cəngavərlər sözü azərbaycan dilində

cəngavərlər

Yazılış

  • cəngavərlər • 78.5714%
  • Cəngavərlər • 21.4286%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qara Cəngavərlər
Qara Cəngavərlər — Sinqapur Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün F-16 təyyarələri istifadə olunur. Təyyarələr Sinqapur bayrağının rənglərinə boyanmışdır. Eksadron Sinqapur dövlətinin yaranmasınan 8 il, Sinqapur Hərbi Hava Qüvvələrinin yaranmasında 5 il sonra 1973-cü ildə yaradılmışdır. Əvvəlcə komanda Osprey Red adlanırdı. 1974-cü ildən etibarən Qara Cəngavərlər adlanmağa başladı. Komandanın ilk şou təyyarəsi Hawker Hunter olmuşdur. 2000-ci ildən etibarən komanda 6 ədəd F-16 təyyarəsi ilə aviaşoular həyata keçirir. 2014-cü ildən təyyarlərə ağ-qırmızı dizayn saxlanılmaqla ay və 5 ulduz əlavə olunmuşdur.
Cəngavərlər (aerobatika eskadronu)
Al Fursan (ərəb. ﺍﻟﻔﺮﺳﺎﻥ‎) (azərb. Cəngavərlər‎) – Birləşmiş Ərəb Əmirlikləri Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronu. Təməli 2010-cu ildə qoyulmuşdur. Şou təyyarəsi olaraq Aermacchi MB-339 istifadə olunur. Komandada 10 ədəd təyyarə var və onlardan 7si şou zamanı istifadə olunur. Təyyarələr qara və qızılı rənglərə boyanıb. Bu rənglər səhra və onun altında yatan nefti təmsil edir. Şou zamanı BƏƏ bayrağının rənglərini əks etdirmək üçün qırmızı, ağ, qara və yaşıl tüstüdən istifadə olunur. Şou zamanı qara tüstüdən istifadə edən yeganə komandadır.
Malta cəngavərləri
Malta Suveren Hərbi Ordeni və ya Malta cəngavərləri (lat. : Cavalieri Ospitalieri ) ― XI əsrdə yaranmış dini və hərbi orden. Qospital Cəngavərləri vəya St. Jean Cəngavərləri təriqəti (Latınca: Cavalieri Ospitalieri / Xəstəxana Cəngavərləri) 1070-ci illərdə qurulan bir cəngavər təriqətidir. Sonralar Rodos Cəngavərləri, daha sonra Malta Cəngavərləri kimi tanınmışdır. İlk başçısı təxminən 1100-cü illərdə seçilmiş olan Peter Gerard idi. Qüds krallığı qurulduqdan sonra Godfroi de Bouillon təriqətə torpaq bağışlayır. 1113-cü ildə Papa II. Paschal onları təriqət kimi tanıyır. 1120-ci illərdə silahlanmağa başlayan təriqətin ilk hərbi fəaliyyətləri 1136-cı ildə həyata keçirilmişdir. Katolik kömək dərnəyi kimi bu günə qədər gəlib çıxan bu təriqət tarixdə bəzi dönəmlərdə müstəqil dövlət kimi güclü bir donanmaya sahib olmuş, Avropa, İslam və Osmanlı tarixində böyük izlər qoymuşdur.
Məbəd cəngavərləri
Tampliyerlər (fr. templiers — "məbədçilər"; fr. temple sözündən), Məbəd cəngavərləri və ya Məsihin və Süleyman məbədinin cəngavərləri (lat. Pauperes commilitones Christi Templique Salomonici) — orta əsrlərdə Fransada və digər Avropa ölkələrində mövcud olmuş cəngavər ordenlərindən biri. Səlib yürüşlərində fəal iştirak etmişlər. I Səlib yürüşü zamanı ələ keçirilmiş Qüdsü ətrafdakı müsəlman dövlətlərindən qorumaq və bura ziyarətə gələn xristian zəvvarları mühafizə etmək məqsədilə Huqo de Peynin başçılıq etdiyi bir qrup cəngavər tərəfindən 1119-cu ildə yaradılmışdır. Təriqət Avropada bank və sələm sistemini genişləndirmişdir. Fransa kralı IV Filipin 1307-ci il sentyabrın 22-də verdiyi göstərişə əsasən oktyabrın 13-ü, cümə günü ordenin Fransa ərazisindəki bütün üzvləri həbs olunaraq istintaqa cəlb edilmişdir. Tampliyerlərə vurulan son zərbə, 23-cü və sonuncu magistr olan Jak de Molenun tonqalda yandırılması olmuşdur. Orden XII–XIII əsrlərdə çox varlı olmuşdur.
Qara gölün cəngavərləri (film, 1984)
Bakı. 1905-ci il. Neftçilərin fəhlə qəsəbəsi. Dözülməz əmək şəraiti nəticəsində fəhlələr tətil edirlər. Macəra filminin qəhrəmanları hələ kiçik yaşlarından həyatın acısını dadan, çətinliklərlə üzləşən, ağır zəhmətə qatılaşmalı olan uşaqlardır. Onlar da böyüklərlə birlikdə istismarçılara qarşı mübarizədə iştirak edirlər. Film avtobioqrafik xarakter daşıyır. Film yazıçı Süleyman Vəliyevin "Şor Cüllütü" povestinin motivləri əsasında çəkilmişdir. Film 1-c kateqoriyaya layiq görülmüşdür. 1)1985-ci ildə Minskdə XVIII Ümumittifaq kinofestivalı Filmə Ümumittifaq Komsomolu Mərkəzi Komitəsinin Diplom və Prizi verilmişdir.
Rus Cəngavərləri
Rus Cəngavərləri (rus. Русские витязи) — Rusiya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Eskadron 1991-ci il 5 aprel tarixində yaradılmışdır. Tək və qrup halında pilotaj fiqurları yerinə yetmək üçün çoxməqsədli yüksək manevr qabiliyyətinə malik Su-27 təyyarələrindən istifadə olunurdu. 2016-cı ildə komanda Su-30 təyyarələri əldə etdi. 2019–2020-ci illərdə Su-35 təyyarlərləri komandanın ixtiyarına verildi. Hal-hazırda komanda hər 3 model təyyarəyə sahibdir. 1991-ci ilin əvvəllərində 6 təyyarədən ibarət komanda formalaşdı və həmin il aprelin 5-də "Rus Cəngavərləri" aerobatika komandası quruldu. Uçuşlar üçün istifadə olunan təyyarələr Rusiyanın dövlət bayrağının rənglərinə boyanıb. Əvvəlcə aviasiya qrupu "Mavi Şimşəklər" adlanırdı, lakin sonradan məlum oldu ki, Yaponiya Hərbi Hava Qüvvələrinin aerobatika komandası "Mavi İmpuls" adlanır.
Zena: Cəngavərlərin şahzadəsi (teleserial, 1995)
Zena: Cəngavər Şahzadəsi (ing. Xena: Warrior Princess) — 1995-2001-ci illərdə istehsal olunmuş Bədii Televiziya Teleserialıdır. İlk dəfə Azərbaycan efirində Azərbaycan Televiziyasında göstərilmişdir. Keçmişdə Zena qəddar qatil idi. Onun ordusu yollarına düşən hər şeyi məhv etmişdir. Ordusuna xidmət edən adamlar kəndliləri qarət edir və ya öldürürdü. Amma bu artıq keçmişdə qalmışdır. İndi Zena şərin tərəfindən dönüb xeyirin tərəfinə keçmişdir. Zena zəif insanların tərəfini saxlayır və onlara pis tərəflərlə mübarizə etməkdə kömək edir...
Şanxay cəngavərləri (film, 2003)
Şanxay cəngavərləri (ing. Shanghai Knights) — film David Dobkinin rejissorluğu ilə 2003-cü ildə çəkilmişdir. Baş rolları Ceki Çan və Ouen Vilson ifa edir. Film Şanxayda günorta filminin davamıdır. Çinli bir xain Çonqun atasını öldürüb İngiltərəyə qaçanda, Çonq və Roy kral möhürünü qaytarmaq üçün Londona gedirlər. Çonun bacısı Lin da eyni şeyi istəyir və kral ailəsinə qarşı bir hiylə açır, amma demək olar ki, heç kim ona inanmır. Ceki Çan — Çonq Vanq Ouen Vilson — Roy Aaron Canson — Çarli Çaplin Tom Fişer — Artur Doyl Eydan Qiller — Nelson Ratboun Fan Vonq — Çonqun bacısı Donni Yen — Vu Çoy Aliver Kotton — Qarındeşən Cek 2003 MTV Kanal Mükafatlarında Şanxay Cəngavərləri filmi Ən Yaxşı Mübarizə, Ən Yaxşı Ekran Komandası (Ceki Çan, Ouen Vilson) mükafatları uğrunda yarışdı, lakin heç bir mükafat almadı.
Qara gölün cəngavərləri
Bakı. 1905-ci il. Neftçilərin fəhlə qəsəbəsi. Dözülməz əmək şəraiti nəticəsində fəhlələr tətil edirlər. Macəra filminin qəhrəmanları hələ kiçik yaşlarından həyatın acısını dadan, çətinliklərlə üzləşən, ağır zəhmətə qatılaşmalı olan uşaqlardır. Onlar da böyüklərlə birlikdə istismarçılara qarşı mübarizədə iştirak edirlər. Film avtobioqrafik xarakter daşıyır. Film yazıçı Süleyman Vəliyevin "Şor Cüllütü" povestinin motivləri əsasında çəkilmişdir. Film 1-c kateqoriyaya layiq görülmüşdür. 1)1985-ci ildə Minskdə XVIII Ümumittifaq kinofestivalı Filmə Ümumittifaq Komsomolu Mərkəzi Komitəsinin Diplom və Prizi verilmişdir.

"cəngavərlər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cəngavərlər nədir? #cəngavərlər sözünün mənası #cəngavərlər nə deməkdir? #cəngavərlər sözünün izahı #cəngavərlər sözünün yazılışı #cəngavərlər necə yazılır? #cəngavərlər sözünün düzgün yazılışı #cəngavərlər leksik mənası #cəngavərlər sözünün sinonimi #cəngavərlər sözünün yaxın mənalı sözlər #cəngavərlər sözünün əks mənası #cəngavərlər sözünün etimologiyası #cəngavərlər sözünün orfoqrafiyası #cəngavərlər rusca #cəngavərlər inglisça #cəngavərlər fransızca #cəngavərlər sözünün istifadəsi #sözlük