* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Köhnə məişətdə: oğlanın öz nişanlısına göndərdiyi bağ novbarı; sovqat. Pişxidmət məcməyidə alma, armud, nar və əzgil gətirib, qonaqların qabağına qoydu. Bunlar hamısı bağbaşı olaraq kəndlərdən göndərilmişdi. Çəmənzəminli. Habelə yay zamanı qız evi bağa köçsəydi, oğlan evi bağbaşı aparmalı idi. H.Sarabski.
Azərbaycan dilinin izahlı lüğəti / bağbaşı1 сущ. свежие фрукты, посылаемые женихом своей невесте в качестве подарка
Azərbaycanca-rusca lüğət / bağbaşı1 сущ. гадади вичин адахлидиз ракъурдай багъдин сифте бегьер, савкьват (куьгьне майишатда).
Azərbaycanca-ləzgicə lüğəti / bağbaşı(Bakı) oğlan evi tərəfindən qız evinə göndərilən bağ novbarı, sovqat, xonça. – Ağəz, bildü:n? – Dünənnəri qo:şmızun qızıyçın bağbaşı gəlib; – Xalam qızıyçın bağbaşı gəlib, anam ordoydu, bir də əxşəm gələr
Azərbaycan dilinin dialektoloji lüğəti.