi (lirik bariton), Azərbaycan SSR xalq artisti (1958). == Həyatı == Bariton səsə malik İdris Fərhad bəy oğlu 20 oktyabr 1917-ci ildə Tiflisdə anadan olmuşdur. 1939-cu ildə Bakı Musiqi Texnikumunu bitirmişdir. 1937-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur. 1943-cü ildə konservatoriyanı (S. K. Qolskayanın sinfi) bitirmişdir. Şahvələd (Qlier, "Şahsənəm"). Yavər (C. Cahangirov, "Azad") və başqa operalarda oxumuşdur. İdris Ağalarov 4 may 1975-ci ildə Bakıda vəfat edib.
İsmayıl Ağalarov
İsmayıl Əbdülhüseyn bəy oğlu Ağalarov (1910-1977) — II Dünya Müharibəsi iştirakçısı. == Həyatı == İsmayıl Həqqi bəy Əbdülhüseyn bəy oğlu Ağalarov 1910-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. İlk təhsilini o zaman Şamaxıda "Taxtalı məktəb" deyilən məktəbdə almışdır. Bu məktəbə ona görə "Taxtalı məktəb" de-yilirdi ki, 1831- ci illərdə tikilmiş bu bina taxtadan tikilmişdi. 1930-cu illərdə bu bina uşaq evi (el arasında "Yetimxana"), sonra da idarə binası oldu. İsmayıl bəy 17 yaşında ikən 1927-ci illərdə ailəsi ilə Bakı şəhərinə köçdü və burada Bakı Dövlət Universitetinin hüquq fakultəsinə daxil oldu. Təhsilini bitirdikdən sonra təyinatla 3 il Şamxor (indiki Şəmkir) rayonunda müstəntiq işlədikdən sonra Bakı şəhərinə qayıtdı. 1938-ci ildə Sənaye və mülki inşaat ixtisası üzrə Azərbaycan Sənaye İnstitutuna daxil oldu. Bütün bunlar İsmayıl Həqqinin elm və biliyə can atdığını göstərirdi. Dərin bilik və təşkilatçılıq bacarığına malik olan gənc İsmayıl İnstitutun 3-cü kursunda oxuyarkən İnstitut Həmkarlar təşkilatının sədri , sonra da, o zamankı Dzerjinski rayon Partiya Komitəsinin katibi seçilir.
Əliqulu Ağalarov
Ağalarov Əliqulu Behbud bəy oğlu (23 mart 1923, Ordubad, Naxçıvan MSSR – 23 iyun 1982, Bakı) — Azərbaycan alimi, neyrocərrahı, Azərbaycan SSR əməkdar elm xadimi (1971), tibb elmləri doktoru (1967), professor (1970). == Həyatı == Əliqulu Ağalarov 1923-cü il mart ayının 23-də Ordubad şəhərində doğulmuşdur. Orta təhsilini Ordubad şəhərində almışdır. N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Bakı ŞHK-ndan orduya çağırılmışdır (1941). İkinci dünya müharibəsinin son günlərinədək hərbi təx. xəstəxanasında cərrahlıq etmiş, gənc tibb mütəxəssisi kimi təcrübə dərsi keçmiş, sənətini daha da kamilləşdirmişdir. Neçə-neçə döyüşçünü ölümün pəncəsindən alıb yenidən döyüşən orduya göndərmiş, faşizm üzərində qabaqcıl bəşəriyyətin tarixi Qələbəsini öz xeyirxah nəcib işi ilə yaxınlaşdırmağa çalışmışdır. Ağalarov bu Qələbəni Avstriyanın paytaxtı Vyana şəhərində cərrahiyyə vzvodunun komandiri kimi tibb xidməti podpolkovniki (1945) rütbəsində qarşılaşmışdır. Ordudan tərxis olunduqdan sonra keçmiş Azərbaycan SSR EA Eksperimental Tibb İnstitutunun kiçik elmi əməkdaşı N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun təxliyə cərrahiyyəsi kafedrasının assistenti olmuşdur. Ağalarov 1954-cü ildə qastroenterologiya sahəsində tibb elmləri namizədi alimlik dərəcəsini almışdır.
Əlövsət Ağalarov
Əlövsət İbrahim oğlu Ağalarov — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı. == Həyatı == Əlövsət Ibrahim oğlu Ağalarov 1954-cü ilin yanvar ayının 20-də Kəlbəcər rayonunun Quzeyçirkin kəndində dünyaya gəlmişdir. == Təhsili == Qılınclı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsine daxil olmuş, sonra Univertsitet rəhbərliyi tərəfindən Leninqrad Dövlət Universitetinin jurnalistika fakültəsinə göndərilmiş, ali təhsilini bu universitetdə başa vurmuş və təyinatla Azərbaycan Dövlət Nəşriyyatına redaktor vəzifəsinə təyin olunmuşdur. == Fəaliyyəti == Bu nəşriyyatda iki il işlədikdən sonra Azərbaycan Dövlətnəşrkomunda Tərcümə Ədəbiyyatı Idarəsində redaktor vəzifəsinə təyin edilmişdir. 4 il bu vəzifədə çalışdıqdan sonra yenidən Azərbaycan Dövlət Nəşriyyatında Bədii Ədəbiyyat redaksiyasına şöbə müdiri vəzifesinə göndərilmişdir. Sonralar Baş redaktorun müavini 1992-ci ildən bu günədək isə Nəşriyyatın Baş redaktoru vəzifəsində çalışır. 1995-ci ildə Birinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin üzvü seçilmişdir. SSRI Jurnalistlər Ittifaqının, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. == Kitabları == 20-dən çox kitabı Azərbaycan dilinə tərcümə etmişdir (Turgenevin povestlerini, N. Nosovun trilogiyasini, A. Kuleşovun povestlərini, O. Şestinskinin hekayələrini, M. Paviçin "Xəzər lüğəti" tarixi əsərini, Əhmədxan Əbu Bəkirin povestini və s.). 500-dən çox kitabin redaktoru, iki yüzdən çox elmi-publisistik məqalə müəllifi.
Fərhad bəy Ağalarov
Fərhad Ağalarov (azərb. Fərhad bəy Əbülfət bəy oğlu Ağalarov ‎; d. 10 noyabr 1868, Tiflis quberniyası, Qaraçalı kəndi – ?) — ADR ordusunun polkovniki. == Həyatı == Fərhad bəy Əbülfət bəy oğlu 10 noyabr 1868-ci ildə Tiflis quberniyasının Qaraçalı kəndində anadan olub. Şuşa real məktəbini, 1885-ci Nikolayev hərbi kavaler məktəbinə qəbul olmuş, 1888-ci ildə bitirmişdi. Birinci Dünya müharibəsində iştirak edib. 1914–1915-ci illərdə alman cəbhəsində, 1916–1917-ci ildə Urmiyada Levondovskinin dəstəsində xidmət etmişdi. Milli Orduda birinci Azərbaycan süvari alayının komandiri idi. Bakıda qarnizon rəisi olub. 1921-ci ildə sürgünə göndərilib.
Həsən bəy Ağalarov
Həsən bəy Ağakarov — Azərbaycan əsilli general-leytenant. == Həyatı == Həsən bəy 1812-ci ildə Tiflisdə zadəgan ailəsində anadan olub. O, 1830-cu ildə kadet korpusunu bitirdikdən sonra Qafqaz müsəlman-süvari polkunda xidmət edir. Az sonra bölük komandiri Həsən bəy Ağalarovun fərasəti və hərbi işdəki nizam-intizamı general-leytenant knyaz Vasili Osipoviç Behbudovun diqqətini cəlb edir. Ona görə də general, poruçik Həsən bəy Ağalarovu qərargah işləri üzrə ən yaxın köməkçisi təyin edir. 1834-cü ilin sentyabrında azərbaycanlılardan ibarət Zaqafqaziya atlı-müsəlman alayı Varşavaya ezam olunanda onun sıralarında general İsmayıl bəy Qutqaşınlı, Abbasqulu ağa Bakıxanovun kiçik qardaşı general-mayor Cəfərqulu ağa Bakıxanov və kapitan Həsən bəy Ağalarov da vardı. 1852-ci ildə isə polkovnik Həsən bəy Ağalarov Zaqafqaziya atlı-müsəlman alayının komandiri təyin olunur. Bir il sonra Krım müharibəsi başlananda bu alayın tərkibində xüsusi döyüş dəstələri yaradıldı. "1853–56-cı il Şərq müharibəsinin təsviri" kitabının müəllifi A. F. Qeyrot yazır ki, təkcə gəncəlilərdən ibarət iki süvari dəstəsi yaradılmışdı. Onların ümumi sayı min nəfər cəsur atlıdan ibarət idi.
İlyas bəy Ağalarov
İlyas bəy Ağalarov (azərb. İlyas bəy Allahyar bəy oğlu Ağalarov‎; 7 iyun 1860 və ya 1860, Yelizavetpol, Tiflis quberniyası – 18 mart 1913, Yelizavetpol) — çar ordusunun polkovniki. == Həyatı == İlyas bəy Ağalarov 1860-cı il iyunun 7-də Gəncədə nüfuzlu bəy ailəsində dünyaya gəlib. İlyas bəy İkinci Moskva hərbi gimnaziyasında və Pavlov hərbi məktəbində təhsil alıb. Hərbi xidmətə 1879-cu il aprelin 26-da başlayıb. 1887-ci il avqustun 8-də podporuçik, 1894-cü il avqustun 1-də ştabs-kapitan, 1898-ci il avqustun 1-də kapitan, 1904-cü il iyunun 26-da podpolkovnik, 1910-cu il dekabrın 6-da isə polkovnik rütbələrini alıb. Gürcüstan Mərkəzi Dövlət Arxivində İlyas bəy Ağalarova məxsus azsaylı sənədlərdən məlum olur ki, o, Port-Artur döyüşlərində iştirak etmiş və sağ-salamat qayıtmışdır. Sonralar İkinci Qafqaz istehkamçı batalyonunun komandiri olan polkovnik 1913-cü ildə martın on səkkizində qəfil mərmi partlayışından həlak olub. Bu sərkərdənin məzarı hazırda Gəncədəki İmamzadə məscidinin həyətindədir. Məzarında bu sözlər yazılmışdır: "Qvardiya polkovniki İlyas bəy Ağalarov".
Bahar Ağalarova
Ağalarova Bahar Əmirəli qızı (1884, Varvara, Yelizavetpol qəzası – 16 fevral 1953, Bakı) — Azərb. SSR əməkdar müəllimi (1942). == Həyatı == Ağalarova Bahar Əmralı qızı 1884-cü ildə Varvara kəndində anadan olmuşdur. 1910-cu ildə Bakıda müsəlman qızlar üçün açılmış Qızlar gimnaziyasını bitirmişdir. Sovet müəllimi, tərbiyəçi, 1942-ci ildə Azərbaycanda ilk uşaq evinin təşkilatçısıdır. SSRİ Ali Sovetinin (2 çağırış) və Azərbaycan SSR Ali Sovetinin (2 çağırış) deputatı olmuş, "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir. 16 fevral 1953-cü ildə Bakı şəhərində vəfat etmişdir. == Fəaliyyəti == Azərbaycanda ilk uşaq evini təşkil etmişdir (1920). SSRİ Ali Sovetinin (3-cü çağırış) deputatı olmuşdur. Yusif Əzimzadənin "Anacan" pyesi onun fəaliyyətindən bəhs edir.
Dünya Ağalarova
Dünya Ağalarova Əkbər qızı (12 dekabr 1906, Şamaxı - 15 avqust 1981) – Azərbaycanın ilk geolog qadını, professor (1965). == Haqqında == Dünya Ağalarova 12 dekabr 1906-cı ildə Şamaxı şəhərində anadan olmuşdur. Dünya Ağalarova 1932-ci ildə Azərbaycan Neft İnstitutunun geoloji şöbəsini bitirmişdir. Ağalarova Azərbaycanın neftli-qazlı vilayətlərinin pliosen çöküntülərinin mikrofaunasını öyrənməyə başlamış ilk alim-paleontoloqlardandır. == Əmək fəaliyyəti == Dünya Ağalarova tələbə olduğu dövrdə-1930-cu ildə Azərbaycan Neft İnstitutunda mikrofauna üzrə laborant kimi işləməyə başlamışdır. 1949-1951-ci illərdə Ağalarova Elmi-Tədqiqat Geoloji-Kəşfiyyat Neft İnstitutunda və Neft Texnikumunda müəllim işləmişdir. 1951-1954-cü illərdə Dünya Ağalarova Türkmənistan Elmlər Akademiyası Geologiya İnstitutuna çalışmış və həmçinin orada paleontolgiya şöbəsinə rəhbərlik etməklə yanaşı, Türkmənistan Dövlət Universitetində paleontologiyadan mühazirələr oxumuşdur. O, 1954-cü ildə Bakıya qayıdır və neft çıxarılması üzrə AzETİ-də böyük elmi işçi işləyir. 1960-cı ildən ömrünün sonuna kimi stratiqrafiya laboratoriyasına rəhbərlik etmişdir. Onun məhsuldar qatın mikrofaunistik xarakteristikası üzrə tədqiqatları böyük əhəmiyyət daşıyırdı.
Əzimə Ağalarova
Əzimə Ağalarova - (Əzimə Xaspolad qızı Agalarova; d. 18 mart 1959, Azərbaycan, Zərdab) — İngilis, fransiz, alman, rus, türk dilləri daxil olmaqla 5 dildə bilən istedadlı yazıçı. == Həyatı == Əzimə Ağalarova 1959-cu ildə mart ayının 18-də Azərbaycan Respublikasının Zərdab rayonunda anadan olub. 1976-cı ildə Ş.Qurbanov adına 2 nömrəli orta məktəbi bitirimiş, həmin ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) İngilis-Fransız dilləri fakültəsinə qəbul olmuş, 1981-ci ildə məzun olmuşdur. İlk işinə 1984-cü ildə Azərbaycan Respublikası Daxili işlər Nazirliyində başlamış, 1993-cü il dekabr ayında Almaniyanın Hamburq şəhərinə köçmüşdür. 6 dildə bilən yazıçı Almaniyada müxtəlif sahələr üzrə tərcüməçi işləmişdir. 1 oğlu, 3 nəvəsi var. == Yaradıcılığı == Yazarliga 6 il əvvəl 2013-cü ildə başlayan Əzimə Ağalarova 6 kitab, 5 roman müəllifidir. Bir il ərzində iki kitabı nəşr olunmuş yazarın əsərlərinin əsas mövzusu gizli təskilatlar, dərin dövlət və eşqdir. Belletristik janrlarda yazır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 7.81 dəfə / 1 mln.
2002 •••• 3.43
2003 ••••• 3.94
2004 •••• 3.71
2005 ••••• 4.05
2006 •••••• 4.73
2007 ••••• 4.02
2008 •••••• 5.12
2009 ••• 2.40
2010 •••••••••• 8.81
2011 •••••••••••••••••• 16.56
2012 ••••••••••••••••• 15.14
2013 •••••••••••••••••••• 18.67
2014 ••••••• 6.18
2015 •• 1.19
2016 •••• 2.95
2017 0.49
2018 ••••••••• 8.09
2019 ••••••••• 8.21
2020 •• 1.06

"ağalarov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ağalarov nədir? #ağalarov sözünün mənası #ağalarov nə deməkdir? #ağalarov sözünün izahı #ağalarov sözünün yazılışı #ağalarov necə yazılır? #ağalarov sözünün düzgün yazılışı #ağalarov leksik mənası #ağalarov sözünün sinonimi #ağalarov sözünün yaxın mənalı sözlər #ağalarov sözünün əks mənası #ağalarov sözünün etimologiyası #ağalarov sözünün orfoqrafiyası #ağalarov rusca #ağalarov inglisça #ağalarov fransızca #ağalarov sözünün istifadəsi #sözlük