başıaşağı sözü azərbaycan dilində

başıaşağı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • başıaşağı • 91.3793%
  • Başıaşağı • 4.5977%
  • BAŞIAŞAĞI • 4.0230%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

başıaşağı sözünün leksik mənası və izahı

  • 1 1. zərf Başını aşağı dikmiş halda, başını aşağı salmış halda. Sərdar evlərinin qabağında bir daxmaya girib, səhərdən axşama kimi başıaşağı iynə vurmaqdadır. C.Məmmədquluzadə. 2. zərf Tərsinə dönmüş, baş tərəfi aşağıya çevrilmiş. Stəkanı başıaşağı qoymaq. Başıaşağı durmaq. 3. zərf Getdikcə aşağıya tərəf; mayili, eniş, yuxarıdan aşağı. Başıaşağı gedən yol. Dağdan başıaşağı enmək. 4. zərf Çayda suyun axıb getdiyi tərəfə. Çayla başıaşağı üzdüm. 5. sif. məc. Sakit, dinc, fağır, heç kəslə işi olmayan, ancaq öz işi ilə məşğul olan. Başıaşağı adam. – Səfər doğrudan da qızların xoşuna gələnlərdən deyildi. Fağır, başıaşağı bir oğlandı. Ə.Haqverdiyev. Evlənən kəsbkar, başıaşağı olmalı imiş. Çəmənzəminli. Pəri xanım Rüxsarəni başıaşağı, təmiz bir qız və dünya gözəli bir mələk kimi tanıyırdı. S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / başıaşağı

başıaşağı sözünün sinonimləri (yaxın mənalı sözlər)

başıaşağı sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 BAŞIAŞAĞI – BAŞIYUXARI Sərdar evlərinin qabağında bir daxmaya girib səhərdən axşama kimi başıaşağı iynə vurmaqdadır (C.Məmmədquluzadə); Lado ... başıyuxarı Cəbrayılın evinə tərəf getməyə başladı (S.Rəhimov). BAŞIAŞAĞI – DİKBAŞ Səfər ... fağır, başıaşağı bir oğlandı (Ə.Haqverdiyev); Salman şapalaq yemiş dikbaş uşaq kimi dönüb dalınca baxmadan payızlığın yanından adamlara tərəf getdi (M.İbrahimov).

    Azərbaycan dilinin antonimlər lüğəti / başıaşağı

başıaşağı sözünün rus dilinə tərcüməsi

  • 1 1. вниз головой; 2. по направлению вниз; 3. тихий, скромный (человек);

    Azərbaycanca-rusca lüğət / başıaşağı
  • 2 I нареч. 1. вверх дном. Stəkanları başıaşağı qoymaq ставить стаканы вверх дном 2. вниз головой 3. под уклон, вниз по … Başıaşağı gedən yol дорога, идущая под уклон, çayla başıaşağı üzdüm я поплыл вниз по течению реки II прил. перен. тихий, скромный ◊ başıaşağı olmaq kimin yanında испытывать смущение, неловкость перед кем-л.

    Azərbaycanca-rusca lüğət / başıaşağı

başıaşağı sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. (sakit, təvazökar) modest, humble, quiet, silent; ~ adam a humble / quiet man* II. z. downwards; upsidedown, topsy-turvy; O, stakanı başıaşağı çevirdi He turned the glass upside-down

    Azərbaycanca-ingiliscə lüğət / başıaşağı

başıaşağı sözünün fransız dilinə tərcüməsi

"başıaşağı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#başıaşağı nədir? #başıaşağı sözünün mənası #başıaşağı nə deməkdir? #başıaşağı sözünün izahı #başıaşağı sözünün yazılışı #başıaşağı necə yazılır? #başıaşağı sözünün düzgün yazılışı #başıaşağı leksik mənası #başıaşağı sözünün sinonimi #başıaşağı sözünün yaxın mənalı sözlər #başıaşağı sözünün əks mənası #başıaşağı sözünün etimologiyası #başıaşağı sözünün orfoqrafiyası #başıaşağı rusca #başıaşağı inglisça #başıaşağı fransızca #başıaşağı sözünün istifadəsi #sözlük