camaatı sözü azərbaycan dilində

camaatı

Yazılış

  • camaatı • 94.1134%
  • Camaatı • 5.7430%
  • CAMAATI • 0.1436%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dərbənd Camaatı
Meşə Qardaşları (1905-1906)
Gəloxçu camaatı
== Tarixçə == Gəloxçu soyu — Laçın rayonunda, Qarıqışlaq, Mişni, Hacılar, Sadınlar, Qılıçlı, Quşçu,Soyuqbulaq, Mayıs və başqa yaşayış məntəqələrini əhatə edir.Gəloxçu camaatı XVIII yüzildə Qaraçorlu mahalına, XIX yüzilin ikinci yarısından Zəngəzur qəzasına, XX yüzilin önlərindən Laçın rayonuna bağlıdır. 1823-cü ildə Gəloxçu obası vеrgi ödəyənlər: 78 tüstü, ödəməyənlər: kəndxudalar Mirzə bəy, Vəli bəy, Həsən bəy ibarət idi. 1827-ci ildə Gəloxçu obası vеrgi ödəyən 91, ödəməyən 5, rəncbər 2 tüstüdən təşkil olunmuşdu. Gəloxçu obasında əhali sayı == Gəloxçu obası şəhidləri == Qərib Baxşəliyev Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi. == Gəloxçu obası tanınmış şəxsləri == Şakir İsayev Akif Səlimov Əbülfət Kərimov İsmayıl Mirzəyev Məcid Mirzəyev Yusif Mirzə == Mənbə == Ənvər Çingizoğlu, Gəloxçu camaatı, "Soy" dərgisi, Bakı, 2010. Əli Məcidli, Gəloxçular və Törə, Bakı, 2019.
Hacılı camaatı
Hacılı camaatı — Cavanşir elinin böyük qollarından biridir. XVIII yüzildə Yağləvənd oymağının Gecəgözlü, Seyidəhmədli qolları, elin digər oymağı Köçərlinin bir budağı olan Mahmudlunun birləşməsi nəticəsində yaranıb. Bu camaat Qarabağ xanlığının yaranmasında fəal iştirak edib. XIX yüzildə Hacılı camaatına Gecəgözlü, Seyidəhmədli, Mahmudlu, Aybasanlı, Mirzəcamallı, Şıxılı, Comərdli və Sarılar obaları daxil idi. XIX yüzilin ortasında Mahmudlu obasının yeni qolları meydana gəldi. Bunlar Hüseynbəyli və Ələsgərli obaları idilər. Aybasanlı obasından isə Qorqan şenliyi əmələ gəldi. Hacılı camaatı Rus-İran savaşlarında fəal iştirak etmişdi. Bu camaatdan xeyli tanınmış şəxs çıxıb. == Mənbə == Ənvər Çingizoğlu, Hacılılar, Bakı, “Soy” dərgisinin özəl nəşri, 2004, 238 səh.
Hacısamlı camaatı
Hacısamlı camaatı — XVIII yüzilin ikinci yarısında Qaraçorlu mahalında cəmləşən ən böyük icmalardan biri. == Camaatın tarixi == Camaat öz adını Hacı Sam Şadılıdan alıb. Bəzi qaynaqlara görə, Hacı Sam Xorasanda ömür-gün sürüb. Hacı Samın Hüsən adlı oğlu vardı. Hüsən Xorasanda, Məşhəd dövrəbərində dünyaya gəlmişdi. Heyvandarlıqla məşğul idi. Müqəddəs Məkkəyi-Mükərrəmi ziyarət etmişdi. Hacı Hüsənin Şirin bəy adlı oğlu vardı. Şirin bəy Məşhəd civarında dünyaya göz açmışdı. Yekəlib, yetman igid olandan sonra, tayfa-toluğunu (10 ailədən ibarət Babadünlü tayfasını) başına yığıb, Qarabağa üz tutmuşdu.
Mənzil camaatı
Mənzil icması Nəqşibəndiliyə bağlı olan və Türkiyədəki icmaların içərisində ən çox üzvü olan icmalardan biridir. Məhəmməd Rəşid Erol (1930–1993) tərəfindən təsis edilmişdir. Bu gün onların lideri Abdulbaki El Huseynidir. Adıyamanın rayonlarından biri olan Kahta mahalında, həmçinin Ankara və İstanbulda da bu icmanın üzvləri mövcuddur. Türk siyasətçilərindən və Türkiyə Cümhuriyyətinin keçmiş dövlət nazirlərindən bəziləri Mənzil Cəmiyyətinin üzvləri olmuşdurlar. Mənzil üzvlərinin yaratdığı Səmərqənd fondu, turizm şirkətləri, media orqanları, fondlar və təhsil müəssisələri kimi müxtəlif şirkətlər və təşkilatlar; cəmiyyətin əsas iqtisadi resursunu təşkil edir. İcmanın mərkəzi Adıyaman hesab olunur. Mənzil adını mənşəyi də Adıyamanın Kahta rayonundakı Mənzil kəndindən götürülmüşdür.
Nur Camaatı
Nur Camaatı — Səid Nursinin risalələrində açıqladığı fikirlərə əsaslanan, XX əsrin əvvəllərində yaranmışdir Camaatın davamçıları Səid Nursinin risalələrindəki fikirlərə və dünya görüşünə riayət edirlər. Risale-i Nurları oxuyana Nur tələbəsi deyilir. Hazırda hərəkat Nur Camaatı adı ilə də tanınır. == Nur camaatının yayılması == Risale-i Nur camaatı hazırda Türkiyədə geniş yayılmışdır. Bundan başqa Azərbaycan, Almaniya, ABŞ, Avstraliya, Özbəkistan, Qazaxıstan, Rusiya, Tatarıstan, Qırğızıstan və s. kimi ölkələrdə də Risale-i Nurlar oxunur. 1996 ilində Diyanət İşləri Başqanlığı tərəfindən açıqlanan raporda Nur camaatinin qolları və fəaliyetleri bu şəkilde açıqlanmışdır Yazıcılar Qurubu (Əhməd Hüsrəv Altınbaşak) Sözlər Gurubu (Mustafa Sunqur) Suffe Gurubu (Mehmet Kırkıncı) İstanbul Gurubu (Abdullah Yeğin,Hüsnü Bayram,Ahmet Aytimur) Kurdoğlu Gurubu (Mehmet Kurdoğlu) İhlas Nur Gurubu (M.Said Özdemir) Nesil Gurubu (Mehmet Fırıncı), Yeni Asya Gurubu (Yeni Asya Gazetesi, Mehmet Kutlular) Zehra Gurubu (İzzettin Yıldırım) Med-Zehra qrupu (Muhammed Sıddık Dursun)Azərbaycanda Nur camatının Mustafa Sunqur qurubu var.
Tərəkəmə camaatı
Qarapapaqlar və ya Tərəkəmələr — Şimali Qafqazda Dərbənd, Gürcüstanda Kvemo-Kartli, Azərbaycanda Qazax, İranda Sulduz və Türkiyədə isə ümumi olaraq Şimal-şərqi Anadoluda yaşayan Azərbaycan türklərinə bağlı bir tayfa. Əhali əsasən maldarlıqla məşğul olur və əksər hallarda köçərilər kimi rast gəlinir.Orta əsrlərdə digər türk və monqol tayfaları ilə birlikdə Qərbi Asiyaya köç etdikdən sonra Qarapapaqlar şərqi Gürcüstanın Debed çayı ətrafında məskunlaşmışdırlar. Bu ərazi müasir Gürcüstan ilə Ermənistan sərhədi boyunca yerləşməkdədir. 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandıqdan sonra onların bir hissəsi Qacar imperiyasına, bir hissəsi isə Osmanlı imperiyasına köç etmişdir. Çar Rusiyası ərazisində qalmış Qarapapaqlar rəsmi siyahıyaalınmalarda Azərbaycan türklərindən ayrı hesab edilmişdir, lakin Sovet dövründə onlar tədricən digər Azərbaycan türkləri ilə qarışmışdırlar. Beləliklə, onlar 1959 və 1970-ci illərdə azərbaycanlı olaraq siyahıyaalınmışdırlar. 1944-cü ildə Qarapapaqlardan xeyli sayda insan Mərkəzi Asiyaya sürgün edilmişdir. Tarixən müsəlman olan Qarapapaqlar həm sünni, həm şiə, həm də Əliallahilik məzhəbində olmuşdurlar. Son dövrlərdə Sovet İttifaqının etnoqrafiyası barədə aparılmış araşdırmalara görə, Qarapapaqların çoxu 1980-ci illərdə Türkiyədə, İranda, Mərkəzi Asiyada (əsasən Özbəkistanda) və Cənubi Qafqaz ölkələrində (əsasən Ermənistan və Gürcüstanda) yaşamaqda idilər. 1988-ci ildən başlayan Ermənistandan azərbaycanlıların ikinci deportasiya prosesi zamanı Qarapapaqlar oranı tərk edərək Azərbaycan Respublikası ərazisinə yerləşmişdir.
Car-Balakən camaatı
Car-Balakən camaatlığı — Azərbaycanın şimal-qərbində qan qohumluğuna əsaslanan sosial-siyasi qurum. == Haqqında == === Car-Balakən azad camaatlığının quruluşu === XVII_XIX əsrlərdə şimal-qərbi Azərbaycanda mövcud olan dövlət təsisatlarından biri Car-Balakən camaatlığı idi. ""Camaat" ərəb sözü olub ayrıca icmanı bildirir. Şimal-qərb və qərbdən Kaxetiya, cənubdan Şirək düzü, şərqdən Şəki xanlığı ilə həmsərhəd olan bu feodal təsisatı əsasən Alazanın aşağı axarında yerləşirdi. Ərazinin tərkibinə Baş Qafqaz silsiləsinin şimal yamacında yerləşən torpaqlar da daxil idi. Getdikcə nüfuzlu hərbi siyasi birləşməyə çevrilən Car-Balakən icması Qafqazda cərəyan edən hadisələrə mühüm, bəzən də həlledici təsir göstərirdi. Tarixşünaslıqda Car etnonimi müxtəlif baxımdan izah olunmuşdur. Şopen Car-Balakən etnonimini bu cür izah edir: "Bu söz Car-Pilləkəndir və mənası yol, pilləkən deməkdir. Car-türk sözü olub yol deməkdir. Məhz bu ərazidən Alan qapılarına gedən yol başlanır" Qədim Azərbaycan torpaqlarında yaranan Car-Balakən camaatları özündə altı camaatı-Car, Balakən, Tala, Katex, Muxax və Cınıxı birləşdirirdi.
Bakı Camaatının Həyatı və Velikoknyaz Prospekti ilə Hərəkəti (1900)
Bakı camaatının həyatı və Velikoknyaz prospekti ilə hərəkəti qısametrajlı sənədli filmi rejissor Q. Matye tərəfindən 1900-cü ildə çəkilmişdir. Reportaj xarakterli kinoxronikada Bakı polismeystri, yanğınsöndürən heyət və şəhər əhalisi çəkilmişdir. == Məzmun == Reportaj xarakterli kinoxronikada Bakı polismeystri, yanğınsöndürən heyət və şəhər əhalisi çəkilmişdir.
Bakı camaatının həyatı və Velikoknyaz prospekti ilə hərəkəti (film, 1900)
Bakı camaatının həyatı və Velikoknyaz prospekti ilə hərəkəti qısametrajlı sənədli filmi rejissor Q. Matye tərəfindən 1900-cü ildə çəkilmişdir. Reportaj xarakterli kinoxronikada Bakı polismeystri, yanğınsöndürən heyət və şəhər əhalisi çəkilmişdir. == Məzmun == Reportaj xarakterli kinoxronikada Bakı polismeystri, yanğınsöndürən heyət və şəhər əhalisi çəkilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 5.28 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 34.26
2003 •••••••••••• 19.29
2004 •• 2.70
2005 •••••••••••• 19.57
2006 ••• 4.96
2007 1.69
2008 ••••• 7.31
2009 ••• 4.16
2010 ••••• 7.44
2011 ••• 4.63
2012 ••• 3.79
2013 ••••• 7.44
2014 •••••• 9.61
2015 •• 3.40
2016 ••• 5.03
2017 1.46
2018 1.20
2019 ••• 3.62
2020 ••• 4.64

"camaatı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#camaatı nədir? #camaatı sözünün mənası #camaatı nə deməkdir? #camaatı sözünün izahı #camaatı sözünün yazılışı #camaatı necə yazılır? #camaatı sözünün düzgün yazılışı #camaatı leksik mənası #camaatı sözünün sinonimi #camaatı sözünün yaxın mənalı sözlər #camaatı sözünün əks mənası #camaatı sözünün etimologiyası #camaatı sözünün orfoqrafiyası #camaatı rusca #camaatı inglisça #camaatı fransızca #camaatı sözünün istifadəsi #sözlük