cəzası sözü azərbaycan dilində

cəzası

Yazılış

  • cəzası • 99.8259%
  • Cəzası • 0.1425%
  • CƏZASI • 0.0317%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bədən cəzası
Bədən cəzası və ya fiziki cəza — edam ilə birgə ən qədim cəzalardan biridir. Bu cəzanın mənası cinayətdə günahkar olan kəsə fiziki ağrı verməkdə və/və ya yaralamaqdadır. Bədən cəzalarını iki yerə ayırmaq olar: yaralamaq, adamın hansısa orqanından məhrum etmək: dilini, əlini, barmaqlarını və başqa ətraflarını kəsmək, gözünü çıxartmaq, axtalamaq. ağrı vermək, alətlər ilə vurmaq, məkənək, evdə və ya məktəbdə uşağın şapalaqlanması. == Tarixi == Bədən cəzası hələ Hammurapi qanunlarında var idi, həmçinin Roma İmperatorluğunda istifadələnirdi. XX yüzilliyə qədər bədən cəzası dünyanın çox dövlətlərində var idi, Amerika Birləşmiş Ştatlarında sonuncu dəfə bu cəza 1952 ildə Delaver şəhərində işlənili — bir kişi öz arvadına əl qaldırdığına görə 20 dəfə qamçılandı, həmin ştatda rəsmi olaraq belə cəzalar 1972 ildə yığışdırıldı. 1980-ci illərdə İslam dövlətlərindən bəziləri şəriət qanunlarına qayıdan ölkələr bədən cəzasını cinayyət məcəlləsinə qaytarmaq qərarına gəldilər (İran, Sudan, Pakistan, Mavritaniya, Liviya, Yəmən), bəziləri isə cəzalandırmanı artırdılar (Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri). == İslamda == Şəriətə görə bədən cəzaları — Hüdud Kiməsə sübutsuz zinakarlıqda böhtan atan şəxsə 80 şallaq vurmaq. Zina edən qadına və ya kişiyə 100 şallaq vurmaq (4 adıləkəsiz müsəlman şahid varsa). Residivist oğrunun əlini kəsmək.
Edam cəzası
Edam və ya ölüm hökmü, ya da ölüm cəzası — cəza növü kimi insanı həyatdan məhrum etmək. Həm hüquqi, həm cinayət aktı kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla ləğv edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır. == Tarixi == Dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. İslam ölkələrində isə zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilir. İranda parlamentin 2007-ci ildə çıxardığı son qərarla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayan şəxslər də edam edilir.
Omurğa cəzası
Ölüm cəzası
Edam və ya ölüm hökmü, ya da ölüm cəzası — cəza növü kimi insanı həyatdan məhrum etmək. Həm hüquqi, həm cinayət aktı kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla ləğv edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır. == Tarixi == Dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. İslam ölkələrində isə zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilir. İranda parlamentin 2007-ci ildə çıxardığı son qərarla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayan şəxslər də edam edilir.
Şekspir cəzası
Şekspir cəzası — ABŞ məhkəmələri tərəfindən yetkinlik yaşına çatmayan cinayətkarlara verilən cəza ABŞ məhkəmələri cinayət törətmiş və yetkinlik yaşına çatmayan şəxslərə orijinal cəza tətbiq etməyə başlayıb. Amerika mətbuatına istinadən verdiyi məlumata görə, həmin şəxslər Şeksprin əsərlərini əzbərləməli və daha sonra onun mahnılarını səhnədə ifa etməlidirlər. Şekspir təcrübəsi ilk dəfə Massaçusets ştatında tətbiq olunub və bu, 1,5 aylıq dövrü əhatə edir. Bir çox yetkinlik yaşına çatmayan cinayətkar Şeksprin əsərlərini əzbərləyib, səhnədə mahnı oxumaqdan həbsdə yatmağa üstünlük verdiklərini bəyan edib.
Estoniyada edam cəzası
Estoniyada edam cəzası, 18 Mart 1998-ci ildən Estoniyanın qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasının 6 saylı Protokoluna əsasən rəsmi şəkildə qadağan edildi. Ondan öncə 1920-ci ildən 1992-ci ilə qədər Estoniyada edam hökmləri tətbiq edilirdi. == Tarixi == 1935-ci ildən və Estoniya 1940-cı ildə SSRİ tərkibinə daxil olana qədər Estoniya Respublikasında cinayət qanunvericiliyində nəzərdə tutulan cəzalar arasında ölüm hökmü də var idi. Ölüm cəzasına məhkum edilmiş cinayətkarlar özlərini zəhərləyərək intihar yolu və ya dara çəkmə yolu ilə ölümlərini seçə bilərdilər. Hərbi tribunal məhkumu güllələmə yolu ilə edam qərarını verə bilərdi. Belə hallarda, hökmü səkkiz nəfərdən ibarət silahlı komanda yerinə yetirirdi. 1940-cı ildən ölüm hökmləri Estoniya SSR Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq tətbiq olunurdu. 1970-cü ilə qədər edam cəzasına məhkum olunanların hamısı Tallindəki xüsusi kamerada saxlanılırdı. Daha sonra Estoniyada ölümə məhkum olanlarının hökmlərini SSRİ-nin digər şəhərlərində də icra edilməsi başlandı. 11 sentyabr 1991-ci ildə ölkədə sonuncu dəfə ölüm hökmü qərarı icra olundu, beləki qətldə günahlandırılan Reyn Orusta ənsəsinə atəş olunaraq edam edildi.
Estoniyada ölüm cəzası
Estoniyada edam cəzası, 18 Mart 1998-ci ildən Estoniyanın qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasının 6 saylı Protokoluna əsasən rəsmi şəkildə qadağan edildi. Ondan öncə 1920-ci ildən 1992-ci ilə qədər Estoniyada edam hökmləri tətbiq edilirdi. == Tarixi == 1935-ci ildən və Estoniya 1940-cı ildə SSRİ tərkibinə daxil olana qədər Estoniya Respublikasında cinayət qanunvericiliyində nəzərdə tutulan cəzalar arasında ölüm hökmü də var idi. Ölüm cəzasına məhkum edilmiş cinayətkarlar özlərini zəhərləyərək intihar yolu və ya dara çəkmə yolu ilə ölümlərini seçə bilərdilər. Hərbi tribunal məhkumu güllələmə yolu ilə edam qərarını verə bilərdi. Belə hallarda, hökmü səkkiz nəfərdən ibarət silahlı komanda yerinə yetirirdi. 1940-cı ildən ölüm hökmləri Estoniya SSR Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq tətbiq olunurdu. 1970-cü ilə qədər edam cəzasına məhkum olunanların hamısı Tallindəki xüsusi kamerada saxlanılırdı. Daha sonra Estoniyada ölümə məhkum olanlarının hökmlərini SSRİ-nin digər şəhərlərində də icra edilməsi başlandı. 11 sentyabr 1991-ci ildə ölkədə sonuncu dəfə ölüm hökmü qərarı icra olundu, beləki qətldə günahlandırılan Reyn Orusta ənsəsinə atəş olunaraq edam edildi.
İtaliyada ölüm cəzası
İtaliyada ölüm cəzasının tətbiqi 1889-cu ildən etibarən qadağan edilmişdir. İtaliyadakı faşizmin hökmranlığını və demokratiyanın erkən bərpasını əhatə edən 1926-1947-ci illər isə istisnalıq təşkil edir. 1860-cı ildə İtaliya birləşməzdən əvvəl, demək olar ki, bütün birlik dövlətlərində ölüm cəzası tətbiq edilmişdir. Toskanada isə hələ 1786-cı ildə bu cəza ləğv edilmişdir. Hazırkı konstitusiyanın qəbul edilməsi nəticəsində 1948-ci il yanvarın 1-dən etibarən istifadə edilməmişdir. == Tarixi == İtaliyada birlik dövlətlərindən ölüm cəzasını ilk ləğv edən 30 noyabr 1786-cı ildə, sonralar Müqəddəs Roma İmperiyasının imperatoru olmuş Pietro Leopoldonun hakimiyyəti dövründə, Böyük Toskana hersoqluğu olmuşdur. Beləliklə də, Toskana dünyanın ilk ən müasir Avropa dövləti idi ki, işgəncə və ölüm cəzasından imtina etmişdir. Buna baxmayaraq, digər bütün birlik dövlətlərində ölüm cəzasına qanunla icazə verilirdi; ona görə də 1860-cı ildə İtaliya Krallığı elan ediləndə Toskanadan başqa bütün İtaliyada qanuni olan ölüm cəzası ilə bağlı qanunvericilik bölündü. Bundan sonra nazir Zanardellinin təklifi ilə Parlamentin hər iki palatasının, demək olar ki, yekdilliklə təsdiq etməsi ilə ölüm cəzası 1889-cu ildə Cəza Məcəlləsində qəti şəkildə ləğv edildi. Halbuki Kral I Umbertonun ümumi əfv verməsi ilə (18 yanvar 1878-ci il kralın əfv sərəncamı) 1877-ci ildən etibarən İtaliyada ölüm cəzası həyata keçirilmirdi.
Qazaxıstanda ölüm cəzası
Qazaxıstanda ölüm cəzası — əvvəllər Qazaxıstan Cinayət Məcəlləsi və Qazaxıstan Konstitusiyası ilə nəzərdə tutulmuş, insanların ölümü ilə nəticələnən terror cinayətlərində, müharibə dövründə törədilmiş xüsusilə ağır cinayətlərdə, insanların həyatına və ölkə prezidentinə qəsd etməkdə təqsirli bilinən şəxslərə tətbiq edilə bilən cəza tədbiri. Ölüm hökmü odlu silahla həyata keçirilirdi. Qazaxıstan müstəqillik qazandıqdan sonra 536 ölüm hökmü icra edilib, sonuncusu 2003-cü ilə aiddir (moratoriumdan əvvəl 12 nəfər edam edilib). 2004-cü il yanvarın 1-dən 2020-ci il sentyabrın 24-dək ölkədə ölüm hökmünə moratorium qoyulub. İndi ölüm hökmü ləğv edilib. Qazaxıstan Konstitusiyasının 15-ci maddəsinin 2-ci bəndində deyilir: "Heç kəsin insanı özbaşına həyatdan məhrum etmək hüququ yoxdur. Ölüm cəzası qadağandır." == Tarix == === Qazax xanlığı === Qazax xanlığında edam cəzası 7-ci nəslə qədər yaxın qohum nigahları, zorlama, ölümə istifadə olunurdu. == SSRİ == Qazaxıstan Cinayət Məcəlləsi insanların ölümü ilə nəticələnən terror cinayətləri və ya müharibə dövründə törədilmiş xüsusilə ağır cinayətlər törətmiş şəxslərə tətbiq edilən müstəsna cəza tədbiri kimi ölüm cəzasını nəzərdə tuturdu. Belə cəza tədbirini nəzərdə tutan 17 cinayət arasında “Qadağan edilmiş döyüş vasitəsi və üsullarından istifadə”, “Soyqırım”, “Muzdlu”, “Müharibə dövründə dövlətə xəyanət”, “Birinci şəxsin həyatına qəsd” kimi cinayətlərin adı çəkilir. Qazaxıstan Respublikasının Prezidenti - Millət Lideri”, “Qazaxıstan Respublikası Prezidentinin həyatına qəsd” (hətta qalsa belə), “Sabotaj”, “Terror aktı”, müharibə dövründə hərbi xidmət keçməkdən “Yayınma və ya imtina etmə”, “Müharibə dövründə fərarilik” və s.
Yunanıstanda ölüm cəzası
Müasir Yunanıstanda ölüm cəzası gilyotinlə (1913-cü ilə qədər) və ya odlu silahla həyata keçirilirdi. Ölüm cəzası sonuncu dəfə 1972-ci ildə Hərbi Xuntanın hakimiyyəti dövründə tətbiq edilib və 1975–2005-ci illər arasında ölüm cəzası mərhələli şəkildə ləğv edilib. == Tarixi == Yunanıstan İstiqlaliyyət müharibəsi zamanı həyata keçirilən edamlar güllələnmə üsulu ilə idi, baxmayaraq ki, Monarxiya 1834-cü ildə Cəza məcəlləsini tətbiq edərkən yeganə edam üsulu olaraq gilyotinlə başın kəsilməsini qanuniləşdirmişdi. 1847-ci ildə hər edam üçün gilyotinin təmin edilməsində yaranan çətinliklər hökuməti alternativ edam üsullarını (güllələnmə) tətbiq etməyə məcbur etdi. Hər iki edam üsulu, 1929-cu ildə güllələnmə yeganə edam vasitəsinə çevrilənə qədər istifadə ediləcəkdi (sonuncu gilyotinlə edam 1913-cü ildə gerçəkləşdirilib). 1946–1949-cu illər arasında Yunanıstanda vətəndaş müharibəsi zamanı 3000-dən çox insan edam edilib. Sonuncu ölüm cəzası 1972-ci il avqustun 25-də həyata keçirilib. Bu da Krit adasında həyat yoldaşı, qayınanası və iki uşağını (onları öz evində diri-diri yandırıb) qətlə yetirdiyinə görə 27 yaşlı Vasilis Limberisin güllələnməsi olub. Ölüm cəzası 1975-ci il Konstitusiyasının 7-ci maddəsi əsasən müharibə dövründə vətənə xəyanət istisna olmaqla, dinc dövrdə törədilmiş cinayətlərə görə ləğv edildi. Yunan Xuntasının üç aparıcı üzvü Georgios Papadopulos, Stilianos Pattakos və Nikolas Makaresos Yunan Xuntası məhkəmələri zamanı edam cəzasına məhkum edilsələr də, Karamanlis hökuməti bu cəzanı ömürlük həbslə əvəz etdi.
Cəlladın cəzası (film, 1945)
Cəlladın cəzası — 1945-ci ildə istehsal olunmuş Misir filmi. == Mövzu == Film gecə klubları, narkotika alveri, qətl və polislərlə dolu qaranlıq bir melodram idi. == Festivallarda == "Cəlladın cəzası" filmi çəkildikdən bir il sonra Kannda göstərilmışdir.
Əməllərin mükafat və cəzası (kitab)
Əməllərin mükafat və cəzası (ərəb. ثواب الأعمال وعقاب الأعمال‎; transkripsiya: Səvabul-əmal və iqabul-əmal) — Şeyx Səduqun əsəri. Kitabda hansı əməllərin mükafata və cəzaya səbəb olması Məhəmməd peyğəmbərin və Əhli-beytin hədisləri ilə bəyan olunmuşdur. == Məzmun == 2-ci hissə “Əməllərin cəzası” kitabı İslam peyğəmbəri və imamlar tərəfindən nəql olunan hədislərin toplusudur. Kitab iki hissədən ibarətdir: Yaxşı əməllərin əvəzi və pis əməllərin cəzası. Oxuculara “Əməllərin cəzası” adı ilə təqdim olunan bu kitab ikinci hissədə qərar tutan hədislərdən ibarətdir. Kitabda pis əməllərə görə verilən dünya və axirət cəzalarından danışılır. == Nəşr və tərcümə == Əsərin 2-ci hissəsi 2014-cü ildə Müşfiq Mehdibəyli və Mikayıl Əlizadə tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, "Əməllərin Cəzası" adı ilə Bakıda Qədim Qala nəşriyyatında 136 səhifədə 60x90 ölçüsündə çap edilib. Kitab tam şəkildə 2017-ci ildə Taleh Abbasovun tərcümə layihəsi rəhbərliyi ilə Müşfiq Mehdibəyli və Peyman Məhəmmədi tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Əhli-beyt maarifi nəşriyyatında çap edilib. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == "Əməllərin Cəzası" ( (az.)).
Cəzasızlıq
Cəzasızlıq — cəza çəkməkdən azad olmaq. Beynəlxalq hüquq və insan hüquqlarında bu termin hüquq pozuntusu törədən şəxslərin mühakimə edilməsinin mümkünsüzlüyü və nəticə etibarilə zərər çəkmiş şəxslərin hüquqlarının müdafiə edilməsinin inkar edilməsi mənasında istifadə olunur. Cəzasızlıq, xüsusilə də, hüququn aliliyinin mövcud olmadığı, korrupsiyanın hökm sürdüyü və məhkəmə hakimiyyətinin zəif olduğu, eləcə də təhlükəsizlik qüvvələrinin üzvlərinin xüsusi yurisdiksiyalar və ya immunitetlər ilə qorunduğu dövlətlər üçün xarakterikdir. 8 fevral 2005-ci ildə BMT-nin İnsan hüquqları Komissiyasına təqdim edilmiş, düzəlişlər edilmiş Cəzasızlığa qarşı mübarizə məqsədilə insan hüquqlarının qorunması və təşviqi prinsipləri cəzasızlığı aşağıdakı kimi müəyyən edir: "hüquq pozuntusu törədən şəxslərin, onların ittiham edilməsi, tutulması, təqsirləndirilməsi və ya mühakimə edilməsi, təqsirli olduqda müvafiq cəzanın təbiq edilməsi, eləcə də hüquq pozuntusunun qurbanlarına təzminat verilməsi və reparasiya edilməsi ilə nəticələnəcək cinayət, mülki, inzibati və digər prosedurlara cəlb edilməsinin de-yure və ya de-fakto mümkünsüzlüyü." Həmin sənədin Birinci prinsipi qeyd edir ki: "Cəzasızlıq dövlətlərin hüquq pozuntusunu araşdırmaq; hüquq pozuntusu törədən şəxslərə münasibətdə müvafiq tədbirlər görmək (xüsusilə də, ədalət mühakiməsi sahəsində), o şərtlə ki, cinayət törətməkdə şübhəli bilinən şəxslər ittiham ediləcək, mühakimə ediləcək və müvafiq şəkildə cəzalandırılacaq; hüquq pozuntusuna məruz qalmış şəxsləri səmərəli hüquq-müdafiə vasitələri ilə təmin etmək və onların hüquqlarının bərpa ediləcəyinə, kompensasiya veriləcəyinə əmin etmək; hüquq pozuntuları haqqında həqiqəti bilmək kimi ayrılmaz hüququ təmin etmək; və hüquq pozuntularının yenidən baş verməsinin qarşısını almaq üçün zəruri tədbirlər görmək öhdəliklərini yerinə yetirməməsindən irəli gəlir." Dövlət çevrilişi, hərbi diktatorluq, vətəndaş müharibələri və oxşar dövrlərdə insan hüquqları pozuntularının daha çox qeydə alındığı ölkələrdə keçmiş hadisələrə işıq salmaq üçün həqiqət və uzlaşdırma komissiyaları yaradılır. Bu cür mexanizmlər günahkarların təqib edilməsi və cəzalandırılmalarına kömək edə bilsə də, pozuntularla eyni vaxtda qəbul edilmiş amnistiya/əfv qanunlarının müdafiəsini təqsirli şəxslər üçün təmin etməklə onların cəzasız qalmalarına səbəb olduğu üçün çox zaman tənqid olunur. 17 iyul 1998-ci ildə qəbul edilmiş və 1 iyul 2002-ci ildə qüvvəyə minmiş Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun başlıca məqsədi "bütünlükdə beynəlxalq ictimaiyyəti narahat edən ən ciddi cinayətləri" [...] "törədən şəxslərin cəzasız qalmasına son qoymaq"dır.

"cəzası" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cəzası nədir? #cəzası sözünün mənası #cəzası nə deməkdir? #cəzası sözünün izahı #cəzası sözünün yazılışı #cəzası necə yazılır? #cəzası sözünün düzgün yazılışı #cəzası leksik mənası #cəzası sözünün sinonimi #cəzası sözünün yaxın mənalı sözlər #cəzası sözünün əks mənası #cəzası sözünün etimologiyası #cəzası sözünün orfoqrafiyası #cəzası rusca #cəzası inglisça #cəzası fransızca #cəzası sözünün istifadəsi #sözlük