bimetal sözü azərbaycan dilində

bimetal

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bimetal • 84.6154%
  • Bimetal • 15.3846%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bimetal
Bimetal — iki və ya daha çox müxtəlif metallardan hazırlanmış layların birləşməsindən əldə olunan material. Elektrik avadanlıqlarının hazırlanmasında istifadə olunur. == Bimetallik element == Elektrik avadanlıqlarının uzunömürlülüyü yüksək dərəcədə onların artıq yüklənməsindən asılıdır. Elektrik avadanlıqları artıq yüklənmə cərəyanlarından mühafizə etmək üçün bimetallik elementli istilik releləri geniş yayılmışdır. Bimetallik element müxtəlif xətti genişlənmə əmsalına α malik olan iki lövhədən ibarətdir. Onlar bir-biri üzərinə qoyular və sərt bərkidilir və ya qaynaq olunur. Əgər belə elementi tərpənməz bərkitsək və qızdırsaq, onda onun α əmsalı aşağı olan materiala tərəf əyilməsi baş verir. Artıq yük cərəyanının təsiri altında bimetallik lövhənin belə qızması və əyilməsi sayəsində lövhənin sərbəst ucuna bərkidilmiş kontakt açılır və avadanlığın idarə dövrəsini qızdıraraq, onu artıq yüklənmədən mühafizə edir.
Bimetallizm
Bimetallizm (lat. bis – iki dəfə və yun. metallum – metal) — ümumi ekvivalent rolunu eyni zamanda iki metalın – qızıl və gümüş metalların oynadığı tədavüldə olan banknotların bu metallara dəyişilən pul sistemi. == Tarixi == Sistem XVI-XVIII əsrlərdə bir çox ölkələrdə (Fransada, Belçikada, İsveçrədə) geniş yayılmışdı və XIX əsrin təxminən son qərinəsinə qədər mövcud olmuşdur. Ənənəvi tərifə görə bimetallizm qızıl və gümüş sikkələrin sərbəst zərb edilməsini, yəni nəcib metaldan olan külçələrin sikkə sarayına gətirilməsi və bu külçələrin rəsmi dəyərinə bərabər məbləğdə xüsusi şəxslər üçün sikkə almaq imkanıdır. Qızıl və gümüş arasında rəsmi nisbətin – bimetal paritetinin müəyyən edilməsini tələb edir. == Növləri == Bimetalizmin aşağıdakı növləri məlumdur: Paralel valyuta sistemi; İkiqat valyuta sistemi; «Axsayan» valyuta sistemi. === Paralel valyuta sistemi === Paralel valyuta sistemi zamanı qanunvericilik qızıl ilə gümüş arasında müəyyən qiymət nisbətini müəyyən etmir, qızıl və gümüş sikkələr isə qızıl və gümüşün bazar dəyərinə uyğun olaraq alqı-satqı və digər sövdələr zamanı qəbul olunur. === İkiqat valyuta sistemi === İkiqat valyuta sistemi zamanı dövlət iki metal arasında müəyyən qiymət nisbətini təsbit edir, qızıl və gümüş sikkələrin zərb olunması və onların əhali tərəfindən qəbul olunması isə bu nisbətdə həyata keçirilir. === «Axsayan» valyuta sistemi === «Axsayan» valyuta sistemi zamanı qızıl və gümüş külçələr bərabər olmayan nisbətdə qanuni tədiyyə vasitələridir, yəni gümüş sikkələr qızıl sikkələrin sərbəst zərb olunmasından fərqli olaraq qapalı qaydada zərb olunurdu (bimetalizm gümüş «ayaqla» «axsayırdı»).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2011 •••••••••• 0.09
2016 •••••••••••••••••••• 0.17

bimetal sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. биметалл (материал, состоящий из двух слоёв разнородных металлов). Bimetalla qaynaq тех. сварка биметаллом II прил. биметаллический. Bimetal elementlər биметаллические элементы, bimetal lövhə биметаллическая пластинка

    Azərbaycanca-rusca lüğət / bimetal

bimetal sözünün fransız dilinə tərcüməsi

"bimetal" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bimetal nədir? #bimetal sözünün mənası #bimetal nə deməkdir? #bimetal sözünün izahı #bimetal sözünün yazılışı #bimetal necə yazılır? #bimetal sözünün düzgün yazılışı #bimetal leksik mənası #bimetal sözünün sinonimi #bimetal sözünün yaxın mənalı sözlər #bimetal sözünün əks mənası #bimetal sözünün etimologiyası #bimetal sözünün orfoqrafiyası #bimetal rusca #bimetal inglisça #bimetal fransızca #bimetal sözünün istifadəsi #sözlük