* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Divar içində hörülmüş ocaq. Buxarı çırtaçırt yanır, işığı divarların tutqun rəngli naxışlarına, əlvan pərdələrə və xalılara düşürdü. Çəmənzəminli. Qoca Firuzun … zirzəmisində isə yenə də buxarı yanmırdı. Ə.Məmmədxanlı. Nə buxarı çatıldayır, nə şam yanır otaqda. Ə.Cəmil.
Azərbaycan dilinin izahlı lüğəti / buxarı1 Alimlərin fikrincə, alınma sözdür və buxar kəlməsi ilə bağlıdır. Türk dillərində onun əvəzinə tarixən tütündük sözü işlədilib. Tüstü sözü ilə bağlıdır, tüstü isə məhz tütün deməkdir (hər ikisi eyni söz olub, sonra mənaları dəyişib). Deməli, buxarı “buxar deşiyi”, tütündük isə “tüstü deşiyi” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / buxarı2 I сущ. камин (комнатная печь с широкой открытой топкой) II прил. каминный; buxarı qapağı вьюшка
Azərbaycanca-rusca lüğət / buxarı1 is. 1) cheminée f ;2) de cheminée ; ~ nın yuxarı hissəsi manteau m
Azərbaycanca-fransızca lüğət / buxarı