* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Can vermək, diriltmək. Xanlar belə bir insanı canlandırıb yarada bilərmi? S.Rəhimov. // Ayıltmaq, özünə gətirmək. Özündən getmiş adamı canlandırmaq. – Bu fikirlər Veranı canlandırdı. S.Rəhman. [Hüseyn:] Onda canlandırar üfüqlər məni; İstəyənlər baxıb görərlər məni… M.Rahim. // məc. Yeni həyat vermək, dirçəltmək, şənləndirmək; canlı göstərmək. Dəmir yol ucqar yerləri canlandırdı. – [Aktyor] surətin fərdi, insani, psixoloji gözəlliyini və zəifliyini də canlandıra bilir. M.İbrahimov. Mühəndislər, fəhlələr gəldilər. Onlar boz səhranı canlandırdılar. 2. məc. Unudulub getmiş, yox olmuş bir şeyi hafizədə bərpa etmək, yada salmaq, onun haqqında aydın təsəvvür yaratmaq. [Kərimxan] xəyalında həyatının başqa sahələrini canlandırmağa çalışır. M.İbrahimov. İndi isə şairin şüuru bu gecə gördüyü xarabadan mütəəssir olaraq, bir vaxtlar zəif bir duman kimi tutub saxladığı o qorxunc mənzərələri yenidən canlandırır… Ə.Məmmədxanlı. 3. məc. Gücləndirmək, fəaliyyətini daha da artırmaq. Kənddə ticarəti canlandırmaq. İşləri canlandırmaq lazımdır. Dərnəyin fəaliyyətini canlandırmaq. 4. Şənləndirmək, hərəkətə gətirmək. Qəhrəman sakit olmuş məclisi canlandırdı. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / canlandırmaq2 глаг. 1. оживлять, оживить: 1) возвращать, возвратить к жизни, воскрешать, воскресить. Ölünü canlandırmaq (cana gətirmək) оживить покойника, orqanizmi canlandırmaq оживить организм 2) восстанавливать, восстановить физические и душевные силы; освежевать, освежить. Dağ havası xəstəni canlandırdı горный воздух оживил больного, istirahət canlandırır отдых оживляет, освежает 3) восстанавливать, восстановить в памяти что-л. забытое, исчезнувшее. Obrazını xəyalında canlandırmaq kimin оживить в памяти образ чей 4) выводить, вывести из состояния вялости, апатии. Məclisi söhbətlə canlandırmaq оживить беседой компанию 5) делать, сделать более подвижным, выразительным, ярким (лицо, глаза). Sevinc hissi sifətini canlandırdı чувство радости оживило лицо чье 6) наполнять, наполнить жизнью, движением. Səxraları canlandırmaq оживить пустыни 7) делать, сделать более интенсивным, активизировать. Fəaliyyətini canlandırmaq nəyin оживить деятельность чего, ticarəti canlandırmaq оживить торговлю 2. возрождать, возродить разрушенное. İqtisadiyyatı canlandırmaq (dirçəltmək) возродить экономику, sənayeni canlandırmaq (dirçəltmək) возродить промышленность 3. воссоздавать, воссоздать: 1) восстанавливать, восстановить в памяти, в воображении. Keçmişin mənzərələrini canlandırmaq воссоздать картины прошлого; fikrində surətini canlandırmaq kimin в мыслях воссоздать образ чей 2) творчески воспроизводить, воспроизвести, изображать, изобразить. Yaradıcılıqla canlandırmaq творчески воссоздать; gözləri önündə (xəyalən) canlandırmaq мысленно представить
Azərbaycanca-rusca lüğət / canlandırmaq1 f. to revive (d.); to pep (d.), to resuscitate (d.), to vivify (d.), to enliven (d.); to reanimate (d.), (həyat vermək) to pep (up), to give* life to; bir kəsi ~ to pep up smb.
Azərbaycanca-ingiliscə lüğət / canlandırmaq1 f. ressusciter vi, ranimer vi, revivre vi ; donner la vie (həyat vermək)
Azərbaycanca-fransızca lüğət / canlandırmaq1 гл. 1. ччан гъун, дири авун; вич-вичел хкун, уяхарун; // пер. ччан гъун, кӀубанарун; ччан алаз къалурун; 2. пер. рикӀел гъун (хкун), фикирдиз гъун, вилерикай карагарун (мес. рикӀелай алатнавай са кар); 3. пер. гужлу авун, къуват кутун; кӀвачел акьалдарун; 4. шадарун, гьерекатдиз гъун, ччан гъун (мес. межлисдал).
Azərbaycanca-ləzgicə lüğəti / canlandırmaq