Cabbarlı sözü azərbaycan dilində

Cabbarlı

Yazılış

  • Cabbarlı • 99.8854%
  • CABBARLI • 0.0764%
  • cabbarlı • 0.0382%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cabbarlı
Cabbarlı — soyad.
Aydın Cabbarlı
Cabbarlı (Maku)
Cabbarlı — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Maku şəhristanının Siyahçeşmə bölgəsinin Çaldıran kəndistanında, Siyahçeşmə qəsəbəsindən 55 km şimal-qərbdədir.
Cabbarlı (Çaldıran)
Cabbarlı (fars. جبارلو‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Cabbarlı (Ərdəbil)
Cabbarlı (fars. جبارلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Meşkin şəhristanının Mərkəzi bölgəsinin Ərşəq kəndistanında, Meşkin şəhərindən 51 km şimaldadır. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 423 nəfər yaşayır (84 ailə).
Cəfər Cabbarlı
Cəfər Qafar oğlu Cabbarlı (20 mart 1899, Xızı, Quba qəzası – 31 dekabr 1934, Bakı, SSRİ) — Azərbaycanlı dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1933)*. == Həyatı == Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakı quberniyasının 110 km-də yerləşən Xızı kəndində (hazırda rayon mərkəzidir) yoxsul kəndli ailəsində anadan olub. Kömürçü işləyən atası (Qafar Cabbarlı) görmə qabiliyyətini itirdikdən sonra ailə məcburiyyət qarşısında Bakıya köçərək, "dağlı məhəlləsi" adlanan yerdə yaşamağa başlayıb. Cəfərin 3 yaşı olanda atası vəfat edib. Evin yükü anası Şahbikə xanımın üzərinə düşüb. O, imkanlı ailələrin paltarlarını yuyub, çörək bişirərək Cəfəri dini məktəblərə qoyub. Cəfər arasıra Xızıya gedir, orada aşıqsayağı şeirlər yazan bibisi Zərnişanla, dağ kəndlərindəki qohumları ilə görüşürdü. 1924-cü ildə Cəfərin böyük qardaşı Hüseynqulu öldü. Bu ölüm Cəfəri çox sarsıtdı, çünki Hüseynqulu ona qardaşlıqla yanaşı atalıq etmişdi. Cəfər ailənin ən kiçik uşağı idi.
Hatəm Cabbarlı
Cabbarlı Hatəm Qulu oğlu (27 dekabr 1969, Çobankərə, Zəngibasar, Ermənistan SSR) — azərbaycanlı alim, siyasi elmlər doktoru, == Həyatı == 27 dekabr 1969-cu ildə Ermənistan Respublikasının Zəngibasar (Masis) rayonunun Rəhimabad (Çobankərə) kəndində doğulmuşdur. 1976-1986-cı illərdə Cəlil Məmmədquluzadə adına Qaraqışlaq (Dostluq) kənd orta məktəbində orta təhsilini tamamlamışdır. 1988-1990-cı illərdə Sovet ordusunda hərbi xidmətdə olmuşdur. 1991-1993-cü illərdə könüllü olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlarda iştirak etmişdir. Qarabağ müharibəsi qazisidir. 1997-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsindən məzun olmuş, 2002-ci ildə Ankara Universiteti Sosial Elmlər İnstitutunda magistr təhsilini tamamlamışdır. 2008-ci ildə Türkiyədə Qazi Universitetində siyasi elmlər doktoru alimlik dərəcəsini almışdır. 2001-2005-ci illərdə Ankarada fəaliyyət göstərən Avrasiya Strateji Araşdırmalar Mərkəzində Cənubi Qafqaz (Ermənistan) üzrə ekspert işləmişdir. Bir çox məqalələri və analizləri Azərbaycan, Türkiyə və region mətbuatında dərc edilmişdir. 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə III dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.
Murad Cabbarlı
Murad Cabbarlı (5 may 1960, Bakı) – Şəki Şəhər İcra Hakimiyyətinin başçısı (2010–2011-ci illər). == Həyatı == Cabbarlı Murad Qorxmaz oğlu 1960-cı il may ayının 5-də Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 1977-ci ildə A. Qarayev adına Uşaq Kliniki Xəstəxanasında başlayıb. M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini elmi kommunizm ixtisası üzrə bitirib. Fəlsəfə elmləri namizədidir. 1983–1991-ci illərdə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetində baş laborant, müəllim, 1991–1992-ci illərdə Bakı Dövlət Universitetində baş müəllim vəzifəsində işləmişdir. 1992–1994-cü illərdə Moskva şəhərində "Soyuzvneştorq" istehsal-ticarət birliyinin baş direktorunun müavini, 1994–1996-cı illərdə "Neftemaşimpeks" SC-də kommersiya işləri üzrə direktor, 1996–1998-ci illərdə "Texnotsentr-5" MMC-nin direktor müavini vəzifələrində çalışmışdır. 1998–2000-ci illərdə Bakı şəhərində "Şəms-R" elm-istehsalat şirkətində baş direktorun müavini, 2000–2008-ci illərdə Bakı Dövlət Universitetində baş müəllim, həmçinin 2002–2006-cı illərdə əvəzçilik qaydasında "Savalan" ATSC idarə heyətinin sədri, 2006–2008-ci illərdə "ADA-Mülkiyyət" MMC-nin direktoru vəzifəsində işləmişdir. 2008-ci ildə "Şəki Aqro İndastris" MMC-nin maliyyə və idarə işləri üzrə direktor müavini, 2008–2010-cu illərdə "Şəki Kərpic" MMC-nin direktoru vəzifəsində çalışmışdır. 2010-cu il aprel ayının 21-dən 2011-ci il may ayının 23-dək Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Nikpur Cabbarlı
Nikpur Mirhüseyn oğlu Cabbarlı (16 aprel 1968, Bakı) — ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, dosent, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2010). Nikpur Cabbarlı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiridir.. Nikpur Cabbarlı Azərbaycan mühacirət ədəbiyyatı üzrə tanınmış mütəxəssisdir. == Həyatı == Nikpur Mirhüseyn oğlu Cabbarlı 1968-ci il aprelin 16-da Bakıda anadan olmuşdur. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini (1994) və Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasını (1997) bitirmişdir. 1998-ci ildə "Azərbaycan mühacirət ədəbiyyatşünaslığında klassik irs problemi" mövzusunda namizədlik (fəlsəfə doktoru), 2017-ci ildə isə "XX əsr Azərbaycan mühacirət ədəbiyyatı (türkdilli örnəklər əsasında)" mövzusunda elmlər doktoru dissertasiyasını müdafiə etmişdir. Filologiya elmləri doktoru (2017), dosentdir (2006). Azərbaycan mühacirət ədəbiyyatına dair 6 monoqrafiyanın, onlarla məqalənin, bir neçə tərtib işinin müəllifi Nikpur Cabbarlı bu sahədə mötəbər söz sahibi olan mütəxəssis kimi tanınır. == Elmi fəaliyyəti == Nikpur Cabbarlı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 28 il ərzində müxtəlif vəzifələrdə çalışmışdır. Bu dövr ərzində aspirantlıqdan elmi katib və şöbə müdiri vəzifələrinə qədər yüksəlmişdir.
Nərgiz Cabbarlı
Nərgiz Cabbarlı (4 may 1975, Sumqayıt) — tənqidçi, publisist, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru (2015), dosent (2017), Qızıl kəlmə mükafatı laureatı (2015), Prezident təqaüdçüsü == Həyatı == Nərgiz Mərdan qızı Cabbarlı 4 may 1975-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin axşam şöbəsini bitirmişdir (1998). 2006-cı ildən AMEA Ədəbiyyat İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb. 2015-ci ildə “Çağdaş Azərbaycan şeirinin inkişaf meyilləri (1993-2005-ci illər)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. "Azərbaycan romanının təkamül prosesi" adlı doktorluq mövzusu üzərində tədqiqat aparır. Hal-hazırda "Şərq-Qərb" nəşriyyatının baş redaktorudur. “Qurtuluşdan sonra. “Yeni nəsil ədəbiyyatı” kitabına görə Mədəniyyət və Turizm Nazirliyinin verdiyi Qızıl kəlmə – 2015 mükafatına layiq görülmüşdür. Prezident təqaüdçüsüdür. Azərbaycan Yaradıcılıq Fondu tərəfindən 2024-cü ilin "Ədəbiyyat adamı" adına layiq görülüb.
Vidadi Cabbarlı
Zal Cabbarlı
Zal Cabbarlı - şair == Həyatı == == Mənbə == Maşallah Xudubəyli. “Mənim sazlı-sözlü dünyam”. Bakı, “Elm və təhsil”-2010. səh.
Ələmdar Cabbarlı
Ələmdar Cabbarlı (tam adı: Bayramov Ələmdar Qəmbər oğlu; 4 avqust 1980, Ağcakənd, Kəlbəcər rayonu) — şair, filologiya üzrə fəlsəfə doktoru, dosent (2013), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2003). 15 sentyabr 2020-ci il tarixindən 2022-ci ilin yanvar ayınadək BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekan əvəzi olmuşdur. 11 yanvar 2022-ci il tarixindən BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanıdır. == Həyatı == Ələmdar Cabbarlı 4 avqust 1980-ci ildə Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olub. 1987-ci ildə Ağcakənd orta məktəbinə getmiş, 1997-ci ildə Bakı şəhərində orta məktəbi bitirmişdir. 1997–2001-ci illərdə Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsində nəşriyyat işi və redaktəetmə ixtisası üzrə təhsil almışdır. 2001–2003-cü illərdə BDU-da magistr təhsili almışdır. 2003–2004-cü illərdə hərbi xidmətdə olmuşdur. 2006–2008-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olmuşdur. 2012-ci ildə "Səməd Vurğun şeirinin obrazlar sistemi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
Cəfər Cabbarlı (dəqiqləşdirmə)
Cəfər Cabbarlı - Azərbaycan dramaturqu, şairi və nasiri. Cəfər Cabbarlı - 1944-cü ildə çəkilmiş film. Cəfər Cabbarlı - 1969-cu ildə çəkilmiş film.
Cəfər Cabbarlı metrostansiyası
Cəfər Cabbarlı metrostansiyası — Bakı metrosunun ilk tikilən keçid stansiyasıdır. 1993-cü ildə birinci platforması, 2008-ci ildə isə ikinci platforması istifadəyə verilmişdir. 28 May stansiyasına keçid var. Buradan qatarlar yalnız Xətai stansiyasına hərəkət edir. Gələcəkdə xətlərin ayrılması zamanı bu stansiya Nizami stansiyasına birləşdirilicək. == Tarixi == Müstəqillik illərinin ilk stansiyası kimi istismara verilmiş ilk keçid stansiyadır. O, görkəmli Azərbaycan mütəfəkkiri, dramaturq, yazıçı, şair Cəfər Cabbarlının adını daşıyır. 1993-cü ildə onun birinci platforması istismara verildi. 2008-ci ildə isə ikinci – şərq platforması istifadəyə verildikdən sonra, «Cəfər Cabbarlı-Xətai» mənzilində iki yollu məkik hərəkət istifadəyə verildi. Stansiyanın hər iki yolu bir-birindən «28 May» stansiyası ilə aralanıb.
"Cəfər Cabbarlı" mükafatı
Cəfər Cabbarlı mükafatı — mükafat ilk dəfə 1935-ci ildə təsis olunub, Cəfər Cabbarlı Ev-Muzeyinin layihəsi əsasında "C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım ictimai birliyi"nin iştirakı və BP şirkətinin sponsorluğu ilə 2001-ci ildə bərpa edilib. Mükafat böyük yazıçının 100 illiyi münasibətilə Cəfər Cabbarlı teatrının və yaradıcılığının səhnə təcəssümü, tədqiqi və təbliği sahəsində müstəsna işlərə, əsərlərə, Azərbaycan ədəbiyyatının və teatrının, estetik fikrinin inkişafında xüsusi hadisə olan bədii nümunələrə görə teatr xadimlərinə və dram yazarlarına təqdim edilib. Cəfər Cabbarlı mükafatının ilk baş qalibi "Aydın" tamaşasının rejissor işinə görə xalq artisti Mikayıl Mirzə olub. "Sevil" operasında Balaş roluna görə xalq artisti Azər Zeynalov "Ən yaxşı kişi obrazı", Sevil roluna görə əməkdar artist Zemfira İsmayılova "Ən yaxşı qadın obrazı" nominasiyasında bu mükafata sahiblənib. == Laureatlar == == İstinadlar == == Xarici keçidlər == “Cəfər Cabbarlı Mükafatı” təqdim olunacaq (az.) Cəfər Cabbarlı mükafatı təqdim olunacaq Arxivləşdirilib 2016-05-21 at the Wayback Machine (az.) Cəfər Cabbarlı mükafatı sahiblərinə təqdim olunub. Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine apa.az, 16.04.2010.
Cəfər Cabbarlı (film, 1944)
== Məzmun == Film böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlının həyat və çoxşaxəli yaradıcılığına həsr olunmuşdur. Kinolentdə Cəfər Cabbarlının "Sevil", "Aydın", "1905-ci ildə" əsərlərindən parçalar göstərilmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Həbib İsmayılov Operator: Vladimir Zbudski == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 90.
Cəfər Cabbarlı (film, 1969)
== Məzmun == Film görkəmli dramaturq və böyük vətəndaş, xalqımızın fəxri Cəfər Cabbarlının anadan olmasının 70 illiyinə həsr olmuşdur. Filmdə, hər şeydən əvvəl, Cəfər Cabbarlı bir vətəndaş kimi, mənalı həyatını doğma xalqına xidmətdə görən, qeyri-adi istedadını xalqının maariflənməsi, Azərbaycan qadınının çadra hökmranlığından tamamilə azad olması uğrunda qələmi ilə mübarizə aparan şəxsiyyət kimi əks etdirilmişdir. Kinolentdə kino və foto arxivə, müxtəlif sənədlərə müraciət edilmiş, böyük ustadın yaxın qohumları və qələm, sənət dostları ilə söhbət aparılmış, əsərlərindən səhnələr verilmişdir. Dramaturq, şair, nasir, teatr və kino xadimi kimi tanınmış Cəfər Cabbarlının böyük əməlləri bu gün də, sabah da yaşayacaqdır. Bu fikir filmin əsas qayəsini təşkil edir.
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası — Azərbaycan dövlət kinostudiyası. Kinostudiya 1920-ci ildə "Azərbaycan XMK-nın İncəsənət Şöbəsi" adı altında təsis olunub. Qurum indiki dövrdə Azərbaycan Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərir. Kinostudiyanın hazırkı direktoru Nazim Hüseynovdur. == Tarixi == İlk struktur nümunəsi kimi XlX əsrin sonlarında fotoqraf və kinooperator Aleksandr Mişon Bakıda elmi foto dərnəyin katibi və nəşriyyat sahibi olduğu fotoatelyeni nəzərə almalıyıq. 1920-ci ildə Nəriman Nərimanov kinematoqrafiya idarələrinin milliləşdirilməsi haqqında dekret imzalayır və xalq mədəniyyət komissarlığının tərkibində foto-kino şöbəsi (Azərbaycan XMK-nın İncəsənət Şöbəsi) yaradılır. 1923-cü ildə isə bu qurumu I Dövlət kinofabriki ("Azərbaycan Foto-Kino İdarəsi" (AFKİ) əvəzləyir. Azərbaycan kino strukturu sonrakı illərdə müxtəlif cür adlandırılıb. Məsələn, 1926–1930-cu illərdə "Azdövlətkino" (Azərbaycan Foto–Kino Sənaye və Ticarət Birliyi), 1930–1931-ci illərdə "Azərkino", 1934–1935-ci illərdə "Azdövlətkinosənaye" (Oktyabrın X illiyi adına kinofabrik), 1932–1941-ci illərdə "Azərfilm" (Azərbaycan Foto-Kino Sənayesi İdarəsi), 1939–1959-cu illərdə "Bakı kinostudiyası" (SSRİ Xalq Komissarları Sovetinin 1938-ci il 2 mart qərarı ilə bədii filmlərin Bakı Kinostudiyasının Nizamnaməsi təsdiq olundu. SSRİ Xalq Komissarları yanında Kinematoqrafiya İşləri üzrə komitənin 1938-ci il 30 iyun tarixli əmri ilə kinostudiya 1938-ci ildən bədii filmlərin Bakı Kinostudiyası adlandırıldı və 1944-cü ilə kimi Komitənin tabeliyində oldu.
Cəfər Cabbarlı adına mədəniyyət evi
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası — 1928-ci ildən Bakıda fəaliyyət göstərən kitabxana, 1937-ci ildən Cəfər Cabbarlının adını daşıyır. Kitabxana 9 şöbədən ibarətdir. Kitabxananın fondu klassik və müasir Azərbaycan, dünya ədəbiyyatı, lüğət və ensiklopediyalarla, dərsliklərlə, elmi-populyar və məlumat ədəbiyyatları ilə daim zənginləşdirilir. Kitabxananın fondu ümumilikdə 132 min 399 nüsxə ədəbiyyat təşkil edir. Gənclər kitabxanası statusunu daşıyan kitabxananın oxucu kontingentini əsasən 13-21 yaş həddində gənclər təşkil etməklə yanaşı, çoxsaylı istifadəçilərin arasında müəllimlər, tərbiyəçilər, müxtəlif sənət, peşə adamları, qulluqçular, təqaüdçülər də vardır. 2014-cü ildə kitabxana 13 min 503 nəfər oxucuya xidmət göstərmişdir. 2015-ci il 01 yanvar tarixinə olan məlumata görə kitabxananın fondunda 132 min 399 nüsxə kitab, 2 min 382 CD və DVD vardır. Kitabxnanın Elektron kataloquna 11 min 900 kitab, 186 CD və DVD daxil edilmişdir. Elektron kitabxanada olan kitabların sayı 200 yaxındır. == Tarixi == Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 1928-ci ildə yaradılıb.
Gülarə Cabbarlı
Gülarə Cəfər qızı Cabbarlı (11 fevral 1930, Bakı – 12 fevral 2018, Bakı) — filoloq, uzun illər Cəfər Cabbarlının ev-muzeyinin direktoru olub. Dramaturq Cəfər Cabbarlının qızıdır. "C. Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyi"nin rəhbəri, "Cəfər Cabbarlı Mükafatı" komissiyasının sədri. == Həyatı və fəaliyyəti == Gülarə Cabbarlı 1930-cu ildə Bakıda Cəfər Cabbarlının ailəsində dünyaya gəlib. 1948-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olaraq 1953-cü ildə ali təhsilini başa vurub. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi kimi işə başlayıb, 1979-cu ildə C. Cabbarlının ev-muzeyinə direktor vəzifəsinə təyin olunub. Fəaliyyəti dövründə onun muzeydə gerçəkləşdirdiyi layihələr sırasında yazıçının 100 illik yubileyi münasibətilə təsis olunmuş "Cəfər Cabbarlı Mükafatı"nı, yazıçının əsərlərinin toplandığı "Mənim tanrım—gözəllik", "XX əsr Azərbaycan incəsənətinin inkişafında Cəfər Cabbarlının rolu" adlı kitablarını, həmçinin, ədibin öz sözlərinə bəstələdiyi mahnılardan və şeirlərdən ibarət "Azad bir quşdum" adlı musiqi albomunu göstərmək olar. 2001-ci ildən ömrünün sonunadək Gülarə xanım eyni zamanda "C. Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyi"nin rəhbəri, "Cəfər Cabbarlı Mükafatı" komissiyasının sədri olmuşdur. Gülarə Cabbarlı 2018-ci ildə 88 yaşında dünyasını dəyişmişdir. == Mükafatları == 2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif edilmişdir.
Güloğlan Cabbarlı
Güloğlan Məhərrəm oğlu Cabbarlı (14 iyul 1976, Düdəngə, İliç rayonu) — Kunqfu-Sanda Dünya Çempionu (2007, Peruci, İtaliya). == Həyatı == Güloğlan Cabbarlı 1976-cı il 14 iyul tarixində Naxcıvan Muxtar Respublikasının Şərur rayonunun Düdəngə kəndində anadan olmuşdur. 1982–1992-ci illərdə Şərur rayonu Cəlilkənd orta məktəbini bitirmişdir. 1999–2004-cü illərdə Bakı Dövlət Üniversitetinin (BDU) hüquq fakültəsindən məzun olmuşdur. 2004–2005-ci illərdə Azərbaycan ordusunda həqiqi hərbi xidmətdən keçmişdir. Ailəlidir.
Gültəkin Cabbarlı
Gültəkin Əjdər qızı Cabbarlı (9 mart 1929, Bakı – 15 oktyabr 1996, Bakı) — 1950-ci il fevralın 6-dan Radiolaşdırma və Radio Verilişləri Komitəsi Radioinformasiya Komitəsinin, 1954-cü ildən Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsinin, 1957-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsinin, 1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin diktoru, Azərbaycan SSR əməkdar artisti (1990). == Həyatı == Gültəkin Cabbarlının Azərbaycanda peşəkar diktorluq məktəbinin yaranmasında xüsusi xidmətləri olub. O, təmiz, cilalanmış, məlahətli səs sahibi idi. 1947-ci ildə orta məktəbi bitirib. 1950-ci il fevralın 6-da Dövlət radiosunda diktor vəzifəsində işə qəbul olunub. 1953-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1955-ci ildə Aydın Qaradağlı ilə ailə həyatı qurub. 1956-cı ildə Xanım, 1959-cu ildə Aygül adlı qızları, 1966-cı ildə isə Vüqar adlı oğlu anadan olub. 1990-cı ildə Azərbaycan SSR əməkdar artist fəxri adına layiq görülüb. 1996-cı il oktyabrın 15-də dünyasını dəyişib.
Cəfər Cabbarlı mükafatı
Cəfər Cabbarlı mükafatı — mükafat ilk dəfə 1935-ci ildə təsis olunub, Cəfər Cabbarlı Ev-Muzeyinin layihəsi əsasında "C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım ictimai birliyi"nin iştirakı və BP şirkətinin sponsorluğu ilə 2001-ci ildə bərpa edilib. Mükafat böyük yazıçının 100 illiyi münasibətilə Cəfər Cabbarlı teatrının və yaradıcılığının səhnə təcəssümü, tədqiqi və təbliği sahəsində müstəsna işlərə, əsərlərə, Azərbaycan ədəbiyyatının və teatrının, estetik fikrinin inkişafında xüsusi hadisə olan bədii nümunələrə görə teatr xadimlərinə və dram yazarlarına təqdim edilib. Cəfər Cabbarlı mükafatının ilk baş qalibi "Aydın" tamaşasının rejissor işinə görə xalq artisti Mikayıl Mirzə olub. "Sevil" operasında Balaş roluna görə xalq artisti Azər Zeynalov "Ən yaxşı kişi obrazı", Sevil roluna görə əməkdar artist Zemfira İsmayılova "Ən yaxşı qadın obrazı" nominasiyasında bu mükafata sahiblənib. == Laureatlar == == İstinadlar == == Xarici keçidlər == “Cəfər Cabbarlı Mükafatı” təqdim olunacaq (az.) Cəfər Cabbarlı mükafatı təqdim olunacaq Arxivləşdirilib 2016-05-21 at the Wayback Machine (az.) Cəfər Cabbarlı mükafatı sahiblərinə təqdim olunub. Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine apa.az, 16.04.2010.
C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı
Gəncə Dövlət Milli Dram Teatrı — 1921-ci ildə noyabr ayının 13-də Bakıda yaradılmış teatr. Gəncə Dövlət Dram Teatrı 1925-ci ilə kimi "Tənqid-təbliğ" teatrı adı ilə 1925-ci ildən isə "Bakı-işçi-kəndli" teatrına çevrilmişdir. 1932-ci ilin dekabr ayında teatr bütün heyəti ilə birlikdə Gəncəyə köçürülmüş və fəaliyyətini burada davam etdirmişdir. == Tarixi == Gəncə şəhərində XIX əsrdə həvəskar teatr truppaları fəaliyyət göstərməyə başlayırlar. 1899-cu ildə burada "Teatr" adlanan bina həvəskar aktyorların ixtiyarına verilib. 1906-cı ildə isə həvəskarlardan ibarət "Gəncə müsəlman dram məclisi" teatr truppası yaradılıb. Sonradan 1915-ci ildə ilk dəfə olaraq Gəncədə "Qız məktəb"-i tələbələrinin ilk dram truppası da yaradılır. Bu truppada gələcəkdə teatr tarixində vacib rol oynayacaq Adil İsgəndərov, Barat Şəkinskaya, Mir İbrahim Həmzəyev və digərləri fəaliyyət göstəriblər. Gəncə Dövlət Dram Teatrı 1921-ci ildə noyabr ayının 13-də aktyor Hacıağa Abbasovun təşəbbüsü və rəhbərliyi Bakıda yaranmışdır. 1921-ci ildən 1925-ci ilə qədər "Tənqid-təbliğ" teatrı adı ilə, 1925-ci ildən 1932-ci ilə qədər isə "Bakı-işçi-kəndli" teatrı adı ilə fəaliyyət göstərmişdir.
Cəfər Cabbarlı. Səhnə əsərləri (film, 1973)
== Məzmun == Kinolentdə əyani dərs vəsaiti kimi istifadə olunmaq üçün Cəfər Cabbarlının səhnə əsərlərindən fraqmentlər verilmişdir. == Film haqqında == Tədris filmi Azərbaycan Maarif Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi
Azərbaycanda teatr muzeyinin — Azərbaycan Respublikasının zəngin və qabaqcıl mədəniyyət ocaqlarından biri. Direktoru Sevinc Mikayılovadır. Muzeydə 140 mindən çox əşya toplanmışdır. Muzey Mərkəzində yerləşir. == Yaranma tarixi == Muzeyin təşkili 1934-cü ilə təsadüf edir. Muzeyin yaradıcısı teatr tariximizin öyrənilməsində və təbliğində böyük əmək sərf etmiş Ağakərim Şərifov olmuşdur. 1934-cü ildə teatr işçilərinin respublika müşavirəsində belə bir muzeyin yaradılması barədə məsələ qaldırılmış və elə həmin ildə Azərbaycan Dövlət Dram Teatrının binasında belə bir muzey təşkil olunmuşdur. Əslində bu, teatr tarixinə aid sərgi və gələcək muzeyin təməli idi. Şahidlərin xatırladığına görə, sərginin açılış lentini kəsən böyük ədiblərimiz – Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyev belə demişlər: "Yaşasın Azərbaycan teatrı!" Məhz həmin gündən bu muzey teatr tarixinə və teatr xadimlərinə aid yadigarları, əlyazmaları, fotoşəkilləri, rəsm əsərlərini, müxtəlif sənədləri toplayan və qoruyan məbədə çevrilmişdir. Sərgi tez bir zamanda o vaxtlar fəaliyyət göstərən Azərbaycan Dövlət Muzeyinin teatr şöbəsi kimi rəsmiləşdirilir.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası — 1928-ci ildən Bakıda fəaliyyət göstərən kitabxana, 1937-ci ildən Cəfər Cabbarlının adını daşıyır. Kitabxana 9 şöbədən ibarətdir. Kitabxananın fondu klassik və müasir Azərbaycan, dünya ədəbiyyatı, lüğət və ensiklopediyalarla, dərsliklərlə, elmi-populyar və məlumat ədəbiyyatları ilə daim zənginləşdirilir. Kitabxananın fondu ümumilikdə 132 min 399 nüsxə ədəbiyyat təşkil edir. Gənclər kitabxanası statusunu daşıyan kitabxananın oxucu kontingentini əsasən 13-21 yaş həddində gənclər təşkil etməklə yanaşı, çoxsaylı istifadəçilərin arasında müəllimlər, tərbiyəçilər, müxtəlif sənət, peşə adamları, qulluqçular, təqaüdçülər də vardır. 2014-cü ildə kitabxana 13 min 503 nəfər oxucuya xidmət göstərmişdir. 2015-ci il 01 yanvar tarixinə olan məlumata görə kitabxananın fondunda 132 min 399 nüsxə kitab, 2 min 382 CD və DVD vardır. Kitabxnanın Elektron kataloquna 11 min 900 kitab, 186 CD və DVD daxil edilmişdir. Elektron kitabxanada olan kitabların sayı 200 yaxındır. == Tarixi == Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 1928-ci ildə yaradılıb.

"cabbarlı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cabbarlı nədir? #cabbarlı sözünün mənası #cabbarlı nə deməkdir? #cabbarlı sözünün izahı #cabbarlı sözünün yazılışı #cabbarlı necə yazılır? #cabbarlı sözünün düzgün yazılışı #cabbarlı leksik mənası #cabbarlı sözünün sinonimi #cabbarlı sözünün yaxın mənalı sözlər #cabbarlı sözünün əks mənası #cabbarlı sözünün etimologiyası #cabbarlı sözünün orfoqrafiyası #cabbarlı rusca #cabbarlı inglisça #cabbarlı fransızca #cabbarlı sözünün istifadəsi #sözlük