cəngavərləri sözü azərbaycan dilində

cəngavərləri

Yazılış

  • cəngavərləri • 91.3043%
  • Cəngavərləri • 8.6957%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Malta cəngavərləri
Malta Suveren Hərbi Ordeni və ya Malta cəngavərləri (lat. : Cavalieri Ospitalieri ) ― XI əsrdə yaranmış dini və hərbi orden. Qospital Cəngavərləri vəya St. Jean Cəngavərləri təriqəti (Latınca: Cavalieri Ospitalieri / Xəstəxana Cəngavərləri) 1070-ci illərdə qurulan bir cəngavər təriqətidir. Sonralar Rodos Cəngavərləri, daha sonra Malta Cəngavərləri kimi tanınmışdır. İlk başçısı təxminən 1100-cü illərdə seçilmiş olan Peter Gerard idi. Qüds krallığı qurulduqdan sonra Godfroi de Bouillon təriqətə torpaq bağışlayır. 1113-cü ildə Papa II. Paschal onları təriqət kimi tanıyır. 1120-ci illərdə silahlanmağa başlayan təriqətin ilk hərbi fəaliyyətləri 1136-cı ildə həyata keçirilmişdir. Katolik kömək dərnəyi kimi bu günə qədər gəlib çıxan bu təriqət tarixdə bəzi dönəmlərdə müstəqil dövlət kimi güclü bir donanmaya sahib olmuş, Avropa, İslam və Osmanlı tarixində böyük izlər qoymuşdur.
Məbəd cəngavərləri
Tampliyerlər (fr. templiers — "məbədçilər"; fr. temple sözündən), Məbəd cəngavərləri və ya Məsihin və Süleyman məbədinin cəngavərləri (lat. Pauperes commilitones Christi Templique Salomonici) — orta əsrlərdə Fransada və digər Avropa ölkələrində mövcud olmuş cəngavər ordenlərindən biri. Səlib yürüşlərində fəal iştirak etmişlər. I Səlib yürüşü zamanı ələ keçirilmiş Qüdsü ətrafdakı müsəlman dövlətlərindən qorumaq və bura ziyarətə gələn xristian zəvvarları mühafizə etmək məqsədilə Huqo de Peynin başçılıq etdiyi bir qrup cəngavər tərəfindən 1119-cu ildə yaradılmışdır. Təriqət Avropada bank və sələm sistemini genişləndirmişdir. Fransa kralı IV Filipin 1307-ci il sentyabrın 22-də verdiyi göstərişə əsasən oktyabrın 13-ü, cümə günü ordenin Fransa ərazisindəki bütün üzvləri həbs olunaraq istintaqa cəlb edilmişdir. Tampliyerlərə vurulan son zərbə, 23-cü və sonuncu magistr olan Jak de Molenun tonqalda yandırılması olmuşdur. Orden XII–XIII əsrlərdə çox varlı olmuşdur.
Rus Cəngavərləri
Rus Cəngavərləri (rus. Русские витязи) — Rusiya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Eskadron 1991-ci il 5 aprel tarixində yaradılmışdır. Tək və qrup halında pilotaj fiqurları yerinə yetmək üçün çoxməqsədli yüksək manevr qabiliyyətinə malik Su-27 təyyarələrindən istifadə olunurdu. 2016-cı ildə komanda Su-30 təyyarələri əldə etdi. 2019–2020-ci illərdə Su-35 təyyarlərləri komandanın ixtiyarına verildi. Hal-hazırda komanda hər 3 model təyyarəyə sahibdir. 1991-ci ilin əvvəllərində 6 təyyarədən ibarət komanda formalaşdı və həmin il aprelin 5-də "Rus Cəngavərləri" aerobatika komandası quruldu. Uçuşlar üçün istifadə olunan təyyarələr Rusiyanın dövlət bayrağının rənglərinə boyanıb. Əvvəlcə aviasiya qrupu "Mavi Şimşəklər" adlanırdı, lakin sonradan məlum oldu ki, Yaponiya Hərbi Hava Qüvvələrinin aerobatika komandası "Mavi İmpuls" adlanır.
Qara gölün cəngavərləri
Bakı. 1905-ci il. Neftçilərin fəhlə qəsəbəsi. Dözülməz əmək şəraiti nəticəsində fəhlələr tətil edirlər. Macəra filminin qəhrəmanları hələ kiçik yaşlarından həyatın acısını dadan, çətinliklərlə üzləşən, ağır zəhmətə qatılaşmalı olan uşaqlardır. Onlar da böyüklərlə birlikdə istismarçılara qarşı mübarizədə iştirak edirlər. Film avtobioqrafik xarakter daşıyır. Film yazıçı Süleyman Vəliyevin "Şor Cüllütü" povestinin motivləri əsasında çəkilmişdir. Film 1-c kateqoriyaya layiq görülmüşdür. 1)1985-ci ildə Minskdə XVIII Ümumittifaq kinofestivalı Filmə Ümumittifaq Komsomolu Mərkəzi Komitəsinin Diplom və Prizi verilmişdir.
Şanxay cəngavərləri (film, 2003)
Şanxay cəngavərləri (ing. Shanghai Knights) — film David Dobkinin rejissorluğu ilə 2003-cü ildə çəkilmişdir. Baş rolları Ceki Çan və Ouen Vilson ifa edir. Film Şanxayda günorta filminin davamıdır. Çinli bir xain Çonqun atasını öldürüb İngiltərəyə qaçanda, Çonq və Roy kral möhürünü qaytarmaq üçün Londona gedirlər. Çonun bacısı Lin da eyni şeyi istəyir və kral ailəsinə qarşı bir hiylə açır, amma demək olar ki, heç kim ona inanmır. Ceki Çan — Çonq Vanq Ouen Vilson — Roy Aaron Canson — Çarli Çaplin Tom Fişer — Artur Doyl Eydan Qiller — Nelson Ratboun Fan Vonq — Çonqun bacısı Donni Yen — Vu Çoy Aliver Kotton — Qarındeşən Cek 2003 MTV Kanal Mükafatlarında Şanxay Cəngavərləri filmi Ən Yaxşı Mübarizə, Ən Yaxşı Ekran Komandası (Ceki Çan, Ouen Vilson) mükafatları uğrunda yarışdı, lakin heç bir mükafat almadı.
Qara gölün cəngavərləri (film, 1984)
Bakı. 1905-ci il. Neftçilərin fəhlə qəsəbəsi. Dözülməz əmək şəraiti nəticəsində fəhlələr tətil edirlər. Macəra filminin qəhrəmanları hələ kiçik yaşlarından həyatın acısını dadan, çətinliklərlə üzləşən, ağır zəhmətə qatılaşmalı olan uşaqlardır. Onlar da böyüklərlə birlikdə istismarçılara qarşı mübarizədə iştirak edirlər. Film avtobioqrafik xarakter daşıyır. Film yazıçı Süleyman Vəliyevin "Şor Cüllütü" povestinin motivləri əsasında çəkilmişdir. Film 1-c kateqoriyaya layiq görülmüşdür. 1)1985-ci ildə Minskdə XVIII Ümumittifaq kinofestivalı Filmə Ümumittifaq Komsomolu Mərkəzi Komitəsinin Diplom və Prizi verilmişdir.
Zena: Cəngavərlərin şahzadəsi (teleserial, 1995)
Zena: Cəngavər Şahzadəsi (ing. Xena: Warrior Princess) — 1995-2001-ci illərdə istehsal olunmuş Bədii Televiziya Teleserialıdır. İlk dəfə Azərbaycan efirində Azərbaycan Televiziyasında göstərilmişdir. Keçmişdə Zena qəddar qatil idi. Onun ordusu yollarına düşən hər şeyi məhv etmişdir. Ordusuna xidmət edən adamlar kəndliləri qarət edir və ya öldürürdü. Amma bu artıq keçmişdə qalmışdır. İndi Zena şərin tərəfindən dönüb xeyirin tərəfinə keçmişdir. Zena zəif insanların tərəfini saxlayır və onlara pis tərəflərlə mübarizə etməkdə kömək edir...

"cəngavərləri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cəngavərləri nədir? #cəngavərləri sözünün mənası #cəngavərləri nə deməkdir? #cəngavərləri sözünün izahı #cəngavərləri sözünün yazılışı #cəngavərləri necə yazılır? #cəngavərləri sözünün düzgün yazılışı #cəngavərləri leksik mənası #cəngavərləri sözünün sinonimi #cəngavərləri sözünün yaxın mənalı sözlər #cəngavərləri sözünün əks mənası #cəngavərləri sözünün etimologiyası #cəngavərləri sözünün orfoqrafiyası #cəngavərləri rusca #cəngavərləri inglisça #cəngavərləri fransızca #cəngavərləri sözünün istifadəsi #sözlük