biganə sözü azərbaycan dilində

biganə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • biganə • 99.0799%
  • Biganə • 0.8249%
  • BİGANƏ • 0.0952%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 11.00 dəfə / 1 mln.
2002 •••••••••••• 13.70
2003 •••••••••••••••••••• 24.41
2004 •••••••••• 11.45
2005 •••• 4.05
2006 ••••••• 8.11
2007 ••••••••• 10.15
2008 •••••• 6.58
2009 •••••• 7.04
2010 •••••••• 8.90
2011 •••••••• 9.18
2012 ••••••••••• 13.34
2013 ••••••••••• 13.42
2014 ••••••••••• 13.39
2015 •••••••••• 12.08
2016 ••••••••• 10.76
2017 ••••••••••• 12.52
2018 •••••• 6.89
2019 •••••••••••• 13.91
2020 ••••••••••• 12.73

biganə sözünün leksik mənası və izahı

  • 1 sif. [fars.] Yad, yabançı, özgə, tanış olmayan. Biganə adam. – Bu tədbir ilə mülki-İran tayfeyi-biganənin hücumundan məhfuz qaldı. M.F.Axundzadə. // İs. mənasında. Derlər səni eşqə mübtəlasan; Biganələr ilə aşinasan. Füzuli. Nə baxırsan oğrun-oğrun; Mənə biganələr kimi. Xəstə Qasım. Biganələrlə çünki olub aşina o gül; Ey kaş, olmayaydım əzəldən mən aşina. S.Ə.Şirvani. Biganəsən, olmaz məni görmək sənə qismət! A.Səhhət. // Zərf mənasında. Bir zaman, doğrudan da, xəyali bir məhəbbətlə sevdiyi qızın iztirab və göz yaşlarına qarşı Səlimi biganə və laqeyd baxa bilməzdi. M.İbrahimov. Direktor burada heç bir səhv görmədiyindən, sədrin baxışlarını da çox biganə qarşıladı. M.Hüseyn. Odunçuoğlu məclisi görməyirmiş kimi, biganə bir halda qapı ağzında dayandı… Ə.Məmmədxanlı.

    Azərbaycan dilinin izahlı lüğəti / biganə

biganə sözünün sinonimləri (yaxın mənalı sözlər)

biganə sözünün antonimləri (əks mənalı sözlər)

biganə sözünün rus dilinə tərcüməsi

  • 1 I прил. 1. чужой (незнакомый). Biganə adam чужой человек 2. безразличный, безучастный, равнодушный к кому-л., чему-л. Hər şeyə biganə olmaq быть безразличным (равнодушным) ко всему II в знач. сущ. чужой III нареч. 1. отчуждённо. Biganə baxmaq смотреть отчуждённо 2. безразлично, безучастно, равнодушно

    Azərbaycanca-rusca lüğət / biganə

biganə sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. indifferent; ~ tamaşaçı indifferent spectator; mübahisəyə ~ qalmaq to remain indifferent in a dispute; bir kəsə / şeyə ~ qalmaq to be* indifferent to smb. / smth. II. z. indifferently, with indifference; ~ baxmaq to look indifferently (at)

    Azərbaycanca-ingiliscə lüğət / biganə

biganə sözünün fransız dilinə tərcüməsi

  • 1 1) sif. indifférent, -e, insensible, indolent, -e, désintéressé, -e ; ~ olmaq être indifférent, -e (insensible) ; 2) is. indifférent m, -e f, insensible m, f

    Azərbaycanca-fransızca lüğət / biganə

biganə sözünün ləzgi dilinə tərcüməsi

biganə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) yad adam, özgə; 2) əlaqəsiz, əlaqəsi olmayan; 3) maraqlanmayan; 4) xarici, yabançı.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"biganə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#biganə nədir? #biganə sözünün mənası #biganə nə deməkdir? #biganə sözünün izahı #biganə sözünün yazılışı #biganə necə yazılır? #biganə sözünün düzgün yazılışı #biganə leksik mənası #biganə sözünün sinonimi #biganə sözünün yaxın mənalı sözlər #biganə sözünün əks mənası #biganə sözünün etimologiyası #biganə sözünün orfoqrafiyası #biganə rusca #biganə inglisça #biganə fransızca #biganə sözünün istifadəsi #sözlük