Buxara vilayəti
Buxara vilayəti — Özbəkistanda vilayət. Sahəsi 40,3 min km2, əhalisi 1,7 milyon (2011). 13 rayonu, 10 şəhəri, 3 şəhər tipli qəsəbə var. Mərkəzi Buxara şəhəridir.
== Təbiət ==
Səthi şimal-qərbə doğru azmeyilli düzənlikdir. Ərazinin çox hissəsini Qızılqum səhrası tutur. Vilayətin şimalında Kulcuktau (785 m) dağları, cənub-şərqində Zərəfşan çayının geniş dərəsi uzanır. Mühüm çayı olan Zərəfşandan və Türkmənistan Respublikası ilə sərhəddəki Amudərya çayından suvarmada istifadə edilir. Şor göllər var. Suvarılan rayonlarda (torpaq fondunun təqribən 2%-i) çəmən, allüvial, bataqlıq-çəmən, səhra-otlaq rayonlarında açıq-boz, qumlu və s.