Bolqarıstanda azərbaycanlıları
Bolqarıstan azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Bolqarıstanda yaşayan hissəsinin adı. Rəsmi siyahıyaalınma zamanı sadəcə türk olaraq qeydə alınır və Türkiyə türklərinin tərkibində hesablanırlar. Ev dilləri Azərbaycan dilinin Qars ləhçəsi olsa da təhsillərini bolqar və Türkiyə türkcəsində alırlar. Bu ölkədəki azərbaycanlıların tamama yaxını şiə qızılbaşdır. Dünya Azərbaycanlıları Konqresinin (DAK-ın) bütün dünyada yaşayan azərbaycanlıların sayına dair 2006-cı ildə yayınladığı məlumatlara əsasən Bolqarıstanda 65,000 nəfər etnik azərbaycanlı yaşamaqdadır.
2001-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınmasına əsasən Bolqarıstan Respublikasının ümumi əhalisi 7,928,901 nəfər olmuşdur. Onlardan:
Dini inancına əsasən müsəlmanların ümumi sayı 966,978 nəfər. Onlardan:
913,957 nəfəri sünni
53,021 nəfəri isə qızılbaş-şiə
Öz milliyyətini türk olaraq qeyd edənlərin sayı 746,664 nəfər. Onlardan:
Ana dilini türkcə olaraq qeyd edənlərin ümumi sayı 720,136 nəfər, bolqarca olaraq qeyd edənlərin ümumi sayı 26,147 nəfər.
Dini inancına əsasən müsəlmanların ümumi sayı 713,024 nəfər.