Ağalarova sözü azərbaycan dilində

Ağalarova

Yazılış

  • Ağalarova • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bahar Ağalarova
Ağalarova Bahar Əmirəli qızı (1884, Varvara, Yelizavetpol qəzası – 16 fevral 1953, Bakı) — Azərbaycan SSR əməkdar müəllimi (1942). == Həyatı == Ağalarova Bahar Əmralı qızı 1884-cü ildə Varvara kəndində anadan olmuşdur. 1910-cu ildə Bakıda müsəlman qızlar üçün açılmış Qızlar gimnaziyasını bitirmişdir. Sovet müəllimi, tərbiyəçi, 1942-ci ildə Azərbaycanda ilk uşaq evinin təşkilatçısıdır. SSRİ Ali Sovetinin 3-cü çağırış (1950—1954) və Azərbaycan SSR Ali Sovetinin II çağırış (1947—1950) deputatı olmuş, "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir. 16 fevral 1953-cü ildə Bakı şəhərində vəfat etmişdir. Yusif Əzimzadənin "Anacan" pyesi onun fəaliyyətindən bəhs edir.
Dünya Ağalarova
Dünya Ağalarova Əkbər qızı (12 dekabr 1906, Şamaxı - 15 avqust 1981) – Azərbaycanın ilk geolog qadını, professor (1965). == Haqqında == Dünya Ağalarova 12 dekabr 1906-cı ildə Şamaxı şəhərində anadan olmuşdur. Dünya Ağalarova 1932-ci ildə Azərbaycan Neft İnstitutunun geoloji şöbəsini bitirmişdir. Ağalarova Azərbaycanın neftli-qazlı vilayətlərinin pliosen çöküntülərinin mikrofaunasını öyrənməyə başlamış ilk alim-paleontoloqlardandır. == Əmək fəaliyyəti == Dünya Ağalarova tələbə olduğu dövrdə-1930-cu ildə Azərbaycan Neft İnstitutunda mikrofauna üzrə laborant kimi işləməyə başlamışdır. 1949-1951-ci illərdə Ağalarova Elmi-Tədqiqat Geoloji-Kəşfiyyat Neft İnstitutunda və Neft Texnikumunda müəllim işləmişdir. 1951-1954-cü illərdə Dünya Ağalarova Türkmənistan Elmlər Akademiyası Geologiya İnstitutuna çalışmış və həmçinin orada paleontolgiya şöbəsinə rəhbərlik etməklə yanaşı, Türkmənistan Dövlət Universitetində paleontologiyadan mühazirələr oxumuşdur. O, 1954-cü ildə Bakıya qayıdır və neft çıxarılması üzrə AzETİ-də böyük elmi işçi işləyir. 1960-cı ildən ömrünün sonuna kimi stratiqrafiya laboratoriyasına rəhbərlik etmişdir. Onun məhsuldar qatın mikrofaunistik xarakteristikası üzrə tədqiqatları böyük əhəmiyyət daşıyırdı.
Əzimə Ağalarova
Əzimə Ağalarova - (Əzimə Xaspolad qızı Agalarova; d. 18 mart 1959, Azərbaycan, Zərdab) — İngilis, fransiz, alman, rus, türk dilləri daxil olmaqla 5 dildə bilən istedadlı yazıçı. Əzimə Ağalarova 1959-cu ildə mart ayının 18-də Azərbaycan Respublikasının Zərdab rayonunda anadan olub. 1976-cı ildə Ş.Qurbanov adına 2 nömrəli orta məktəbi bitirimiş, həmin ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) İngilis-Fransız dilləri fakültəsinə qəbul olmuş, 1981-ci ildə məzun olmuşdur. İlk işinə 1984-cü ildə Azərbaycan Respublikası Daxili işlər Nazirliyində başlamış, 1993-cü il dekabr ayında Almaniyanın Hamburq şəhərinə köçmüşdür. 6 dildə bilən yazıçı Almaniyada müxtəlif sahələr üzrə tərcüməçi işləmişdir. 1 oğlu, 3 nəvəsi var. Yazarliga 6 il əvvəl 2013-cü ildə başlayan Əzimə Ağalarova 6 kitab, 5 roman müəllifidir. Bir il ərzində iki kitabı nəşr olunmuş yazarın əsərlərinin əsas mövzusu gizli təskilatlar, dərin dövlət və eşqdir. Belletristik janrlarda yazır.

Oxşar sözlər

#ağalarova nədir? #ağalarova sözünün mənası #ağalarova nə deməkdir? #ağalarova sözünün izahı #ağalarova sözünün yazılışı #ağalarova necə yazılır? #ağalarova sözünün düzgün yazılışı #ağalarova leksik mənası #ağalarova sözünün sinonimi #ağalarova sözünün yaxın mənalı sözlər #ağalarova sözünün əks mənası #ağalarova sözünün etimologiyası #ağalarova sözünün orfoqrafiyası #ağalarova rusca #ağalarova inglisça #ağalarova fransızca #ağalarova sözünün istifadəsi #sözlük