* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Bir az əvvəlki, bir az əvvəl olmuş. [Şahnisə xanım:] Tanrının qüdrətinə şükür! Bayaqkı tufan, indiki gözəlliyə bax! Çəmənzəminli. İzi də qalmamışdır, bayaqkı yorğunluğun. R.Rza. Sükutu Əziz pozub, Gülsabahın bayaqkı eyhamlı suallarına cavab verməyə başladı. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / bayaqkı1 Sözün etimonu (etimoloji kökü) rusca “недавно” mənasını verən baya zərfidir. Həmin kökdən bayağı (müasir dildə: bayaqkı) sifəti əmələ gəlmiş (mənası: “yuxarıda göstərilən, qeyd olunan” deməkdir), sonra sonuncu sait düşmüş, kəlmə bayaq formasını kəsb etmişdir. Yenidən sözə sifət düzəldən (müqayisə et: indi+ki) –kı şəkilçisi əlavə olunmuşdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / bayaqkı1 давешний, недавний, недавно бывший, недавно происходивший, только что имевший место
Azərbaycanca-rusca lüğət / bayaqkı