Cəzalandırıcı (Marvel Comics)
Cəzalandırıcı (ing. Punisher) — Marvel Comics tərəfindən yaradılmış komiks qəhrəmanı. İlk dəfə 1974-cü ilin fevralında "Heyranedici Hörümçək-adam" komiksinin 129-cu sayında peyda olmuşdur.
== Bioqrafiya ==
Cəzalandırıcının əsil adı Frenk Kastldır. Cəzalandırıcı cinayətlə mübarizə aparmaq üçün adam qaçırmaq, insan öldürmək, işgəncə vermək kimi vasitələrdən istifadə edir. Ailəsi Nyu-York Mərkəzi Parkda bir mafiyanın törətdiyi cinayətin şahidi olduğundan mafiya tərəfindən öldürülür. Bundan sonra Frenk cinayətkarlara qarşı mübarizə aparan Cəzalandırıcıya çevrilmişdir. Bir çox onun ailəsinin intiqamını almaq istədiyini düşünür, amma əsil məqsədi bütün cinayətkarları cəzalandırmaqdır.
Frenk Kastl Nyu-Yorkun Qvins rayonunda anadan olmuşdur. Katolik kilsəsində papaz işləmək üçün təhsil almış, amma cinayətkarları bağışlaya bilmədiyi üçün bu işdən əl çəkmişdir.