ağaşiri sözü azərbaycan dilində

ağaşiri

Yazılış

  • ağaşiri • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağaşirin Babayev
Ağaşirin Firuz oğlu Babayev (16 may 2001, Qəmərvan, Qəbələ rayonu – 3 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağaşirin Babayev 16 may 2001-ci ildə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olmuşdur. == Hərbi xidməti == Ağaşirin Babayev 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Ordusunun əsgəri olan Ağaşirin Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağaşirin Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağaşirin Babayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ağaşirin Cəfərov
Cəfərov Ağaşirin Ağaməmməd oğlu (10 iyul 1906, Ballıcalı, Cavad qəzası – 3 may 1984, Neftçala) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == 25 fevral 1906-cı ildə indiki Neftçala rayonunun Ballıcalı kəndində anadan olmuşdur. 1928-1930-cu illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. Böyük Vətən Müharibəsinin ilk günlərindən qələbə gününə kimi Qafqazdan başlayaraq Berlinədək döyüş yolu keçmiş, özünü bacarıqlı və igid komandir kimi tanıtmışdır. Döyüşlərdə üç dəfə yaralanmışdır. Pulemyotçu kiçik serjant Ağaşirin Cəfərov 1942-ci ilin noyabrında Cənub cəbhəsində 51-ci ordu tərkibindəki 416-ci Azərbaycan Milli diviziyasında döyüşə başlamışdır. 1943-cü ilin oktyabrında Melitopol şəhəri yaxınlığındakı döyüşlərdə sərrast atəş ilə şəxsi igidlik göstərərək, düşmənin atəş nəqtələrini və 300-dən artıq canlı qüvvəsini məhv etmiş, döyüş üçün mühüm yüksəkliyin zəbt edilməsini təmin etmişdir. Taqanroq şəhəri uğrunda gedən vuruşlarda xüsusi igidliyinə görə 1943-cü ilin 1 noyabrında Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür. O, 416-cı diviziyada bu adı alan birinci qəhrəmandır. Starşina Ağaşirin Cəfərov müharibə qurtardıqdan sonra öz kəndində kolxoz və kənd soveti sədri olmuş, sonra isə Bakıda Neft-qazma idarəsində işləmişdir.
Ağaşirinoba
Ağaşirinoba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Qusarçay inzibati ərazi vahidində kənd. == Tarixi == Ağaşirinoba kəndi Qusar çayının sahilində, Samur-Dəvəçi ovalığındadır. XIX əsrin ortalarında Qrız kəndinə məxsus qışlaq yerində salınmışdır. Oykonim Ağaşirin (Şəxs adı) və oba (el, birlik, nəsil) sözlərindən düzəlib, "Ağaşirinə məxsus el, nəsil" deməkdir.

ağaşiri sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

ağa və şirin sözlərindən düzəlmiş, «böyük şirinlik xoşbəxtlik», məcazi mənada «böyük, sevimli oğlan» deməkdir.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#ağaşiri nədir? #ağaşiri sözünün mənası #ağaşiri nə deməkdir? #ağaşiri sözünün izahı #ağaşiri sözünün yazılışı #ağaşiri necə yazılır? #ağaşiri sözünün düzgün yazılışı #ağaşiri leksik mənası #ağaşiri sözünün sinonimi #ağaşiri sözünün yaxın mənalı sözlər #ağaşiri sözünün əks mənası #ağaşiri sözünün etimologiyası #ağaşiri sözünün orfoqrafiyası #ağaşiri rusca #ağaşiri inglisça #ağaşiri fransızca #ağaşiri sözünün istifadəsi #sözlük