Qarpız bəhməzi
== Hazırlanma qaydası ==
Qarpız bəkməzini bişirərkən nəzərə almaq lazımdır ki, qarpız şirəsində 8-10% şəkər vardır. Əgər şirə çəkilib bişirilsə qatı sirop-bəkməz alınar. Bunun üçün yaxşı yetişmiş qarpızları seçmək lazımdır.
Qarpızlar yaxşı yuyulur, bir ləyəndə 2-4 parçaya bölünür. İçi dəmir qaşıqla qaşınıb çıxarılır və əzilir. Əzilmiş iç aşsüzəndən, ya da süzgəcdən keçirilir, şirə isə tənzifdən süzülür.
Bişirməmişdən əvvəl şirə təmiz olmalıdır. Bişirərkən şirənin üstündə qırmızı köpük əmələ gəlir, o yığılır və həll olunmamış hissəciklərdən təmizləmək üçün şirə bir də süzülür. Bişirərkən od gur olmamalıdır və tez-tez qarışdırılmalıdır ki, dibi yanmasın. Şirə 5-6 dəfə azaldıldıqda bəkməzin hazır olub-olmamasını yoxlamaq olar.