Bəhriyyə sözü azərbaycan dilində

Bəhriyyə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Bəhriyyə • 66.6667%
  • bəhriyyə • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kitab-ül Bəhriyyə
Kitab-ül Bəhriyyə və ya Dənizlər kitabı (osm. >كتاب بحرية türk. Kitâb-ı Bahriye) — Osmanlı dənizçisi, admiralı Piri Rəis tərəfindən hazırlanmış Aralıq dənizi sahillərinin ətraflı xəritəsi-bələdçisi əsəridir. Kitabda dənizçilərə Aralıq dənizi sahilləri, onun adaları, keçidləri, boğazları, körfəzləri, fırtına zamanı hara sığınacaq axtarmalı, limanlara necə yaxınlaşmalı, eləcə də limanlar arasında naviqasiya üçün dəqiq marşrutlar haqqında məlumat verilir.Kitab-ül Bəhriyyənin iki variantı var. Birincisi 1521-ci ilə aiddir və dənizçilərin istifadəsi üçün hazırlanmışdır. İkincisi, 1526-cı ildə Qanuni Sultan Süleymana təqdim edilmək üçün hazırlanmış daha təfərrüatlı və təmtəraqlı nüsxəsidir. == Tarixi == Böyük kartoqraf olmaqla yanaşı, böyük dənizçi olan Piri Rəis getdiyi yerlər haqqında məlumatları qeydə alır, xəritələrini çəkirdi. 1511-1513-cü illər arasında ilk dünya xəritəsini çəkərkən (Piri Rəis xəritəsi) naviqasiya qeydlərini kitab şəklində tərtib etməyə başladı. Nəhayət, xarici mənbələrdən istifadə edərək 1521-ci ildə tamamladığı Kitab-ül Bəhriyyə də bu yerlərin tarixi və coğrafi xüsusiyyətlərini topladı. Sultan Süleyman Qanuninin kürəkəni və sədrəzəmi Parqalı İbrahim Paşa 1524-cü ildə Misirə səfəri zamanı Piri Rəisi də özü ilə dənizçi kimi aparmışdı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.12 dəfə / 1 mln.
2007 ••••••••• 0.21
2008 ••••••••••••••••••• 0.49
2009 ••••••• 0.16
2012 •••••••••••••••••••• 0.52
2013 •••••••••••• 0.29
2018 •••••• 0.15

bəhriyyə sözünün leksik mənası və izahı

bəhriyyə sözünün rus dilinə tərcüməsi

  • 1 устар. I прил. морской (связанный с мореплаванием). Qüvveyibəhriyyə морские силы II сущ. морской флот

    Azərbaycanca-rusca lüğət / bəhriyyə

bəhriyyə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

BƏHRİ(YYƏ) ə. 1) dənizə aid, dəryaya aid, dənizdə olan; 2) hərbi dəniz qüvvələri, hərbi dəniz hissələri; donanma.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan qadın adlarının izahlı lüğəti.

dənizə aid olan, dənizlə bağlı olan, dəniz qızı.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"bəhriyyə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bəhriyyə nədir? #bəhriyyə sözünün mənası #bəhriyyə nə deməkdir? #bəhriyyə sözünün izahı #bəhriyyə sözünün yazılışı #bəhriyyə necə yazılır? #bəhriyyə sözünün düzgün yazılışı #bəhriyyə leksik mənası #bəhriyyə sözünün sinonimi #bəhriyyə sözünün yaxın mənalı sözlər #bəhriyyə sözünün əks mənası #bəhriyyə sözünün etimologiyası #bəhriyyə sözünün orfoqrafiyası #bəhriyyə rusca #bəhriyyə inglisça #bəhriyyə fransızca #bəhriyyə sözünün istifadəsi #sözlük