Bayatı sözü azərbaycan dilində

Bayatı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Bayatı • 88.5895%
  • bayatı • 11.0935%
  • BAYATI • 0.3170%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bayatı
Bayatı — Azərbaycan lirik xalq şeir janrı. Qafiyə sistemi aaba prinsipi ilə qurulan dörd misralı və hər misrası yeddi hecadan ibarət olan şeir şəkli. İlkin-arxaik şeir biçimlərindən biri olduğu üçün bu şeir qəlibi təkcə Azərbaycan xalq ədəbiyyatında deyil, bütövlükdə türk folklor etnocoğrafiyasında geniş yayılmış formalardandır. == Məzmun == Bayatının mənşəçə bayatların adı ilə bağlı olduğu ehtimal edilir. 7 hecalı 4 misradan ibarətdir. 3-cü misrası sərbəst, qalanları həmqafiyə olur. Əsas fikir son iki misrada ifadə edilir. Bayatılar mövzuca rəngarəngdir. Bayatılarda xalqın kədəri, ictimai quruluşa, zülmə qarşı etirazı, yadelli işğalçılara nifrəti, azadlıq və xoşbəxtlik arzuları ifadə edilmiş, məhəbbətə, ayrılığa, dostluğa aid təsirli bayatılar söylənmişdir. Xalq ədəbiyyatının başqa janrları kimi, bayatılar da nəsildən-nəslə keçərək, müxtəlif variantlara düşmüşdür.
Bayatı-Qacar
Bayatı-Qacar – lad əsası baxımından Rastla eynidir. Bayatı–Qacar müstəqil dəstgah olmaqla yanaşı, eyni zamanda bir şöbə kimi vaxtilə "Dügah"da işlənmişdir. Yeri gəlmişkən, onu da əlavə edək ki, Bayatı–Qacar bir şöbə kimi Şur dəstgahının tərkibində də işlənir. Bayatı–Qacar öz xarakteri etibarilə dinləyicidə qəm-qüssə, kədər hissləri oyadır.Bayatı–Qacar 8 şöbə və guşədən ibarətdir: Bayatı–Qacar, Çoban bayatı, Bayatı–Türk, Qatar, Bayatı, Gəbri, Hicaz, Şikəsteyi–Fars [mənbə göstərin].
Bayatı-Şiraz
Bayatı-Şiraz – Azərbaycan musiqisində 1) yeddi ladlardan (məqamlardan) biri, 2) yeddi əsas muğam dəstgahlarından biri. == Etimologiya == Bayatı türk ədəbiyyatında lirik şeir, mahnı janrıdır. Bayat həm də qədim türk tayfalarının birinin adı olub. Dahi şair Məhəmməd Füzuli də bu tayfadan olub. == Tarixçəsi == Bəhram Mansurov “Bayatı-Şiraz” muğamının müstəqil muğam kimi yalnız XIX əsrin axırlarından mövcud olduğunu və əvvəllər isə “Bayatı - İsfahan” dəstgahı kimi tanındığını söyləyir. "Bayatı-İsfahan" klassik Şərq musiqisində ”İsfahan” adlanaraq 12 əsas muğamdan biri olub . Hazırda Bayatı-İsfahan şöbəsi Bayatı–Şiraz dəstgahının əsas şöbələrindən biri. == Bayatı-Şiraz muğam dəstgahı kimi == Məcmusu: “Bərdaşt”, “Mayeyi-Bayatı-Şiraz”, “Nişibi–fəraz”, “Bayatı–İsfahan”, “Zil Bayatı-Şiraz”, “Xavəran”, “Üzzal”, “Dilrüba” və “Bayatı-Şiraza ayaq (kadensiya)” kimi şöbə və guşələrdən ibarətdir.Bu muğam dəstgah “sol” bayatı-şiraz məqam kökündə (tonallığında) ifa olunur. “Bayatı-Şiraz” muğamı öz gözəl, axıcı melodikasına və dərin təsir qüvvəsinə görə musiqiçilər tərəfindən çox zaman “ərusi – musiqi” (“musiqinin gəlini”) adlandırılır. Ü. Hacıbəyov “Bayatı-Şiraz”ı emosional baxımdan qəmli əhvali-ruhiyyə daşıyan muğam kimi xarakterizə etmişdir.
Bayatı (albom)
Bayatı (rus. Баяты) — Azərbaycan bəstəkarı Eldar Mansurovun 7 mahnıdan ibarət albomu. Albom SSRİ-nin "Melodiya" ümumittifaq musiqi şirkəti tərəfindən yayımlanmışdır. == Hazırlanması == Alboma yalnız Eldar Mansurovun Vahid Əzizin sözlərinə yazdığı mahnılar daxildir. Mahnıları Rafiq Babayevin bədii rəhbərlik etdiyi Azərbaycan SSR Dövlət Teleradio Şirkətinin Estrada-Simfonik Orkestrinin solist ansamblının üzvləri Brilliant Dadaşova, Cəfər Behbudov, Aygün Kazımova və Firəngiz Rəhimbəyova ifa etmişdir.
Bayatı–Türk
Bayatı–Türk — Şur dəstgahı tərkibində olmaqla özlüyündə dügah, fili, şikəstə, camədəran, Mehdiyi zərrabi, ruh-ül-ərvah kimi şöbələri birləşdirən muğam. Şərq musiqisində Rast dəstgahında niiriz və mübərriğə arasında səslənən şöbə.
Bayatı Şiraz (dəqiqləşdirmə)
Bayatı-Şiraz – Azərbaycan musiqisində 1) yeddi ladlardan (məqamlardan) biri, 2) yeddi əsas muğam dəstgahlarından biri. Bayatı Şiraz təsnifi (mahnı) – Azərbaycan respublikasının xalq artisti Brilyant Dadaşova və Norveçin Skruk xorunun birgə 1997-ci ildə ifa etdiyi mahnı. Gülüstan-Bayatı-Şiraz – Fikrət Əmirov tərəfindən 1971-ci ildə bəstələnmiş simfonik muğamdır.
Gülüstan-Bayatı-Şiraz
Gülüstan-Bayatı-Şiraz — Fikrət Əmirov tərəfindən 1971-ci ildə bəstələnmiş simfonik muğam. Bəstəkarın üçüncü simfonik muğamı olan “Gülüstan-Bayatı-Şiraz” əvvəlki iki simfonik muğamdan uzun illər sonra yaranmışdır. “Şur” və “Kürd-Ovşarı” simfonik muğamlarının uğur qazanmasından uzun illər sonra Fikrət Əmirov özünü bir daha bu janrda yenidən sınamaq qərarına gəlir. Əvvəlki iki simfonik muğamla müqayisədə, “Gülüstan-Bayatı-Şiraz”da bəstəkar muğama daha sərbəst yanaşır, onun quruluşunu və ardıcıl inkişafını saxlamaqdan daha çox, ümumi emosional mühiti, muğamın melodik-ritmik xüsusiyyətlərini saxlamağa meyl edir. Əgər əvvəlki simfonik muğamlarda bəstəkar ənənəvi əsası saxlayırsa, üçüncü simfonik muğamda bu meyil dəf olunur. Burada muğamın bölmələri göstərilmir, melodik şəklə, muğam melosuna da sərbəst yanaşılır. Əsər ilk dəfə 8 oktyabr 1971-ci ildə, UNESCO-nun “Xalqların musiqi mədəniyyəti, ənənə və müasirlik” mövzusuna həsr edilmiş VII Beynəlxalq Musiqi Konqresi çərçivəsində P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük salonunda səsləndirilmişdir. “Gülüstan-Bayatı-Şiraz”ı Gennadi Rojdestvenskinin idarəsi ilə Ümumittifaq Televiziyası və Radiosunun Böyük Simfonik Orkestri ifa etmişdir. == Tarixi-mədəni fon == Azərbaycan musiqisində muğam sözü iki mənada: həm lad mənasında, həm də lada əsaslanan musiqi kompozisiyası mənasında başa düşülür. Birinci halda müəyyən məqama xas olan intonasiya dönümlərindən və eləcə də ritmik sərbəstlikdən müxtəlif şəkildə istifadə olunur.
Gülüstan bayatı-şiraz (film, 1972)
== Məzmun == Filmin əsasını Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Bayatı Şiraz" əsəri təşkil edir. Burada "Bayatı"nın yaradılması tarixindən, onun Moskvada beynəlxalq musiqi konqresində ilk dəfə ifa olunmasından danışılır. Əsəri Ümumittifaq radio və televiziya simfonik orkestri ifa edir.
Bayatılar (mahnı)
Bayatılar — musiqisi Eldar Mansurov tərəfindən 1988-ci ildə yazılmış, sözləri Vahid Əzizin olan mahnıdır. Vahid Əzizin bu şeiri 1985-ci ildə "Əllərimin kölgəsi" kitabında çap olunub. Şair Vahid Əziz bəstəkar Eldar Mansurovun xahişi ilə şeirə mahnı üçün yeni bənd əlavə edib. Mahnı ilk dəfə 1989-cu ildə Brilliant Dadaşova tərəfindən ifa edilərək lentə alınmışdır. == Digər versiyaları == Mahnı Brilliant Dadaşovadan sonra dünyanın bir çox dillərində və ən müxtəlif ölkələrdən olan ifaçılar tərəfindən müxtəlif adlarla ifa edilmişdir. Həmin ifaçılar (Aşqabad qrupu istisna olmaqla) mahnının musiqisini saxlasalar da adını və sözlərini dəyişərək ifa etmişlər. Azərbaycanda isə bu mahnını müxtəlif illərdə müğənnilərdən İlqar Muradov (1989) və Faiq Ağayev (1996), skripkada isə Natiq Nuriyev (1989) və Kazbek Əliyev (1995) ifa ediblər.
Novruz bayatıları
Novruz bayatıları— bayatı xalq şerinin əski nümunəsidir. Örnəklərdə Novruz bayramı və onun ənənələri öz əksini tapmışdır. Şərq xalqları klassik musiqisindəki 12 muğam və altı avazatdan əlavə qeydə alınmış 24 şöbədən biri.
Bayatılar
Bayatılar — musiqisi Eldar Mansurov tərəfindən 1988-ci ildə yazılmış, sözləri Vahid Əzizin olan mahnıdır. Vahid Əzizin bu şeiri 1985-ci ildə "Əllərimin kölgəsi" kitabında çap olunub. Şair Vahid Əziz bəstəkar Eldar Mansurovun xahişi ilə şeirə mahnı üçün yeni bənd əlavə edib. Mahnı ilk dəfə 1989-cu ildə Brilliant Dadaşova tərəfindən ifa edilərək lentə alınmışdır. == Digər versiyaları == Mahnı Brilliant Dadaşovadan sonra dünyanın bir çox dillərində və ən müxtəlif ölkələrdən olan ifaçılar tərəfindən müxtəlif adlarla ifa edilmişdir. Həmin ifaçılar (Aşqabad qrupu istisna olmaqla) mahnının musiqisini saxlasalar da adını və sözlərini dəyişərək ifa etmişlər. Azərbaycanda isə bu mahnını müxtəlif illərdə müğənnilərdən İlqar Muradov (1989) və Faiq Ağayev (1996), skripkada isə Natiq Nuriyev (1989) və Kazbek Əliyev (1995) ifa ediblər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.38 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 17.13
2003 ••••• 3.54
2004 •••• 2.70
2005 •••••• 4.72
2006 ••••• 3.83
2007 ••• 2.54
2008 ••• 1.95
2009 •••••••• 6.72
2010 ••••• 4.18
2011 ••••••• 5.83
2012 ••• 1.81
2013 •••• 2.63
2014 0.69
2015 0.85
2016 0.52
2017 ••••••••• 7.64
2018 ••• 2.40
2019 ••••• 3.89
2020 ••• 2.39

bayatı sözünün leksik mənası və izahı

  • 1 is. 1. Azərbaycan xalq musiqisində həzin bir hava adı. Bayatı çəkmək (demək). – Külli Qarabağın abi-həyatı; Nərmü nazik bayatıdır, bayatı. M.V.Vidadi. [Novruzun] bayatıları Bahadırın dərdini daha da artırırdı. N.Nərimanov. …Çoban da bayatı nəğməsini tütəyində ucaltdı. S.S.Axundov. Anasından ayrılandan sonra Əbdülkərim bir bayatı çağırmağa izin istədi. Ə.Haqverdiyev. □ Bayatı-qacar, bayatıəcəm, bayatı-isfahan, bayatı-kürd, bayatışiraz və s. – klassik Azərbaycan musiqisində muğam adları. Ağayi Füzulüzzakir … neçə dəfə bizim üçün öz segahları ilə, şurları ilə, xüsusən bayatı-qacarları ilə ləzzətiruhani veribdir. Ə.Haqverdiyev. 2. Azərbaycan şifahi xalq ədəbiyyatında nəzm formalarından biri; çox zaman onun dörd misrasından 1, 2 və 4-cüsü həmqafiyə, 3-cü misrası isə sərbəst olur; məs.: Bu bağça bar olunca; Heyvalar nar olunca; Çatlayır dəli könlüm; Sən mənə yar olunca.

    Azərbaycan dilinin izahlı lüğəti / bayatı

bayatı sözünün etimologiyası

  • 1 Bir neçə yozumu var: 1. Bayat tayfasının adı ilə bağlıdır (“Göyçə gözəl­lə­mə­­si” yer adı ilə bağlı olduğu kimi, bayatı da tayfa adı ilə əlaqədar ola  bilər). 2. İ.Abbasov “Ulu nəğməmizin adı” (“Ədəbiyyat qəzeti”, 7.XI.92) adlı məqaləsində göstərir ki, bayatı sözü ayıtmaq feili zəminində yaranıb. Uşaqları yatırtmaq üçün işlədilən bay-bay kəlməsi də məhz “nəğmə” anlamını verir. Boy boylamaq ifadə­sində də boy “söz” anlamı ilə bağlıdır. Bayatı sözü həm forma, həm də mənaca dəyişmiş variantda başqa dillərdə də işlədilir: bayatı ukraynalılarda “danışmaq”, bayiti çexlərdə yenə də “danışmaq” anlamını əks etdirir. Rusların bayu sözü də elə “danışmaq”la bağlıdır. Bunlar ayıtmaq feili ilə bağlı kəlmələrdir. Ba­ya­tı-Kürd, Bayatı-Qacar ifadələrində bayatının oxunmasındakı variantlara işarə edilir. İkinci variant daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / bayatı

bayatı sözünün rus dilinə tərcüməsi

  • 1 1. мелодия, песня; 2. грустная, заунывная, тоскливая песня; песня с причитаниями, которыми оплакивают покойников;

    Azərbaycanca-rusca lüğət / bayatı
  • 2 сущ. муз. баяты: 1. название мотива 2. стихотворная форма (в азербайджанской народной музыке); bayatı demək (çəkmək) затягивать (петь) баяты

    Azərbaycanca-rusca lüğət / bayatı

bayatı sözünün inglis dilinə tərcüməsi

bayatı sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. баяти; макьам, мани, баяд (1. Азербайжан халкьдин музыкада макьамдин тӀвар; 2. фолькл. шиирдин формайрикай сад).

    Azərbaycanca-ləzgicə lüğəti / bayatı

bayatı sözünün türk dilinə tərcüməsi

"bayatı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bayatı nədir? #bayatı sözünün mənası #bayatı nə deməkdir? #bayatı sözünün izahı #bayatı sözünün yazılışı #bayatı necə yazılır? #bayatı sözünün düzgün yazılışı #bayatı leksik mənası #bayatı sözünün sinonimi #bayatı sözünün yaxın mənalı sözlər #bayatı sözünün əks mənası #bayatı sözünün etimologiyası #bayatı sözünün orfoqrafiyası #bayatı rusca #bayatı inglisça #bayatı fransızca #bayatı sözünün istifadəsi #sözlük