Bilya sözü azərbaycan dilində

Bilya

Yazılış

  • Bilya • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bilyana Paviçeviç
Bilyana Paviçeviç (12 may 1988, Podqoritsa) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Bilyana Paviçeviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.
Bilyana adası
Bilyana adası (bolq. остров Биляна, ‘Ostrov Bilyana’ \'os-trov bi-'lya-na\) — Antarktidanın Cənubi Şetland adalarında yerləşən, İngilis boğazının qərb tərəfində yerləşən Aitço adaları arxipelaqına daxil olan buzlaqsız adadır. Adanın uzunluğu 450 m, eni 990 m, səthinin sahəsi isə 10 hektardır. Ada 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf edilmişdir. Bilyana adası Bolqarıstanın musiki folkloruna aid olan Bilyananın adını daşıyır. == Yerləşməsi == Ada 62°23′05″ c. e. 59°45′47″ q. u. koordinatlarında yerləşmişdir.
Bilyar burnu
Bilyar burnu (bolq. нос Биляр, ‘Nos Bilyar’ \'nos bi-'lyar\) — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının Barkley körfəzi sahillərindən 350 m şimal-qərbdə yerləşən burundur. Burun buzlaqlardan azaddır.Burun Bolqarıstannda yerləşən, 12-13-cü əsrdə İdil bulqarlarının paytaxtı olan Bilyar şəhərinin adını daşıyır. == Yerləşməsi == Burun Rove burnundan 3 km cənub-qərbdə, Leyr burnundan 4.5 km şimal-şərqdə, Nedelya burnundan 1.7 km şimal-şərqdə yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov.
Bilyard
Bilyard (fr. billard, bille – şar sözündən) – bir idman növüdür. Son illərdə idman budaqları içində əhəmiyyətli bir yer tutmağa başlamışdır. Bu anda Avropanın ən çox maraqlanılan 5 idmanı arasındadır. Bilyard oynamaq üçün lazım olan alətlər; bilyard masası, kiy, bilyard topları, təbaşir (kiyin topa daha ölçülü vurmasını və gərəksiz yerə sürüşməməsini təmin edir, xüsusilə səhvli vuruşlarda çox işə yarayar), körpü (kiyə görə) (çətin uzanılan toplara çatmağı təmin edir) lazımdır. == Bilyardın özünəməxsus xüsusiyyətləri == Xüsusi stol üzərində şarlarla oyun. Üzərinə mahud çəkilmiş stolun bortlarında 6 luza (tor səbətcikli halqa) var. Bəzi Bilyardlarda luza olmur (məs., fransız Bilyardı). Bilyard 3, 5 və ya 16 (15-i nömrəli, biri nömrəsiz) şarla oynanılır. Şarlar fil sümüyündən və ya mastikadan düzəldilir; luzaya salmaq üçün ona kiy (uzunluğu 1,30–1, 45 m olan davamlı ağacdan düzəldilən xüsusi çubuq) ilə zərbə vurulur.
Bilyard şarı
Bilyard şarı - Bilyard oyununda istifadə olunan iri toplar.Oyunda çəhrayı,qara,qırmızı,qəhvəyi,yaşıl,sarı şarlar olur.Qara şar 7 bal,qəhvəyi,sarı və yaşıl şarlar 3 bal ,çəhrayı şarlar 5 bal ,Qızmızı şarlar 1 bal qazandırır.Bu şarlar (Qəhvəyi,çəhrayı,sarı,yaşıl və qara)sadəcə oyunda xal qazanmaqçündür.Onları səbətə atanda top yenidən stola qoyulur və oyunçunun xalı artır.(çoxballı şarı iki səfə təkrar səbətə atmaq olmaz.)Rəngli şarların hərəsindən bir dənə,Qızmızı şarlar isə 5 dənə olur.Qızmızı şarlar bitəndə digər şarlar səbətə düşsə belə qalır.Ən sonda (şarlar bitəndə) balı çox olan qazanır. == Tarixçə == === Yeni materialdan istifadə === XIX əsrdə Avropada və ABŞ-də bilyard oyunu çox populyar olmuşdur. Bu oyunun kütləviliyinə əngəl olan yeganə amil onun şarları idi. Çünki bilyard şarları əvvəllər fil sümüyündən hazırlandığı üçün çox baha idi. 1860-cı illərdə bilyard şarlarının düzəldilməsi üçün fil sümüyünə alternatıv bir material icad edənə 10 min dollar dəyərində mükafat da ayrılmışdı. Bu məbləğ, o dövrlər üçün çox nəhəng bir məbləğ idi. Fil sümüyünə alternativ olan bir material dedikdə, bu material bilyard şarlarının bütün əlamət və keyfiyyətlərini özündə əks etdirməli idi. Belə ki, həmin material bərk və ağır, nəmə və zərbələrə qarşı davamlı, sığallı və bir az da elastik olmalı idi. 10 min dollarlıq mükafatı amerikalı ixtiraçı D. Hayett almışdır. O, 1869-cu ildə ilk dəfə olaraq çox ucuz bilyard şarları hazırlamışdır.
Bilyarsk
== Bilyarsk == Bir çox yüzilliklər boyunca aparılan arxeoloji axtarışlar nəticəsində dönə dönə tədqiq olunan Bilər şəhərinin ərazisinin başdan-başa qədim yaşayış yeri olduğu da dəfələlə təsdiqlənməkdədir. Bu ehtişamlı qədim məntəqənin öyrənilməsi göstərir ki, vaxtilə şəhərin çevrəsi 10–12 km; ərazisi isə 573 hektar olub. Məhz buna görə öz dövrünə görə Bilərə "Böyük şəhər" deyidilər. Rus mənbələrində də X əsrdən adı çəkilən Bilər həmin adla yad edilir.1. O dövrdə Bilər qədər böyük bir şəhər bütün Şərqi Avropada mövcud deyildi. Heç təsadüfi deyildir ki, burada 1207 bina qalıqları üzə çıxarılmış və bunlar da Bilərin həqiqətən abad ticarət mərkəzi olması fikrini təsdiqləyir. Bilərdə pul da buraxılırdı; burada kəsilən ən son sikkə 1423-cü il tarixlidir. Volqa-Kama bulqarlarınin bu qədim şəhəri özünün maraqlı tərcümeyi halına malikdir: artıq XII əsrdə bulqarlar reallaşan düşmən təhlükəsi qarşısında Bulqar şəhərinin əvəzində Kiçi Çirmişən çayının sağ sahilində yerləşən, Bilər və ya Bülər adlandırılan bu şəhəri paytaxt etdilər. Sonra Rəşidəddində də Bulqarlar ölkəsinin paytaxtı olaraq Bilər "Böyük şəhər" deyə göstərilməkdədir.2.1654-cü ildə isə buraya ruslar yerləşdirilir və qədim şəhərin adı russayağı Bilyarski adlanmağa başlayır. Tarixçi, rus dövlət adami olan Tatişşev özü burada böyük bir cami və bir çox minarənin mövcudluğundan bəhs edir.

"bilya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bilya nədir? #bilya sözünün mənası #bilya nə deməkdir? #bilya sözünün izahı #bilya sözünün yazılışı #bilya necə yazılır? #bilya sözünün düzgün yazılışı #bilya leksik mənası #bilya sözünün sinonimi #bilya sözünün yaxın mənalı sözlər #bilya sözünün əks mənası #bilya sözünün etimologiyası #bilya sözünün orfoqrafiyası #bilya rusca #bilya inglisça #bilya fransızca #bilya sözünün istifadəsi #sözlük