aşınma sözü azərbaycan dilində

aşınma

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • aşınma • 94.3182%
  • Aşınma • 5.6818%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aşınma
Aşınma — süxurların və mineralların mexaniki parçalanması və kimyəvi dəyişməsi proseslərinin məcmusuna deyilir. Aşınma əsasən quru səthində gedir, su hövzələrinin dibində gedən aşınma prosesi isə Halmiloriz adlanır. Aşınma əsasən üç növə ayrılır. 1. Fiziki ( mexaniki) , 2. Bioloji, 3. Kimyəvi. Mexaniki və ya fiziki aşınmaya əsas səbəb temperaturun kəskin dəyişməsi, süxur çatlarında suyun donması, külək , buzlaq və başqa amillərin təsirilə süxurların kövrəkləşməsi və mexaniki parçalanmasıdır. Bioloji aşınma canlı orqanizmlərin, bitki və heyvanların fəaliyyəti nəticəsində süxurların mexaniki parçalanması, ovulması və ya tərkibinin kimyəvi dəyişməsidr. Kimyəvi aşınma - hava, su və üzvi aləmin kimyəvi aktiv birləşməsidir.
Aşınma qabığı
Aşınma qabığı — litosferin üst hissələrində (əsasən aerasion zonada) aşınma amillərinin təsiri altında maqmatik, metamorfik və çökmə süxurların dəyişilməsi nəticəsində əmələ gələn süxurlar kompleksi. Səth sularının daha dərinə süzülməsi (filtrasiya) üçün münasib şərait (süxurların kontaktı, parçalanma zonaları üzrə və b.) olduqda aşınma qabığı alt sərhədi aerasiya zonasından aşağı enir. Aşınma qabığı anlayışına ilkin süxur quruluş əlamətlərini saxlayan tipik elüviumdan başqa, həmçinin aşınma zamanı mad-dənin şaquli yerdəyişməsi nəticəsində bu əlaməntləri itirmiş elüvium törəmələri də (məsələn, əhəngdaşıları, halogen süxurlarının aşınması nəticəsində əmələ gələn elüvium, həmçinin bəzi infiltrasion törəmələr) aid edilir. Fiziki və biokimyəvi proseslər nəticəsində əmələ gələn aşınma qabığı ayrılır. İlkin süxurların dəyişmə dərəcəsi və xüsusiyyətindən asılı olaraq, bir sıra geokimyəvi qabıq tipləri ayrılır: laterit, sialit, oksidləşmiş filiz, qırıntılı və b. Ən çox yayılmış mineraloji aşınma qabığı növlərinə cipsit, kaolinit, montmorillinit, oksidləşmiş sulfid filizləri, sulfat və b. aid edilir. Aşınma qabığı litosferin üst hissəsində, ana süxurların əsasən öz yerlərində fiziki, kimyəvi və bioloji aşınma və denudasiya nəticəsində əmələ gələn, kövrək təbəqədən ibarət geoloji formasiyaya deyilir. Əmələgəlmə dövrünə əsasən, aşınma qabığı iki yerə ayrılır: müasir qədimMüasir aşınma qabığı torpaq qatında və müasir elüvidən, qədim aşınma isə üçüncü dövr, mezazoy və hətta paleozoydan əvvəlki geoloji dövrlərin aşınma materiallarından təşkil olunmuşdur. Aşınma qabığının qalınlığı adətən 30–60 m olub, nadir hallarda 200–300 m-ə çatır.
Orqanik aşınma
Aşınma — süxurların və mineralların mexaniki parçalanması və kimyəvi dəyişməsi proseslərinin məcmusuna deyilir. Aşınma əsasən quru səthində gedir, su hövzələrinin dibində gedən aşınma prosesi isə Halmiloriz adlanır. Aşınma əsasən üç növə ayrılır. 1. Fiziki ( mexaniki) , 2. Bioloji, 3. Kimyəvi. Mexaniki və ya fiziki aşınmaya əsas səbəb temperaturun kəskin dəyişməsi, süxur çatlarında suyun donması, külək , buzlaq və başqa amillərin təsirilə süxurların kövrəkləşməsi və mexaniki parçalanmasıdır. Bioloji aşınma canlı orqanizmlərin, bitki və heyvanların fəaliyyəti nəticəsində süxurların mexaniki parçalanması, ovulması və ya tərkibinin kimyəvi dəyişməsidr. Kimyəvi aşınma - hava, su və üzvi aləmin kimyəvi aktiv birləşməsidir.
Şaxtadan aşınma
Fiziki aşınmanın bir növüdür. Şaxta aşınması soyuq sahələrdə (qütb ölkələrində və ya dağların nival qurşağındal) süxurların arasına dolan suyun donması nəticəsində onların mexaniki parçalanması və dağılmasıdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.79 dəfə / 1 mln.
2004 •••••• 0.67
2005 •••••• 0.67
2006 •••• 0.45
2007 •••• 0.42
2010 0.09
2011 0.09
2012 •••••••• 0.86
2013 •• 0.15
2014 •••••••••• 1.03
2015 •••••••••••••••••••• 2.21
2016 •••••••••••••••••••• 2.26
2017 ••••••••••• 1.14
2018 •••••••••••••••••••• 2.25
2019 •••••••••••• 1.25
2020 •••••••• 0.80

aşınma sözünün leksik mənası və izahı

  • 1 “Aşınmaq”dan f.is. İsti və quraqlıq keçən yay fəsillərində asan aşınmaya uğrayan şistlər xırdalanır, qismən toz halına keçir. M.Qaşqay. Süxurların möhkəmliyi onların mineraloji tərkibindən, mineralların aşınması dərəcəsindən, kristallararası birləşmə qüvvəsindən və s.-dən asılıdır. Quliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / aşınma

aşınma sözünün rus dilinə tərcüməsi

  • 1 выветривание

    Azərbaycanca-rusca lüğət / aşınma
  • 2 I сущ. от глаг. aşınmaq 1. тех. травление 2. геол. выветривание. Aşınma qabığı кора выветривания, aşınma zonası зона выветривания 3. строит. изнашивание 4. эрозия: 1) геол. разрушение горных пород и почв под влиянием текучих вод 2) тех. разрушение поверхности металла механическими воздействиями II прил. тех. травильный. Aşınma çatlaqları травильные трещины

    Azərbaycanca-rusca lüğət / aşınma

aşınma sözünün inglis dilinə tərcüməsi

aşınma sözünün fransız dilinə tərcüməsi

"aşınma" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#aşınma nədir? #aşınma sözünün mənası #aşınma nə deməkdir? #aşınma sözünün izahı #aşınma sözünün yazılışı #aşınma necə yazılır? #aşınma sözünün düzgün yazılışı #aşınma leksik mənası #aşınma sözünün sinonimi #aşınma sözünün yaxın mənalı sözlər #aşınma sözünün əks mənası #aşınma sözünün etimologiyası #aşınma sözünün orfoqrafiyası #aşınma rusca #aşınma inglisça #aşınma fransızca #aşınma sözünün istifadəsi #sözlük