* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. Yetişmək, boy atmaq, torpaqdan çıxmaq, görünməyə başlamaq (bitki haqqında). Havalar qızdıqca çiyid cücərirdi. – Yerdə göy otlar cücərdi; Geniş tarlalar göyərirdi. M.Dilbazi. Bayırda cücərib min gül, min çiçək; Əriyir qəlbində dağların qarı. B.Vahabzadə.
Azərbaycan dilinin izahlı lüğəti / cücərmək1 Göyərmək feilinin təhrif olunmuş formasıdır. İndi mənası azca dəyişib. “Su”anlamı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / cücərmək4 CÜCƏRMƏK (ağacların, otların yenicə göyərməsi) Skamyanın bir küncündən körpəcə çayır cücərmişdi (Ə.Kərim); DİŞƏRMƏK Dağlar, çöllər dişərdi; Novruzgülü göyərdi (A.Səhhət).
Azərbaycan dilinin sinonimlər lüğəti / cücərmək1 CÜCƏRMƏK – QURUMAQ Çiyid gec cücərir (Ə.Vəliyev); Cücərən ağaclar da quruyur.
Azərbaycan dilinin antonimlər lüğəti / cücərmək2 глаг. прорастать, прорасти (давать, дать росток, выпускать, выпустить росток, всходить, взойти). Kartof cücərib картофель пророс, toxumlar cücərib семена проросли (взошли), taxıl (dən) cücərib зерно взошло; yaxşı cücərən (yaxşı bitən) всхожий (способный к прорастанию)
Azərbaycanca-rusca lüğət / cücərmək1 f. (toxum) to spring*, to sprout (forth / out); to begin* to grow; to germinate; bot. to put* forth, shoot*; Ot cücərir Grass shoots
Azərbaycanca-ingiliscə lüğət / cücərmək1 f. germer vi, pousser vi, lever vi (toxum haqq.) ; ot cücərir l’herbe pousse
Azərbaycanca-fransızca lüğət / cücərmək1 гл. экъечӀун, цӀирун, чӀичӀун, буй вегьин, накьвадикай хкатун, акьалтун, акъатун (мес. векь, хъач, цуьк, ттар).
Azərbaycanca-ləzgicə lüğəti / cücərmək