* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. məh. Ehtiyacı ödəmək üçün üyüdülən azacıq dən. ◊ Ağnağaz üyütmək məc. – boş yerə danışmaq, boşboğazlıq etmək. Deyəsən, məsələmiz qurtarıbdır. İndi də keçmişik ağnağaz üyütməyə. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / ağnağaz1 Ehtiyacı təcili ödəmək üçün dəyirmanda azca dən üyütməyə “ağnağaz” deyirlər. Bu kəlmənin mənşəyi barədə bir neçə mülahizə söyləmək olar: 1. Rus dilindəki “жнивье” mənasını verən anız sözümüz olub. Ağnağaz bununla bağlı ola bilər, yəni biçin zamanı yerə tökülmüş sünbülləri yığıb bir qədər dən düzəltmək və onu üyütmək. 2. Ağnağaz az-maz sözü ilə bağlı ola bilər, yəni az-maz dən üyütmək və zəruri ehtiyacı ilkin ödəmək. 3. Ağnağaz sözü alağız kəlməsinin dəyişmiş forması da ola bilər. Mənası “ağızı aldatmaq” (al – “aldat” sözünün qədim köküdür), yəni “azca qidalanmaq (mədəni aldatmaq)” deməkdir. Üçüncü yozum daha inandırıcıdır. Bəzi dialektlərdə indi də alağızdanmaq sözü işlədilir.
Azərbaycan dilinin etimologiya lüğəti / ağnağaz1 сущ. диал. незначительное количество пшеницы, предназначенное для помола (в период уборки урожая и молотьбы) ◊ ağnağaz üyütmək точить лясы, молоть чепуху
Azərbaycanca-rusca lüğət / ağnağaz1 сущ. нугъ. секлем (тадиз регъуьн лазим тир тӀимил кьван техил); ** ağnağaz üyütmək пер. буш-буш рахун, барбияр ягъун, чене гатун.
Azərbaycanca-ləzgicə lüğəti / ağnağaz(Ağdam, Bərdə, Qazax, Şuşa, Tərtər) ehtiyac üçün üyüdülən azacıq taxıl ◊ Ağnağaz eləməx’ – azacıq taxıl üyütmək. – Uşaxlar ajdı, hələlix’ bir az ağnağaz eləmişəm, dəyirmannığı soηra qayrajıyıx (Ağdam); – Dəyirmanda azca ağnağaz elə, öydə uşaxlar təntiməsin (Qazax)
Azərbaycan dilinin dialektoloji lüğəti.