* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 1. sif. Başqası ilə tən, bir ölçüdə, bir boyda olan. Bərabər qiymətli. Bərabər qüvvəli. Bərabər kəmiyyətli. □ Boyu bərabəri – özü boyda. [Mehri xanım:] Bala, axır mən anayam! Boyum bərabəri oğul yetirmişəm. Ə.Haqverdiyev. Bərabər etmək – 1) bax bərabərləşdirmək; 2) bax bərabər tutmaq (aşağıda, 4-cü mənada). 2. sif. Başqası ilə bir hüquqda, bir vəziyyətdə olan. Bərabər hüquq. Deputat seçkiləri bərabərdir; hər bir vətəndaş bir səsə malikdir; bütün vətəndaşlar seçkilərdə bərabər əsaslar üzrə iştirak edirlər. – [Cahan:] İndi bizim hüququmuz kişilərlə bərabərdir. Ə.Haqverdiyev. 3. Zərf mənasında. Bir yerdə, birlikdə, birgə, yanaşı, bahəm. Bərabər işləmək (çalışmaq). Bərabər oxumaq. – Nəbiqulu yeşiklə bərabər ağacdan uçub düşüb Qasımın otağının üstünə. Ə.Haqverdiyev. Bu qaranlıqla bərabər mavi boşluqlardan yerə xoş bir sərinlik də enirdi. M.İbrahimov. Burada meyvə ilə bərabər … nisbətən ucuz qiymətə şərab da tapmaq olurdu. Ə.Əbülhəsən. 4. İs. mənasında. Tay, bənzər, misl. Onun bərabəri yoxdur. – Qaşı ay, çeşmi şux, müjganları ox; Cümlə kəsdən artıq, bərabəri yox. M.P.Vaqif. Hikmətdə sənə heç kəs bərabər ola bilməz. M.F.Axundzadə. □ Bərabər tutmaq – bir tutmaq, tay tutmaq, başqası ilə bir tutmaq, bərabərləşdirmək. 5. İs. mənasında. Ön, qarşı, tuş, qabaq. [Şeyx Nəsrulla:] Bəlkə sizin də içinizdə belə münkirlər var? Əgər var, gəlsin bərabərimə. C.Məmmədquluzadə. Görcək anasın bərabərində; Yaş oynadı qəmli gözlərində. A.Səhhət. 6. Xəbər mənasında. Birdir, eyni şeydir deməkdir. Neftçinin borandan qorxub geri çəkilməyi, əsgərin silahı atıb səngərdən qaçmasına bərabərdir. M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / bərabər2 f. 1) bir-biri ilə düz gələn; 2) qarşı-qarşıya, üzüzə; 3) birgə, birlikdə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / bərabər1 Fars mənşəlidir, sinə-be-sinə deməkdir (bərin bir mənası “sinə”dir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / bərabər4 1. BƏRABƏR Siyah zülfün qəddin ilə bərabər; Nazik ağ əndamın bəyaz qar, gəlin! (M.P.Vaqif); TARAZ Sariban tayları etməkçin taraz; Yolun üstündəki bu daşı aldı (M.Rahim); TƏN Qalxdım şahin kimi üfüqlərə tən... (N.Xəzri). 2. BƏRABƏR (bərabərhüquqlu) [Cahan:] İndi bizim hüququmuz kişilərlə bərabərdir (Ə.Haqverdiyev); TƏN Ona görə də həmişə gərək tən olaq (İ.Əfəndiyev). 3. bərabər bax tay 1 4. bərabər bax ön 5. bərabər bax birlikdə
Azərbaycan dilinin sinonimlər lüğəti / bərabər1 1. поровну, наравне; 2. ровня, равный, одинаковый; 3. вместе, совместно; 4. равно, равномерно;
Azərbaycanca-rusca lüğət / bərabər2 первая часть сложных слов, соответствующая по значению и функции русскому “равно” …: bərabərqanadlı равнокрылый, bərabərbucaqlı равноугольный и т.п.
Azərbaycanca-rusca lüğət / bərabər3 I прил. равный, одинаковый: 1. сходный по величине, значению, качеству. Bərabər qüvvələr равные силы, bərabər kəmiyyətlər равные величины, bərabər hüquqlar равные права; bərabər ölçüdə одинакового размера; bərabər keçiricilik xəritəsi геол. карта равной проницаемости, тех. bərabər müqavimətli tir балка равного сопротивления, bərabər təzyiqlər səthi поверхность равного давления, bərabər qalınlıqlı əyrilər физ. кривые равной толщины; bərabər nisbət мат. равное отношение 2. соответствующий определённой величине. Beş kilometrə bərabər məsafə расстояние, равное пяти километрам 3. обладающий одинаковыми правами. Qanun qarşısında hamı bərabərdir перед законом все равны II нареч. вместе, сообща, совместно. Bərabər işləmək работать вместе, məsələni bərabər həll etmək решить вопрос сообща, bərabər hərəkət etmək действовать совместно 2. наравне. Hamı ilə bərabər işləmək работать со всеми наравне 3. поровну. Bərabər bölmək разделить поровну; bərabər səviyyədə равно, одинаково III сущ. равный; пара, ровня. Onun bərabəri yoxdur нет ему равных, o sənin bərabərin deyil он тебе не пара (не ровня) IV предик. bərabərdir равно, равняется. İki dəfə iki dördə bərabərdir дважды два равняется четырём V послел. bərabərində прямо перед кем-л., чем-л., рядом с кем-л., чем-л. Evin bərabərində рядом с домом; bərabər olmaq равняться, быть равным ◊ hesabı bərabər etmək (bərabərləşdirmək) сравнять счёт; bununla bərabər вместе с тем, несмотря на это; bərabər tutmaq kimi, nəyi kimlə, nəilə ставить на одну доску кого-л., что-л. с кем-л.,чем-л.
Azərbaycanca-rusca lüğət / bərabər1 I. i. equal; mənim / sənin ~-im / -in və s., my / your, etc. equal II. s. equal; the same; even; ~ hissələr equal parts; ~ hüquqlar equal rights III. z. 1. equally, into equal parts / portions; ~ bölmək to divide equally; ~ hissələrə bölmək to divide into equal part / portions; 2. together; ~ gəzməyə getmək to go* for a walk together; ~ işləmək to work together IV. qoş. by, near; evin ~ ində by / near the house V. pred.: 2+2 bərabərdir dördə Two and two is / makes four
Azərbaycanca-ingiliscə lüğət / bərabər1 sif. 1) égal, -e, pareil, -le, même ; ~ hissələr parties f pl égales ; ~ hüquqlar les droits égaux ; zərf. également, pareillemt ; ~ bölmək diviser d’une manière égale ; ~ hissələrə bölmək diviser en parties égales
Azərbaycanca-fransızca lüğət / bərabər1 барабар (1. прил. сад хьтин; bərabər hüquq барабар ихтиярар; 2. нареч. сад хьиз, санал; bərabər işləmək барабар кӀвалахун; 3. сущ. тай, ухшар; тай-барабар; bərabər tutmaq барабар кьун, сад кьун, масадахъ галаз тай кьун; 4. сущ. туьш, вилик пад).
Azərbaycanca-ləzgicə lüğəti / bərabər