Genetik silahlar
== Genetik silahlar ==
Genetikanın nailiyyətlərinin hərb sferasına tətbiqindən ibarət vasitələr toplumudur. Son dövrlərə qədər bu sahədə ən perspektivli xətt kimi genetik seleksiya prinsipi aktual idi. İnsanın genetik kodunun (genomun) deşifrəsi, insan embrionlarının klonlaşdırılmasının, canlıların transgen dublikatının yaradıla bilməsinin mümkünlüyü və s. kimi kəşflərlə bu sahədəki bütün digər axtarışlar da, arxa plana keçdi və dərhal da kəşfin hərb sferasında tətbiq yerləri araşdırılmağa başlandı. Ümumi olaraq, bu kəşfin hal-hazırda hərbi sahələrdə tətbiqinin, əsasən aşağıdakı istiqamətləri xüsusi diqqət mərkəzindədir:
Rəqib əhali və əsgərlərinin beyninə yad lozunqları, baxışları, ideologiyaları onların genetik kodunun transformasiyası vasitəsilə yeritmək;
Fiziki güc, dözümlülük, regenerasiya və çeviklik parametrlərinə görə adi insanı qat-qat üstələyən süni insanlar (biorobotlar, androidlər, kiberlər, transgen mutantlar və s.) və ya digər tip canlılar yaradıb orduları onlardan təşkil etmək, yaxud hansısa formadasa hərbi məqsədlər üçün onlardan istifadə etmək;
Təhlükəli profillər (məs., yanğınsöndürmə, minaaxtarma, kamikadzelik və s.) üzrə istifadə etmək üçün infantil (dərrakəsiz) mutantlar (zombilər, manqurtlar...) yetişdirmək;
Beyninin adi insanlar üçün passiv olan qatları oyandırılmış bu cür mutantlar yaratmaqla, bir sıra sub- və ekstra- sensor effektlər əldə etmək, o cümlədən: telepatiya, telekinez, teleportasiya və s. kimi qabiliyyətlər. Bunlardansa, müvafiq əməliyyatların (məs., kəşfiyyatın və ya təxribatın) effektini artırmaq məqsədilə istifadə etmək və analoji funksiyaya xidmət edən bir sıra bahalı cihazlara (məs., radarlara, gizli qulaqasma qurğularına...) və ya əməliyyatlara qənaət etmək;
Xüsusi profillər üzrə istifadə etmək üçün intellektlərinin fərqli sferası hiperinkişaf etdirilmiş mutantlar yetişdirmək;
4 və 5-ci bəndlərdə izah edilən tipli hiperhissiyyatlı və (ya) hiperintellektli mutantları fərqli formada komplektləşdirərək, fərqli proqram rejimində düşünə bilən «biokompüterlər» şəbəkəsi yaratmaq ki, kompüterlərin belə həll edə bilmədiyi bir sıra problemləri onların qrup təfəkkürü vasitəsilə həll edə bilmək;
Liderləri təhlükəli məqamda onların dublikatları arasında it-bata salmaq;
Rəqib liderlərinin dublikatı vasitəsilə rəqib cəbhəsinə yalançı əmrlər, göstərişlər vermək;
Rəqib cəbhəsində onların liderinin və ya adi adamların dublikatlarını yaymaqla, onların hamısını çaşbaş salmağa, hamının bir-birindən şübhələnməsinə, son olaraq rəqib cəbhəsinin dezoriyentasiya olunaraq, iflic vəziyyətinə düşməsinə nail olmaq; və s.