biçarə sözü azərbaycan dilində

biçarə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • biçarə • 67.9803%
  • Biçarə • 31.0345%
  • BİÇARƏ • 0.9852%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

biçarə sözünün leksik mənası və izahı

  • 1 sif. [fars.] 1. Yazıq, miskin, fağır, məzlum; bədbəxt. Biçarə münəccimbaşının ərvahı uçub, başladı yarpaq kimi titrəməyə. M.F.Axundzadə. Bu soyuq, tozlu gecədə biçarə Məşədi Əsgər adlı bir kişi balaları üçün ruzi axtarırdı. S.M.Qənizadə. …Biçarə qızın zahiri çirkinliyi bir yanda dursun, toy edib ərə getmək üçün azacıq bir cehizi də yox idi. B.Talıblı… 2. Çarəsiz, əlacsız; aciz. Axır biçarə ananız sizə deyirdi: – Bala, ağlama, xortdan gələr, səni aparar. C.Məmmədquluzadə. [Əşrəf bəy:] Biçarə müsəlmanın hər bir işi daş arasından çıxır. N.Vəzirov. Cahillər isə biçarə Bəşiri xəncərlə öldürüb qaçırlar. S.S.Axundov. // İs. mənasında. [Səkinə xanım:] Biçarə iki il sərasər mərhum qardaşıma yalvardı ki, məni ona versin. M.F.Axundzadə. Sən iki biçarəni bir zəxmlə qıldın həlak. S.Ə.Şirvani.

    Azərbaycan dilinin izahlı lüğəti / biçarə

biçarə sözünün sinonimləri (yaxın mənalı sözlər)

biçarə sözünün antonimləri (əks mənalı sözlər)

biçarə sözünün rus dilinə tərcüməsi

  • 1 беспомощный, несчастный, бедный, жалкий, бедняга

    Azərbaycanca-rusca lüğət / biçarə
  • 2 I прил. 1. бедный, несчастный; беспомощный. Biçarə qız бедная девочка 2. жалкий II в знач. сущ. бедняга, несчастный, несчастная

    Azərbaycanca-rusca lüğət / biçarə

biçarə sözünün inglis dilinə tərcüməsi

biçarə sözünün fransız dilinə tərcüməsi

biçarə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] прил. 1. бейчара, чара атӀай, язух, тӀува, муьскӀуьн, фагъир, мазлум; бедбахт; 2. чара авачир, чарасуз; ажуз; // сущ. бейчара, атӀай чара.

    Azərbaycanca-ləzgicə lüğəti / biçarə

biçarə sözünün türk dilinə tərcüməsi

"biçarə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#biçarə nədir? #biçarə sözünün mənası #biçarə nə deməkdir? #biçarə sözünün izahı #biçarə sözünün yazılışı #biçarə necə yazılır? #biçarə sözünün düzgün yazılışı #biçarə leksik mənası #biçarə sözünün sinonimi #biçarə sözünün yaxın mənalı sözlər #biçarə sözünün əks mənası #biçarə sözünün etimologiyası #biçarə sözünün orfoqrafiyası #biçarə rusca #biçarə inglisça #biçarə fransızca #biçarə sözünün istifadəsi #sözlük