* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Düşüncəsi olan, ağıllı, şüurlu, anlaqlı, qanacaqlı, dərrakəli, mərifətli, fərasətli. Düşüncəli uşaq. – …Sizin Qətibə ilə olan rəftarınız düşüncəli bir hökmdarın rəftarı deyildi. M.S.Ordubadi. Alnı düşüncəli, qolları sarqıq, Yetim baxışlarla boynunu burmuş. M.Müşfiq. // Zərf mənasında. Maral bülbül nəğmələrini dinləyərək məhzun və düşüncəli bir halda … gedir. H.Cavid. Tahirin bu cür düşüncəli və ciddi danışmağı Lətifəni sevindirdi. M.Hüseyn. 2. Düşünmə nəticəsində fikrə dalmış, fikirli, qayğılı. [Mirzə Əliməmməd:] Otur, – dedi və qələmi qələmdana qoyaraq Səfəri düşüncəli nəzərlə süzdü. Çəmənzəminli. Düşüncəli gözlərində bir təbəssüm duyuram mən; Bəllidir ki, bir müjdədir o, gələcək nəsillərdən. M.Dilbazi. Nərgiz bu gün sakit və düşüncəli idi. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / düşüncəli2 ağıllı — şüurlu — anlaqlı — dərrakəli — mərifətli — fərasətli
Azərbaycan dilinin sinonimlər lüğəti / düşüncəli3 1. DÜŞÜNCƏLİ (düşüncəsi olan) ..Sizin Qətibə ilə elan rəftarınız düşüncəli bir hökmdarın rəftarı deyildi (M.S.Ordubadi); AĞILLI Tərlan ağıllı oğlunun hər kəlməsindən xoşlanırdı (M.Hüseyn); DƏRRAKƏLİ O oğlan yaşda səndən kiçikdir, amma qat-qat dərrakəlidir (S.Rəhman); HUŞYAR ..Özümdən artıq huşyar dostlarıma rast gəldim.. (C.Memmsdquluzadə); ŞÜURLU [Süleyman:] Xeyr, bəy, Əsgər, ... çox ağıllı, yaraşıqlı və çox da şüurlu oğlandır (Ü.Hacıbəyov). 2. düşüncəli bax dalğın
Azərbaycan dilinin sinonimlər lüğəti / düşüncəli1 DÜŞÜNCƏLİ – FƏRSİZ Səttar xan olduqca düşüncəli və kədərli idi (M.S.Ordubadi); Ürəyində, o qocadan fərsiz övladına qalan karxana kimi uçulub-dağılıb, bərbad olub (S.Qədirzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / düşüncəli2 прил. 1. сознательный. Düşüncəli münəsibət сознательное отношение 2. смышленый, сообразительный. Düşüncəli uşaq смышленый ребенок 3. задумчивый. Düşüncəli baxış задумчивый взгляд, düşüncəli gözlər задумчивые глаза
Azərbaycanca-rusca lüğət / düşüncəli1 s. 1. clever, bright, sharp, quickwitted; ~ uşaq a clever / bright / quickwitted child; 2. thoughtful; ~ baxışlar thought ful looks
Azərbaycanca-ingiliscə lüğət / düşüncəli1 sif. conscient, -e ; intelligent, -e, compréhensi//f, -ve, dégourdi, -e
Azərbaycanca-fransızca lüğət / düşüncəli1 прил. 1. кьатӀун авай, гъавурда гьатдай, мукьуф авай, акьуллу, фагьумлу, къанажагълу, марифатлу, макьу (мес. аял); 2. фикирди кьунвай, фикирди (хиялри) тухванвай, фикирлу.
Azərbaycanca-ləzgicə lüğəti / düşüncəli