* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. köhn. Keçmişdə Hollandiya və ya Avstriya qızıl pulu (qadınlar bunları ipə düzərək bəzək kimi boyunlarına taxardılar). Şəhrəbanı xanım sandıqçanın ağzını açır, yüz dənə təzə bacaqlı çıxardır. M.F.Axundzadə. Oğlan əlini cibinə salıb, qıza ya bir qızıl saat, ya sapoşka, ya bir bacaqlı, ya da ki üzük bağışlardı. H.Sarabski. // Ümumiyyətlə, qızıl pul. [Qasid] əmirdən şairə bir sandıq bacaqlı, bir məktub və bir gözüyaşlı əsir qız gətirmişdi. Ə.Məmmədxanlı.
Azərbaycan dilinin izahlı lüğəti / bacaqlı2 Qızıl pul. (“Koroğlu” dastanının lüğəti) Azərbaycanda işlədilən Niderland qızıl dukatları, Avstriya qızıl sikkələri, həmçinin Fətəli şahın kəsdirdiyi bəzi qızıl sikkələr də bacaqlı adlanırdı. Bacaqlıdan qadın sinə bəzəyi kimi istifadə olunmuşdur. – Ey hacı, Nigar xanımın verdiyi ənamlardan bizə də pay ver. Koroğlu onların hər birinə bir bacaqlı verdi. (Paris nüsxəsi, 5-ci məclis) * Molla dedi ki, bəri başdan pulumu ver, sonra gedək. Koroğlu mollaya bir bacaqlı verdi. Mollanın gözlərinə işıq gəldi. (Paris nüsxəsi, 4-cü məclis)
Azərbaycan dastanlarının leksikası / bacaqlı1 1. червонное золото; 2. золотая монета, употреблявшаяся в прошлом как женское украшение;
Azərbaycanca-rusca lüğət / bacaqlı2 сущ. устар. 1. червонец (старинная австрийская или голландская золотая монета) 2. золотая монета, употребляемая женщинами для украшений
Azərbaycanca-rusca lüğət / bacaqlı1 arx. 1. tchervonets (ten-rouble banknote). 2. gold piece coin
Azərbaycanca-ingiliscə lüğət / bacaqlı