* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. “Bağlamaq”dan f.is. 2. İçi dolu və ağzı bağlı kisə; çuval və s. Nigarançılığım bir az da artdı, özümü itirdim. Bağlamanın kəndirini dartıb qırdım. Mir Cəlal. Nəhayət, [müəllimə] qazıdığı quyudan bir böyük bağlama çıxartdı. Ə.Məmmədxanlı. // Düyünçə, bağlanmış şey, boğça. İpək bağlamaya dayanıb oturan bu qadın, bizi görərkən ayağa qalxdı. M.S.Ordubadi. [Göyüşoğlu] əlində tutduğu xırdaca bağlamanı dalında gizlətmişdi. M.Hüseyn. Arvad tez bağlamanı götürüb açdı, nə idi? İki min manat pul. B.Talıblı. // Bir yerə, yaxud üst-üstə yığılıb sarınmış şey. Çamadanın dibində qaytanla sarıqlı bir bağlama kağız nəzərə gəldi. S.M.Qənizadə. 3. Bir yerə göndərilmək üçün qablanıb bağlanmış şey. Uşaqlar gənc və mehriban müəllimlərini unutmamışlar. Məktəbdə … ona məktub və bağlamalar göndərməyi qərara almışdılar. Mir Cəlal. 4. Deyişmə zamanı aşıqların və keçmişdə şairlərin bir-birini bağlamaq (8-ci mənada) üçün söylədikləri müəmma, qıfılbənd, tapmaca və s.
Azərbaycan dilinin izahlı lüğəti / bağlama1 BAĞLAMA I is. Bağışlanmış şey, boğça. Qoltuğumda bağlama; Mən gedirəm ağlama! (B.Vahabzadə). BAĞLAMA II is. Xalq ədəbiyyatında şeir forması; qıfılbənd deyişmə. Mana bir bağlama söylə, görüm xalq aşığısan, yoxsa qondarma aşıqsan? (Dastanlar). BAĞLAMA III is. məh. Qapı-pəncərə laylarını bərkidib saxlamaq üçün taxta parçası.
Azərbaycan dilinin omonimlər lüğəti / bağlama1 1. узел, узелок, вязанка, связка; 2. посылка; 3. загадки в стихотворной форме, задаваемые ашугами друг другу во время состязаний;
Azərbaycanca-rusca lüğət / bağlama2 1 сущ. от глаг. bağlamaq 1. тюк (большой перевязанный свёрток товара). Pambıq bağlaması тюк хлопка 2. узел (вещи, увязанные в кусок ткани) 3. связка (несколько однородных предметов, связанных вместе). Kitab bağlaması связка книг, paltar bağlaması связка одежды 4. свёрток. Hədiyyə bağlaması свёрток с подарком 5. неполный мешок, полмешка чего-л. Bir bağlama un полмешка муки 6. посылка. Poçt bağlaması почтовая посылка, bağlamaların qəbulu приём посылок, bağlamaların saxlanması хранение посылок, bağlamanın çəkisi вес посылки 7. диал. деревянная задвижка для окон и дверей II прил. 1. посылочный. Bağlama blankı посылочный бланк, bağlama yeşiyi посылочный ящик, bağlama şöbəsi посылочный отдел 2. тех. крепёжный. Bağlama boltları крепёжные болты, bağlama yivi крепёжная резьба, bağlama materialları крепёжные материалы 3. тех. запорный. Bağlama ventilləri запорные вентили, bağlama kranları запорные краны 2 сущ. стихотворная форма загадок в устном народном творчестве; загадки, задаваемые ашугами друг другу во время состязаний
Azərbaycanca-rusca lüğət / bağlama1 I. i. parcel, bundle, package; bir ~ kitab a package of books; bir ~ paltar a parcel of clothes II. i. a kind of riddle in the form of poem, created by ashugs (Azerbaijani folk singers) and used during contests
Azərbaycanca-ingiliscə lüğət / bağlama1 is. 1) dəniz. amarrage m ; 2) ballot m ; bandage m (sarğı ilə)
Azərbaycanca-fransızca lüğət / bağlama1 суш. 1. f.is. кил. bağlamaq; 2. къене затӀар кутуна, сив кутӀуннавай ва я сивиз тӀвал ганвай шешел, чувал, ягълух, суфра, бухча ва мсб.; // арушна кутунвай затӀ, кӀватӀна кутӀуннавай затӀ; 3. кил. bağlamaq 3).
Azərbaycanca-ləzgicə lüğəti / bağlamaI (Tovuz) qapı və ya pəncərəni arxa tərəfdən bağlamaq üçün taxta parçası II (Kürdəmir) 1. balqabaqdan hazırlanan xörək adı. – Ci:m bağlama bişirmişdi 2. qozdan hazırlanan xörək adı III (Culfa) yastıq. – Milax kəndində yasdığa de:llər bağlama IV (Qazax, Şəmkir) qıfılbənd. – Saηa bir bağlama də:rəm, açammazsaη (Qazax) V (Hamamlı, Kürdəmir, Qazax, Şəmkir) içərisində yarıya qədər taxıl olan bağlı çuval. – Bir bağlama dünən ü:tdüm (Şəmkir); – Bir bağlama buğdam var, onu at haravıya (Qazax)
Azərbaycan dilinin dialektoloji lüğəti.