Cavadxan sözü azərbaycan dilində

Cavadxan

Yazılış

  • Cavadxan • 99.6089%
  • cavadxan • 0.3911%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cavadxan
Cavad xan və ya Cavad xan Ziyadoğlu-Qacar (1748, Gəncə – 1803, Gəncə) — Qacar xanədanından olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı. 1786-cı ildən Gəncəni idarə edən Cavad xan 1804-cü ilin yanvar ayının 3-dən 4-ə keçən gecə general Pavel Sisiyanovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Cavad xan Gəncədə XVI əsrdən hökmranlıq edən Ziyadoğlular nəslindəndir. Ziyadoğlular ilk doqquz Qızılbaş tayfalarından olan qacarların bir qoludur. Cavad xan o dövrdə sürətlə bir-birini əvəz edən mürəkkəb hadisələr fonunda öz fəal siyasi fəaliyyəti ilə digər Azərbaycan xanlarından seçilirdi. Yaxınlaşan təhlükə qarşısında Azərbaycan, Dağıstan və Gürcüstan hakimlərinin vahid cəbhədən çıxış etmək meyllərindən məharətlə istifadə edən Gəncə xanı antirus koalisiya yaratmağa çalışır, hətta buna müəyyən qədər müvəffəq olur. Gəncə, Qarabağ, Şəki xanları, ləzgi şamxalları və gürcü şahzadəsi Aleksandr Rusiyaya qarşı birgə mübarizə aparacaqlarına and içirlər, lakin həlledici anda Gəncə xanına heç kim kömək etmir və o, güclü düşmən qarşısında tək qalır. Cavad xanın başcılığı ilə gəncəlilər təcavüzkara qarşı 1 aydan artıq müddətdə mübarizə aparırlar. Cavad xan 1748-ci ildə Gəncə şəhərində doğulub. Cavad xanın atası Şahverdi xan 1756-cı ildən 1761-ci ilə qədər Gəncənin xanı olmuşdu.
Cavadxan (Gəncə)
Cavadxan — Azərbaycan Respublikasının Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 dekabr 2011-ci il tarixli, 270-IVQ saylı Qərarı ilə Gəncə şəhərinin Kəpəz rayonunun Cavadxan yaşayış məntəqəsinə qəsəbə statusu verilmiş, Cavadxan qəsəbəsi mərkəz olmaqla Cavadxan qəsəbə inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Cavadxan (dəqiqləşdirmə)
Cavad xan
Cavadxan dəftərxanası
Cavad xan dəftərxanası — XVIII əsrdə Gəncə xanı Cavad xanın göstərişi ilə tikilmiş tarixi bina. 1968-ci ildən Ölkə əhəmiyyətli tarixi abidə kimi qorunan bu bina qədim qırmızı Gəncə kərpicləri ilə tikilmişdir. İnventar nömrəsi 185-dir. == Tarixi == Abidə XVIII əsrdə Cavad xanın əmri ilə tikilmişdir. Binanın tikintisində qırmızı kərpic və gil-əhəng qatışığından istifadə edilib. Bina 2012 Aprelin 4-də sökülüb və yerində yenisi tikilib.Cavad xanın dövründə binada Usuf bəyin rus dili məktəbi fəaliyyət göstərib. Sovet dövründə gürcü şairi Nikolaz Baratişvilinin ev muzeyi kimi də istifadə olunub. Nikolaz Baratişvili 1845-ci ilin may ayından oktyabr ayınadək Gəncədə Qəza rəisinin müavini vəzifəsində işləyərkən bu binada yaşamış və işləmişdir. 2012-ci ilə qədər Cavad xanın dəftərxanası muzey kimi fəaliyyət göstəririb.Tarixi abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 №-li Qərarı ilə təsdiq edilmiş, "Azərbaycan Respublikası ərazisində Dövlət Mühafizəsinə götürülmülmüş. Daşınmaz tarix-mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsün"də ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qeydə alınmışdır.
Cavadxan Qasımov
Cavadxan küçəsi
Cavad xan
Cavadxanlı
Cavadxanlı — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.79 dəfə / 1 mln.
2003 ••••••• 1.57
2005 •••••• 1.35
2006 •• 0.45
2007 ••••• 1.06
2008 ••• 0.73
2009 •••••••••••••••••••• 4.96
2010 •••••••••• 2.36
2011 •••••••••••••• 3.35
2012 ••••••••••• 2.67
2013 ••••••••••••• 3.21
2014 •••••••••••••••••••• 4.81
2015 •••••••••••••••••••• 4.76
2016 •••••••••••• 2.95
2017 ••••••• 1.63
2018 •••••••••••••••• 3.75
2019 •••••••••••••••• 3.89
2020 •••••••• 1.86

cavadxan sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

Cavad xan; comərd, səxavətli xan.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#cavadxan nədir? #cavadxan sözünün mənası #cavadxan nə deməkdir? #cavadxan sözünün izahı #cavadxan sözünün yazılışı #cavadxan necə yazılır? #cavadxan sözünün düzgün yazılışı #cavadxan leksik mənası #cavadxan sözünün sinonimi #cavadxan sözünün yaxın mənalı sözlər #cavadxan sözünün əks mənası #cavadxan sözünün etimologiyası #cavadxan sözünün orfoqrafiyası #cavadxan rusca #cavadxan inglisça #cavadxan fransızca #cavadxan sözünün istifadəsi #sözlük