barxana sözü azərbaycan dilində

barxana

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • barxana • 78.9474%
  • Barxana • 15.7895%
  • BARXANA • 5.2632%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

barxana sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] köhn. Ev şeyləri, ev ləvazimatı, müxəlləfat, avadanlıq, dirdirlik; başqa bir yerə aparılmaq üçün yığılıb bağlanmış şeylər, yük. Barxana açıldı karvansarayə; At, qatırı mehtər çəkdi tövləyə. Q.Zakir. Xüsusən rəiyyət qismi böyük sovqatla gəlir, öz barxanalarını boşaldır(dı). S.Rəhimov. Hər kəs öz barxanasını alıb, bir kənara çəkilir. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / barxana

barxana sözünün etimologiyası

barxana sözünün sinonimləri (yaxın mənalı sözlər)

barxana sözünün rus dilinə tərcüməsi

barxana sözünün inglis dilinə tərcüməsi

barxana sözünün fransız dilinə tərcüməsi

barxana sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

fars. bar – yük + xana – ev Ev şeyləri, ev ləvazimatı, müxəlləfat, dir-dirilik; başqa bir yerə aparılmaq üçün yığılıb bağlanmış şeylər. (“Koroğlu” dastanının lüğəti) Qarı deyir gəl al məni, Nə əcəb xoş səfası var. Ölərəm, dönmərəm səndən, Bir şələ barxanası var.                  (“Həmzənin Qıratı aparmağı”) (“Bozalqanlı”)

Azərbaycan dastanlarının leksikası

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Çənbərək, Qazax, Şəmkir, Tərtər, Tovuz) 1. ev şeyləri, avadanlıq (Çənbərək, Qazax, Şəmkir, Tərtər, Tovuz). – Anam bütün barxaneyi çölə töküf (Qazax); – Barxanamız haravadan tüşüv itif, özü də tapamədix’ (Çənbərək) 2. yorğan-döşək, yatacaq (Qazax, Tovuz). – Barxana çox olsa, qonax üçün yaxşı olar (Qazax) II (Qazax, Şəmkir, Zəngilan) qıza verilən cehiz. – Birnə qızdar miner haravanın, birnə də qızın barxanası dolor (Qazax); – Bizdər qız köçürəndə ona barxana verərix’ (Zəngilan) III (Qarakilsə, Laçın) boğça, bağlama IV (Meğri) oğlan tərəfindən qız evinə aparılan meyvə sovqatı. – Kəlbeliynan Meşəçabrayılın əvinə bir yüx’ üzüm, bir yüx’ də incir barxana göndərdim

Azərbaycan dilinin dialektoloji lüğəti.

"barxana" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#barxana nədir? #barxana sözünün mənası #barxana nə deməkdir? #barxana sözünün izahı #barxana sözünün yazılışı #barxana necə yazılır? #barxana sözünün düzgün yazılışı #barxana leksik mənası #barxana sözünün sinonimi #barxana sözünün yaxın mənalı sözlər #barxana sözünün əks mənası #barxana sözünün etimologiyası #barxana sözünün orfoqrafiyası #barxana rusca #barxana inglisça #barxana fransızca #barxana sözünün istifadəsi #sözlük