mini-basketbol sözü azərbaycan dilində

mini-basketbol

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • mini-basketbol • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mini
Mini, 1950-ci illərin sonunda çıxarılmağa başlanan, 60-cı illərin simvolu olaraq görülən bir avtomobil markasıdır. Ən məşhur İngilis istehsalı avtomobildir. 1950-ci illərdən 1999-cu ilə qədər təxminən 40 il kiçik cüzi dəyişikliklərlə eyni model olaraq istehsalda qalmışdır. Geniş diametrli bir anketə görə Ford Model-Tdən sonra ən təsir edici avtomobil modelidir. İndiki vaxtda Mini markası, BMW qrupuna aid bir markadır. 2001-ci ildə, BMW bünyəsində inkişaf etdirilmiş tamamilə yeni 2-ci nəsil bazara təqdim edilmişdir və bu model, retro dizaynı sahəsində günümüzdəki ən müvəffəqiyyətli tətbiqlərdən biri olmuşdur. Ayrıca bu model sanki go-kart hissi verən üstün yol tutuşuyla dünya mətbuatında və istifadəçilər arasında bir çox tərif almışdır. Markanın ən yeni 3-cü nəsil modelləri isə 2006-cı ilin sonlarında dünya mətbuatına tanıdılmışdır. Satışı isə 2007 ili içərisində Avropada başlamışdır.
Basketbol
Basketbol (İngiliscə: basket-səbət, ball – top, səbət topu) — basketbol topu ilə komanda idman oyunu. Oyunu hərəsi beş nəfərdən ibarət iki komanda oynayır. Məqsəd əl ilə topu rəqib komandanın sahəsindəki 3,05 metr yuxarıdan asılı səbətə atmaq və eyni hərəkəti rəqib komandaya etməyə mane olmaq. Topun çəkisi 670–680 qr olur. Bütün dünyada məşhur olan bir idman növüdür. İlk olaraq 1891-ci ildə Jeyms Naismit (James Naismith) tərəfindən oynadılmışdır. Jeyms Naismit basketbolu Mayas qəbiləsinin tlahiotenie oyunundan götürdüyü düşünülməkdədir. == Tarixi == Basketbol, ABŞın Massaçusets əyalətində, Sprinqfild Gənc Kişilər Xristian Birliyi (YMCA) Təhsil Məktəbində bədən tərbiyəsi müəllimi olan Jeyms Naismit tərəfindən 1891-ci ildə yaradılmışdır. Atlet və beyzbolculara qış məşqləri etdirmək məqsədiylə inkişaf etdirilən bu oyunda məqsəd, taxtadan edilmiş səbətlərə topun soxulması idi. İlk oyunlarda 7 nəfər iki komanda arasında 20 dəqiqəlik üç dövrə üzərindən oynanmışdır.
Mini-ITX
== İTX və Mini İTX formfaktorları == FlexATX 9x7.5 düymə qədər olan lövhələrdir.Onlar daha kiçik ola bilər.Bu zaman belə bir sual ortaya çıxır:"Nə dərəcədə kiçik?" FlexATX lövhələrinin xüsusiyyətlərini analiz edərkən və xüsusən də lazımi bolt quraşdırılma yerlərini öyrənərkən biz yalnız dörd montaj dəliyindən(C, F, H və J) istifadə etməklə FlexATX lövhəsinin kifayət qədər kiçildiyini görəcəyik.Burada deşiklərarası məsafədə və lövhənin kənar haşiyələrində kiçiltmələr aparmaqla ən minimal ölçülərlə FlexATX-in xüsusiyyətlərini özündə saxlayan 17 × 17 cm (6.7 × 6.7 ) ölçüdə yeni formfaktor alırıq.VIA Technologies minimum kiçiklikdə formfaktorlar hazırlamaq istəyirdi.Onlar İTX adlanan 9 inch əvəzinə 8.5 inch düymə malik formfaktor hazırladı.O kiçik olmasına baxmayaraq istehsalçılar daha kiçik ölçünü yaratmaq üçün çalışırdılar.Və nəhayət onlar ən minimum ölçülərə malik Mini İTX adını verdikləri formfaktoru hazırladılar.Yəni o , minimum ölçülərə malik olmaqla FlexATX formfaktorunun analoqu hesab oluna bilər. Beləlikə o, VIA Technologies tərəfindən hazırlanmış aşağı güclü anakart formfaktorudur.Mini İTX lövhəsindəki 4 montaj deşiklərinin sıralanması,lövhənin yerləşdirilməsi və genişlənmə slotları ATX anakartları ilə eynidir.Mini İTX lövhələri istəkdən asılı olaraq hətta ATX,Micro-ATX və digər ATX variantları üçün dizayn edilmiş korpuslarda da istifadə oluna bilir.Formfaktor şərti olaraq bir-standard 33 MHz 5V 32-bit PCI slotu ilə təmin edilir. ________________________________________________________________________________________________________________________________________________________ ===== İntel bazalı məhsullar ===== İBASE Texnologiyasına əsaslanan MI980 kimi ən son Mini-ITX analövhələri 4cü nəsil Intel® Core™ i7/i5 prosessorları ilə təmin olunub.Bu analövhələr əvvəlki nəsillərin CPU performansını və qrafiki imkanlarını artırmağa imkan verən mobil Intel® QM87 və HM86 Ekspress çipsetləri əsasında yaradılıb.Onun əsas xüsusiyyətləri DDR3 SO-DIMM socketlər, DVI-I, DVI-D üçün video əlaqələr, LVDS/eDP və DisplayPort, və bir PCI Ekspress x16 ilə iki Mini PCI Express x1 slotlarıdır. ===== AMD bazalı məhsullar ===== Platformasında İBASE texnologiyası olan digər bir Mini-ITX analövhəsində AMD çipsetlərindən istifadə olunur.Ən sonuncu-MI958 xüsusiyyətləri A55E kontroller habı və AMD G-Series T56N və ya T40N prosessoru ilə əlaqədardır.Bu Radeon HD qrafiklərində VGA, DVI-D və 18-bitlik yeganə kanal LVDS daxil olmaqla video intefeys massivini təmin etmək üçün yaradılmışdır.T56N və T48N Radeon HD 6320/6310 qrafiklərinin hər ikisi 2560 x 1600 pikseldən yuxarı keyfiyyət təklif edir. ===== Transmeta bazalı məhsullar ===== IBASE ilk Transmeta bazalı Mini-ITX analövhəsi MB860-ı yaratdı.Lövhə 1.2 GHz tezliyə qədər çalışan Transmeta™ Efficeon™ prosessorlarından istifadə edir.O 1GBdan yuxarı tutum ilə SO-DIMM DDR modullarını dəstəkləyir.Onun dörd USB 2.0 portu, bir Realtek 8100C 10/100 BaseT Etherneti və bir fakultativ 8110S Gigabit Ethernet kontrolleri var. ===== PowerPC bazalı məhsullar ===== İlk PowerPC analövhələri Eyetech tərəfindən 2005-ci ildə istehsal olunub,lakin elə həmin il də onlar öz fəaliyyətlərini dayandırdılar.Beləliklə ACube Systems şirkəti ilk əvvəl AmigaOS marketləri üçün yeni Sam440ep lövhəsi yaratdı. == Tarixçə == 2001-ci ilin mart ayında çipset istehsalçıları VIA Technologies İTX lövhələrinin dizaynına istinadən onların çipsetləri ilə birlikdə aşağı güclü C3 prosessorunu Centaur Technology-dən almışdılar.VIA's rəhbəri R&D eksperti Robert Kuo tərəfindən dizayn edilmiş 215×191 mm VT6009 ITX lövhəsi "Information PC" və set-top box formfaktorlarında nümayiş edildi.O,Mini-ITX formfaktorlarının dizaynına davam etmək istəyirdi.229×191 mm FlexATX formfaktoruna əsaslanmış daha balaca lövhə təqdim edən istehsalçılar Mini İTX formfaktorlarını hec vaxt müzakirə etmədilər.2001-ci ilin oktyabrında VİA aşağı qiymətli fərdi kompüter formfaktorları üçün standartlaşdırılmış infrastruktur təqdim edən yeni ana lövhə yaratmaq qərarını elan etdi.Nəticədə 2011-ci ilin noyabr ayında bir daha "Information PC" və ya aşağı qiymətli,giriş səviyyəsi x86 olan hesablayıcı platforması kimi önə çəkilmiş VT6010 Mini-ITX dizaynı meydana gəldi.Mini İTX lövhələrinə ilk əvvəl sənaye və əlaqədar fərdi kompüter mağazalarında müraciət olunurdu.VİA Mini İTX lövhələrinə məsrəf etməyə davam edirdi.İlkin nəsilə original PL133,CLE266,CN400 çipset lövhələri daxildir.Müxtəlif mağazaların tələblərinə uyğun olaraq xüsuslaşmış EPIA M, MII, CL, PD, TC lövhələri ikinci nəsili əmələ gətirir.VİA lövhələrinin uyuşan CPU-ları-C3, C7 və aşağı güclü Eden variantları daha yeni VIA Nano CPU ilə istifadə olunur. == İstehlak malları == VİA İPCdə diqqət cəlb etdikdən sonra Mini İTX məhsulları dizayn olunaraq istehsalat və sistem birləşmiş mağazalarına satıldı. Eyetech Group Ltd Mini İTX lövhələrini onların Micro-AmigaOne kompüterləri ilə istehlak mağazalarına gətirən ilk şirkət olmuşdur. == Güc == Mümkün variantlarda bəzi təklifləri olmasına baxmayaraq Mini İTX-in standart güc təchizatı müəyyənləşdirilməmişdir.
Mini-proqramlar
Qacet (ing. gadget — uyğun gələn, əlavə) və ya mini-proqramlar — əldə gəzdirilə bilən orijinal, qeyri-standart texniki qurğu. Qacet kimi əl fənəri, mobil telefonu, fləş götürülə bilər. == Xüsusiyyətləri == Portativliyi! O az çəkidə olmalı və cibdə yerləşə bilinməlidir. Funksiyalı . Müxtəlif funksiyaları yerinə yetirə bilməlidir. Məsələn, saat göstərməli, radioqəbuledicisi olmalı, pleyer kimi istifadə ediə bilməli, informasiya daşıyıcısı kimi istifadə edilə bilinməlidir. Məhdud imkanlı. Onun özü sərəbəst funksiya yerinə yetirən olmamalıdır.
Mini (BMW)
Mini, 1950-ci illərin sonunda çıxarılmağa başlanan, 60-cı illərin simvolu olaraq görülən bir avtomobil markasıdır. Ən məşhur İngilis istehsalı avtomobildir. 1950-ci illərdən 1999-cu ilə qədər təxminən 40 il kiçik cüzi dəyişikliklərlə eyni model olaraq istehsalda qalmışdır. Geniş diametrli bir anketə görə Ford Model-Tdən sonra ən təsir edici avtomobil modelidir. İndiki vaxtda Mini markası, BMW qrupuna aid bir markadır. 2001-ci ildə, BMW bünyəsində inkişaf etdirilmiş tamamilə yeni 2-ci nəsil bazara təqdim edilmişdir və bu model, retro dizaynı sahəsində günümüzdəki ən müvəffəqiyyətli tətbiqlərdən biri olmuşdur. Ayrıca bu model sanki go-kart hissi verən üstün yol tutuşuyla dünya mətbuatında və istifadəçilər arasında bir çox tərif almışdır. Markanın ən yeni 3-cü nəsil modelləri isə 2006-cı ilin sonlarında dünya mətbuatına tanıdılmışdır. Satışı isə 2007 ili içərisində Avropada başlamışdır.
Mini Anden
Mini Anden (doğum; Susanna Andén; 7 iyun 1978) —İsveçli Model, aktrisa və produsser. == Həyatı == Stokholmda doğulan Anden 10 yaşından etibarən modellik etməyə başladı. 15 yaşında "Elite Model Ajansı"nın bir modeli oldu. "Vogue", "Marie Claire", "Cosmopolitan" və "ELLE" jurnalları başda olmaq üzrə bir çox moda dərgisinin üz qabığına fotosu vuruldu. "Calvin Klein", "Giorgio Armani", "Donna Karan", "BCBG", "Louis Vuitton", "Victoria's Secret", "Hugo Boss" və "Gucci"nin reklam kampanyalarına qatıldı. Mini Anden 2001-ci ildən Taber Shroeder ilə evlənən model, Los-Ancelesdə yaşayır. == Agentlər == Elite Model Management - New York T Model Management Mikas - Stockholm Action Management IMG Models - New York Iconic Management == Filmoqrafiya və TV serialları == Trend Watch (2003) - Host Bufoon (2003) - produsser Point&Shoot (2004) - Mini Ocean's Twelve (2004) - Supermodel Au suivant!
Mini Kuper
Mini Hatch, Mini Cooper və ya Mini One kimi də tanınır, 2000-ci ildən bəri BMV korporasiyasının Mini şirkəti tərəfindən istehsal olunan kiçik sinif avtomobil modelidir. Avtomobil ilk dəfə 1997-ci ildə Frankfurt avtosalonunda əvvəlki Mini və Rover Metro modellərinin əvəz edilməsi məqsədi ilə nümayiş etdirilmişdir. Birinci nəsil 2000-ci ildə, ikinci nəsil 2006-cı ildə, üçüncü nəsil isə 2013-cü ildə istehsal olunmağa başlanmışdır. Mini İngiltərənin Oksford şəhərindəki Oksford fabrikində və 2014-cü ilin iyul ayından Hollandiyanın Born şəhərindəki VDL Nedcar tərəfindən istehsal olunur.
Mini Mansions
Mini Mansions – Zak Daues, Tayler Parkford və Queens of the Stone Age qrupunun bas ifaçısı Maykl Şumen tərəfindən yaradılmış amerikan indi-pop qrupu. == Tarixi == Mini Mansions 2009-cu ildə yaranıb. Onlar 2009-cu ildə öz adlarını daşıyan doqquz parçadan ibarət mini-albom buraxıb. 2014-cü ildə onlar 24 mart 2015-ci ildə buraxılmış ikinci studiya albomu The Great Pretenders-dən "Death Is a Girl" adlı sinqlı buraxdılar. 2015-ci ilin noyabrında "Any Emotions", "Freakout!", Arctic Monkeys-dən Aleks Törnerin yer aldığı "Vertigo", "Mirror Mountain", "Double Visions", "Creeps" və "The End, Again" (hamısı The Great Pretenders-dan) mahnılarının klipləri onların Vevo səhifəsində yayımlandı. Həmçinin The B-52-dən Fred Schneider-in yer aldığı B tərəfi "Cheap Leather" üçün də bir klip yayımlandı. 2016-cı ildə qrup PledgeMusic vasitəsilə The Great Pretenders albomunun yayımlanmamış B-tərəflərindən ibarət olan Flashbacks-i buraxdı.14 mart 2017-ci ildə Mini Mansions-ın üç üzvünün 24 mart 2017-ci ildə Şotlandiyanın Qlazqo şəhərində BBC Radio 6 Musiqi Festivalında Sparks musiqi qrupu ilə çıxış edəcəyi elan edildi.12 fevral 2019-cu ildə qrupun üçüncü albomu Guy Walks Into a Bar... 26 iyul 2019-cu ildə buraxılacağı məlum oldu. Albomdan əvvəl 28 sentyabr 2018-cu ildə Works Every Time mini-albomu buraxılmışdı.Qrup 2019-cu ilin fevral ayında Guy... albomundan "GummyBear" adlı ilk sinqlı paylaşdı və 13 mart 2019-cu ildə Liam Lynch-in rejissoru olduğu klipin premyerası oldu həmçinin qrupun ABŞ-da yaz konsertləri edəcəyi bildirildi.
Mini Ninjas
Mini Ninjas — 2009-cu ildə Danimarka şirkəti, IO Interactive tərəfindən yaradılan və PlayStation 3, Microsoft Windows, Wii, Nintendo DS, Xbox 360 platformaları üçün buraxılan macəra janrında olan oyun. == Oyun haqda == Mini Ninjas 19 yanvar 2009-cu ildə anons edilir və elə həmin vaxt da oyun üçün rəsmi çarx buraxılır. Oyunun yaradılma səbəbi, hazırlayanların belə demək olarsa "öz uşaqları ilə oyun oynamaq" həvəsindən gəlir. Buna baxmayaraq, oyunda kooperativ rejim yoxdur. == Qiymət == Oyun tənqidçilər tərəfindən isti qəbul olunmuşdur. IGN oyuna 10 baldan 8-ni vermişdir. The Guardian isə 5 mümkün baldan 4-nü verərək qeyd etmişdir: "Mini Ninjas - uşaqlarınla birlikdə ən əyləncəli vaxt keçirmə imkanlarından birini verir. Uşaqlar üçün yaradılan videooyunlar arasında heç biri bu qədər rahatlaşdırmır və həzz vermir." The Times isə 5 baldan 5-ni vermişdir. Oyuna aid əsas tənqid kooperativ rejimin olmamasıdır.
Mini futbol
Minifutbol (bəzən mini-futbol kimi qeyd olunur) — futbolun kiçik tərəfli variasiyasıdır. Minifutbola əsasən 6-a-yan, 7-ə-yan, 8-ə-yan, 9-a-yan və qapalı futbolun əlavə növləri ilə 5-ə-yan formatında oynanılır. Oyunların hamısı astro qazonda, futzal isə qapalı şəraitdə sərt meydançada oynanılır. 5-ə-yan formatının ən yüksək dünya nüfuzlu təşkilatı — Dünya Minifutbol Federasiyasıdır (WMF). 6-a-yan formatı Beynəlxalq Futbol Federasiyası tərəfindən idarə olunur, IFA7 və FIF7 də daxil olmaqla, 7-a-yan formatını bir neçə sub-kontinental qurum idarə edir. Son illərdə minifutbolun populyarlığı qlobal miqyasda artdı. Minifutbol termini həm peşəkar, həm də həvəskar oyunçular üçün açıq olan kiçik tərəfli futbol deməkdir. WMF hər 2 ildən bir öz Dünya Kubokunu, eləcə də yaradılmış milli federasiyalar vasitəsilə qitə çempionatlarını təşkil edir. == Azərbaycanda minifutbol == 2022-ci il iyunun 11-də minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatını qazanmışdır.
Opera Mini
Opera Mini — mobil qurğular (mobil telefonlar, smartfonlar, fərdi planşetlər) üçün məşhur brauzerdir, Opera Mobile-nin sadələşdirilmiş versiyası. J2ME (həmçinin Symbian, Android, iOS, Bada, Windows Mobile və MeeGo üçün istifadə edilir) əsasında yaradılmışdır, 2005-ci ilin sonunda yaradılmışdır. Opera Software şirkətinin proksi-serveri vasitəsilə işləyir. Brauzer pulsuzdur.2012-ci ilin oktyabr ayına əsasən Opera Mobile və Opera Mini-də 215 milyondan çox istifadəçi qeydə alınmışdır, onlardan — təxminən 193 milyonu Opera Mini-nin istifadəçisi idi.
Mini-albom
Mini-albom (ing. Extended play) — sinqldan daha çox, lakin albomdan daha az trek ehtiva edən musiqi səsyazması. Tipik olaraq, müasir mini-albomlarda dörd-beş trek olur. Albomlarla müqayisədə onlar daha sərfəli və sənətçilərin istehsal etməsi üçün daha az vaxt aparan hesab edilir.
Mini-futbol
Minifutbol (bəzən mini-futbol kimi qeyd olunur) — futbolun kiçik tərəfli variasiyasıdır. Minifutbola əsasən 6-a-yan, 7-ə-yan, 8-ə-yan, 9-a-yan və qapalı futbolun əlavə növləri ilə 5-ə-yan formatında oynanılır. Oyunların hamısı astro qazonda, futzal isə qapalı şəraitdə sərt meydançada oynanılır. 5-ə-yan formatının ən yüksək dünya nüfuzlu təşkilatı — Dünya Minifutbol Federasiyasıdır (WMF). 6-a-yan formatı Beynəlxalq Futbol Federasiyası tərəfindən idarə olunur, IFA7 və FIF7 də daxil olmaqla, 7-a-yan formatını bir neçə sub-kontinental qurum idarə edir. Son illərdə minifutbolun populyarlığı qlobal miqyasda artdı. Minifutbol termini həm peşəkar, həm də həvəskar oyunçular üçün açıq olan kiçik tərəfli futbol deməkdir. WMF hər 2 ildən bir öz Dünya Kubokunu, eləcə də yaradılmış milli federasiyalar vasitəsilə qitə çempionatlarını təşkil edir. == Azərbaycanda minifutbol == 2022-ci il iyunun 11-də minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatını qazanmışdır.
Azərbaycanda basketbol
Azərbaycanda basketbol — Azərbaycan Respublikasında komanda idman növlərindən biri olan basketbolun inkişaf tarixi. == Tarixi == === İlikin mərhələ === Azərbaycanda basketbolun tarixi 1920-ci ildən əvvəl Bakıya işləməyə gəlmiş xaricı neft şirkətlərində calışan fəhlə və qulluqçuların təşəbbüsü ilə başlamışdır. İlk növbədə İngiltərədən, İsveçdən, Almaniyadan Bakıya gəlmiş neft şirkətlərin rəhbərləri özlərinin asudə vaxtlarının mənalı təşkili məqsədilə onlara çoxdan tanış olan idman oyunlarının yayılmasının ilk təşəbbüsçüləri olmuşlar. Məhz bu illərdən başlayaraq ayrı-ayrı əmək kollektivlərində, idarə və müəssisələrdə, ali təhsil ocaqlarında, idman cəmiyyətlərində komandalar yaradılır, məşğələlərə cəlb olunan basketbol həvəskarlarının sayı gün–gündən artırılırdı. Bakı şəhərində basketbol, futbol və voleyboldan sonra öz kütləviliyinə görə üçüncü yeri tuturdu. === SSRİ dövrü === Azərbaycanda basketbol 1924-cü ildən inkişaf edir. Çünki 1923-cü ildən başlayaraq bütün kompleks yarışların və spartakiadaların proqramına basketbol idman növü də daxıl edilir və basketbol üzrə sadə idman meydançaların kütləbi təşkili əksər təşkilatların diqqət mərkəzində olur. 1924-cü ildə kişilərdən ibarət 42 komanda, qadınlardan ibarət 10 komanda yaradılmışdır. 1925-ci ildə Bakıda Basketbol üzrə Zaqafqaziya çempionatı keçirilmiş, Azərbaycanın kişilərdən və qadınlardan ibarət komandaları 1-ci yerə çıxmışlar. 1926-cı ildə təkcə Bakı şəhərində 300-ə yaxın basketbol üzrə komandaların və məşğələlərin fəaliyyət göstərməsi qeydə alınmışdı.
Basketbol lövhəsi
Basketbol lövhəsi — basketbol oyununda istifadə edilən idman avadanlığı. Lövhə düzbucaqlı və ya kvadrat formasında olur və ona basketbol səbəti bərkidilir. Basketbol lövhəsi arxadan divara və dirəyə asılmaq üşün xüsusi bağlayıcılara malik olur. == Ölçüləri == Beynəlxalq Basketbol Federasiyasının qaydalarına əsasən lövhənin ölçüləri belədir: 180х105 sm. Lövhənin aşağı kənarından döşəməyə qədər olan məsafə 290 sm olmalıdır. Səbət dəmir halqadan və halqaya keçirilmiş dibi olmayan səbətdən ibarətdir. Səbət döşəmədən 3,05 metr, lövhənin aşağı hissəsindən isə 0,15 metr məsafədə yerləşir. Milli Basketbol Assosiasiyasında basketbol lövhəsinin ölçüləri — 72х42 düymə olur. Basketbol halqası 18 düymə diametrində və yerdən 10 fut hündürlükdə olmalı. Daxili düzbucağın ölçüləri 24х18 düymədir.
Basketbol meydançası
Basketbol meydançası — basketbol oynamaq üçün düzbucaqlı formada, səthi hamar və bərk olan sahə. FİBA-nın rəsmi oyunları üçün meydançanın ölçüləri 28 metr uzunluğuna, 15 metr enində olmalıdır. Digər yarışlarda meydança ölçüləri azı 28х15 metr olmalıdır. Meydança tavanının hündürlüyü ən azı 7 metr olmalıdır. Meydança səthi hər tərəfdən və yetərincə işıqlandırılmalı. İşıq mənbəyi elə yerləşməlidir ki, o oyunçuların görməsinə mane olmamalı. 1960-cı illərə qədər rəsmi oyunlar həm açıq, həm də, qapalı idman zallarında keçirilirdi. 1968-ci ildən bütün rəsmi oyunlar qapalı idman zallarında keçirilir. == Quruluşu == === Mərkəzi dairə === Mərkəzi dairə meydançanın mərkəzində yerləşir və radiusu 1,80 metrdir. === Mərkəzi xətt === Mərkəzi xətt arxa xətlərə paralel çəkilir və hər iki yan xəttdən 15 sm çıxmalıdır.
Basketbol mövqeləri
Basketbol mövqeləri oyun zamanı oyunçuların tapşırıqlarını yerinə yetirdikləri yerlərdir. Əsas mövqelər bunlardır: oyun qurucu(PG), atış müdafiəçisi(SG), kiçik hücumçu(SF), uzun hücumçu(PF), mərkəz(C) Basketbolda mövqelər 1-dən 5-ə qədər nömrələnmişdir. 1 oyun qurucu, 2 atış müdafiəçisi, 3 kiçik hücumçu, 4 uzun hücumçu, 5 nömrə isə pivotu bildirir.
Basketbol tarixi
Basketbol 1891-ci ildə ABŞ-nin Massaçusets ştatının Sprinqfilds kollecinin bədən tərbiyəsi müəllimı Ceyms Neysmit tərəfindən yaradılmışdır. Az vaxtda bu oyun Amerikada böyük şöhrət qazandı. Hazırda, dünyada milyonlarla insan bu oyunu oynayır. Ceyms Neysmit 1861-ci ildə Kanadada anadan olmuş, 1939-cu ildə vəfat etmişdir. 21 dekabr 1891-ci ildə Ceyms Neysmit beş əsas ideyadan və 13 qaydadan istifadə edərək yeni oyunun qaydalarını nəşr etdirdi.Ceyms Neysmitin zəhmətini qiymətləndirərək 1911-ci ildə Sprinqfilds kolleci onu fəxri bədən tərbiyəsi ustası dərəcəsi ilə təltif etmişdir. 1939-cu ildə Mak Qill Universiteti Neysmitə tibb doktoru dərəcəsi ad verdi, 1968-ci ildə Sprinqfilds kollecində “Basketbol şərəfi zalı” adlı Ceyms Neysmit muzeyi açılmışdır. == Basketbolun inkişafı == Basketbolun inkişafı qaydalara, ləvazimata, qurğulara və basketbolçunun geyiminə öz təsirini göstərdi. 1983-cü ildə ilk dəfə dəmir halqa ilə top qəbul olundu. 1984-cü ildə topun ölçüsü 30-32 düym (76,2-81,3 sm.) qədər artdı. 1895-ci ildə 15 fut məsafədən yerinə yetirilən cərimə artmaları qəbul olundu.
Basketbol terminologiyası
Asist: Komanda yoldaşına basket etməsi üçün verilən pas Backcourt (müdafiə etmə sahəsi): Bir komandanın müdafiə üçüm yarı sahə Basket: Topun içindən keçərək xal qazanılması Blok: Müdafiə etmə oyunçusu tərəfindən hücum oyunçusunun xal yığmasını və ya keçməsini maneə törətmə hərəkəti Şut: xal yığmaq məqsədiylə edilən tez hərəkət Dribbling (Top sürmə): Topu çiləyərək istənilən istiqamətə doğru atma Drive: Hücum oyunçusunun xal yığmaq məqsədiylə etdiyi hərəkət End Line (dib xətt): Sahənin enləməsinə səbət altından keçən xətt Fast Break: Bir komandanın rəqib komandanı qorunmasız tutaraq sürətlə xal yığmaq məqsədiylə hücum etməsi Faul Atışı (sərbəst atış): Faul nəticəsində sərbəst atış sahəsindən istifadə edilən müdaxiləsiz atışlar Front Court (hücum sahəsi): Bir komandanın hücum etdiyi yarı sahə Səhv: Faul sayılmayan qayda pozuntuları Səhvli Getmə (steps): Bir oyunçunun topu idarə altına aldıqdan sonra çiləmədən birdən çox addım ataraq getməsi və ya tünddürdükdən sonra topu tutub təkrar top atması Hava Atışı (jump ball): Hakimin oyunu başlatmaq məqsədiylə topu iki rəqib oyunçunun arasından yuxarı doğru atması və bu oyunçuların topu tək əlləriylə komanda yoldaşlarına qazandırma hərəkəti High Post (yüksək post): Sərbəst atış sahəsinin dərhal xaricindən başlayan hücum bölgəsi Hücum Faulü: Bir oyunçunun top öz komandasında ikən rəqib oyunçuya faul etməsi Jump Shot: Oyunçunun sıçrayaraq havada tək əllə basket etmə məqsədiylə şut atması Man to Man Defense (adam adama müdafiə etmə): Təyin olunan hər bir oyunçunun birə-bir təqibiylə edilən müdafiə etmə növü Midcourt Line (orta sahə xətti): Sahəni ortadan ikiyə ayıran xətt digər adı da 8 saniyə xəttidir Pərdələmə (Screen): Hücum edən komandanın oyunçularından birinin komanda yoldaşının asan şut atması və ya rəqibi keçə bilməsi üçün komanda yoldaşı ilə müdafiə etmə oyunçusunu arasına girməsi Pivot: Təyin olunan bir ayağın sabitlənməsi və sabitlənən ayaq ətrafında dönmə işi Pres: Müdafiə etmə edən komanda oyunçularının hücum edən komanda oyunçulardan topu qapmaq və səhv etmələrini təmin etmək üçün üzərlərində təzyiq qurmaları Ribaunt: Səbətdən ya da çevrədən dönən və havalanan topa sahib olmaq üçün edilən iş Texniki Faul: Oyunçuların qayda pozmaları nəticəsində verilən cəza Turnike (lay — up): Qaçaraq putaya ən yaxın məsafədən çarpdıraraq və ya çevrəyə tək əllə atılaraq edilən şut.
Basketbol topu
Basketbol topu — basketbol oyunu üçün doldurulmuş top. Narıncı rəngdə olan topun üzərində qara zolaqlarla ayrılmış 8 bölmə olmalı. Top sferik formada olmalı. Topun çəkisi (rəsmi qəbul olunmuş 7 ölçü) 567—650 q , çevrəsi — 749—780 mm -dir. Bəzən daha kiçik ölçülü topdan istifadə olunur: kişi komandalarının oyununda istifadə olunan toplar «7 ölçü » , qadın komandaları üçün — «6 ölçü » . Mini-basketbol oyunlarında — «5 ölçü » istifadə olunur. Basketbol topları iki tipdə olur: ancaq qapalı binalar üçün (ing. indoor) və universal, yəni həm qapalı binalarda, həm də açıq sahələrdə, küçələrdə (ing. indoor/outdoor) oynamaq üçün. == Basketbol topunun ölçüsü == Ümumən basketbol toplarının ölçülərinə görə bölgüsü belədir: Ən böyük ölçü (7 ölçü) rəsmi olaraq kişi komandalarının yaraşı üçün qəbul olunmuş..
Litvada basketbol
Litvada basketbol — Litvada ən geniş yayılmış və məşhur idman oyunlarından biridir. Litvada ilk basketbol təşkilatları 1919-cu ildən yaranmağa başlamışdır.. 1930-cu illərdə Litvalı və Amerikalı basketbol məşqçiləri İkinci Dünya müharibəsinə qədərki 1937-ci və 1939-cu illərdə keçirilən Avropa çempionatında Litvanın kişi basketbol komandasının qalib olmasında mühüm rol oynadılar. Bu qələbələr litvalılar arasında basketbol oyunlarına marağın geniş yayılmasına böyük təsir göstərdi. Həmin dövrdən etibarən litvalılar Avropanın ən güclü basketbolçuları hesab olunurlar. Litva SSRİ-yə birləşdirildikdən sonra Litva oyunçuları basketbol üzrə kişilərdən ibarət SSRİ yığma komandasının əsasını təşkil edirdilər. 1990-cı ildə Litva müstəqillik qazandıqdan sonra ölkədə basketbol üzrə milli komanda yaradıldı və elə birinci, 1992-ci ildə keçirilən yay olimpiya oyunlarında basketbol oyunlarının bürünc mükafatçısı oldular. Sonralar basketbol üzrə Litva milli komandası Olimpiya oyunlarında daha iki bürünc medal, 2010-cu ildə keçirilən basketbol üzrə dünya çempionatında bürünc medal və Avropa basketbol çempionatında beş medal qazandılar.
Mərkəz (Basketbol)
Mərkəz — digər adı ilə 5 nömrə və ya böyük adam basketboldakı 5 mövqedən biri. Bu mövqedə olan basketbolçular çox vaxt komandanın ən hündür oyunçusu olurlar. Onlar səbət yaxınlığında və ya altında mövqe tuturlar. Bu mövqedəki oyunçuların ribaund və blok qabiliyyətləri yüksəkdir. Ancaq onların uzaq məsafəli atış, sərbəst atış dərəcələri aşağıdır. NBA-də mərkəz oyunçuları adətən 6 ft 10 inç (2.08 metr) və daha uzun olurlar. NBA-yə seçilən ən uzun oyunçu 7'8" (2.33m) boyu ilə Yasutaka Okayama olmuşdur. NBA-də çıxış etmiş ən uzun mərkəz oyunçuları isə 7'7"(2.31 m) boy ilə Corc Mureşan və Manut Bol, WNBA-da isə Marqo Daydekdir. Wilt Chamberlain, Kərim Abdul-Cabbar , Bill Rasl, Hakem Olajuvon, Dvayt Hovard, Şakvil O'Neil, Vleyd Divac, Arvidas Sabonis,Yoakim Noah ve Antoni Deyvis NBA-də bu mövqedə çıxış etmiş ən məşhur basketbolçulardır.
Türkiyədə basketbol
Basketbol Türkiyədə ilk dəfə 1904-cü ildə Amerikan Robert Kolleci şagirdləri tərəfindən oynanılmışdır. Basketbolun Türkiyədə şüurlu və əhatəli yayılmasını 1911-ci ildə Qalatasaray Liseyi bədən tərbiyəsi müəllimi olan Əhməd Robenson təmin etmişdir. Yenə 1913-cü ildə ilk basketbol şöbəsi Fənərbaxçada açılmışdır. İlk zamanlarda döyüş illəri olması və oynayacaq rəqib tapıla bilməməsi səbəbi ilə basketbolda bir inkişaf ola bilməmişdir. Bilinən ilk rəsmi müsabiqə 1921-ci ildə Yüksək Müəllim Məktəbi şagirdləri ilə İstanbulda yaşayan amerikalılar arasında olmuşdur. 1923-cü ildə ilk rəsmi idman təşkilatı olan Türkiyə İdman Cəmiyyətləri İttifaqı qurulması və yenə 1927-ci ildə Halkevlerinin qurulması bu idman növünün bütün yurda yayılmasında təsirli olmuşdur. Basketbol Milli Komandası 1934-cü ildə qurulmuş ilk rəsmi matçını 1936-cı ildə Yunanıstanla etmişdir. 49:12 kimi bir hesabla qalib gələn basketbol komandası bu oyunçulardan ibarət idi: Naili Moran (Kapitan) – Jak Həbib – Feridun Koray – Dionis Sakalak – Həzzdəni Penso Xeyiri Arsebük – Sadri Usuoğlu və Nihat Ertuğ. Basketbol 1936-dan 1959-a qədər İdman Oyunları Federasiyası adı altında voleybol və handboll ilə birlikdə icra edilmişdir. 1 mart 1959-cu ildə Türkiyə Basketbol Federasiyası rəsmi olaraq qurulmuşdur.
Xal (basketbol)
Xal (ing. points) — basketbol oyununda qalibi müəyyən edən göstərici. Cərimə atışında komandaya 1 xal, üçxallıq qövsdən 3 xal (FİBA: 6,75 m, NBA: 7,24 M), digər atış zamanı isə komandaya 2 xal verilir. NBA-da qövs kənarından atılan atışa rəsmi olaraq 1978-1980-cı mövsümdə, FİBA-nın keçirdiyi yarışlarda 1984-cü ildən 3 xal verilməyə başlanılmış. Ancaq ilk dəfə olaraq 3 xal Amerika Basketbol Assosiasiyasının keçirdiyi yarışlarda verilmiş (1967-1968). Daha çox xal toplamış komanda qalib elan olunur. Oyun boyu xal qazanan komandanın və oyunçuların statistikası aparılır (ing. points per game (PPG)). Basketbolda bu göstərici oyunçunun hücum effektliyini müəyyən edir. == NBA rekordları == Karyera boyu ən çox toplanılmış xal: Kərim Abdul-Cabbar (38 387 xal) Oyunda orta hesabla ən çox qazanılan xal: Çemberlen Uilt və Maykl Cordan (30,1) NBA tarixində ən çox toplanılmış xal: Uilt Çemberlen100 xal (2 mart 1962-ci il).
Bayraktar Mini PUA
Bayraktar Mini PUA (türk. Bayraktar Mini ) — Türkiyənin Baykar Makina Inc. şirkəti tərəfindən hazırlanan çox məqsədli Pilotsuz uçuş aparatı (PUA).Kompozit materiallardan hazırlanır. Uçuşun idarəsi əl ilə həyata keçirilir. Sistem ilk dəfə 2007-ci ildə Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə edilmişdir. Türkiyə Quru Qoşunları, Milli Kəşfiyyat Təşkilatı, Jandarma Komandanlığı və Polis Aviasiya xidməti tərəfindən fəal şəkildə istifadə olunur. 2012-ci ildə Qətərə ixracı ilə, Cümhuriyyət tarixində xaricə satılan ilk milli təyyarə sistemi adını almışdır. olma unvanına da sahiptir Təhvil edilən sistemlərin 60.000-dən çox uçuş növü var. 300-dən çox ədəd istehsal olunub istismara verilib. == Tarixi == PUA gecə və gündüz qısa məsafələrdə həyata keçirilən kəşfiyyat məqsədi üçün nəzərdə tutulmuşdur.

Oxşar sözlər

#mini-basketbol nədir? #mini-basketbol sözünün mənası #mini-basketbol nə deməkdir? #mini-basketbol sözünün izahı #mini-basketbol sözünün yazılışı #mini-basketbol necə yazılır? #mini-basketbol sözünün düzgün yazılışı #mini-basketbol leksik mənası #mini-basketbol sözünün sinonimi #mini-basketbol sözünün yaxın mənalı sözlər #mini-basketbol sözünün əks mənası #mini-basketbol sözünün etimologiyası #mini-basketbol sözünün orfoqrafiyası #mini-basketbol rusca #mini-basketbol inglisça #mini-basketbol fransızca #mini-basketbol sözünün istifadəsi #sözlük