Daşkənd sözü azərbaycan dilində

Daşkənd

Yazılış

  • Daşkənd • 99.3624%
  • DAŞKƏND • 0.5491%
  • daşkənd • 0.0531%
  • DaŞkənd • 0.0354%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Daşkənd
Daşkənd (özb. Toshkent, ing. Tashkent) — Özbəkistanın paytaxtı. Sahəsi 334,8 km², əhalisi 2,5 milyon nəfərdir (2020). Mərkəzi Asiyada metropoliteni olan yeganə şəhərdir. Şəhərin su ehtiyaclarını təmin etmək üçün onun yaxınlığında süni Çarvak gölü yaradılmışdır. 2009-cu ilə olan məlumata görə şəhərin əhalisi 2 milyon 221 min nəfərdir. Şəhər 11 inzibati rayona bölünür. == Adı == Şəhərin əsasının e.ə. V-III əsrlərdə qoyulduğu güman edilir.
DAŞKƏND GÖYÇƏ
Daşkənd (Göyçə)
Daşkənd — İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Basarkeçər (Vardenis) rayonunda, indi Geğarkunik vilayətində kənd. == Coğrafiyası == Daşkənd kəndi Geğarkunik vilayətinin mərkəzi Qavar (Kəvər) şəhərindən 80 km cənub-şərqdə, dəniz səviyyəsindən 2155 m hündürlükdə yerləşir. Kənd eyni zamanda keçmiş Basarkeçər rayonunun mərkəzi Basarkeçər şəhərindən 8 km məsafədə yerləşir. Kəndin ərazisi Aşağı Şorca, Yuxarı Şorca, Qoşabulaq, Qayabaşı, Sarıyaqub kəndləri ilə əhatə olunmuşdur. Kəndin relyefi onu iki hissəyə ayıran qayalar silsiləsindən ibarətdir. Kəndin ərazisində Sarıbulaq, Hacı Qurban bulağı, Ocaq bulağı, Qocaman bulağı, Tərsə çayı, Borda bulağı, Qamışlı bulağı, Paşa oğlunun bulağı, Telli bulağı, Əli bulağı, Buzlu bulağı və başqa bulaqlar vardı. Həmçinin Daşkəndə məxsus ərazilərdə Hacı Rəhimin komu, Aşıq Nəcəfin komu, Kəmənd, Haray, Quzey, Xamgüneyi, Namazın sarısı, Gödək güney, Göy təpə, Səngər təpəsi, Uzun güney, Böyük və Kiçik çanaq, Şəhər dərəsi, Kötük dərəsi, At yeyən, Oyuxlu, Düz və Ayrım dərələri və s. adda toponimlər vardır. == Tarixi == "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin Andranikin dəstələrinə qarşı şücaətlə vuruşmuş Hacı Rəhim, Məşədi Qasım, Ziyad Babayev, Qaçaq İdris kimi oğulları olmuşdur.
Daşkənd (Konya)
Daşkənd (Konya) - Türkiyənin Konya ilində kənd. Əhalisinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.
Daşkənd (Xocalı)
Daşkənd (əvvəlki adı: Daşuşen) — Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşakənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Daşuşen kəndi Daşkənd kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır. == Tarixi == Qarabağ silsiləsindədir. XIX əsrdə İrandan gəlmə erməni ailələri burada məskunlaşdırıldıqdan sonra kənd Daşuşen (daşlıq kənd) adlandırıldı. 1992-ci ildən kəndin keçmış adı özünə qaytarılmışdır. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Daşkənd kəndinin əhalisinin faktiki sayı 119 nəfər, qeydiyyatdakı əhalinin sayı 120 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Daşkənd kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Daşkənd (Yardımlı)
Daşkənd — Azərbaycan Respublikasının Yardımlı rayonunun Yardımlı qəsəbə inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 646-IIIQ saylı Qərarı ilə Yardımlı rayonunun Yardımlı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Daşkənd kəndi Yardımlı qəsəbəsi ilə birləşdirilmiş və bu kənd Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır. == Toponimikası == Oykonim daş (burada "qaya") və kənd (yaşayış məntəqəsi) komponentlərindən düzəlib "qayada yerləşən kənd" mənasındadır. Özbəkistanda Daşkənd adlı vilayət və yaşayış məntəqəsi var. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Peştəsər silsiləsinin ətəyində yerləşir. == Din == Kənddə Daşkənd məhəllə məscidi dini icması fəaliyyət göstərir.
Daşkənd (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Azərbaycanda Daşkənd (Xocalı) — Xocalı rayonunda kənd. Daşkənd (Yardımlı) — Yardımlı rayonunda kənd. 13 iyun 2008-ci ildə ləğv olunmuşdur. Yeni Daşkənd — Bərdə rayonunda kənd. Ermənistanda Daşkənd — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Daşkənd (Göyçə) — Qərbi Azərbaycanın Göyçə mahalında kənd. Özbəkistanda Daşkənd — Özbəkistanın paytaxtı. Türkiyədə Daşkənd (Konya) — Konya ilində kənd.
Daşkənd (Özbəkistan)
Daşkənd (özb. Toshkent, ing. Tashkent) — Özbəkistanın paytaxtı. Sahəsi 334,8 km², əhalisi 2,5 milyon nəfərdir (2020). Mərkəzi Asiyada metropoliteni olan yeganə şəhərdir. Şəhərin su ehtiyaclarını təmin etmək üçün onun yaxınlığında süni Çarvak gölü yaradılmışdır. 2009-cu ilə olan məlumata görə şəhərin əhalisi 2 milyon 221 min nəfərdir. Şəhər 11 inzibati rayona bölünür. == Adı == Şəhərin əsasının e.ə. V-III əsrlərdə qoyulduğu güman edilir.
Lokomotiv Daşkənd
Lokomotiv (Daşkənd) - Özbəkistanın futbol klubu == Tarixi == 2001-ci ildə yaranıb.
Yeni Daşkənd
Yeni Daşkənd — Azərbaycan Respublikasının Bərdə rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Dəniz səviyyəsindən 120 metr yüksəklikdə yerləşən kənd rayon mərkəzindən 10 km qərbdə, Bərdə-Tərtər avtomobil yolundan 2 km aralı, Qarabağ düzündə, Aran coğrafi bölgəsindədir. Tərtər çayı kənddən 2,5 km məsafədən keçir və kəndin cənub sərhədini təşkil edir. Yaşayış məntəqəsi Bərdənin Tərtər yolu üstündəki sonuncu kəndi olmaqla uzunluq dairəsi 40.23'9"N, en dairəsi 47.2'10"E olan meridianların kəsişdiyi nöqtədə yerləşir. Yeni Daşkənd kəndi Tərtər rayonunun Sarıcalı və Kürdlər, Bərdə rayonunun isə Şatırlı, Çəmənli, İmamqulubəyli və Zümürxan kəndləri ilə həmsərhəddir. Yaşayış məntəqəsi XX əsrin 50-ci illərində Ermənistan SSR-in Basarkeçər rayonunun Daşkənd kəndindən kütləvi şəkildə köçürülmüş ailələr tərəfindən salındığına görə belə adlandırılmışdır. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin ikinci dəfə, yenidən salındığını, ikinci komponenti isə köhnə kəndin adını bildirir. Türkiyəni öz təsir dairəsinə salmaq istəyən Sovet rəhbərliyinə görə, Ermənistanda yaşayan azərbaycanlılar Türkiyə ilə gözlənilən münaqişədə potensial "beşinci kolonna" rolunu oynaya bilərdilər. Azərbaycanlıların tarixi torpaqlarından köçürülməsinin səbəbləri sırasında Kremlin siyasi dairələrində erməni lobbisinin aktiv fəaliyyəti və xaricdən Ermənistan SSR-ə köçürülmüş ermənilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması da qeyd olunurdu. Bu prosesin nəticəsində SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli 4083 saylı qərarına uyğun olaraq, 1948–1950-ci illərdə Ermənistan SSR-in azərbaycanlı əhalisinin kütləvi şəkildə köçürülməsinə başlanıldı.
Lokomotiv Daşkənd FK
Lokomotiv (Daşkənd) - Özbəkistanın futbol klubu == Tarixi == 2001-ci ildə yaranıb.
Mədrəsə Kukeldaş (Daşkənd)
Mədrəsə Kukeldaş (özb. Ko'kaldosh madrasasi) — Daşkənddə yerləşən Çorsu Bazar və Çorsu metro stansiyasına yaxın yerləşən, orta əsrlərə aid mədrəsədir. Mədrəsə təqribən 1570-ci ildə Şeybani xanlığı tərəfindən tikilmişdir. Mədrəsə sarı kərpicdən tikilmiş və ənənəvi olaraq böyük giriş qapısından həmçinin daxili həyətdən ibarətdir. Qapının hündürlüyü 20 metrdir və hər iki tərəfində qüllə yerləşir. Mədrəsənin hər bir otağının eyvana çıxışı var. 1830-1831-ci illərdə mədrəsənin birinci mərtəbəsi dağıdılmış və buradakı kərpiclər yaxınlıqdakı Beklarbeqi mədrəsəsinin tikintisində istifadə edilmişdir. Sonradan bura yenidən bərpa edilmişdir. 1868-ci ildə mədrəsə zəlzələ nəticəsində zərər çəkmiş və 1902-1903-cü illərdə yenidən bərpa edilmişdir. 1950-ci illərdə isə burada yenidən bərpa işləri aparılmış və bir çox dini abidələr kimi 1966-cı ildə baş vermiş Daşkənd zəlzələsindən zərərsiz xilas edilmişdir.
Paxtakor Daşkənd FK
Paxtakor (Daşkənd) — Özbəkistanın futbol klubu 1956-cı ildə yaranıb. 11 avqust 1979-da Keçmiş SSRİ-də, Ukraynada ən böyük aviaqəza baş verir. Dispetçerin xətası (təlimata zidd olaraq növbətçilik təcrübəsiz bir gəncə həvalə olunub) üzündən birində 83, digərində isə 89 sərnişin olan iki "TU 134" təyyarəsi 8400 metr yüksəklikdə toqquşur. Bütün sərnişinlər, o cümlədən "Paxtakor" futbol klubunun 17 oyunçusu həlak olur. Bu, aviasiya tarixində ən yüksəkdə baş vermiş toqquşmadır. Məhkəmənin hökmü ilə dispetçerlərin biri 5, digəri isə 4 il həbs cəzanına məhkum edilir. "Paxtakor" isə 5 il SSRİ-nin fəxri birincisi elan edilir.
Yeni Daşkənd bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yeni Daşkənd kəndi
Yeni Daşkənd — Azərbaycan Respublikasının Bərdə rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Dəniz səviyyəsindən 120 metr yüksəklikdə yerləşən kənd rayon mərkəzindən 10 km qərbdə, Bərdə-Tərtər avtomobil yolundan 2 km aralı, Qarabağ düzündə, Aran coğrafi bölgəsindədir. Tərtər çayı kənddən 2,5 km məsafədən keçir və kəndin cənub sərhədini təşkil edir. Yaşayış məntəqəsi Bərdənin Tərtər yolu üstündəki sonuncu kəndi olmaqla uzunluq dairəsi 40.23'9"N, en dairəsi 47.2'10"E olan meridianların kəsişdiyi nöqtədə yerləşir. Yeni Daşkənd kəndi Tərtər rayonunun Sarıcalı və Kürdlər, Bərdə rayonunun isə Şatırlı, Çəmənli, İmamqulubəyli və Zümürxan kəndləri ilə həmsərhəddir. Yaşayış məntəqəsi XX əsrin 50-ci illərində Ermənistan SSR-in Basarkeçər rayonunun Daşkənd kəndindən kütləvi şəkildə köçürülmüş ailələr tərəfindən salındığına görə belə adlandırılmışdır. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin ikinci dəfə, yenidən salındığını, ikinci komponenti isə köhnə kəndin adını bildirir. Türkiyəni öz təsir dairəsinə salmaq istəyən Sovet rəhbərliyinə görə, Ermənistanda yaşayan azərbaycanlılar Türkiyə ilə gözlənilən münaqişədə potensial "beşinci kolonna" rolunu oynaya bilərdilər. Azərbaycanlıların tarixi torpaqlarından köçürülməsinin səbəbləri sırasında Kremlin siyasi dairələrində erməni lobbisinin aktiv fəaliyyəti və xaricdən Ermənistan SSR-ə köçürülmüş ermənilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması da qeyd olunurdu. Bu prosesin nəticəsində SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli 4083 saylı qərarına uyğun olaraq, 1948–1950-ci illərdə Ermənistan SSR-in azərbaycanlı əhalisinin kütləvi şəkildə köçürülməsinə başlanıldı.
Çorsu bazarı (Daşkənd)
Çorsu bazarı (özb. Chorsu bozori)— Özbəkistanın paytaxtı Daşkəndin mərkəzində qədim şəhər adlanan yerdə yerləşən və Orta Asiyanın ən böyük bazarlarından biri. Mavi rəngli qübbəli bina və ona bitişik ərazilərdə bütün gündəlik ehtiyac malları satılır. Çorsu bazarı Kukeldaş mədrəsəsinin yaxınlığında, Daşkənd metropoliteninin Çorsu stansiyasında küçə boyunca yerləşir. Çorsu sözü fars dilindən gəlmə olub “ yolların kəsişməsi” və ya “dörd axın” mənasını verir.
Daşkənd bəyanatı
Daşkənd bəyanatı — Daşkənd Bəyannaməsi Hindistan və Pakistan arasında 10 yanvar 1966-cı ildə imzalanmış və 1965-ci ildə Hind-Pakistan müharibəsini həll edən sülh sazişi idi. Sülh 23 sentyabrda iki xalqı atəşi dayandırmağa məcbur edən xarici qüvvələrin müdaxiləsi ilə əldə edilmişdi. Münaqişə qızışa bilər və başqa gücləri cəlb edə bilər. == Tarixi == 1966-cı il yanvarın 4-dən 10-dək Özbəkistan Sovet Sosialist Respublikasında, Sovet İttifaqında (indiki Özbəkistan) Daşkənddə daha daimi yaşayış məntəqəsi yaratmağa çalışmaq üçün toplantı keçirildi. Baş nazir Aleksey Kosıginin təmsil etdiyi Sovetlər Hindistanın Baş naziri Lal Bahadur Şastri və Pakistan Prezidenti Məhəmməd Əyyub Xan arasında moderatorluq etdi. == Bəyanatın məqsədi == Konfrans uğur kimi qiymətləndirildi. Hindistan və Pakistan qüvvələrinin münaqişədən əvvəlki mövqelərinə, avqustdan əvvəlki mövqelərinə, 1966-cı il fevralın 25-dən gec olmayaraq; heç bir xalq bir-birinin daxili işlərinə qarışmaz; iqtisadi və diplomatik əlaqələr bərpa olunacaq; hərbi əsirlərin nizamlı şəkildə köçürülməsi olacaq və hər iki lider ikitərəfli münasibətlərin yaxşılaşdırılması istiqamətində çalışacaqlar. == Bəyanatdan sonrakı mərhələ == Razılaşma hər iki ölkədə tənqid olundu, çünki onların xalqı əldə etdiklərindən daha çox güzəşt gözləyirdi. Daşkənd Bəyannaməsinə uyğun olaraq 1966-cı il martın 1-də və 2-də nazirlər səviyyəsində danışıqlar aparıldı. Bu danışıqların nəticəsiz olmasına baxmayaraq, diplomatik mübadilə bütün yaz və yay aylarında davam etdi.
Daşkənd klanı
Daşkənd klanı Özbəkistanın Daşkənd şəhəri ilə bağlı olan, ölkənin Milli Təhlükəsizlik Xidmətini (Milliy Xavfsizlik Xizmati), 2005-ci ilin sonlarından etibarən isə Daxili İşlər Nazirliyini təsir altında saxlayan güclü siyasi qruplaşmadır. Onun Özbəkistan hökumətinə nəzarətdə ən böyük rəqibi isə Səmərqənd klanıdır. Daxili İşlər naziri, Səmərqənd klanının üzvü Zakir Almatov 2005-ci ilin sonlarında səhhəti ilə əlaqədar xidmətini davam etdirə bilməyəcəyini bildirərək istefa verdi. Onun yerinə Prezident İslam Kərimov Daşkənd klanından olan, Milli Təhlükəsizlik Xidmətinin direktor müavinini təyin etdi. Bəzi analitiklərin ehtimalına görə, 1999-cu il Daşkənd terror aktlarını məhz Almatovun rəhbərliyi altında Daxili İşlər Nazirliyi həyata keçirmişdi. Digərlərinin fikrincə isə bombalı hücumların həmin vaxt Daşkənd klanının başçısı Rüstəm İnoyatovun rəhbərliyi altında Milli Təhlükəsizlik Xidməti tərəfindən təşkil edilmişdi. Analitiklər hesab edir ki, 2004-cü ildə Daşkənd və Buxarada baş vermiş bombalı hücumlar da Daxili İşlər Nazirliyi əleyhinə Milli Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilmiş ola bilər.
Daşkənd kəndi
Daşkənd — İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Basarkeçər (Vardenis) rayonunda, indi Geğarkunik vilayətində kənd. == Coğrafiyası == Daşkənd kəndi Geğarkunik vilayətinin mərkəzi Qavar (Kəvər) şəhərindən 80 km cənub-şərqdə, dəniz səviyyəsindən 2155 m hündürlükdə yerləşir. Kənd eyni zamanda keçmiş Basarkeçər rayonunun mərkəzi Basarkeçər şəhərindən 8 km məsafədə yerləşir. Kəndin ərazisi Aşağı Şorca, Yuxarı Şorca, Qoşabulaq, Qayabaşı, Sarıyaqub kəndləri ilə əhatə olunmuşdur. Kəndin relyefi onu iki hissəyə ayıran qayalar silsiləsindən ibarətdir. Kəndin ərazisində Sarıbulaq, Hacı Qurban bulağı, Ocaq bulağı, Qocaman bulağı, Tərsə çayı, Borda bulağı, Qamışlı bulağı, Paşa oğlunun bulağı, Telli bulağı, Əli bulağı, Buzlu bulağı və başqa bulaqlar vardı. Həmçinin Daşkəndə məxsus ərazilərdə Hacı Rəhimin komu, Aşıq Nəcəfin komu, Kəmənd, Haray, Quzey, Xamgüneyi, Namazın sarısı, Gödək güney, Göy təpə, Səngər təpəsi, Uzun güney, Böyük və Kiçik çanaq, Şəhər dərəsi, Kötük dərəsi, At yeyən, Oyuxlu, Düz və Ayrım dərələri və s. adda toponimlər vardır. == Tarixi == "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin Andranikin dəstələrinə qarşı şücaətlə vuruşmuş Hacı Rəhim, Məşədi Qasım, Ziyad Babayev, Qaçaq İdris kimi oğulları olmuşdur.
Daşkənd metropoliteni
Daşkənd metropoliteni (özb. Toshkent metropoliteni) — Özbəkistanın paytaxtı Daşkənddə metropoliten xətlərini birləşdirən nəqliyyat sistemidir. SSRİ dövründə açılan 7-ci metrodur, 1977-ci ildən istifadəyə verilmişdir. Almatı metropoliteni ilə birlikdə Mərkəzi Asiyadakı iki metro sistemindən biridir. Köhnə Sovet metrolarının kimi çox dərindir və stansiyaları dəbdəbəli şəkildə dekorasiya edilmişdir. Daşkənd metrosu 4 xətdən ibarət olmaqla, 66,5 kilometrdir və 48 stansiyadan ibarətdir. 2019-cü ilə qədər metro 71.2 milyon sərnişin daşımış və hər gün 189.200 sərnişini qəbul etməkdədir. Hər stansiyada 1 silahlı polis durur və metro ilə stansiyanın şəkillərinin qanunsuz çəkilməsinin qarşısını alır. == Tarixi == Daşkənd metrosunun yaradılması haqqında planların hazırlanması 1966-cı ilə düşünülməyə başlansa da, həmin ildəki Daşkənd zəlzələsindən sonra işlər 1968-ci ilə təxirə salındı. İlk xəttin inşasına 1972-ci ildə başlandı və bu xətt 6 avqust 1977-ci ildə istifadəyə verildi.
Daşkənd tramvayı
Daşkənd tramvayı (özb. Toshkent tramvaylari) — Özbəkistanın paytaxtı Daşkənd şəhərində 1912–2016-cı illərdə fəaliyyət göstərən ictimai nəqliyyat növü. Daşkənd tramvayı Mərkəzi Asiyanın ən qədim tramvayıdır. == Tarixi == === Konka === Daşkənd tramvayının tarixi 1896-cı ildə, Daşkənd şəhər idarəsi Daşkənd tramvayının imtiyaz müqaviləsi üzərinə qurulması və istismarı mövzusunda Belçikanın anonim şirkəti olan "Taşkentskiy tramvay" (rus. «Ташкентский трамвай», azərb. «Daşkənd tramvayı»‎) ilə müqavilə imzalasıyla başlayır. İlk konka xəttinin inşa prosesinə 1897-ci ildə start verilmişdir. İlk konka xətti stansiyadan başlayıb, Duxovskaya (indiki Əmir Teymur Bulvarı), Məhramskoy (indiki Özbəkistan Bulvarı), Zerabulakskoy, Cizzaxskoy (indiki Buxara), Romanovskaya (indiki Böyük Turon), Vorontsovskaya (indiki Süleymanova), Çernyayevskaya (indiki İstiqbol), Şayxantohur (indiki Navoy Prospekti) küçələrindən keçərək, tramvay anbarının olduğu köhnə qəsəbədəki Çorsu bazarına qədər idi. Vaqon konkası 31 mart 1901-ci il tarixində açılmışdır. İkinci konka xətti isə, 5 aprel 1903-cü il tarixində açılmışdır.
Daşkənd vilayəti
Daşkənd vilayəti — Özbəkistanda vilayət. 1938-ci il yanvarın 15 -də təşkil edilmişdir. Sahəsi 15,3 min km², Әhalisi isə 2,6 milyon nəfərdir (2012). 15 tumanı (rayon), 16 şəhəri, 18 şəhər tipli qəsəbəsi var. Mərkəzi Daşkənd şəhəridir. == Təbiəti == Daşkənd vilayəti ərazisinin çox hissəsi dağ ətəyi düzənlikdir. Şimal-şərq və şərq hissələrini Qərbi Tyan-Şan dağlarının silsilələri (Çatkal– 4045 m, Pskem – 4299 m və s.) tutur. Daşkənd vilayəti yüksək seysmik zonadadır. Faydalı qazıntıları: qonur kömür, mis filizi, polimetallar, tikinti materialları və s. İqlimi kəskin kontinentaldır.
Daşkənd xanlığı
Daşkənd xanlığı Özbəkistan dövlətinin paytaxtı Daşkənddə yerləşən orta əsrlərdə Özbək-Qazax dövləti. Xanlığın tarixini üç dövrə bölmək olar. 1501-ci ildə Buxara xanlığının tərkibində yaradılmış və muxtar idarə edilmiş, lakin xanlar vali təyin edilmişlər. 1597-ci ildə II Abdulla xan Şeybani vəfat edəndə Qazax xanlığı Daşkəndi ələ keçirdi və şəhərə gələcək qazax xanları hakim oldular. 1613-cü ildə Tursun Məhəmməd xan müstəqilliyini elan edərək müstəqil xanlığa çevrildi. O, bir müddət xanlığı idarə etdi; 1627-ci ildə Qazax xanlığı Daşkəndi tutdu və xanlıq dağıdıldı.
Daşkənd zooparkı
Daşkənd zooparkı (özb. Toshkent hayvonot bogʻi; rus. Ташкентский зоопарк) – Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən zoopark. == Tarixi == Zoopark 1924-cü ildə Özbəkistan Milli Universitetinin zooloqlarının təşəbbüsü ilə açılmışdır və cəmi 3 ha sahəyə malik idi. 1940-cı illərin sonlarında artıq zooparkda 200-ə qədər heyvan növü saxlanılırdı. 1992-ci ildə zooparkın sahəsi 10,7 ha, burada saxlanılan heyvan növlərinin sayı 270-dən çox idi. 1994-cü ildə Özbəkistan Respublikası Nazilər Kabinətinin verdiyi qərarla zooparkın dünya standartlarına uyğunlaşdırılması qərarlaşdırılmışdır. 1997-ci ildə zooparkın sahəsi 21,5 ha olmuşdur. 1998-ci ildən zoopark Beynəlxalq Avro-Asiya Regional Zooparklar və Akvariumlar Assosiasiyasının üzvüdür. == Haqqında == Zooparkın sahəsi 21,5 ha təşkil edir.
Daşkənd şəhəri
Daşkənd (özb. Toshkent, ing. Tashkent) — Özbəkistanın paytaxtı. Sahəsi 334,8 km², əhalisi 2,5 milyon nəfərdir (2020). Mərkəzi Asiyada metropoliteni olan yeganə şəhərdir. Şəhərin su ehtiyaclarını təmin etmək üçün onun yaxınlığında süni Çarvak gölü yaradılmışdır. 2009-cu ilə olan məlumata görə şəhərin əhalisi 2 milyon 221 min nəfərdir. Şəhər 11 inzibati rayona bölünür. == Adı == Şəhərin əsasının e.ə. V-III əsrlərdə qoyulduğu güman edilir.
Azərbaycan Mədəniyyət Mərkəzi (Daşkənd)
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi — Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərinin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev küçəsi 9 ünvanında yerləşən Mədəniyyət təşkilatı. 2013-2024-cü illərdə Mədəniyyət Mərkəzinin direktoru Azərbaycan Respublikasının “Fəxri Mədəniyyət İşçisi” Samir Abbasov olub. Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyır və Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdində fəaliyyət göstərir. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənd şəhərində azərbaycanlıların kompakt yaşadığı Mirabad rayonunda Heydər Əliyev küçəsində yerləşir və Mərkəzin 3 mərtəbəli möhtəşəm, Azərbaycan milli koloritlərini özündə əks etdirən binası mövcuddur. Mədəniyyət Mərkəzində Heydər Əliyev Muzeyi, Azərbaycan tarixi və dövlətçiliyi muzeyi, Azərbaycan-Özbəkistan Dostluq Muzeyi, “Odlar yurdunun naxışları” Azərbaycan xalçalaları muzeyi və sərgi zalı, kitabxana, kurs və dərnəklər fəaliyyət göstərir. Bu kurslar Özbəkistandakı azərbaycanlılar üçün bir məktəb funksiyasını da həyata keçirir. Burada Azərbaycan dili, Azərbaycan tarixi, milli rəqslər, rəsm, əl işləri, milli musiqi alətləri üzrə dərnəklər fəaliyyət göstərir. Özbəkistanda yaşayan azərbaycanlılar üçün Mədəniyyət Mərkəzi müqəddəs bir ocaqdır və Azərbaycanla bağlı keçirilən bütün tədbirlər məhz, Mərkəzin qarşısındakı açıq havada ümummilli lider Heydər Əliyevin heykəlini ziyarət etməklə başlayır. Mərkəz Özbəkistanda öz fəallığı ilə seçilir və dəfələrlə qardaş ölkədə “İlin ən fəal Mədəniyyət Mərkəzi” adına layiq görülmüşdür. Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 2015-ci ildən bugünə kimi 100-dən adda Azərbaycan tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatına dair nəşrlər Özbək dilinə tərcümə edilmiş və Daşkənddə çap edilmişdir.
Aşıq Nəcəf Daşkəndli
Aşıq Nəcəf (1876, Daşkənd, Yeni Bəyazid qəzası – 5 fevral 1919, Göyçə mahalı, Yeni Bəyazid qəzası) — Ustad aşıq, şair. Aşıq Ələsgərin şəyirdi. == Həyatı == Nəcəf Allahverdi oğlu 1876-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Nəcəf olduqca yaraşıqlı, boylu-buxunlu, cüsəlli insan olub. Mükəmməl bilik, dərin hafizə, möcüzəli səs sahibi olan Aşıq Nəcəf səliqə-səhmanı, ədəb-ərkanı ilə həmişə diqqəti çəkər, aşıqdan çox bəyə, bəyzadələrə oxşayarmış. Aşıq Nəcəf Aşıq Ələsgərə on il şəyirdlik edib, onunla ağır məclislər yola salıb. Dədə Ələsgərin ən çox sevdiyi şəyirdlərindən biri olmuşdur. Onun səsi Aşıq Əsədin səsi ilə uyğun gəldiyindən hər ikisinə məsləhət görərmiş ki, siz daim bir yerdə olun, bir yerdə çalıb oxuyun. Yüksək səs tempirinə görə Aşıq Nəcəflə Aşıq Əsəd otuzluq lampanı dəfələrlə toy məclislərində söndürərmişlər. Aşıq Əsəd həmişə səmimiyyətlə etiraf edərmiş ki, Daşkəndli Aşıq Nəcəfin səsi mənimkindən yüksək və məlahətli idi.
Daşkənd Aqrar Universiteti
Daşkənd Aqrar Universiteti - kənd təsərrüfatı üçün mütəxəssislər yetişdirən universitetdir. Özbəkistan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərir. Daşkənd vilayətinin Qibray rayonunda yerləşir. == Tarixi == 1930-cu ildə Orta Asiya Kənd Təsərrüfatı İnstitutu adı ilə fəaliyyətə başladı. 1934-1991-ci illərdə isə Daşkənd Kənd Təsərrüfatı İnstitutu adı altında fəaliyyət göstərən Orta Asiya Universitetinin Əkinçilik Fakültəsinin bazasında quruldu və 1991-ci ilin aprelində Daşkənd Dövlət Aqrar Universitetinə çevrildi. 1992-ci ildə bakalavr səviyyəsində mütəxəssis hazırlamaq üçün Nukus filialı yaradıldı. 2003/04 tədris ilində əyani şöbədə 3047 əyani, 2040 bakalavr və 236 magistr tələbəsi olmaqla 5321 tələbə, 53 elmlər doktoru və 166 elmlər namizədi olmaqla 457 professor və müəllim vardı. == Haqqında == Universitetdə (2004) aqronomiya, aqrokimya və torpaqşünaslıq, bitki mühafizəsi, bağçılıq və meşəçilik, zoomühəndislik və ipəkqurdu yetişdirilməsi, iqtisadiyyat, mühasibat, peşə təhsili tədris edilir. İnstitutun daxilində 35 şöbə, bir muzey (1980), 1 milyondan çox əsərdən ibarət elmi kitabxana, kənd təsərrüfatı mərkəzi və işçilərin hazırlanması üçün bir mərkəz var.
Daşkənd Beynəlxalq Hava Limanı
İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanı — (özb. Islom Karimov Toshkent Xalqaro Aeroporti) - Özbəkistanın ən əsas və Mərkəzi Asiyanın üçüncü hava limanı (Qazaxıstanının Alma-Ata və Astana hava limanlarından sonra). Daşkənd şəhərinin mərkəzindən 12 km aralı yerləşir. == Ümumi məlumat == İCAO II kateqoriyasına malik olan bu aeroport, Uzbekistan Airways-in əsas qovşağı olmaqla yanaşı, Mərkəzi Asiya və Özbəkistanın ən böyük aeroportudur.Aeroport 2 terminal malikdir: Terminal 2 beynəlxalq uçuşları, Terminal 3 isə yerli uçuşları tənzimləyir. Terminal 2 2001-ci ildə yenidənqurulmuşdur.Saatlıq 1000 sərnişin tutuma illik isə 2 milyon sərnişin tutumuna malikdir.Binada yerləşən digər obyektlərə isə, gözləmə otaqları,CİP və VİP zalları,restoranlar və barlar,pul mübadilə ofisləri,duty-free mağazaları,bilet satış və yoxlama məntəqəqləri və 24 saat işləyən aptek aiddir.Terminal demək olar ki, maksimal tutumla işləyir.2 saata isə bütün qeydiyyat işləri görülür. Terminal 3 2011-ci ildə açılıb və 400 nəfərlik saatlıq tutma malikdir.2 terminal pist vasitəsilə bir-biri ilə ayrılıb. Özbəkistan hökuməti Daşkənd HAva limanını 2030-cu ildə alternativ bir məntəqəyə koçurməyi planlaşdırır.
Daşkənd Dövlət Hüquq Universiteti
Daşkənd Dövlət Hüquq Universiteti (DDHU) — dövlət ali təhsil müəssisəsi. Ölkənin paytaxtı Daşkənddə yerləşən aparıcı Özbəkistan hüquq tədqiqat mərkəzlərindən biridir. Universitet Özbəkistanda milli hüquq elmləri və təhsil mərkəzi kimi tanınan aparıcı universitetlərdən biridir, nüfuz yerli səviyyədə geniş yayılıb və respublikadan çox kənara çıxır. 2021-ci ildə Daşkənd Dövlət Hüquq Universiteti Times Higher Education-a görə dünyanın TOP-500 universitetlərinə daxil edilmişdir. Universitetin tərkibinə on iki ixtisas və üç ümumi təhsil şöbəsi, beynəlxalq standartlara uyğun peşə hüquq təhsili və karyera inkişafı mərkəzi, cinayətlərin qarşısının alınması, ictimai təhlükəsizlik sahəsində hüquqi kadrların hazırlanması və yenidən hazırlanması üzrə ixtisaslaşmış şöbə və akademik lisey daxildir. Bundan əlavə, universitet Özbəkistan Respublikası Ədliyyə Nazirliyinin təhsil sisteminə daxil olan 14 peşə hüquq kollecinə metodiki rəhbərlik və koordinasiya da təmin edir. Universitetin rektoru - hüquq elmləri doktoru Xakimov Rəhim Rəsulhonoviç. DDHU Özbəkistan Respublikası Ədliyyə Nazirliyinin yurisdiksiyasındadır. Beləliklə, Universitetin rektoru eyni zamanda Özbəkistan Respublikası ədliyyə nazirinin müavinidir. == Tarixi == Universitetin tarixi 1918-ci il aprelin 21-də Türkistan Dövlət Universitetinin sosial-iqtisadi fakültəsi əsasında bir hüquq şöbəsinin yaradıldığı vaxtdan başlayır.
Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutu
Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutu (özb. Тошкент тўқимачилик ва енгил саноат институти) — Özbəkistanın paytaxtı Daşkənd şəhərindəki dövlət ali təhsil müəssisəsi. == Tarixi == Daşkənd Tekstil İnstitutunun əsası 1932-ci ildə qoyulmuşdur. İlk illərdə institutda iki fakültə: "Pambığın ilkin emalı" və "Mexanika texnologiyası" var idi. Tələbələr 4 ixtisas : pambığın ilkin emalı, toxuculuq, iplik və ipək texnologiyası üzrə məzun olurdular. 1932-33-cü illər ilk tədris ilində institutda 125 tələbə təhsil alıb. 1935-ci ildə institutun dördmərtəbəli binası istifadəyə verildi (bu gün 2-ci tədris binasıdır). O dövrdə institutda 6 istehsalat, 5 tədris laboratoriyası, 5 sinif otağı, idman zalı, kitabxana var idi. 1947-ci ildə institut qiyabi proqramlar üzrə tədrisə başladı; 1955-ci ildə - Mühəndis-iqtisadiyyatı sahəsi üzrə iqtisadi təhsil verməyə başladı. 1958-ci ildə institutda axşam təhsili fakültəsi açıldı.
Nizami Gəncəvinin heykəli (Daşkənd)
Nizami Gəncəvinin heykəli — Özbəkistanın paytaxtı Daşkənd şəhərində, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin yaxınlığındakı meydanda, Babur adına parkın yaxınlığında yerləşən görkəmli şair, Azərbaycan poeziyasının klassiki Nizami Gəncəvinin abidəsi. Abidənin heykəltəraşı İlham Cabbarovdur. Abidə 2004-cü ilin martın 23-də ucaldılıb. Abidənin açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və Özbəkistan prezidenti İslam Kərimov da iştirak ediblər. Abidə Nizami Gəncəvinin büstüdür, burada şərq geyimində, başında çalması olan, sol əlində kitab, sağ əli isə sinəsində olan şair təsvir edilmişdir. Postamentdə özbək (özb. Nızomıy Ganjavıy) və azərbaycan dillərində (azərb. Nizami Gəncəvi‎) şairin adı yazılmış, doğulduğu və öldüyü illər göstərilmişdir.
Daşkənd Dövlət Aqrar Universiteti
Daşkənd Aqrar Universiteti - kənd təsərrüfatı üçün mütəxəssislər yetişdirən universitetdir. Özbəkistan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərir. Daşkənd vilayətinin Qibray rayonunda yerləşir. == Tarixi == 1930-cu ildə Orta Asiya Kənd Təsərrüfatı İnstitutu adı ilə fəaliyyətə başladı. 1934-1991-ci illərdə isə Daşkənd Kənd Təsərrüfatı İnstitutu adı altında fəaliyyət göstərən Orta Asiya Universitetinin Əkinçilik Fakültəsinin bazasında quruldu və 1991-ci ilin aprelində Daşkənd Dövlət Aqrar Universitetinə çevrildi. 1992-ci ildə bakalavr səviyyəsində mütəxəssis hazırlamaq üçün Nukus filialı yaradıldı. 2003/04 tədris ilində əyani şöbədə 3047 əyani, 2040 bakalavr və 236 magistr tələbəsi olmaqla 5321 tələbə, 53 elmlər doktoru və 166 elmlər namizədi olmaqla 457 professor və müəllim vardı. == Haqqında == Universitetdə (2004) aqronomiya, aqrokimya və torpaqşünaslıq, bitki mühafizəsi, bağçılıq və meşəçilik, zoomühəndislik və ipəkqurdu yetişdirilməsi, iqtisadiyyat, mühasibat, peşə təhsili tədris edilir. İnstitutun daxilində 35 şöbə, bir muzey (1980), 1 milyondan çox əsərdən ibarət elmi kitabxana, kənd təsərrüfatı mərkəzi və işçilərin hazırlanması üçün bir mərkəz var.
Heydər Əliyev Meydanı (Daşkənd)
Heydər Əliyev Meydanı — Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin şərəfinə Özbəkistanın Daşkənd şəhərində salınmış meydan. == Ümumi məlumat == Meydan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 21 iyunda Özbəkistan Respublikasına dövlət səfəri çərçivəsində açılmışdır. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev açılış mərasimində iştirak ediblər. Meydan Daşkəndin Mirabad rayonunda yerləşir.

daşkənd sözünün rus dilinə tərcüməsi

daşkənd sözünün fransız dilinə tərcüməsi

"daşkənd" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#daşkənd nədir? #daşkənd sözünün mənası #daşkənd nə deməkdir? #daşkənd sözünün izahı #daşkənd sözünün yazılışı #daşkənd necə yazılır? #daşkənd sözünün düzgün yazılışı #daşkənd leksik mənası #daşkənd sözünün sinonimi #daşkənd sözünün yaxın mənalı sözlər #daşkənd sözünün əks mənası #daşkənd sözünün etimologiyası #daşkənd sözünün orfoqrafiyası #daşkənd rusca #daşkənd inglisça #daşkənd fransızca #daşkənd sözünün istifadəsi #sözlük