düşərgələr sözü azərbaycan dilində

düşərgələr

Yazılış

  • düşərgələr • 93.1818%
  • Düşərgələr • 6.8182%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan diviziyasının düşərgələrində (film, 1932)
Azərbaycan diviziyasının düşərgələrində qısametrajlı sənədli filmi rejissor Ağarza Quliyev tərəfindən 1932-ci ildə çəkilmişdir. Azərfilmdə istehsal edilmişdir. Filmdə Azərbaycan diviziyasının səhra təlimlərindən, məişətindən, hərbi və siyasi hazırlığından söhbət açılır. == Məzmun == Filmdə Azərbaycan diviziyasının səhra təlimlərindən, məişətindən, hərbi və siyasi hazırlığından söhbət açılır.
Everest Baza düşərgələri
Everest Baza düşərgələrinə iki baza düşərgəsi aiddir: Nepaldan 5,364 metr (17,598 ft) yüksəklikdə yerləşən Cənub Baza düşərgəsi (28°00′26″ şm. e. 86°51′34″ ş. u.) və Tibetdə (Çində) 5,150 metr (16,900 ft) yüksəslikdə yerləşən Şimal Baza düşərgəsi (28°08′29″ şm. e. 86°51′05″ ş. u.). Baza düşərgələri Everestə dırmanan peşəkar və ya həvəskar alpinistlər tərəfindən istifadə edilir. Cənub Baza Düşərgəsi cənub-şərq silsiləsindən keçərkən, Şimali Baza Düşərgəsi isə şimal-şərq silsiləsindən keçərkən istifadə olunur. Təchizatlar Cənubi Baza Düşərgəsinə hamballarla və ya şerplərlə və heyvanların köməyi ilə, əsasən də yaklarla daşınır.
Faşist həbs düşərgələri
Faşist həbs düşərgələri — alman faşistlərinin siyasi düşmən hesab etdikləri şəxsləri və hərbi əsirləri xüsusilə sərt rejimdə saxladıqları düşərgələr. Faşist həbs düşərgələrinin məhbusları sırasına faşizm əleyhdarları, kommunistlər, həmçinin əqidəsinə, dininə, irqinə və s. görə təqib olunanlar daxil idi. İlk həbs düşərgəsi 1933 ilin martında Daxau yaxınlığında yaradılmışdı. Faşist həbs düşərgələrinin çoxu insanları kütləvi surətdə qırmaq üçün qaz kameraları, krematorilər və s. vasitələrlə təchiz edilmişdi. Faşist həbs düşərgələrində məhbuslara mənəvi, fiziki əzab və işgəncə verir, onları aclıqdan öldürür, üzərlərində müxtəlif tibbi "təcrübə"lər aparır, qaz ilə boğurdular. Osventsim, Maydanek, Treblinka, Mauthauzen, Buxenvald, Zaksenhauzen, Ravensbrük, Flossenburq, Ştuthof və s. düşərgələr əsl ölüm fabrikləri idi. Faşist həbs düşərgələrinə düşmüş 18 mln.
Nasist həbs düşərgələri
Nasist həbs düşərgələri (alm. Konzentrationslager‎) — Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Almaniya başda olmaqla bir çox işğal olunmuş ölkələrdə yaradılan həbs düşərgələri. Belə düşərgələrə yəhudilər başda olmaqla qaraçılar və ruhi xəstələr göndərilmişlər. Nasist həbs düşərgələrinə göndərilən şəxslərin 95 %-i müxtəlif işgəncələrlə öldürülmüşdür. Məhkumların öldürülməsində qaz kameralarında boğma, xüsusi sobalarda diri-diri yandırma, iynə ilə zəhərləmə halları geniş yayılmışdır.
Nasist hərb düşərgələrinin siyahısı
Sincan yenidən təhsil düşərgələri
Sincan yenidən təhsil düşərgələri (uyğ. Qayta terbiyelesh lagérliri قايتا تەربىيەلەش لاگېرلىرى, çin. ənən. 再教育营, pinyin: zàijiàoyùyíng, ing. Xinjiang re-education camps) — Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunda 2014-cü ildən başlatdığı və insanların toplama düşərgələrinə yığılması ilə müşahidə olunan kompaniyasına verilən ad. Dövlətin bu siyasəti bölgədə Çen Quanquonun 2016-cı ilin avqust ayında rəhbərliyə təyin edilməsindən sonra daha da sərtləşmişdir. Bu düşərgələr gizli saxlanılır və hüquqdan kənar formada idarə olunur. Xeyli sayda Uyğur bu düşərgələrə heç bir məhkəmə və istintaq olmadan həbs edilmişdir. Yerli dairələrin bildirdiyi məlumata görə, yüz minlərlə Uyğur və digər müsəlman etnik azlıqlar bu düşərgələrə həbs edilmişdir. Bu düşərgələrin ekstremizm və terrorizm əleyhinə olduğu bildirilir.
Sintszyan yenidən təhsil düşərgələri
Sincan yenidən təhsil düşərgələri (uyğ. Qayta terbiyelesh lagérliri قايتا تەربىيەلەش لاگېرلىرى, çin. ənən. 再教育营, pinyin: zàijiàoyùyíng, ing. Xinjiang re-education camps) — Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunda 2014-cü ildən başlatdığı və insanların toplama düşərgələrinə yığılması ilə müşahidə olunan kompaniyasına verilən ad. Dövlətin bu siyasəti bölgədə Çen Quanquonun 2016-cı ilin avqust ayında rəhbərliyə təyin edilməsindən sonra daha da sərtləşmişdir. Bu düşərgələr gizli saxlanılır və hüquqdan kənar formada idarə olunur. Xeyli sayda Uyğur bu düşərgələrə heç bir məhkəmə və istintaq olmadan həbs edilmişdir. Yerli dairələrin bildirdiyi məlumata görə, yüz minlərlə Uyğur və digər müsəlman etnik azlıqlar bu düşərgələrə həbs edilmişdir. Bu düşərgələrin ekstremizm və terrorizm əleyhinə olduğu bildirilir.
Nasist həbs düşərgələrinin siyahısı
Bu məqalə İkinci dünya müharibəsi və Holokost hadisələri dövründə bütün Avropada mövcud olmuş ən məşhur Nasist həbs və ölüm düşərgələrinin bir hissəsini əhatə edir. 1967-ci ildə Almaniya Ədalət Nazirliyinin tərtib etdiyi siyahıya əsasən almanlar tərəfindən işğal olunmuş ərazilərdə təqribən 1200 düşərgə və alt-düşərgənin mövcud olduğu bildirilsə də, Yəhudi Virtual Kitabxanasının məlumatına görə işğal olunmuş ölkələrdə ümumilikdə almanlar tərəfindən düzəldilmiş 15,000 düşərgə var idi. Müharibənin başlamasından əvvəl, 1933-1939-cu illərdə bu cür həbs düşərgələrində saxlanılan məhbusların əsas hissəsini alman kommunistlər, sosialistlər, sosial-demokratlar, qaraçılar və Yehova şahidləri təşkil edirdi. "Həbs düşərgəsi" termini tez-tez İkinci dünya müharibəsi ərzində mövcud olmuş bütün alman düşərgələri üçün ümumi ad kimi işlədilir. Lakin, alman düşərgə sistemində müxtəlif növ toplama düşərgələrinin olması da bir faktdır. Ölüm düşərgələri və toplama düşərgələri arasında bir sıra fərqlər var idi. Həbs düşərgələri əsas etibarilə saxlanma və məhbusların əmək istismarı mərkəzi kimi fəaliyyət göstərirdi. ABŞ Holokost Memorialı Muzeyi tərəfindən təşkil olunmuş araşdırmalara əsasən müharibə illərində 42,500 düşərgə və gettoda saxlanılan ümumilikdə 15–20 milyon insandan köləlik məqsədləri üçün istifadə edilmişdir. Almaniyada və almanlar tərəfindən işğal olunmuş Avropa ərazilərində mövcud olmuş 20,000 həbs düşərgəsi insanlığa qarşı baş tutmuş bu cür terror aktlarında mühüm rol oynamışdır. Bu cür düşərgələrin əksəriyyəti öz müharibə cinayətlərini və insanlığa qarşı baş vermiş cinayətləri ört-basdır etmək məqsədilə Antihitler koalisiyasının əlinə keçməzdən əvvəl almanlar tərəfindən dağıdılmışdır.
Ülküçü təlim düşərgələri
Ülküçü təlim düşərgələri — Alparslan Türkeş tərəfindən yaradılmış ideoloji və hərbiləşdirilmiş təlim düşərgələri. Düşərgələr "Bozqurdlar"ın üzvlərinə şəhər müharibəsi təlimi vermək üzrə ixtisaslaşmışdır. Düşərgələr 1968-ci ildə yaradılmışdır və 1978-ci ilə qədər tamamilə ləğv olunmuşdur. "Qladio" əməliyyatının bir hissəsi olaraq ABŞ düşərgələrə silah göndərmiş və onları maliyyələşdirmişdir. Düşərgələrdəki təlimçilər əvvəllər də ABŞ-də təhsil almış TSQ veteranları idi. İlk sessiya 14 iyul 1968-ci ildə İzmir və Gümüldərə şəhərlərində başlamışdır. 1969-cu ilə qədər düşərgələrdə 100,000-dən çox insan təlim keçmişdi. 1970-ci ilin sonunda düşərgələrin sayı 35-ə çatmışdır. Türkiyə daxilində İzmir, Yozgat, Çanqırı, Kayseri, Trabzon, Antalya, Ankara və İstanbul kimi şəhərlərdə ümumilikdə 100-dən çox düşərgə fəaliyyət göstərirdi. Əsgərlər "yaxşı nizam-intizamlı" kimi təsvir edilirdi və düşərgələri bitirdikdən sonra onlar Türkiyədəki siyasi münaqişədə vuruşmuş, solçulara, ələvilərə, kürdlərə və islamçılara qarşı atışmalarda, sui-qəsdlərdə və digər hücumlarda iştirak etmişdilər.

"düşərgələr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#düşərgələr nədir? #düşərgələr sözünün mənası #düşərgələr nə deməkdir? #düşərgələr sözünün izahı #düşərgələr sözünün yazılışı #düşərgələr necə yazılır? #düşərgələr sözünün düzgün yazılışı #düşərgələr leksik mənası #düşərgələr sözünün sinonimi #düşərgələr sözünün yaxın mənalı sözlər #düşərgələr sözünün əks mənası #düşərgələr sözünün etimologiyası #düşərgələr sözünün orfoqrafiyası #düşərgələr rusca #düşərgələr inglisça #düşərgələr fransızca #düşərgələr sözünün istifadəsi #sözlük