Benzo sözü azərbaycan dilində

Benzo

Yazılış

  • Benzo • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Benzofuran
Benzofuran-heterotsiklik üzvi birləşmə - benzol və furan həlqəsindən ibarət tsiklik üzvi birləşmədir. Kimyəvi formulu: C8H8O == Alınması == Daşkömür qətranının bromlaşmasından və dibrom törəmələrinin parçalanmasından alınır .Sənayedə nitroetilbenzoldan sintez edilir. Benzofuran dekarboksilləçmə reaksiyası ilə də alınır. Laboratoriyada alınması Perkin qruplaşmasıDiels –Alder əvəz edilmiş benzofuran verən qızılağac reaksiyasıTsikloizomerləşmə yolu ilə benzofuranlar == Fiziki xassələri == Benzofuran rəngsiz mayedir. Spesifik aromat iyə malikdir.Suda , dietilefirində və etanolda yaxşı yaxşı həll olur. Benzofuranın 2 izomeri məlumdur: 2,3 benzofuran və 3,4 benzofuran . Birinci izomer daha stabildir. İkinci izomer üçün stabil olmayan 1,3 diariləvəzolunmuş törəmələri məlumdur. Molekul kütləsi 118,14 q\mol Sıxlığı 1,0776 q\cm3 Qaynama temperaturu 173-175oC == Kimyəvi xassələri == Benzofuran aromatok xassə göstərir. Qələvilərlə reaksiyaya girmir.
Benzoil peroksid
Benzoil peroksid (dibenzoil peroksid, peroksid benzoil) - peroksid qrupu O-O saxlayan aromatik sırası üzvü birləşmə olub, iki benzoil qrupu ilə C6H5–(C)O- əlaqələnmişdir. === Fiziki və kimyəvi tərkibi === Benzoil peroksid - rəngsiz kristal olub, 108°C-də parşalanır. Qızdırıldıqda partlayış əmələ gətirir.
Benzokain
Benzokain yerli keyləşdirici dərman preparatı.
Benzol
Benzol (C6H6) — üzvi maddələr sinfinə daxil olan özünəməxsus, xoş, şirintəhər iyə malik, şəffaf maye. == Tarix == 1865-ci ildə Alman alimi Fridrix Avqust Kekule (Bonn Universitetini bitirmişdir) benzola tsikloheksatrien kimi quruluş vermişdir. (C6H6). Sonralar benzol üçün daha bir sıra quruluşlar təklif olunmuşdur. Kekule formulundan bu günə kimi istifadə olunmasına baxmayaraq, o, benzolun xassələrini tam əks etdirmir. Belə ki, Kekule formulu benzolun birləşmə reaksiyasına daxil olmasını izah etdiyi halda, benzol üçün birləşmə reaksiyasının deyil, əvəzlənmə reaksiyasının xarakter olması, onun termodinamik və oksidləşdiricilərə qarşı davamlığı izah olunmamış qahrdı. Digər tərəfdən Kekule formuluna görə benzolun izomerdən 1,2-diəvəzli törəmələri ikidən ibarət olmalıdır. Lakin belə izomerlərin olması heç vaxt müşahidə olunmamışdır. Kekule bunu düzgün olaraq benzolda ikiqat əlaqələrin osillasiyası (yerlərini dəyişməsi) ilə izah edirdi. Hazırda müxtəlif üsullarla təsdiq edilmişdir ki, benzol molekulu koplanardır,yəni benzolda bütün atomlar bir müstəvi üzərində yerləşir və karbon atomlarındakı qoşulmuş π - elektron orbitalları həmin müstəviyə perpendikulyardır.
Benzotriazol
Benzotriazol (azimidobenzol) — kimyəvi formulası C6H5N3 olan heterosiklik üzvü birləşmədir. == Fiziki xassələri == Benzotriazol – rəngsiz və ya ağ(hərdən tünd gəhvəyi) rəngdə olan kristaldır == Alınması == 1.2.3 benzotriazolu o- fenilendiaminin diazotlaşma reaksiyası zamanı almaq olar. Eynilə o-fenilendiaminlərdən 1 əvəzedici törəmələr alınır, 2 əvəzedici törəmələr isə o-aminazo- birləşmələrin oksidləşməsi reaksiyası zamanı əldə etmək olar. == Kimyəvi xassələri == Benzotriazol spirtlərdə, benzolda, toluolda, metanolda yaxşı, suda isə praktiki olaraq həll olunmur. Benzotriazol amfoter xüsusiyyətləri nümayiş etdirir. Benzotriazolun alkillləşməsi reaksiyası 1-ci vəziyyətdə baş verir, alkilləşmə agentinin həddin- dən artıq olması ilə 1,3-dialkilbenzotriazolun duzları alınır. Elektofil əvəzetmə 4 və ya 7 vəziyyətdə turş mühitdə baş verir. Perxlorat və kalium permanqanatla reaksiyası zamanı 1,2,3-triazol-4,5-dikarbon turşusu alınır. == Tətbiqi == Benzotriazol analitik kimyada kadmiyumu və nikeli təyin etmək üçün, mis (II), gümüş (I), sink (II), osmium (VIII) birləşmələrinin qravimetrik təyini zamanı və gümüşün titrimetrik təyin edilməsi üçün istifadə olunur. Sənayedə korroziya inhibitoru kimi istifadə olunur.
Benzotriflüorid
Benzotriflüorid [(triflüormetil)benzol, α,α,α-triflüortoluol]-rəngsiz mayedir;əksər üzvi həlledicilərdə yaxşı həll olur, 250C-də 100 q suda 0,045 q həll olur. == Kimyəvi xassələri == Temperatura, oksidləşdiricilərin təsirinə və qələvi məhlullarına qarşı davamlıdır. Triflüortsiklo-heksanadək hidrogenləşir. Qüvvətli turşuların təsirindən benzoy turşusuna qədər hidroliz olunur. Benzol həlqəsinin meta- vəziyyətində elektrofil əvəzetmə reaksiyasına daxil olur. == Alınması == Sənayedə benzotriflüorid susuz HF-un C6H5CCl3-ə təsirindən alırlar. == Tətbiqi == Benzotriflüorid dərman preparatlarının, pestisidlərin, boyaların, optiki ağardıcıların və s. istehsalında tətbiq edilir. == Mənbə == Бензотрифторид. Получение, свойства, применение, M., 1981.
Benzoy stiraksı
Benzoy stiraksı (lat. Styrax benzoin) - stiraks cinsinə aid bitki növü.
Benzoy turşusu
Benzoy turşusu C6H5COOH - ən sadə monokarbon aromatik turşudur. Asan sublimasiya olunan rənqsiz kristal maddədir. Suda çətin, üzvi həlledicilərdə (etanol, xloroform, dietilefiri) asan həll olur. Zəif turşudur. 1220C-də əriyir. == Tarixi == İlk dəfə XIV əsrdə benzoy qatranından sublimasiya yolu ilə alınıb. 1832-ci ildə alman kimyaçısı Libix tərəfindən benzoy turşusunun quruluşu müəyyənləşdirilmişdir. == Alınması == Laboratoriyada benzoy turşusu toluola güclü oksidləşdiricilərin(KmnO4, CrO3,HNO3) təsirindən alınır. Sənayedə, benzoy turşusu toluolun oksigen ilə katalitik oksidləşməsindən 130-150 0C temperaturda və 200-500 kПа təzyiq altında alınır. == Xassələri == Benzoy turşusu spirtlərlə mürəkkəb efirlər – benzoatlar əmələ gətirir.
Natrium benzoat
Natrium benzoatC6H5COONa (Е211) — konservantlar qrupuna aid qida əlavəsi. Natrium benzoat — benzoy turşusunun natrium duzudur. Ağ toz,iysiz və ya benzaldehidin biraz qoxusu var. == Tarixi == Flek (Hugo Fleck) tərəfindən 1875-ci ildə salisilik turşunun əvəzlənməsi olaraq kəşf edilmişdir. 1908-ci ildə ABŞ-da istifadəyə icazə verilir. == Qoruyucu f'aliyyəti == Aflatoksin meydana gətirən də daxil olmaqla maya və kif göbələklərinə, hüceyrələrdə redoks reaksiyalarından məsul fermentlərin fəaliyyətini, həmçinin yağları və nişastanı parçalayan fermentlərin fəaliyyətinə güclü bir inhibe təsiri göstərir. == Tətbiqi == === Qida əlavəsi === Rusiyada və Avropa ölkələrində qida əlavəsi olaraq istifadəsinə icazə verilir. 2004-cü ildən bəri Avropa ölkələrində natrium benzoat və süni rənglərin birləşməsinin uşaqların davranışına və zəkasına mənfi təsiri müzakirə olunur. Mütəxəssislər, E102, E104, E110, E122, E124 və E129 kimi maddələri tədricən mərhələləndirməyi tövsiyə etdilər. Ət və balıq məhsullarının, marqarin, mayonez, ketçup, meyvə və giləmeyvə məhsullarının, şirin qazlı içkilərin konservləşdirilməsində istifadə olunur.
Styrax benzoin
Benzoy stiraksı (lat. Styrax benzoin) - stiraks cinsinə aid bitki növü.

"benzo" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#benzo nədir? #benzo sözünün mənası #benzo nə deməkdir? #benzo sözünün izahı #benzo sözünün yazılışı #benzo necə yazılır? #benzo sözünün düzgün yazılışı #benzo leksik mənası #benzo sözünün sinonimi #benzo sözünün yaxın mənalı sözlər #benzo sözünün əks mənası #benzo sözünün etimologiyası #benzo sözünün orfoqrafiyası #benzo rusca #benzo inglisça #benzo fransızca #benzo sözünün istifadəsi #sözlük