boşaltmaq sözü azərbaycan dilində

boşaltmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • boşaltmaq • 97.6510%
  • BOŞALTMAQ • 1.0067%
  • boŞaltmaq • 0.6711%
  • Boşaltmaq • 0.6711%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.94 dəfə / 1 mln.
2003 ••••••••••••••••• 1.57
2004 ••••••••••••••• 1.35
2007 ••••• 0.42
2008 •••••• 0.49
2009 •••• 0.32
2010 •••••••••••• 1.09
2011 •••••••••••••••• 1.46
2012 •••••••••••••••••• 1.63
2013 •••••••••••••••• 1.46
2014 •••••••••••••••••••• 1.89
2015 •••••• 0.51
2016 •••••• 0.52
2017 ••••••••• 0.81
2018 ••••••••••••••• 1.35
2019 ••• 0.28
2020 •• 0.13

boşaltmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bir şeyin içindəkiləri çıxarıb boş hala salmaq. Yeşikləri boşaltmaq. Ciblərini boşaltmaq. – Torbanı boşaldanda, içindən kağıza bükülmüş bir yumru şey çıxdı. S.S.Axundov. // Yükdən azad etmək. Vaqonu boşaltmaq. Avtomobili boşaltmaq. Arabanı boşaltmaq. 2. məc. İçindəkini içmək, yemək. Sofi İranpərəst badəni boşaldıb, stola yaxınlaşdı. M.İbrahimov. 3. Təxliyə etmək; tərk edib başqa yerə köçmək, çıxmaq. Şəhəri boşaltmaq. Evi boşaltmaq. Mənzili boşaltmaq. 4. Bir qabdan başqa qaba tökmək. Unu tabağa boşaltmaq. Suyu ləyənə boşaltmaq. 5. Gərginliyini, tarımlığını azaltmaq, bir az açmaq, boş eləmək. Atın quşqununu boşaltmaq. Çəkmələrimin bağını boşaltdım. 6. Atmaq (odlu silahdan). [Oruc:] Vəli, tüfəngin çaxmağını yuxarı qovza ki, hamımız birdən tüfəngləri boşaldaq. M.F.Axundzadə. Dayanmadan tüfəngimi boşaltdım; Dallarınca bir neçə güllə atdım. A.Səhhət. Bir anda bir daraq güllə boşaltdım. S.Vurğun. 7. məc. Açıb söyləmək. Sərdar Rəşidin dili açıldı, o, ürəyindəkiləri ortalığa boşaltmağa başladı. M.S.Ordubadi. Məstan bəyin ürəyi dolu idi. Boşaltmağa adam axtarırdı. B.Talıblı. Mədəd, sənin ürəyin dolu imiş, boşalt gəlsin! Ə.Əbülhəsən.

    Azərbaycan dilinin izahlı lüğəti / boşaltmaq

boşaltmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

boşaltmaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 BOŞALTMAQ – DOLDURMAQ Piri kişi torbadakı arıları bir boş pətəyə boşaltdı (S.S.Axundov); Salatın dizi üstə çöküb onları yığdı, səliqə ilə qutuya doldurdu (İ.Şıxlı). BOŞALTMAQ – YÜKLƏMƏK Qonaqlar hamısı piyalələrini Əkbərin sağlığına boşaltdılar (Ə.Haqverdiyev); Vaxt itirməyib atları yüklədilər və yola rəvan oldular (S.S.Axundov).

    Azərbaycan dilinin antonimlər lüğəti / boşaltmaq

boşaltmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. опорожнять; 2. выливать, высыпать, выкладывать; 3. освобождать, освободить; 4. выгружать, разгружать; 5. разрядить (огнестрельное оружие выстрелом или извлечением заряда); 6. эвакуировать; 7. послаблять, расслаблять;

    Azərbaycanca-rusca lüğət / boşaltmaq
  • 2 глаг. 1. освобождать, освободить. Çantanı boşaltmaq освободить сумку, otağı boşaltmaq освободить комнату 2. опорожнять, опоражнивать, опорожнить. Stəkanı boşaltmaq опорожнить стакан 3. выгружать, выгрузить, разгружать, разгрузить. Maşını boşaltmaq разгружать машину 4. разряжать, разрядить (оружие) 5. выливать, вылить. Suyu boşaltmaq nədən вылить воду из чего 6. высыпать, высыпать. Taxılı kisədən boşaltmaq высыпать зерно из мешка 7. ослаблять, ослабить, травить, стравить. Kəndiri boşaltmaq ослабить верёвку, vinti boşaltmaq ослабить винт; kanatı boşaltmaq травить канат ◊ ürəyini boşaltmaq выложить всю душу, ipini boşaltmaq kimin отпустить вожжи

    Azərbaycanca-rusca lüğət / boşaltmaq

boşaltmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to clear (d.), to empty (d.), to put* / to take* out (d.); kitab şkafını ~ to clear a bookcase; butulkanı / stəkanı və s. ~ to empty a bottle / a glass, etc.; 2. (yükü) to unload (d.); to unlade (d.); (gəmini) to unship (d.), to disembark (d.); (yük qatarını) to detrain (d.); maşını ~ to unload a car; 3. (silahı) to unload (d.) 4. (elektriki) to discharge (d.); 5. (qaykanı və s.) to loosen (d.); Qaykanı boşalt Loosen the screw; ◊ ürəyini ~ to pour out

    Azərbaycanca-ingiliscə lüğət / boşaltmaq

boşaltmaq sözünün fransız dilinə tərcüməsi

boşaltmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. бушарун, ичӀи авун (мес. жибинар, ишигар); // ичӀирун (мес. вагон); 2. пер. къене авай затӀ тӀуьн, хъун, бушарун; 3. бушарун, зиликун; куьч хьун, экъечӀун; kəndi boşaltmaq хуьр бушарун; 4. ичӀирун (са къапунай маса къапуниз); buğdanı kəndiyə boşaltmaq къуьл кандудиз ичӀирун; 5. гъуьргъуь авун, бушарун (мес. чӀул, кӀвачинкъапарин багъар ва мс.); 6. ягъун (цӀай хкадардай яракьдай); 7. пер. ахъайна лугьун, ахъаюн, бушарун (мес. рикӀ).

    Azərbaycanca-ləzgicə lüğəti / boşaltmaq

boşaltmaq sözünün türk dilinə tərcüməsi

"boşaltmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#boşaltmaq nədir? #boşaltmaq sözünün mənası #boşaltmaq nə deməkdir? #boşaltmaq sözünün izahı #boşaltmaq sözünün yazılışı #boşaltmaq necə yazılır? #boşaltmaq sözünün düzgün yazılışı #boşaltmaq leksik mənası #boşaltmaq sözünün sinonimi #boşaltmaq sözünün yaxın mənalı sözlər #boşaltmaq sözünün əks mənası #boşaltmaq sözünün etimologiyası #boşaltmaq sözünün orfoqrafiyası #boşaltmaq rusca #boşaltmaq inglisça #boşaltmaq fransızca #boşaltmaq sözünün istifadəsi #sözlük