* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••• | 10.28 |
2003 | ••••••••••••• | 14.17 |
2004 | •••••••• | 8.42 |
2005 | ••••• | 4.72 |
2006 | •••••• | 6.31 |
2007 | •••••••• | 8.67 |
2008 | •••••••••• | 10.72 |
2009 | ••••••••••• | 11.52 |
2010 | ••••••••• | 9.44 |
2011 | ••••••••••• | 10.98 |
2012 | •••••••••••••••• | 17.12 |
2013 | ••••••••• | 9.04 |
2014 | •••••••••••••• | 15.27 |
2015 | •••••••••••••••••••• | 21.43 |
2016 | ••••••••••••••• | 16.14 |
2017 | ••••••••••• | 11.38 |
2018 | •••••••••••••• | 14.23 |
2019 | •••••••••••••••••••• | 21.84 |
2020 | ••••••••••••••• | 16.18 |
1 is. 1. Xəyal, fikir. Düşüncələrə dalmaq. – Polad qərq olaraq düşüncələrə; Əlvida elədi ilk məhəbbətə. M.Rahim. // Fikrə, xəyala gələn şeylər; xəyalat. Düşüncələrindən ayrıla bilmir. – Mən belə acı düşüncələr içində olduğum halda, birdən Xədicəgildən bir ağlaşma səsi qopdu. S.Hüseyn. Poladzadə ayağa durduqda Qüdrətov sanki daxilən silkinib düşüncələrdən azad oldu. Ə.Vəliyev. Məsmə xala düşüncədən ayıldı. S.Rəhman. 2. Düşünmə nəticəsində hasil olan qənaət; anlaq, şüur, dərrakə. Siyasi düşüncənin artması. – Düşüncələr yeni, duyğular yeni; Dəyişmiş dünyanın söhbəti, sazı. S.Vurğun. Cəlil Məmmədquluzadə xalqın həyat və düşüncəsindəki bütün mənfi cəhətləri tənqid edirdi. M.İbrahimov. // Ağıl, kamal, qanacaq, mərifət. Düşüncəsini itirmək. – Düşüncə, tərbiyə, zəka zinəti; Budur qadınlığın, məncə, qiyməti. S.Vurğun.
Azərbaycan dilinin izahlı lüğəti / düşüncə1 Mənbələrdə tüşü feili var və “anlamaq” mənasında işlədilib. Həmin feildən düşüncə ismi əmələ gəlib (n səsi kökə sonradan artırılıb). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / düşüncə3 1. DÜŞÜNCƏ Düşüncələr yeni, duyğular yeni; Dəyişmiş dünyanın söhbeti, sazı (S.Vurğun); DƏRRAKƏ [Vaqif:] Bu dərrakənin sahibinə nə deyəsən? (Çəmənzəminli); ANLAQ Firudin: Azadi artıq anlaq və təsəvvürə malikdir (M.İbrahimov); İDRAK Hakimimülkün keyimiş idrakı vəziyyəti dərk edəcək halda deyildi (M.İbrahimov); QANACAQ Amma mənim qanacağıma görə, sizin kitabınızda olan məlumat məhz Avropa və Rusiya mənbəyindən əxz olunmuşdur (C.Məmmədquluzadə); ŞÜUR Alagöz bişmi itirir, onun.. şüuru dolaşırdı (S.Rəhimov). 2. DÜŞÜNCƏ, FİKİR, XƏYAL, ZEHİN Bəşərin vicdanı, eşqi, ürəyi, zehni, düşüncəsi, fikri, xəyalı.. (S.Vurğun). 3. düşüncə bax ağıl I
Azərbaycan dilinin sinonimlər lüğəti / düşüncə2 сущ. 1. размышление, раздумье, мысль, дума. Ağır düşüncələr нелёгкие (тяжёлые) размышления, fəlsəfi düşüncələr философские размышления, düşüncələrə qapılmaq впасть в раздумья, düşüncələrdən azad olmaq освободиться от раздумий 2. сознание: 1) понимание, осознание. Siyasi düşüncə политическое сознание, dini düşüncə религиозное сознание 2) способность правильно понимать окружающее. Düşüncəsini (huşunu) itirmək потерять сознание 3. сознательность. Düşüncəsi yol vermir сознательность не позволяет
Azərbaycanca-rusca lüğət / düşüncə1 i. sense, thought, meditation; sağlam ~nin əleyhinə contrary to common sense; ~yə qərq olmaq to be* lost deep in thought, to be* plunged in meditation
Azərbaycanca-ingiliscə lüğət / düşüncə1 сущ. 1. хиял, фикир; фикирдиз (хиялдиз) къведай затӀар; хиялар; düşüncələrə dalmaq хиялрик акатун, хиялри тухун, фикирди кьун; 2. фагьум, кьатӀун, гъавур, мукьуф, макь; // акьул, камал, къанажагъ, марифат.
Azərbaycanca-ləzgicə lüğəti / düşüncə\ – Düşünmə qabiliyətinin özü, yaxud düşünmənin məhsulu, düşünülən şey. Bəzən ideya və prin-siplərə də deyilir. Əski türkcədir. Dilimizdə ərəbcədən qarşılığı olan fikir, yaxud təfəkkür kəlmələri də işlənir. DüŞünmə forması \ – Düşünmənin xarici təzyiq və hər hansı bir qayda ilə məhdudlaşdırılmaması və bunların təzyiqindən müs-təqil və sadəcə özündən məsul olması. DüŞünürəm demək ki, varam \ – Maddənin özünüdərkində öz şüuruna varıb öz varlığını vasitəsiz formada qavramasını dilə gətirən əsas prinsip. Əslində bu prinsip varlığın deyil, ―mən‖in təkan verdiyi yeni bir düşüncə formasının ortaya çıxmasına səbəb olmuşdur.
Fəlsəfə terminlərinin izahlı lüğəti