* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. və zərf [fars. bi… və ər. hürmət] Hörmətsiz. [Səadət xanım:] Bağışlayın, əgər məndən bihörmət iş baş vermişsə, üzr istəyirəm… Mir Cəlal. □ Bihörmət etmək – hörmətdən salmaq, biabır etmək, alçaltmaq. [Bədircahan bəyim:] A kişi, … bunların təqsiri nə idi ki, sən bihörmət elədin? N.Vəzirov. Bihörmət olmaq – hörmətdən düşmək, biabır olmaq. …Hər kim Əlyarovun bir sözünü iki eləməyə cəsarət eləsə, … ən yüngül cəzası bihörmət olub, işdən qovulmaqdır. M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / bihörmət2 BİHÖRMƏT1 ə. hörmətlə, ehtiramla. BİHÖRMƏT2 f. və ə. 1) hörmətsiz, rüsvay; 2) hörmət gözləməyən, sırtıq; 3) hörmətdən düşmüş, təhqir edilmiş.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / bihörmət3 fars. bi- + ər. hürmət Hörmətsiz. (“Koroğlu” dastanının lüğəti) Ancaq indi versəm, bütün xanların, paşaların içində bihörmət olub gedərik. Hər yerdə deyərlər ki, Ələmqulu xan üç adamın əlində aciz qalıb təslim olub. (“Qulun qaçmağı”)
Azərbaycan dastanlarının leksikası / bihörmət