* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 XV əsrin əvvəllərində Mərkəzi Avropada o vaxta qədər avropalılara tanış olmayan qarabuğdayı insanlar peyda oldu. Bu, avropalılara naməlum dildə danışan köçəri tafyalar idi. Onların işi və daimi yaşayış yeri yox idi. Avropalılara məlum olan dinlərdən də heç birinə etiqad etmirdilər. Çörək pullarını fala baxmaq və gələcəyi xəbər verməklə qazanırdılar. Bu gün bizim qaraçı kimi tanıdığımız bu insanlar bir yerdə qərar tuta bilməyərək ölkə-ölkə, oba-oba gəzdiklərinə, azad həyat sürmələrinə, əzab-əziyyət çəkmələrinə baxmayaraq, bir çoxları üçün məsuliyyət və hər hansı öhdəçilikdən uzaq belə bir həyat tərzi çox cəlbedici görünürdü. Belə təəssürat yaranmışdı ki, qaraçıların həyatı skripka çalıb eyş-işrət məclisləri qurmaqla keçir. 1427-ci ildə qaraçılar Parisdə peyda olanda fransızlar onlar haqda yalnız Mərkəzi Avropadan gəldiklərini bilirdilər. Söz-söhbət yayılmışdı ki, guya onların vətəni Bohemiyadır (indiki Çexiyanın qərb hissəsi), ona görə də fransızlar qaraçıları bohemiyalılar adlandırdılar və indiyədək belə də çağırırlar. Qaraçıların həyat tərzi haqda geniş yayılmış fikirlərə fransızlar da inanırdılar. Cəmiyyətdə yazıçı və rəssamların da qaraçılar kimi şən və qayğısız həyat sürdükləri haqda bir inam var idi. Bu üzdən də onları bohemiyalılar adlandırmağa başladılar. O vaxtdan “bohema” sözü, bir qayda olaraq, bütövlükdə yaradıcı insanlara şamil edilir. (Ayzek Azimov. Sözlərin tarixi)
Azərbaycan dilinin etimologiya lüğəti / bohema