başçı-sərkərdə sözü azərbaycan dilində

başçı-sərkərdə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • başçı-sərkərdə • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Almos (başçı)
Almos (təq. 820, Xəzər xaqanlığı – təq. 895, Birinci Bulqar dövləti, Transilvaniya) — Macarıstan tayfalarının başçısı. == Mənşəyi == Anadan olması haqda əfsanə belədir: Macarların başçısı Ügyekin xanımı Emesenin yuxusunda bir Turul adlı qızıl qartal ona bətnindən bir doğan bir uşağın hökmdar olacağını xəbər verir amma torpaqlarını indi yaşadıqları yerdə genişləndirməyəcəklərini deyir. Ügyek və Emese uşaqlarının adını Almos yəni (Yuxuda görülən) qoyur. Lakin bu məlumat ancaq Gesta Hungarorum əsərində belədir, Vyana rəsmli xronikasına əsasən, Almos Ügyekin oğlu Elödün oğludur. == Hakimiyyətə gəlməsi == Əfsanəyə əsasən Almos taxta Hetmaqyarın (7 macar tayfası) səsverməsi nəticəsində gəlmişdi. Lakin Bizans imperatoru VII Konstantin De Adminstrando İmperio əsərində qeyd olunur ki, Almos bu vəzifəyə Xəzər xaqanın tərəfindən təyin olunmuşdu. == Hakimiyyəti == Almos dövründə macarlar Xəzər xaqanlığından müstəqil olaraq indiki Moldaviya bölgəsində yaşayırdılar. Kəbərlərin üsyanından sonra daha da güclənən macarlar 895-ci ilin yazında Bulqar xaqanlığına hücum etməyə başladılar.
Anemas (sərkərdə)
Numan ibn Əbdüləziz ibn Şüeyb ibn Ömər Kurtubi, həmçinin Bizans mənbələrində Anemas (yun. Ἀνεμᾶς) — Bizans sərkərdəsi. O, Kritin sonuncu əmiri Əbdüləziz ibn Şüeybin oğlu olmuşdur. Numan Xandaksın mühasirəsindən və Kritin Bizans tərəfindən ələ keçirilməsindən sonra əsir götürülmüş, Konstantinopola aparılmış və burada Nikofor Fokanın triumfunda nümayiş etdirilmişdir. Konstantinopolda məskunlaşdıqdan sonra Anemas xristianlığı qəbul etmiş və imperatorun cangüdəni olaraq Bizans ordusuna qatılmışdır. XI–XII əsrlərdə Bizans aristokratiyasında ortaya çıxmış Anemas ailəsinin onun nəslindən gəlməsi mümkündür. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Kaldellis, Anthony. Streams of Gold, Rivers of Blood: The Rise and Fall of Byzantium, 955 A.D. to the First Crusade. Oxford University Press. 2017.
Calut (sərkərdə)
Calut (e. ə. XI əsr – təq. e.ə. 1023) — Qurani Kərimə görə Həzrət Davud peyğəmbər (s) tərəfindən sapandla öldürülmüş fələstinli nəhəng sərkərdə. Əhdi-Ətiqdə adı Qoliaf kimi keçir.
Pavsani (sərkərdə)
Spartalı Pavsani Kleombrot oğlu (yun. Παυσανίας; bilinmir, Sparta, Peloponnes – e.ə. 467, Sparta, Peloponnes) – Yunan-İran müharibələri dövründə Sparta sərkərdəsi. Fermopil döyüşündə kral Leonidin ölümündən sonra oğlu Plistarxusun regenti olmuşdur. Onun başçılığı ilə yunanlar Plateya döyüşündə farsları darmadağın etmişdir. Həmin qələbə, alman tarixçisi Ernst Kurtiusun sözləri ilə desək, Elladanın qurtuluş günü idi.
Böyük Sərkərdə (1949)
Böyük sərkərdə qısametrajlı sənədli filmi rejissor Mikayıl Mikayılov tərəfindən 1949-cu ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Stalinin anadan olmasının 70 illik bayramına həsr edilmişdir. == Məzmun == Film Stalinin anadan olmasının 70 illik bayramına həsr edilmişdir. Kinooçerkdə pambıq ustası Qüdrət Səmədovun və dəmiryolçu Firudin Ağayevin Stalinə teleqram vurmaları, Ağdam rayonunda yeni məktəb binasının açılması, Ağdaş rayonundakı Oktyabrın 30 illiyi adına kolxozda yeni mədəniyyət klubunun istifadəyə verilməsi, Bakıdakı Nizami meydanında artistlərin çıxışları, opera və balet teatrında keçirilmiş təntənəli yığıncaq və s. öz əksini tapmışdır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Vladimir Adlerberq (sərkərdə)
Vladimir Fedoroviç Adlerberq (18 (29) noyabr 1791, Vıborq – 8 (20) mart 1884, Sankt-Peterburq) — Rusiya dövlət xadimi, piyada generalı, general-adyutant, qraf. O, 1842–1857-ci illərdə poçt şöbəsinə rəhbərlik etmiş, onun rəhbərliyi altında Rusiyada poçt markaları tətbiq olunmuşdur. Adlerberq 1852–1870-ci illərdə imperator məhkəməsi naziri olmuşdur. 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni (1812); 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni (1829); 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni (1829); "Ağ qartal" ordeni (1833); 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni. 25 illik xidmətə görə (1835); "Müqəddəs Aleksandr Nevski" ordeni (1837); "Müqəddəs Aleksandr Nevski" ordeni üçün almaz nişanları (1841); 1-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni (1846); "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni (1849); "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni üçün almaz nişanlar (1856); "L il qüsursuz xidmətə görə" fərqlənmə nişanı (1860). Адлерберг, Владимир Феодорович, граф // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Гр.
Böyük sərkərdə (film, 1949)
Böyük sərkərdə qısametrajlı sənədli filmi rejissor Mikayıl Mikayılov tərəfindən 1949-cu ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Stalinin anadan olmasının 70 illik bayramına həsr edilmişdir. == Məzmun == Film Stalinin anadan olmasının 70 illik bayramına həsr edilmişdir. Kinooçerkdə pambıq ustası Qüdrət Səmədovun və dəmiryolçu Firudin Ağayevin Stalinə teleqram vurmaları, Ağdam rayonunda yeni məktəb binasının açılması, Ağdaş rayonundakı Oktyabrın 30 illiyi adına kolxozda yeni mədəniyyət klubunun istifadəyə verilməsi, Bakıdakı Nizami meydanında artistlərin çıxışları, opera və balet teatrında keçirilmiş təntənəli yığıncaq və s. öz əksini tapmışdır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".

Oxşar sözlər

#başçı-sərkərdə nədir? #başçı-sərkərdə sözünün mənası #başçı-sərkərdə nə deməkdir? #başçı-sərkərdə sözünün izahı #başçı-sərkərdə sözünün yazılışı #başçı-sərkərdə necə yazılır? #başçı-sərkərdə sözünün düzgün yazılışı #başçı-sərkərdə leksik mənası #başçı-sərkərdə sözünün sinonimi #başçı-sərkərdə sözünün yaxın mənalı sözlər #başçı-sərkərdə sözünün əks mənası #başçı-sərkərdə sözünün etimologiyası #başçı-sərkərdə sözünün orfoqrafiyası #başçı-sərkərdə rusca #başçı-sərkərdə inglisça #başçı-sərkərdə fransızca #başçı-sərkərdə sözünün istifadəsi #sözlük