basketbol sözü azərbaycan dilində

basketbol

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • basketbol • 74.8764%
  • Basketbol • 25.0806%
  • BASKETBOL • 0.0430%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Basketbol
Basketbol (İngiliscə: basket-səbət, ball – top, səbət topu) — basketbol topu ilə komanda idman oyunu. Oyunu hərəsi beş nəfərdən ibarət iki komanda oynayır. Məqsəd əl ilə topu rəqib komandanın sahəsindəki 3,05 metr yuxarıdan asılı səbətə atmaq və eyni hərəkəti rəqib komandaya etməyə mane olmaq. Topun çəkisi 670–680 qr olur. Bütün dünyada məşhur olan bir idman növüdür. İlk olaraq 1891-ci ildə Jeyms Naismit (James Naismith) tərəfindən oynadılmışdır. Jeyms Naismit basketbolu Mayas qəbiləsinin tlahiotenie oyunundan götürdüyü düşünülməkdədir. == Tarixi == Basketbol, ABŞın Massaçusets əyalətində, Sprinqfild Gənc Kişilər Xristian Birliyi (YMCA) Təhsil Məktəbində bədən tərbiyəsi müəllimi olan Jeyms Naismit tərəfindən 1891-ci ildə yaradılmışdır. Atlet və beyzbolculara qış məşqləri etdirmək məqsədiylə inkişaf etdirilən bu oyunda məqsəd, taxtadan edilmiş səbətlərə topun soxulması idi. İlk oyunlarda 7 nəfər iki komanda arasında 20 dəqiqəlik üç dövrə üzərindən oynanmışdır.
Basketbol lövhəsi
Basketbol lövhəsi — basketbol oyununda istifadə edilən idman avadanlığı. Lövhə düzbucaqlı və ya kvadrat formasında olur və ona basketbol səbəti bərkidilir. Basketbol lövhəsi arxadan divara və dirəyə asılmaq üşün xüsusi bağlayıcılara malik olur. == Ölçüləri == Beynəlxalq Basketbol Federasiyasının qaydalarına əsasən lövhənin ölçüləri belədir: 180х105 sm. Lövhənin aşağı kənarından döşəməyə qədər olan məsafə 290 sm olmalıdır. Səbət dəmir halqadan və halqaya keçirilmiş dibi olmayan səbətdən ibarətdir. Səbət döşəmədən 3,05 metr, lövhənin aşağı hissəsindən isə 0,15 metr məsafədə yerləşir. Milli Basketbol Assosiasiyasında basketbol lövhəsinin ölçüləri — 72х42 düymə olur. Basketbol halqası 18 düymə diametrində və yerdən 10 fut hündürlükdə olmalı. Daxili düzbucağın ölçüləri 24х18 düymədir.
Basketbol meydançası
Basketbol meydançası — basketbol oynamaq üçün düzbucaqlı formada, səthi hamar və bərk olan sahə. FİBA-nın rəsmi oyunları üçün meydançanın ölçüləri 28 metr uzunluğuna, 15 metr enində olmalıdır. Digər yarışlarda meydança ölçüləri azı 28х15 metr olmalıdır. Meydança tavanının hündürlüyü ən azı 7 metr olmalıdır. Meydança səthi hər tərəfdən və yetərincə işıqlandırılmalı. İşıq mənbəyi elə yerləşməlidir ki, o oyunçuların görməsinə mane olmamalı. 1960-cı illərə qədər rəsmi oyunlar həm açıq, həm də, qapalı idman zallarında keçirilirdi. 1968-ci ildən bütün rəsmi oyunlar qapalı idman zallarında keçirilir. == Quruluşu == === Mərkəzi dairə === Mərkəzi dairə meydançanın mərkəzində yerləşir və radiusu 1,80 metrdir. === Mərkəzi xətt === Mərkəzi xətt arxa xətlərə paralel çəkilir və hər iki yan xəttdən 15 sm çıxmalıdır.
Basketbol mövqeləri
Basketbol mövqeləri oyun zamanı oyunçuların tapşırıqlarını yerinə yetirdikləri yerlərdir. Əsas mövqelər bunlardır: oyun qurucu(PG), atış müdafiəçisi(SG), kiçik hücumçu(SF), uzun hücumçu(PF), mərkəz(C) Basketbolda mövqelər 1-dən 5-ə qədər nömrələnmişdir. 1 oyun qurucu, 2 atış müdafiəçisi, 3 kiçik hücumçu, 4 uzun hücumçu, 5 nömrə isə pivotu bildirir.
Basketbol tarixi
Basketbol 1891-ci ildə ABŞ-nin Massaçusets ştatının Sprinqfilds kollecinin bədən tərbiyəsi müəllimı Ceyms Neysmit tərəfindən yaradılmışdır. Az vaxtda bu oyun Amerikada böyük şöhrət qazandı. Hazırda, dünyada milyonlarla insan bu oyunu oynayır. Ceyms Neysmit 1861-ci ildə Kanadada anadan olmuş, 1939-cu ildə vəfat etmişdir. 21 dekabr 1891-ci ildə Ceyms Neysmit beş əsas ideyadan və 13 qaydadan istifadə edərək yeni oyunun qaydalarını nəşr etdirdi.Ceyms Neysmitin zəhmətini qiymətləndirərək 1911-ci ildə Sprinqfilds kolleci onu fəxri bədən tərbiyəsi ustası dərəcəsi ilə təltif etmişdir. 1939-cu ildə Mak Qill Universiteti Neysmitə tibb doktoru dərəcəsi ad verdi, 1968-ci ildə Sprinqfilds kollecində “Basketbol şərəfi zalı” adlı Ceyms Neysmit muzeyi açılmışdır. == Basketbolun inkişafı == Basketbolun inkişafı qaydalara, ləvazimata, qurğulara və basketbolçunun geyiminə öz təsirini göstərdi. 1983-cü ildə ilk dəfə dəmir halqa ilə top qəbul olundu. 1984-cü ildə topun ölçüsü 30-32 düym (76,2-81,3 sm.) qədər artdı. 1895-ci ildə 15 fut məsafədən yerinə yetirilən cərimə artmaları qəbul olundu.
Basketbol terminologiyası
Asist: Komanda yoldaşına basket etməsi üçün verilən pas Backcourt (müdafiə etmə sahəsi): Bir komandanın müdafiə üçüm yarı sahə Basket: Topun içindən keçərək xal qazanılması Blok: Müdafiə etmə oyunçusu tərəfindən hücum oyunçusunun xal yığmasını və ya keçməsini maneə törətmə hərəkəti Şut: xal yığmaq məqsədiylə edilən tez hərəkət Dribbling (Top sürmə): Topu çiləyərək istənilən istiqamətə doğru atma Drive: Hücum oyunçusunun xal yığmaq məqsədiylə etdiyi hərəkət End Line (dib xətt): Sahənin enləməsinə səbət altından keçən xətt Fast Break: Bir komandanın rəqib komandanı qorunmasız tutaraq sürətlə xal yığmaq məqsədiylə hücum etməsi Faul Atışı (sərbəst atış): Faul nəticəsində sərbəst atış sahəsindən istifadə edilən müdaxiləsiz atışlar Front Court (hücum sahəsi): Bir komandanın hücum etdiyi yarı sahə Səhv: Faul sayılmayan qayda pozuntuları Səhvli Getmə (steps): Bir oyunçunun topu idarə altına aldıqdan sonra çiləmədən birdən çox addım ataraq getməsi və ya tünddürdükdən sonra topu tutub təkrar top atması Hava Atışı (jump ball): Hakimin oyunu başlatmaq məqsədiylə topu iki rəqib oyunçunun arasından yuxarı doğru atması və bu oyunçuların topu tək əlləriylə komanda yoldaşlarına qazandırma hərəkəti High Post (yüksək post): Sərbəst atış sahəsinin dərhal xaricindən başlayan hücum bölgəsi Hücum Faulü: Bir oyunçunun top öz komandasında ikən rəqib oyunçuya faul etməsi Jump Shot: Oyunçunun sıçrayaraq havada tək əllə basket etmə məqsədiylə şut atması Man to Man Defense (adam adama müdafiə etmə): Təyin olunan hər bir oyunçunun birə-bir təqibiylə edilən müdafiə etmə növü Midcourt Line (orta sahə xətti): Sahəni ortadan ikiyə ayıran xətt digər adı da 8 saniyə xəttidir Pərdələmə (Screen): Hücum edən komandanın oyunçularından birinin komanda yoldaşının asan şut atması və ya rəqibi keçə bilməsi üçün komanda yoldaşı ilə müdafiə etmə oyunçusunu arasına girməsi Pivot: Təyin olunan bir ayağın sabitlənməsi və sabitlənən ayaq ətrafında dönmə işi Pres: Müdafiə etmə edən komanda oyunçularının hücum edən komanda oyunçulardan topu qapmaq və səhv etmələrini təmin etmək üçün üzərlərində təzyiq qurmaları Ribaunt: Səbətdən ya da çevrədən dönən və havalanan topa sahib olmaq üçün edilən iş Texniki Faul: Oyunçuların qayda pozmaları nəticəsində verilən cəza Turnike (lay — up): Qaçaraq putaya ən yaxın məsafədən çarpdıraraq və ya çevrəyə tək əllə atılaraq edilən şut.
Basketbol topu
Basketbol topu — basketbol oyunu üçün doldurulmuş top. Narıncı rəngdə olan topun üzərində qara zolaqlarla ayrılmış 8 bölmə olmalı. Top sferik formada olmalı. Topun çəkisi (rəsmi qəbul olunmuş 7 ölçü) 567—650 q , çevrəsi — 749—780 mm -dir. Bəzən daha kiçik ölçülü topdan istifadə olunur: kişi komandalarının oyununda istifadə olunan toplar «7 ölçü » , qadın komandaları üçün — «6 ölçü » . Mini-basketbol oyunlarında — «5 ölçü » istifadə olunur. Basketbol topları iki tipdə olur: ancaq qapalı binalar üçün (ing. indoor) və universal, yəni həm qapalı binalarda, həm də açıq sahələrdə, küçələrdə (ing. indoor/outdoor) oynamaq üçün. == Basketbol topunun ölçüsü == Ümumən basketbol toplarının ölçülərinə görə bölgüsü belədir: Ən böyük ölçü (7 ölçü) rəsmi olaraq kişi komandalarının yaraşı üçün qəbul olunmuş..
Basketbol Olimpiya oyunlarında
Olimpiya oyunlarında Basketbol- 1936-cı ildən etibarən nizamlı olaraq keçirilən olimpiya idman növüdür. Olimpiya oyunlarında oynanılmamışdan əvvə 1904-cü ildə nümayiş oyunu kimi oynandı. Qadın Basketbol komandasının Olimpiadada oynaması isə 1976-cı ildən bəri keçirilməkdədir. Amerika Birləşmiş Ştatları bu idman nöbündə çox inkişaf etmişdir. Qatıldığı 17 müsabiqənin 14-ündə çempion olmuşdur. Bu çempionatlarda 1936-cı ildən 1968-ci ilə qədər ard-arda çempion oldu. Amerika Birləşmiş Ştatlarının Qadın Basketbol milli komandası qatıldığı 9 çempionatın 7-sində çempion olub. 1996-cı ildən 2012-ci ilə qədər ard-arda çempion olub.
Azərbaycan Milli Basketbol komandası
Azərbaycanın kişilərdən ibarət milli basketbol komandası — Azərbaycanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Baş məşqçisi Samit Nuruzadədir.
Banqladeş milli basketbol komandası
Banqladeşin kişilərdən ibarət milli basketbol komandası — Banqladeşi beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Banqladeş Basketbol Federasiyası 1978-ci ildən FİBA-nın üzvüdür.. == Tarixi == 1971-ci ilədək Banqladeş Pakistanın Şərqi Pakistan adlanan vilayətini təşkil etdiyindən Banqladeş basketbolçuları kişilərdən ibarət Pakistan basketbol komandasının tərkibində çıxış etmişlər. Banqladeş yığması Asiyanın ən zəif komandalarından biridir. Komanda basketbol üzrə Asiya çempionatında ilk dəfə 1979-cu ildə debut etmiş,, Banqladeş yığması sonuncu — 13-cü yeri tutmuşdur.. Sonralar komanda daha üç dəfə Asiya birinciliyində iştirak etmiş, lakin heç bir qələbə qazanmayaraq hər dəfə turniri sonuncu yerdə başa vurmuşdur.. 2010-cu ildə Cənubi Asiya oyunlarının basketbol turnirində basketbol komandası 3-cü yeri tutmuşdur.. Basketbol üzrə Banqladeşin kişilərdən ibarət basketbol komandası basketbol üzrə dünya çempionatında və olimpiya oyunlarında iştirak etməmişdir.
Azərbaycanda basketbol
Azərbaycanda basketbol — Azərbaycan Respublikasında komanda idman növlərindən biri olan basketbolun inkişaf tarixi. == Tarixi == === İlikin mərhələ === Azərbaycanda basketbolun tarixi 1920-ci ildən əvvəl Bakıya işləməyə gəlmiş xaricı neft şirkətlərində calışan fəhlə və qulluqçuların təşəbbüsü ilə başlamışdır. İlk növbədə İngiltərədən, İsveçdən, Almaniyadan Bakıya gəlmiş neft şirkətlərin rəhbərləri özlərinin asudə vaxtlarının mənalı təşkili məqsədilə onlara çoxdan tanış olan idman oyunlarının yayılmasının ilk təşəbbüsçüləri olmuşlar. Məhz bu illərdən başlayaraq ayrı-ayrı əmək kollektivlərində, idarə və müəssisələrdə, ali təhsil ocaqlarında, idman cəmiyyətlərində komandalar yaradılır, məşğələlərə cəlb olunan basketbol həvəskarlarının sayı gün–gündən artırılırdı. Bakı şəhərində basketbol, futbol və voleyboldan sonra öz kütləviliyinə görə üçüncü yeri tuturdu. === SSRİ dövrü === Azərbaycanda basketbol 1924-cü ildən inkişaf edir. Çünki 1923-cü ildən başlayaraq bütün kompleks yarışların və spartakiadaların proqramına basketbol idman növü də daxıl edilir və basketbol üzrə sadə idman meydançaların kütləbi təşkili əksər təşkilatların diqqət mərkəzində olur. 1924-cü ildə kişilərdən ibarət 42 komanda, qadınlardan ibarət 10 komanda yaradılmışdır. 1925-ci ildə Bakıda Basketbol üzrə Zaqafqaziya çempionatı keçirilmiş, Azərbaycanın kişilərdən və qadınlardan ibarət komandaları 1-ci yerə çıxmışlar. 1926-cı ildə təkcə Bakı şəhərində 300-ə yaxın basketbol üzrə komandaların və məşğələlərin fəaliyyət göstərməsi qeydə alınmışdı.
Litvada basketbol
Litvada basketbol — Litvada ən geniş yayılmış və məşhur idman oyunlarından biridir. Litvada ilk basketbol təşkilatları 1919-cu ildən yaranmağa başlamışdır.. 1930-cu illərdə Litvalı və Amerikalı basketbol məşqçiləri İkinci Dünya müharibəsinə qədərki 1937-ci və 1939-cu illərdə keçirilən Avropa çempionatında Litvanın kişi basketbol komandasının qalib olmasında mühüm rol oynadılar. Bu qələbələr litvalılar arasında basketbol oyunlarına marağın geniş yayılmasına böyük təsir göstərdi. Həmin dövrdən etibarən litvalılar Avropanın ən güclü basketbolçuları hesab olunurlar. Litva SSRİ-yə birləşdirildikdən sonra Litva oyunçuları basketbol üzrə kişilərdən ibarət SSRİ yığma komandasının əsasını təşkil edirdilər. 1990-cı ildə Litva müstəqillik qazandıqdan sonra ölkədə basketbol üzrə milli komanda yaradıldı və elə birinci, 1992-ci ildə keçirilən yay olimpiya oyunlarında basketbol oyunlarının bürünc mükafatçısı oldular. Sonralar basketbol üzrə Litva milli komandası Olimpiya oyunlarında daha iki bürünc medal, 2010-cu ildə keçirilən basketbol üzrə dünya çempionatında bürünc medal və Avropa basketbol çempionatında beş medal qazandılar.
Mərkəz (Basketbol)
Mərkəz — digər adı ilə 5 nömrə və ya böyük adam basketboldakı 5 mövqedən biri. Bu mövqedə olan basketbolçular çox vaxt komandanın ən hündür oyunçusu olurlar. Onlar səbət yaxınlığında və ya altında mövqe tuturlar. Bu mövqedəki oyunçuların ribaund və blok qabiliyyətləri yüksəkdir. Ancaq onların uzaq məsafəli atış, sərbəst atış dərəcələri aşağıdır. NBA-də mərkəz oyunçuları adətən 6 ft 10 inç (2.08 metr) və daha uzun olurlar. NBA-yə seçilən ən uzun oyunçu 7'8" (2.33m) boyu ilə Yasutaka Okayama olmuşdur. NBA-də çıxış etmiş ən uzun mərkəz oyunçuları isə 7'7"(2.31 m) boy ilə Corc Mureşan və Manut Bol, WNBA-da isə Marqo Daydekdir. Wilt Chamberlain, Kərim Abdul-Cabbar , Bill Rasl, Hakem Olajuvon, Dvayt Hovard, Şakvil O'Neil, Vleyd Divac, Arvidas Sabonis,Yoakim Noah ve Antoni Deyvis NBA-də bu mövqedə çıxış etmiş ən məşhur basketbolçulardır.
Türkiyədə basketbol
Basketbol Türkiyədə ilk dəfə 1904-cü ildə Amerikan Robert Kolleci şagirdləri tərəfindən oynanılmışdır. Basketbolun Türkiyədə şüurlu və əhatəli yayılmasını 1911-ci ildə Qalatasaray Liseyi bədən tərbiyəsi müəllimi olan Əhməd Robenson təmin etmişdir. Yenə 1913-cü ildə ilk basketbol şöbəsi Fənərbaxçada açılmışdır. İlk zamanlarda döyüş illəri olması və oynayacaq rəqib tapıla bilməməsi səbəbi ilə basketbolda bir inkişaf ola bilməmişdir. Bilinən ilk rəsmi müsabiqə 1921-ci ildə Yüksək Müəllim Məktəbi şagirdləri ilə İstanbulda yaşayan amerikalılar arasında olmuşdur. 1923-cü ildə ilk rəsmi idman təşkilatı olan Türkiyə İdman Cəmiyyətləri İttifaqı qurulması və yenə 1927-ci ildə Halkevlerinin qurulması bu idman növünün bütün yurda yayılmasında təsirli olmuşdur. Basketbol Milli Komandası 1934-cü ildə qurulmuş ilk rəsmi matçını 1936-cı ildə Yunanıstanla etmişdir. 49:12 kimi bir hesabla qalib gələn basketbol komandası bu oyunçulardan ibarət idi: Naili Moran (Kapitan) – Jak Həbib – Feridun Koray – Dionis Sakalak – Həzzdəni Penso Xeyiri Arsebük – Sadri Usuoğlu və Nihat Ertuğ. Basketbol 1936-dan 1959-a qədər İdman Oyunları Federasiyası adı altında voleybol və handboll ilə birlikdə icra edilmişdir. 1 mart 1959-cu ildə Türkiyə Basketbol Federasiyası rəsmi olaraq qurulmuşdur.
Xal (basketbol)
Xal (ing. points) — basketbol oyununda qalibi müəyyən edən göstərici. Cərimə atışında komandaya 1 xal, üçxallıq qövsdən 3 xal (FİBA: 6,75 m, NBA: 7,24 M), digər atış zamanı isə komandaya 2 xal verilir. NBA-da qövs kənarından atılan atışa rəsmi olaraq 1978-1980-cı mövsümdə, FİBA-nın keçirdiyi yarışlarda 1984-cü ildən 3 xal verilməyə başlanılmış. Ancaq ilk dəfə olaraq 3 xal Amerika Basketbol Assosiasiyasının keçirdiyi yarışlarda verilmiş (1967-1968). Daha çox xal toplamış komanda qalib elan olunur. Oyun boyu xal qazanan komandanın və oyunçuların statistikası aparılır (ing. points per game (PPG)). Basketbolda bu göstərici oyunçunun hücum effektliyini müəyyən edir. == NBA rekordları == Karyera boyu ən çox toplanılmış xal: Kərim Abdul-Cabbar (38 387 xal) Oyunda orta hesabla ən çox qazanılan xal: Çemberlen Uilt və Maykl Cordan (30,1) NBA tarixində ən çox toplanılmış xal: Uilt Çemberlen100 xal (2 mart 1962-ci il).
Amerika Basketbol Assosiasiyası
Original adı Amerika Basketbol Assosiasiyası (ABA) olan bu əsas profesional liqanın 1967-ci ildə təməli qoyulmuşdur. 1976-cı ildə Amerika Basketbol Assosiasoyası - Milli Basketbol Assosiasiyası (NBA) ilə birləşdi. Milli Basketbol Assosiasiyasına bir neçə komanda qoşularaq və ABA-da 3 bal üstünlüklə liderlik edir. == Liqanın tarixi == ABA 1960-cı ildən 1970-ci illərin ortalarına qədər çoxsaylı liqalar üçün çətin idi. Çünki Amerika Birləşmiş Ştatlarında peşə idman liqaları mövcud deyildi və komandalar öz müvəffəqiyyət dərəcələrini nümayiş etdirə bilmirdi. Bu səbəbdən ABŞ-də bir çox milyaderlər və ocümlədən də basketbola həvəskar olan sahibkarlar milli liqanı yaratmaq qərarına gəlirlər. Birinci bu sahəyə yəni ABA-ya "Milleapolis Leykers" komandasının oyunçusu məşhur Corc Mayken pul yatırır. ABA klubu çoxlu tanınmış oyunçulardan ibarət NBA komandasının klubuna qalib gəldi. ABA NBA-nın qaydalarından fərqli qaydalara riayət edirdilər. Onlar 1967-68-ci illərdə 3-cü zonaya keçirlər.
Aztop basketbol klubu
Bakı şəhərində olan Azərbaycan basketbol çempionluğunda rəqabət edən basketbol klubudur.
Azərbaycan Basketbol Federasiyası
Azərbaycan Basketbol Federasiyası və ya qısaca ABF — Azərbaycanda basketbola nəzarət edən rəsmi qurum. == Tarix == Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra 1992-ci ildə müstəqil Azərbaycanın Basketbol Federasiyası (ABF) yarandı. 1994-cü ildə Azərbaycan Basketbol Federasiyası (ABF) Beynəlxalq Basketbol Federasiyasına (FİBA) tamhüquqlu üzv qəbul edilimişdir və bu da komandalarımıza beynəlxalq yarışlarda müstəqil dövlətimizin bayrağı altında çıxış etmək hüququ qazandırmışdır. 1997-ci ildən 2000-ci ilə qədər ABF-sı FİBA-nın heç bir toplantı və tədbirlərdə iştirak etmədiyinə görə Avropa Basketbol Federasiyasının tamhüquqlu üzvlüyündən xaric edilmişdir. 2000-ci ildə Azərbaycan Basketbol Federasiyasının yeni rəhbərliyi seçilmişdi. Beynəlxalq əlaqalarin yeni səviyəyə galdırılması sayəsində 2000-ci ildə Türkiyədə keçirilən FİBA konqressində ABF-nın bu beynəlxalq quruma üzvlüyü bərpa olunmuşdur. ABF müntəzəm olaraq ölkə çempionatlarını və Uşaq-Yeniyetmə Basketbol Liqasının yarışlarını keçirir. Bundan əlavə, ABF son dövrdə FİBA tərəfindən böyük əhəmiyyət verilən 3x3 basketbol idman növü üzrə ölkədaxili yarışların müntəzəm keçirilməsini təmin edir. ABF ölkəmizdə gənc basketbolçularının yetişdirilməsinə və onların inkişafına xüsusi diqqət yetirir və bu məqsədlə məşqçilər tərəfindən davamlı seleksiya işinin aparılmasını təmin edir. == Rəhbərlik == ABF Prezidenti — Emin ƏmrullayevRəyasət Heyətinin üzvləri:— Simuzər Feyzullayeva — Vilayət Vəliyev — Bəxtiyar Aslanbəyli — Elnur Əliyev İcraçı Direktor — Fərrux Mahmudov Baş Katib — Vüqar Əzimov == Fəaliyyət istiqamətləri == ABF-nin əsas fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir: Basketbol idman növünün Azərvaycanda geniş şəkildə təbliğ edilməsi və populyarlaşdırılması; Azərbaycanda basketbol idman növünün inkişafı üçün perspektiv proqramların hazırlanması və onların həyata keçirilməsi; Müxtəlif yaş qrupları üzrə ölkədaxili yarışların təşkili və keçirilməsi; Yığma komandaların beynəlxalq yarışlarda iştirakını təmin edilməsi; Azərbaycan basketbolunun beynəlxalq idman təşkilatlarında nüfüzunun artırılması; Basketbolun inkişafında əldə edilmiş beynəlxalq təcrübəni öyrənilməsi və ölkə daxilində tətbiq edilməsi; Basketbol sahəsində elmi-tədqiqat və metodik işlərin təşkil edilməsi; Yüksək ixtisaslı basketbolçuların və mütəxəssislərin hazırlıq sisteminin təkmilləşdirilməsi.
Beynəlxalq Basketbol Federasiyası
Beynəlxalq Basketbol Federasiyası (Fransız dili: Fédération Internationale də Basketball Association), geniş şəkildə bilindiyi halıyla FIBA milli basketbol təşkilatların federasiyasındır. Beynəlxalq basketbol yarışmalarını rəhbərlik məsuliyyəti FIBAdədir. Daha əvvəl bilindiyi halıyla Fédération Internationale də Basketball Amateur (yəni FIBA), 1989-cu ildə rəsmi adından Amateur sözünü çıxartmış, ancaq qısaldılmış halını eynilə qorumuşdur. FIBA, beynəlxalq basketbol qaydalarını, istifadə ediləcək əkibməyin və məkanların xüsusiyyətlərini təyin edər, idmançıların ölkələr arası transferlərini nəzarət edər və beynəlxalq hakimlərin proqramlarını nəzarət edər. 200dən çox milli təşkilat federasiya üzvüdür. 1989-cu ildən sonra FIBA beş bölgəyə ayrılmışdır: Afrika, Amerika, Asiya, Avropa və Okeana. == Tarixçə == 1932-ci ildə Cenevrə də qurulmuşdur. İki il sonra Beynəlxalq Olimpiada Komitəsi tərəfindən tanınmışdır. Səkkiz qurucu üzvü bunlardır. Argentina, Çexoslovakiya, Yunanıstan, İtaliya, Latviya, Portuqaliya, Rumıniya və İsveçrə.
Fənərbaxça Basketbol Komandası
Fənərbaxça İdman Klubunun kişi basketbol şöbəsidir. Köhnə adı Fənərbaxça Ülker. 2017-ci ildə Euroleague çempionu olaraq, Avropa qitəsinin ən güclü komandası olmuş və Türk basketbol tarixinin ən böyük müvəffəqiyyətini qazanmışdır. Ülkerspor, Fənərbaxça İdman Klubu ilə birləşərək "Fenerbahçe Ülker" adını almışdır. Kişi və qadın basketbol komandaları vardır. Avropa yarışlarına Fenerbahçe Ülker adıyla Fenerbahçe basketbol komandası iştirak edəcəkdir. Fənərbaxça Basketbol Komandası ad sponsoru olmadan 2016-2017 Euroleague çempionu olmuşdur. == Tarixi == 1975-ci ildə Nasaşspor adı ilə yaradılan klub təxminən 20 il Türk basketbolunun orta sıra komandalarından biri kimi yarışlarda iştirak etmişdir. 1993-cü ildəqida sektorunun öncül firmalarından olan Ülker tərəfindən satın alınan klubun tərkibi və hədəfləri tamam dəyişdi. Ülkerspor kimi adını dəyişəndən bir sezon sonra Türkiye Basketbol Liqasında finala çıxdı və Türkiyni Koraç Kupasında təmsil etdi.
Milli Basketbol Assosiasiyası
Milli Basketbol Assosiasiyası (ing. National Basketball Association) və ya MBA (ing. NBA) – Amerika Birləşmiş Ştatlarının 30 komandadan ibarət olan peşəkar basketbol liqası. Liqanın əsası 6 iyun 1946-cı ildə Nyu-York şəhərində "Basketboll Assosiation of America" (BAA) (Amerika Basketbol Assosiasiyası) olaraq qoyulmuşdur. Liqa 1949-cu ildə indiki adını almışdır. Oyunları Amerikada ESPN və TNT, Türkiyədə TV8, Azərbaycanda isə CBC Sport kanalları yayımlayır. NBA loqosunun üzərində Los-Anceles Leykersli oyunçu Cerri Vestin süjeti canlanır. == Komandalar == == Çempionluqların siyahısı == == Çempionluq qazanan məşqçilər == Mötərizənin içindəki rəqəmlər məşqçinin qazandığı titulların sayını göstərir. NBA çempionluğu titulunu 11 çempionluqla ən çox Phil Jackson qazandı. Ardınca 9 çempionluqla Red Auerbach, 5 çempionluqla John Kundla, Gregg Popovich və Pat Riley gəlir.
Qala (basketbol klubu)
Azərbaycan basketbol çempionluğunda rəqabət edən basketbol klubudur.
Türkiyə Basketbol Federasiyasi
Türk Basketbol Federasiyası ya da qısaca TBF, 1959-cu ildə İstanbulda qurulan və Türkiyədəki basketbol təşkilatlarını tənzimləyən muxtar idman federasiyasıdır. FIBA və ULEB-in üzvüdür. Federasiyanın hazırkı prezidenti Hidayət Türkoğludur. Türkiyə Basketbol Federasiyası üç kişi basketbol liqasını və iki qadın basketbol liqasını təşkil edir. Bundan əlavə, TBF hər il kişi və qadınlar üçün liqa çempionatları, Türkiyə kubokları və prezident kuboklarını təşkil edir. == Tarixi == Rəsmi qeydlərə görə, Türkiyədəki ilk basketbol oyunu 1904-cü ildə Osmanlı İmperiyası dövründə Robert Kolleci İdman Salonunda oynanmışdı. Qısa müddət sonra Qalatasaray Litseyindən Əhməd Robenson bu idmanı kəşf etdi və 1911-ci ildə öz litseyinə apardı. İlk oyunda, Robensonun tələbələri bir-birlərinə qarşı mübarizə apardılar, lakin bu yeni idman növünə alışa bilməyən tələbələr arasında yaralananlar oldu. Bəzi mənbələrə görə, Fənərbaxça İdman Klubu 1913-cü ildə basketbol şöbəsi açdı, lakin 1919-cu ilə qədər şöbə Birinci Dünya Müharibəsinin araya girmesi ilə əlaqədar fəaliyyət göstərmədi. 1920-ci ildə bir Türk komandasının İstanbuldakı Gənc Kişilər Hərəkatı Dərnəyi tərəfindən təşkil edilən basketbol turnirində iştirak etmək qərarı alındı.
Türkiyə Basketbol Federasiyası
Türk Basketbol Federasiyası ya da qısaca TBF, 1959-cu ildə İstanbulda qurulan və Türkiyədəki basketbol təşkilatlarını tənzimləyən muxtar idman federasiyasıdır. FIBA və ULEB-in üzvüdür. Federasiyanın hazırkı prezidenti Hidayət Türkoğludur. Türkiyə Basketbol Federasiyası üç kişi basketbol liqasını və iki qadın basketbol liqasını təşkil edir. Bundan əlavə, TBF hər il kişi və qadınlar üçün liqa çempionatları, Türkiyə kubokları və prezident kuboklarını təşkil edir. == Tarixi == Rəsmi qeydlərə görə, Türkiyədəki ilk basketbol oyunu 1904-cü ildə Osmanlı İmperiyası dövründə Robert Kolleci İdman Salonunda oynanmışdı. Qısa müddət sonra Qalatasaray Litseyindən Əhməd Robenson bu idmanı kəşf etdi və 1911-ci ildə öz litseyinə apardı. İlk oyunda, Robensonun tələbələri bir-birlərinə qarşı mübarizə apardılar, lakin bu yeni idman növünə alışa bilməyən tələbələr arasında yaralananlar oldu. Bəzi mənbələrə görə, Fənərbaxça İdman Klubu 1913-cü ildə basketbol şöbəsi açdı, lakin 1919-cu ilə qədər şöbə Birinci Dünya Müharibəsinin araya girmesi ilə əlaqədar fəaliyyət göstərmədi. 1920-ci ildə bir Türk komandasının İstanbuldakı Gənc Kişilər Hərəkatı Dərnəyi tərəfindən təşkil edilən basketbol turnirində iştirak etmək qərarı alındı.
Han Xu (basketbol)
Han Xu 31 oktyabr 1999 Shijiazhuang, Hebei, Çin anadan olmuşdu Nyu York üçün Çinli basketbol oyunçusudur. == Haqqında == Han Xu Nyu York üçün Çinli basketbol oyunçusudur.O Liberty Qadınların Milli Basketbol Assosiasiyası. Han 2019 WNBA Draft-da Liberty tərəfindən ikinci raundda (ümumi 14-cü) seçilib. O, Çini 2016-cı il FİBA U-17 Qadınlararası Dünya Çempionatı,2017 FIBA ​​U-19 Qadınlararası Basketbol Dünya Kuboku və 2018 FIBA ​​Qadınlararası Basketbol üzrə Dünya Kuboku və 2022 FIBA ​​Qadın Basketbol Dünya Kuboku qazandı == WNBA Liberty Qadınların Milli Basketbol Assosiasiyası == Han 2019-cu il WNBA draftında Nyu-York Liberty tərəfindən 14-cü seçilib. O, draft sinfində ən gənc oyunçu idi.Liberty-nin yeniyetmə oyunçusu Yao Ming müqayisələrinin təzyiqini qəbul edir Yeni mövsümündə o,liqanın ən uzun boylu oyunçusu və liqa tarixində ikinci ən uzun oyunçu idi. O, Çinli beynəlxalq basketbolçu Yao Ming ilə müqayisələr apardı. 2020-ci ilin may ayında, Hanın koronavirus pandemiyası səbəbindən Çində qalmaq üçün 2020 WNBA mövsümündən kənarda qalacağı açıqlandı.Liberty oyunçuları xaricdə qalacaq, koronavirus pandemiyası fonunda istənilən növ 2020 mövsümündən imtina edib. == Milli Komanda Karyerası == Han Xu 2022 FIBA ​​Qadın Basketbol Dünya Kubokunda Google All-Star Five seçildi.O hər oyunda orta hesabla 12,4 xal,8,4 ribaund və 1,7 blok yığaraq, 1994-cü ildə Avstraliyada keçirilən tədbirdən sonra ilk gümüş medalını Çinə qazandırmağa kömək etdi.Avstraliya ilə yarımfinal oyununda Han Xu Çin üçün möhtəşəm bir karyera gecəsi keçirdi və o, bərabərləşdi. FIBA Qadınlararası Basketbol Dünya Kuboku 5 swatla rekord qırır. O, həmçinin 80 faiz yerdən atışdan 19 xal topladıqdan və 11 ribaundla dubl-doblunu tamamladıqdan sonra 33 səmərəlilik balı topladı.
1950-ci il basketbol üzrə dünya çempionatı
1950-ci il basketbol üzrə dünya çempionatı — Basketbol üzrə kişilərdən ibarət milli yığma komandalar arasında ilk dünya çempionatı. 1950-ci il 22 oktyabrdan 3 noyabradək Buenos-Ayresdə (Argentina) keçirilmişdir. == Tarixi == Basketbol üzrə kişilərdən ibarət milli yığma komandalar arasında dünya çempionatının keçirilməsi barədə Londonda 1948-ci il yay Olimpiya oyunları zamanı FİBA-nın konqresində qərar qəbul edilmişdir. Yalnız iki il sonra Argentinada 10 yığma komandanın iştirakı ilə ilk dünya çempionatı keçirilmiş, ev sahibi olan Argentina komandası bu çempionatda I yeri tutmuşdur. == Komandalar == Çempionatın iştirakçıları 1948-ci ildə FİBA-nın Dünya Konqresində müəyyənləşdirilmişdi. Qərara əsasən bu turnirdə çempionatın keçirildiyi ölkə — Argentinanın, 1948-ci il yay Olimpiya oyunlarının basketbol üzrə üç qalibinin (ABŞ, Fransa və Braziliya), basketbol üzrə 1949-cu il Avropa çempionatının qalibi olmuş Misir, basketbol üzrə Cənubi Amerika çempionatının iki ən yaxşı komandasının (Uruqvay və Çili), 1950-ci ilin yanvarında keçirilmiş Avropa təsnifat qrupunun iki ən fəal iştirakçısının (İtaliya və İspaniya) və təşkilatçı ölkələrin birgə qərarı ilə Ekvadorun kişilərdən ibarət yığma komandalarının iştirakı nəzərdə tutulmuşdur. İtaliya maliyyə problemləri ilə əlaqədar çempionatda iştirakdan imtina etdiyinə görə onu Avropa təsnifat turnirində üçüncü yeri tutmuş Yuqoslaviya əvəz etmişdir. Uruqvay siyasi səbəblərə görə təşkilatçı ölkələr tərəfindən yarışlara buraxılmamış və onu Perunun yığma komandası əvəz etmişdir. Avropa qitəsinin ən güclü komandalarından biri olan SSRİ yığması 1949-cu il Avropa çempionatında iştirak etmədiyinə görə dünya çempionatına dəvət olunmamışdır. İspaniya və Fransa yığmaları dünya birinciliyinin yarışa gecikdiklərinə görə açılış mərasimində iştirak etməmişlər.
Aleksandr Petrov (basketbolçu)
Aleksandr Petrov (rus. Александр Петров; 14 may 1939, Bakı, Azərbaycan SSR, SSRİ — 5 may, 2001, Moskva, Rusiya) — sovet basketbolçusu, Olimpiya oyunlarının ikiqat mükafatçısı, SSRİ əməkdar idman ustası (1964). == İdman karyerası == Aleksandr Petrov 14 may 1939-cu ildə Bakıda anadan olub. O, mərkəz mövqeyində çıxış edən ilk ucaboy sovet basketbolçularından biridir.Aleksandr Petrov SSRİ yığmasının heyətində 1960-cı il Roma və 1964-cü il Tokio Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır. == Təhsili == Rusiya dövlət bədən tərbiyəsi, idman, gənclər və turizm universitetini bitirib.
Banqladeşin kişilərdən ibarət milli basketbol komandası
Banqladeşin kişilərdən ibarət milli basketbol komandası — Banqladeşi beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Banqladeş Basketbol Federasiyası 1978-ci ildən FİBA-nın üzvüdür.. == Tarixi == 1971-ci ilədək Banqladeş Pakistanın Şərqi Pakistan adlanan vilayətini təşkil etdiyindən Banqladeş basketbolçuları kişilərdən ibarət Pakistan basketbol komandasının tərkibində çıxış etmişlər. Banqladeş yığması Asiyanın ən zəif komandalarından biridir. Komanda basketbol üzrə Asiya çempionatında ilk dəfə 1979-cu ildə debut etmiş,, Banqladeş yığması sonuncu — 13-cü yeri tutmuşdur.. Sonralar komanda daha üç dəfə Asiya birinciliyində iştirak etmiş, lakin heç bir qələbə qazanmayaraq hər dəfə turniri sonuncu yerdə başa vurmuşdur.. 2010-cu ildə Cənubi Asiya oyunlarının basketbol turnirində basketbol komandası 3-cü yeri tutmuşdur.. Basketbol üzrə Banqladeşin kişilərdən ibarət basketbol komandası basketbol üzrə dünya çempionatında və olimpiya oyunlarında iştirak etməmişdir.
Basketbol Yay Olimpiya oyunlarında
Olimpiya oyunlarında Basketbol- 1936-cı ildən etibarən nizamlı olaraq keçirilən olimpiya idman növüdür. Olimpiya oyunlarında oynanılmamışdan əvvə 1904-cü ildə nümayiş oyunu kimi oynandı. Qadın Basketbol komandasının Olimpiadada oynaması isə 1976-cı ildən bəri keçirilməkdədir. Amerika Birləşmiş Ştatları bu idman nöbündə çox inkişaf etmişdir. Qatıldığı 17 müsabiqənin 14-ündə çempion olmuşdur. Bu çempionatlarda 1936-cı ildən 1968-ci ilə qədər ard-arda çempion oldu. Amerika Birləşmiş Ştatlarının Qadın Basketbol milli komandası qatıldığı 9 çempionatın 7-sində çempion olub. 1996-cı ildən 2012-ci ilə qədər ard-arda çempion olub.
Basketbol üzrə Avropa çempionatı 1987
Basketbol üzrə Avropa çempionatı 1987 (ing. 1987 FIBA European Championship) — 1987-ci ildə Yunanıstanda FIBA Avropa tərəfindən sayca 25-ci dəfə keçirilən Avropa çempionatı. Turnir 3-14 iyun tarixlərində keçirilmişdir. Çempionata 12 milli komanda qatılmışdır. Bütün oyunlar Pirey şəhərindəki Sülh və Dostluq salonunda baş tutmuşdur. Turnirin qalibi favorit sayılan SSRİ millisini həyəcanlı keçən əlavə vaxtda 103:101 hesabı ilə məğlub edən ev sahibi Yunanıstan olmuşdur. Bu Yunanıstanın ilk Avropa çempionluğu olmuşdur. Yunanıstan millisinin oyunçusu Nikos Qalis turnirin ən yaxşı oyunçusu seçilmişdir. == Məkan == Bütün oyunlar Pirey şəhərindəki Sülh və Dostluq stadionunda keçirilmişdir. == İştirakçılar == Turnirdə iştiraka 12 komanda haqq qazanmışdır.
Basketbol üzrə Avropa çempionatı 2009
2009 Basketbol üzrə Avropa çempionatı, 2009-cu il 8-20 sentyabr arasında FIBA tərəfindən Polşada 36-cı dəfə təşkil olunan turnirdir. Polşa 1963-cü ildən sonra, bu turnirə ikinci dəfə ev sahibliyi edəcəkdir. == Komandalar == Ev sahibi olan ölkə Polşa2007 Avropa Basketbol Çempionatıında ilk 7-ə girən ölkələr Rusiya İspaniya Litva Yunanıstan Almaniya Xorvatiya SloveniyaƏləmələrdən gələn 8 ölkə Serbiya Bolqarıstan Makedoniya Latviya Türkiyə Birləşmiş Krallıq İsrail Fransa == Qrup oyunları == === Salonlar === === 1. Turun oyunları === ==== A Qrupu ==== ==== B Qrupu ==== ==== C Qrupu ==== ==== D Qrupu ==== === 2. Turun oyunları === ==== E Qrupu ==== ==== F Qrupu ==== == Final Oyunları == Bütün oyunlar Katovice'də oynanacaq. === 5.-8. ===
Basketbol üzrə Avropa çempionatı 2017
Basketbol üzrə Avropa çempionatı 2017, FİBA Avropa tərəfindən təşkil olunan 40-cı Basketbol üzrə Avropa çempionatı. 31 avqust — 17 sentyabr aralığında baş tutacaq bu turnir 2017-ci ildən etibarən Basketbol üzrə Dünya çempionatına bənzər sistem ilə 4 ildən bir keçiriləcək. Bu turnirin ev sahibi ölkələri Finlandiya, İsrail, Rumıniya və Türkiyədir. == Ev sahibi seçimi == Ev sahibi ölkənin 11–12 dekabr 2015-ci ildə seçiləcəyi barədə öncədən məlumat verilmişdi. FİBA Avropa, 5 noyabr 2015-ci ildə yaydığı məlumatda namizədliyini irəli sürən ölkələrin Finlandiya, İsrail, Polşa, Rumıniya və Türkiyə olduğunu açıqlandı. 12 dekabr 2015-ci ildə Polşa xaric digər namizəd ölkələr ilə birlikdə turnirin təşkil olunmasına qərar verildi. Hər ölkə bir qrupun oyunlarına ev sahibliyi edəcək, final turundakı oyunlar isə İstanbulda oynanılacaq. == Arenalar == == Turnirin formatı == 24 komanda hər biri 6 komandadan ibarət qruplarda mübarizə aparacaq, bu qruplarda ilk dörd yeri tutan komandalar 1/8 finalda tək oyunluq seriya ilə yollarına davam edəcək. == İştirakçı komandalar == == Püşkatma == Püşkatma 22 noyabr 2016-cı ildə Türkiyədə baş tutdu. === Səbətlər === AvroBasket 2015-də olduğu kimi, hər dörd ev sahibi ölkənin ticarət və marketinq meyarları üzrə tərəfdaş federasiya seçmək hüququna malikdir.
Basketbol üzrə Azərbaycan çempionatı 2017-18
== Komandalar == ADNSU ALOV AzTOP NTD Səksənlər U16 == I dövrə == 4 noyabr11.00 ADNSU – 80-lər 101:70 13.00 NTD – U16 73:52 15.00 ALOV – AzTOP 45:92 11 noyabr11.00 ALOV – NTD 113:53 13.00 U16 – ADNSU 64:95 15.00 AzTOP – 80-lər 91:62 25 noyabr11.00 ALOV – 80-lər 56:93 13.00 U16 – AZTOP 29:96 15.00 NTD – ADNSU 106:68 2 dekabr 11.00 ALOV – U16 48:61 13.00 NTD – 80-lər 92:90 15.00 AZTOP – ADNSU 81:77 11 dekabr11.00 ALOV – ADNSU 78:50 13.00 U16 – 80-lər 76:73 15.00 NTD – AZTOP 94:89 == II dövrə == Oyunlar Texniki Universitetinin idman zalında keçiriləcək.
Basketbol üzrə Azərbaycan çempionatı 2017/2018
== Komandalar == ADNSU ALOV AzTOP NTD Səksənlər U16 == I dövrə == 4 noyabr11.00 ADNSU – 80-lər 101:70 13.00 NTD – U16 73:52 15.00 ALOV – AzTOP 45:92 11 noyabr11.00 ALOV – NTD 113:53 13.00 U16 – ADNSU 64:95 15.00 AzTOP – 80-lər 91:62 25 noyabr11.00 ALOV – 80-lər 56:93 13.00 U16 – AZTOP 29:96 15.00 NTD – ADNSU 106:68 2 dekabr 11.00 ALOV – U16 48:61 13.00 NTD – 80-lər 92:90 15.00 AZTOP – ADNSU 81:77 11 dekabr11.00 ALOV – ADNSU 78:50 13.00 U16 – 80-lər 76:73 15.00 NTD – AZTOP 94:89 == II dövrə == Oyunlar Texniki Universitetinin idman zalında keçiriləcək.
Basketbol üzrə Fransa çempionatı
Basketbol üzrə Fransa çempionatı - MBL Pro A (tam adı Milli Basketbol Liqası Pro A (fransız dilində:Ligue Nationale de Basket Pro A; ingilis diıində:Pro National Basketball League A) Fransanın ali peşəkar basketbol liqası. 1921-ci ildə təsis edilmişdir. 1987-ci ildən çempionat Milli Basketbol Liqasının rəhbərliyi altında keçirilir. == 2016/2017 mövsümündə Fransa çempionatında çıxış edən klublar == Villerban (basketbol klubu) Şalon-Reyms (basketbol klubu) Şole (basketbol klubu) Dijon (basketbol klubu) Elan Şalon (basketbol klubu) Qravlin (basketbol klubu) Le-Portel (basketbol klubu) Le-Man (basketbol klubu) Limoj (basketbol klubu) Monako (basketbol klubu) Nansi (basketbol klubu) Nanter (basketbol klubu) Olimpik Antib (basketbol klubu) Orlean (basketbol klubu)]] Paris-Levallua (basketbol klubu) Po-Ortez (basketbol klubu) Yer-Tulon Var (basketbol klubu) Strasburq (basketbol klubu) == Çempionlar == === Çempionluq cədvəli === Cədvəldə 1921-ci ildən sonra ən azı 2 dəfə çempionluq qazanan klublar göstərilmişdir.
Basketbol üzrə Mozambik çempionatı
Basketbol üzrə Mozambik çempionatı — ölkədə ən güclü basketbol təşkilatlarından biri olan 1-ci divizion tərəfindən Mozambikdə təşkil olunan turnir. Hazırda basketbol üzrə Mozambik çempionatında 9 komanda iştirak edir. 2011–2012-ci il mövsümündə Maksakvene basketbol komandası Mozambik çempionu olmuşdur.
Basketbol üzrə Nigeriya çempionatı
Baş-liqa - Nigeriyanın güclü basketbol liqalarından biri.
Basketbol üzrə Puerto-Riko çempionatı
Basketbol üzrə Puerto-Riko çempionatı — Puerto-Rikoda ali [basketbol]] yarışı. Basketbol üzrə Puerto-Riko çempionatının keçirilməsi üçün liqa 1929-cu ildə yaradılmış, ilk turnir 1930-cu ildə yaradılmışdır. Turnir nizami şəkildə həyata keçirilən çempionatdan və 8 komandanın seçilməsi üçün küçirilən pley-off mərhələsindən işarətdir. Final matçı 4 qələbəyə qədər oynanılır və qalib basketbol üzrə Puerto-Riko çempionu olur. == Hazırda basketbol üzrə Puerto-Riko çempionatının iştirakçıları == Hazırda Liqa 1(bir) divizionda çıxış edən 11 komandadan ibarətdir.
Basketbol üzrə Qabon çempionatı
Basketbol üzrə Qabon çempionatı - ölkədə ən güclü basketbol təşkilatlarından biri olan Elit-liqa tərəfindən Qabonda təşkil olunan turnir.
Basketbol üzrə Uruqvay çempionatı
Basketbol üzrə Uruqvay çempionatı - (İspan dilində: Liga Uruguaya de Basketball) — Uruqvayda kişilərdən ibarət basketbol komandaları arasında turnir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 16.39 dəfə / 1 mln.
2002 •••••••••••••• 23.98
2003 ••••••• 10.63
2004 •••••••• 12.80
2005 •••••••••••••••••••• 35.09
2006 ••••••••••• 19.15
2007 •••••••••• 16.91
2008 ••••••••• 14.86
2009 ••••••••••••••• 25.60
2010 ••••••••••••••••• 28.50
2011 •••••••••• 16.73
2012 ••••••••• 14.89
2013 •••••••• 12.84
2014 •••••••• 13.04
2015 ••••••••• 15.65
2016 •••• 6.77
2017 ••••••••• 15.12
2018 •••• 5.99
2019 ••••••••••• 17.80
2020 •••••••• 13.79

basketbol sözünün leksik mənası və izahı

  • 1 [ing.] idm. Topun, dirəkdən asılmış tora (səbətə) əl ilə salınmasından ibarət oyun. Basketbol üzrə yarış. Basketbol komandası. – Basketbol bir çox əzələ qruplarını inkişaf etdirir , zirəklik, təsirə qarşı tez cavab vermək, dürüst və çevik hərəkət etmək kimi sifətləri tərbiyə edir. Babayev.

    Azərbaycan dilinin izahlı lüğəti / basketbol

basketbol sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. баскетбол II прил. баскетбольный. Basketbol komandası баскетбольная команда, basketbol meydançası баскетбольная площадка

    Azərbaycanca-rusca lüğət / basketbol

basketbol sözünün inglis dilinə tərcüməsi

basketbol sözünün fransız dilinə tərcüməsi

basketbol sözünün ləzgi dilinə tərcüməsi

"basketbol" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#basketbol nədir? #basketbol sözünün mənası #basketbol nə deməkdir? #basketbol sözünün izahı #basketbol sözünün yazılışı #basketbol necə yazılır? #basketbol sözünün düzgün yazılışı #basketbol leksik mənası #basketbol sözünün sinonimi #basketbol sözünün yaxın mənalı sözlər #basketbol sözünün əks mənası #basketbol sözünün etimologiyası #basketbol sözünün orfoqrafiyası #basketbol rusca #basketbol inglisça #basketbol fransızca #basketbol sözünün istifadəsi #sözlük