Yaddaş banklarının kommutasiyası
Yaddaş banklarının kommutasiyası — Prosessorun fiziki ünvan fəzasının məhdudiyyətlərini aradan qaldırmaq üçün iki yaddaş bankı arasında keçidlər etməklə operativ yaddaşın (RAM) tutumunun genişləndirilməsi üsulu. Bir bankdan başqa banka belə keçid, adətən, bankın nömrəsinin, yaxud kodunun (onlar bir neçə ola bilər) yaddaşa erişim kontrollerinin portuna yazılması ilə həyata keçirilir.
== İş prosesi ==
Prosessor hər an yalnız bir bankla işləyir və banklar kommutasiyanın yerinə yetirilməsinə qədər başladılan eyni bir yaddaş sahəsindən növbə ilə istifadə edir. Bank aktiv olmayanda həmin yaddaş sahəsindəki verilənlər saxlanılır. Əməliyyat sistemi və ya proqram başqa bir bankı aktivləşdirmədən öncə aparat vasitələrinə kommutasiyanı aparmaq komandası verir.
== Ədəbiyyat ==
İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.