* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 Bir şeyin belini məftillə bərk sarımaq üçün onu (məftili) burur və bu zaman xüsusi ağacdan, dəmirdən burma vasitəsi kimi istifadə edirlər. Ona “burağac” deyilir. Burmaq feili əsasında əmələ gəlib. Əsli buracaq olub, sonra dəyişib (yanacaq modeli üzrə düzəlib). Daha inandırıcı odur ki, söz burağac yox, burğac kimi olub (süzgəc qəlibi üzrə yaranıb). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / burağac(Quba, Şərur) yükün üstündən çəkilən kəndiri tarımlamaq üçün ilişdirilib burulan ağac və ya dəmir parçası. – Ay uşaq, udunnar tükülər, burağacnan mökəm elə (Quba)
Azərbaycan dilinin dialektoloji lüğəti.