* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] 1. Birinə qarşı ədavət, düşmənçilik bəsləyən və onunla mübarizə aparan, çəkişən şəxs. Onun düşməni var. – Ey məh, mənimlə dustlərim düşmən eylədin; Düşmən həm eyləməz bu işi, kim sən eylədin. Füzuli. [İzzət:] Düşmən hər nə qədər aciz olsa da; Məğrur olub, kiçik sanma dünyada. H.Cavid. // Birinə pislik etmək, zərər vurmaq istəyən, birinin pisliyini istəyən adam; ədavətkar, əleyhdar. Düşmənin tikəsindən dostun silləsi yaxşıdır. (Ata. sözü). Hacı Əbüləzim dürüst qulaq verəndən sonra dedi: – Kişi, məgər sən öz qızının düşmənisən? Ə.Haqverdiyev. [Bəhram:] Ata öz oğluna olarmı düşmən? A.Şaiq. □ Düşmən gözü ilə baxmaq – özünə düşmən hesab etmək. Doğrusu, iki məhəllə atababadan bir-birinə düşmən gözü ilə baxırdı. N.Nərimanov. Düşmən kəsilmək – düşmən olmaq. Qorqud qanı axdı damarımızdan, Özümüz Qorquda düşmən kəsildik. B.Vahabzadə. Ülkəri gözü tək istədiyindən; Düşmən kəsilmədi o, Əmirxana… S.Vurğun. Bu qədər acgözlüklə topladığı bu sərvət; İndi düşmən kəsilmiş, edirdi ona nifrət. N.Rəfibəyli. 2. Müharibədə əks cəbhədə vuruşan adam, dövlət və s.; yağı. Düşməni darmadağın etmək. Düşməni məğlub etmək. Düşmənə atəş! – Qoç Koroğlu qonar olsa yəhərə; Yağı düşmənləri salar qəhərə. “Koroğlu”. Balaca uşaqların düşmən qabağına Quran götürüb çıxmaqları, gələcək üçün bir tarixdir. C.Məmmədquluzadə. Düşmən bütün cəbhə boyu ricət edirdi. M.Hüseyn. 3. Zərər gətirən, zərərli olan şey haqqında. Xatircəmlik bizim ən böyük düşmənlərimizdəndir. – Dilim özümə düşməndir. (Məsəl). 4. Yarışda, oyunda, mübahisədə iştirak edən qarşı tərəf. Düşmən şahını mat etmək (şahmatda).
Azərbaycan dilinin izahlı lüğəti / düşmən2 1. DÜŞMƏN (birinə qarşı düşmənçilik bəsləyən, birinə pislik etmək istəyən) [İzzət:] Düşmən nə qədər aciz olsa da; Məğrur olub, kiçik sanma dünyada (H.Cavid); ƏDU(VV) (kl.əd.) Əgər bütün bəşəriyyət əduvvi-canım ola; Ürək süqut etməz aldığı mətanətdən (C.Cabbarlı); QAC (məh.) Ölkəndə insanlar bir-birinə qac; Analar bir qarın çörəyə möhtac (S.Rüstəm); QANLI (qan düşməni) Hatəmxan: Biz qohum deyilik, qanlıyıq (S.Rəhimov); QANLIQAÇAQ (qan düşməni) Bayram: Mən özüm də qanlıqaçaq ollam (M.F.Axundzadə); QANLIBIÇAQ (dan.) Qaplan Balaca ilə qanlıbıçaq idi (H.Abbaszadə); QƏNİM Nardaranlılar Rzaquluya: ..Çopur Abdulla, Pələng Rzaqulu qənimindi (H.Abbaszadə); MÜDDƏİ (kl.əd.) Əvvəlinci: Bu hökmranların hamısı bir-birilə müddətdir (Ə.Haqverdiyev). 2. DÜŞMƏN (müharibədə əks cəbhədə vuruşan adam, dövlət və s.) Düşmən bütün cəbhə boyu ricət edirdi (M.Hüseyn); ƏLEYHDAR, MÜDDƏİ Gər sənə əfqanimi bihudə dersə müddəi (Füzuli); YAĞI Sərxoş ordusuyla qudurmuş yağı; Vermərik düşmənə, biz bu torpağı (Ə.Cəmil). 3. düşmən bax müxalif
Azərbaycan dilinin sinonimlər lüğəti / düşmən1 DÜŞMƏN – DOST O öz dostunu və düşmənini tanıya bilmir (M.S.Ordubadi). DÜŞMƏN – HƏMDƏM Biz bəzən düşməni tanımayırıq. Onu özümüzə həmdəm sayırıq (S.Rüstəm).
Azərbaycan dilinin antonimlər lüğəti / düşmən1 1. враг, противник, неприятель; 2. вражеский, враждебный, неприятельский;
Azərbaycanca-rusca lüğət / düşmən2 I сущ. 1. враг: 1) кто-л. враждебно относящийся к кому-л. (противник, недруг). Qatı düşmən заклятый враг, bəşəriyyətin düşməni враг человечества 2) неприятельские вооружённые силы; противник. Düşmən mövqeyi позиция врага 3) о том, что приносит вред, зло. Dilim mənim düşmənimdir язык мой – враг мой; sovka pambığın düşmənidir совка – враг хлопчатника 2. условный противник (участник игры, военно-спортивного соревнования по отношению к другим участникам) II прил. 1. вражеский. Düşmən ordusu вражеская армия, düşmən təbliğatı вражеская пропаганда 2. враждебный. Düşmən qüvvələr враждебные силы
Azərbaycanca-rusca lüğət / düşmən1 I. i. enemy; şair. foe; qatı ~ bitter enemy II. s. enemy (attr.), enemy’s, hostile; ~ gəmisi enemy ship
Azərbaycanca-ingiliscə lüğət / düşmən1 is. ennemi m, adversaire m, rival m ; qatı ~ ennemi m mortel
Azərbaycanca-fransızca lüğət / düşmən1 [fars.] сущ. душман (1. мидя; düşmən kəsilmək душман хьун; 2. ягъи; дяведа акси пата дяве ийизвай кас, девлет ва мс.; 3. зарар гудай, зарарлу затӀунин гьакъинда; 4. акъажунра, къугъунра, гьуьжетунра къарши тереф).
Azərbaycanca-ləzgicə lüğəti / düşmən